2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

32

sektorda istehlakın azalması proqnozlaşdırılır. 

Bunun ev/ailə təsərrüfatlarında qənaət (yığım) 

göstəricisinin 2014-cü ildə 12.4% təşkil etməsi 

ilə müqayisədə 2015-ci ildə iki dəfədən çox 

artaraq 31.7%-ə çatmasına baxmayaraq baş 

tutması gözlənilir. Neft qiymətlərinin daha aşağı 

səviyyədə qərarlaşması və ölkə ixracatında 

karbohidrogenlərin 90%-dən çox paya sahib 

olması səbəbindən xalis ixrac kəskin qaydada 

azalmışdır.

Bank sahəsi

Ümumi iqtisadi səngimə Azərbaycanın 

bank sektoruna da mənfi təsir etmişdir. Neft 

qitymətlərinin sürətlə aşağı düşməsi xarici 

valyuta mədaxilinin həcmində əhəmiyyətli 

azalmaya, beləliklə milli valyutanın təsirlərə 

məruz qalmasına səbəb oldu. 2015-ci ilin 

əvvəlində başlayan devalvasiya dalğası 

Azərbaycan banklarında aktivlərin keyfiyyətini, 

kapital, mənfəətlilik mövqeyini və maliyyələşmə 

vəziyyətini pisləşdirdi.

2015-ci ildə bank sahəsində likvidlik 

və kapital çatarlılığı (adekvatlığı) əmsalları 

pisləşdikcə sistem üzrə qeyri-işlək kreditlərin 

çəkisi (2014-cü ildə 8.3%-dən) 9.5%-dək artdı. Altı 

bank lisenziyaları Azərbaycan Respublikasının 

Mərkəzi Bankı tərəfindən geri çağrıldıqdan sonra 

məcburiyyət qarşısında bağlandı. Bank sektoru 

üzrə kredit portfeli nominal göstəricilərlə 

17%, 18.54 milyard manatdan 21.72 milyard 

manatadək artsa da bu yüksəlişin başlıca səbəbi 

manatın devalvasiyası idi. Qeyri-işlək kreditlərin 

həcmi 55%, 976.3 milyon manatdan 1.5 milyard 

manatadək artmaqla kredit portfelinin keyfiyyəti 

əhəmiyyətli dərəcədə pisləşdi. Bank sektoru üzrə 

əmanətlərin ümumi məbləği milli valyutanın 

devalvasiyasının birbaşa təsiri nəticəsində 53%, 

11.16 milyard manatdan 17.1 milyard manatadək 

artdı.


Real göstəricilərlə əmanətlər və qənaət 

edilmiş vəsaitin həcmi kəskin azalmaqla milli 

valyutanın devalvasiyası aktivlərin valyuta 

tərkibinin dəyişməsinə və bankların balans 

göstəricilərinin sürətlə dollarlaşmasına təkan 

verdi. Xarici valyutada əmanətlərin məbləği 

iki dəfədən çox artaraq 2015-ci ilin sonunda 

ümumi əmanət kütləsinin 85%-i təşkil etdi. Xarici 

valyutada kreditlərin ümumi aktivlərdə çəkisi isə 

27%-dən 49%-dək yüksəldi.total loans.

2016-cı il üzrə proqnoz 

İqtisadi geriləmə və makroiqtisadi 

göstəricilərin pisləşməsi nəticəsində 2015-ci 

il iqtisadi islahatların başlanmasından xəbər 

verdi. Azərbaycan hökuməti iqtisadiyyatı 

şaxələndirmək, işgüzar mühiti yaxşılaşdırmaq və 

sahibkarlıq fəaliyyətinə təkan vermək məqsədilə 

müvafiq təklifləri formalaşdırmağa başlayıb. 

Aparıcı beynəlxalq təşkilatların hesablamalarına 

əsasən 2016-cı ildə Azərbaycanın bir daha 

müsbət iqtisadi artım nümayiş etdirməsi 

gözlənilir. Dünya Bankının Qlobal İqtisadi 

Mənzərə hesabatının sonuncu nəşrində 

Valyuta məzənnəsi və neft qiymətinin orta səviyyəsi

İl üzrə 

dəyişmə, %

60

30

0



-30

-60


Manat/$

0.4


0.8

1.2


1.6

2.0


Yanvar 

2014-cü il

Iyul

Yanvar 


2015-ci il

Iyul


Yanvar 

2016-cı il

Manat/$

Xam neftin qiyməti



Mənbələr: Azərbaycan Respublikasının Mərkəzi Bankı; Haver Analytics

2015-ci ildə Azərbaycanda bank sahəsində konsolidasiya

müştərilər tərəfindən keyfiyyətli və nüfuzlu bank kimi qəbul 

edilməyə yönəlmək nəticəsində altı bank bağlandı.

QLOBAL MAKROİQTİSADİ MƏNZƏRƏ VƏ AZƏRBAYCAN İQTİSADİYYATI




33

Azərbaycan iqtisadiyyatının üzərimizə gələn 

il 0.8% artması proqnozlaşdırılır. Dünya Bankı 

bildirir ki, iqtisadiyyatı şaxələndirən, resurslar 

bölgüsünü təkmilləşdirən, korporativ idarəçiliyi 

gücləndirən və qeyri-neft sektoruna investisiya 

axınını davam etdirən struktur islahatların 

başlanması iqtisadiyyatın bərpasına yardım 

edəcək. Ümumdünya İqtisadi Forumunun 2015-

2016-cı illər üzrə Qlobal Rəqabət Qabiliyyəti 

hesabatına əsasən Azərbaycan hesabatın əhatə 

etdiyi 140 ölkə arasında 40-cı, MDB məkanında 

isə birinci yerdə qərarlaşıb.

Potensialını gerçəkləşdirməyən ÜDM proqnozları ilə üzləşmiş 

Azərbaycan iqtisadiyyatını şaxələndirmək, işgüzar mühiti yax-

şılaşdırmaq və sahibkarlıq fəaliyyətinə təkan vermək məqsədilə 

islahatlara başlayıb.

Müstəqil Dövlətlər Birliyi (MDB) bölgəsində rəqabət göstəricisi 

baxımından ilk yerdə Azərbaycan qərarlaşıb.

ÜDM-nin sahəvi artım göstəricisi

Kənd təsərrüfatı

İstehsalat

Xidmət

Ümumdaxili məhsul



%

10

5



0

-5

2011



2012

2013


2014

2015


Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı

Fitch Ratings beynəlxalq reytinq agentliyi 

bu yaxınlarda Azərbaycanın suveren reytinqini 

stabil perspektivli ‘BBB-’ investisiya dərəcində 

bərqərar etdi. Lakin Standard & Poor’s və 

Moody’s agentlikləri ölkənin kredit reytinqini 

müvafiq olaraq ‘BB+’ və ‘Ba1’ səviyyəsinədək 

aşağı saldılar. Moody’s real göstricilərlə ÜDM-

nin 2016-cı ildə 0.7%, 2017-ci ildə isə 1% artmasını 

proqnozlaşdırır. Neft qiymətinin hesablandığı 

kimi növbəti bir neçə il ərzində daha aşağı 

düşməsinin ölkənin iqtisadi gücünə təsiri, 

həmçinin ölkənin maliyyə sistemi və tədiyyə 

mövqeyi üzərində artan və əlaqəli təzyiqlər, 

pisləşən büdcə durumu və borc ölçüləri 

Azərbaycanın kredit reytinqinin azalmasının 

əsasını təşkil edən amillərdir.



Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə