20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Yüklə 0,73 Mb.
səhifə5/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
1   2   3   4   5   6   7

15.5. Baqajın pulsuz daşınma norması
15.5.1. Ümumi müddəalar
15.5.1.1. Aviaşirkət tərəfindən müəyyən edilmiş, daimi qüvvədə olan baqajın pulsuz daşınma normalarına və ya müvəqqəti xarakter daşıyan daşıma normalarına müvafiq olaraq Sərnişin müəyyən miqdarda baqajı əlavə ödəniş etmədən nəql edə bilər.
Daşımanın marşrutundan və xidmət sinfindən asılı olaraq, bu miqdar baqaj yerinin çəkisi, ölçüsü və sayının kombinasiyası üzrə (yer konsepsiyası) və ya baqajın çəki xarakteristikaları (çəki konsepsiyası) üzrə müəyyən edilir.
Əlavə ödəniş etmədən daşınması üçün icazə verilmiş baqajın maksimal miqdarı barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:
- Aviaşirkətin: www.azal.az saytında;
- Aviadaşımaların satışı məntəqəsində.
15.5.1.2. Baqajın müəyyən edilmiş pulsuz daşınma normasından əlavə, Sərnişin hava gəmisinə minmə, düşmə və ya uçuş zamanı ona lazım ola biləcək əşyaları götürmək hüququna malikdir. Belə əşyalara aiddir:
- Palto, plaş və ya pled;
- Çətir və ya əsa;
- Qadın/kişi çantası və ya kağız qovluğu;
- Fotoaparat və ya binokl, yaxud videokamera və ya portativ kompyuter;
- Uçuş zamanı oxumaq üçün müəyyən miqdarda materiallar;
- 2 yaşınadək uşaqla / uşaqlarla səyahət edən Sərnişinə uçuş zamanı lazım ola biləcək uşaq üçün qida və yol beşiyi;
- 2 yaşınadək uşaqla / uşaqlarla səyahət edən Sərnişin üçün yüngül, qatlanan uşaq arabası (hava gəmisinin yük bölməsində daşınır).

-fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba və ya qoltuqağacları (hava gəmisinin yük bölməsində daşınır).


Yuxarıda göstərilən, qeydiyyata alınmış və ya alınmamış baqaja qoyulmayan əşyalarla birlikdə əl yükünün ümumi kütləsi Aviaşirkət tərəfindən müəyyən edilmiş normanı aşmamalıdır.
Konkret istiqamətdə daşınmasına icazə verilən əl yükünün və əlavə əşyaların ümumi kütləsi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:
- Aviaşirkətin: www.azal.az saytından;
- Aviadaşımaların satışı məntəqəsindən.
15.5.1.3. Beynəlxalq və daxili hava xətləri sahələrində və ya əksinə ardıcıl olaraq həyata keçirilən beynəlxalq (transatlantik) daşımalar zamanı Sərnişin daxili hava xətti sahəsində beynəlxalq hava xəttində müvafiq xidmət sinfi üçün müəyyən edilmiş baqajın pulsuz daşınma normasına uyğun baqaj daşımaq hüququna malikdir.
15.5.1.4. Daşıma marşrutu və xidmət sinfi Sərnişin tərəfindən könüllü olaraq dəyişdirildiyi təqdirdə, ona yeni daşıma sahəsində müvafiq marşrut və ya xidmət sinfi üçün müəyyən edilmiş norma üzrə baqajın pulsuz daşınması hüququ verilir.
15.5.1.5. Daşıma marşrutu və xidmət sinfi məcburi surətdə dəyişdirildiyi təqdirdə, Sərnişin dəyərini əvvəlcə ödədiyi marşrut və xidmət sinfində ona icazə verilmiş miqdarda baqajı pulsuz daşımaq hüququna malikdir.
15.5.1.6. Çarter reyslərində baqajın pulsuz daşınma norması çarter daşımasının yerinə yetirilməsi haqqında müqavilə ilə müəyyən edilir.
15.5.1.7. Hava gəmisinin salonunda baqajın daşınması üçün əlavə oturacağın istifadə olunması zərurəti yarandıqda, bunun üçün ayrıca Sərnişin bileti və ya müvafiq qaydada pullu baqaj bileti rəsmiləşdirilir.


15.5.2. Yer konsepsiyası (Piece concept)


01 iyun 2012-ci ildən etibarən Aviaşirkət qeydiyyata alınan baqajın daşınma normasının yerlərin sayı üzrə hesablanması siyasətini tətbiq edir. Hesab istiqamətdən, xidmət sinfindən və hava gəmisinin tipindən, habelə normadan artıq baqaj üçün götürülən tarifdən asılı olaraq yerlərin sayı üzrə həyata keçirilir.

Baqajın pulsuz daşınma norması aşağıdakı kimidir:

bizness sinifdə -  hər biri 32 kq olmaqla 2 vahid baqaj

ekonom sinifdə – çəkisi 23 kq olmaqla 1 vahid baqaj.

Baqajın üç ölçü cəmi (H x E x D) 158 santimetrdən artıq olmamalıdır. Baqajın bir yerinin ölçüsü və ya çəkisi normadan artıq olduqda, bunun üçün əlavə haqq alınır.

Baqajın çəkisinin normadan artıq olmasına görə əlavə haqq həm icazə verilən norma həddində (1-2 yer), həm də əlavə baqaj yerləri üçün alınır.

Çəkisi 32 kq-dan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşınmaya qəbul olunur.

Valideyninin qucağında səyahət edən 2 yaşınadək uşaqlar üçün çəkisi 10 kq-dan və üç ölçü cəmi üzrə ölçüsü 115 sm-dən artıq olmayan bir baqaj yerinin pulsuz daşınmasına icazə verilir.

2 yaşından 12 yaşınadək uşaqlar üçün baqajın daşıma norması böyük Sərnişinlərin daşıma normasına bərabərləşdirilir.

Bütün növ uşaq arabaları və əlil arabaları qəti surətdə baqaj bölməsində daşınır və daşınmaya müəyyən edilmiş pulsuz baqaj normasından əlavə götürülür.







15.5.3. Çəki konsepsiyası (Weight concept)

Rəhbərliyin yazılı sərəncamına əsasən Aviaşirkətin bəzi reyslərində baqajın daşınması zamanı çəki konsepsiyası tətbiq olunur. Hesablama Sərnişin baqajının çəkisi nəzərə alınmaqla aparılır.

Baqajın pulsuz daşınma norması aşağıdakı kimidir:

biznes sinifdə -  40 kq

ekonom sinifdə - 20 kq


15.5.4. Müvəqqəti xarakter daşıyan daşıma normaları

15.5.4.1. Aviaşirkət kommersiya maraqlarını və ya Aviaşirkətlə digər Daşıyıcılar arasında bağlanmış müqavilələri nəzərə alaraq baqajın pulsuz daşınma normasını dəyişdirmək hüququna malikdir.


Müvəqqəti qüvvədə olan normalar Aviaşirkətin yazılı sərəncamları və ya əmrləri ilə qüvvəyə minir və ləğv edilir.

15.5.5. İdman ləvazimatlarının daşınması

15.5.5.1. Bir dəst xizək avadanlığı, qolf, tennis avadanlığı və velosiped nəzərdə tutulmuş normadan əlavə pulsuz daşınır. Sonrakı dəstlərə və onların ölçü və çəkisinin normadan artıq olmasına görə müvafiq əlavə ödəniş aparılmalıdır.

15.5.5.2 Bütün digər idman avadanlığı və ləvazimat baqajın pulsuz daşınma normasına daxil edilir və normadan (habelə ölçüsü və çəkisi) artıq olduğu təqdirdə, normadan artıq baqaj üçün nəzərdə tutulmuş əlavə haqq alınır.

15.5.5.3 İdman ləvazimatının (tennis raketləri istisna olmaqla) hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağan edilir və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınır.

15.5.5.4 Velosiped (biryerlik, mühərriksiz) daşınmaya hissələrə ayrılmış halda (ön təkər çıxarılır, sükan təkərə nisbətən 90 dərəcə çevrilir, pedallar çıxarılır), örtükdə və ya sərt bağlamada (qutuda) qəbul olunur.


15.5.5.5 İdman ləvazimatının daşınması üçün əvvəlcədən müraciət edilməli və yer təxsis edilməlidir.

15.6. Baqajın dəyərinin elan edilməsi

15.6.1. Sərnişin qeydiyyata alınmış baqajının dəyərini elan etmək hüququna malikdir.

15.6.2. Baqajın dəyərinin elan edilməsinə görə Aviaşirkət tərəfindən müəyyən edilmiş yığım alınır. Elan edilmiş qiymət baqajın həqiqi dəyərindən artıq ola bilməz.

15.6.3. Qeydiyyata alınmış baqajın dəyəri hər yer üçün ayrıca göstərilə bilər. Qeydiyyata alınmış baqajın dəyərinin elan edilməsinə görə yığım dəyərin elan edildiyi məntəqədə ödənilir və pullu baqaj qəbzi ilə təsdiq olunur. Sərnişin daşıma üçün təhvil verilən baqajın dəyərini elan etdiyi zaman Aviaşirkət baqajın yoxlama üçün təqdim edilməsini Sərnişindən tələb etmək və elan edilmiş dəyərlə baqajın içindəkilər açıq-aşkar uyğun gəlmədiyi təqdirdə, onun həqiqi dəyərini müəyyən etmək hüququna malikdir. Baqajın dəyəri ilə əlaqədar Aviaşirkətlə Sərnişin arasında fikir ayrılığı yarandığı təqdirdə, Sərnişin dəyəri elan edilmiş qeydiyyatdan keçmiş baqajın dəyərini təsdiq edən sənədləri (hesab, qiymət cədvəli, çek və ya digər sənəd) təqdim etməlidir. Elan edilmiş dəyəri təsdiq edən sənəd olmadığı təqdirdə, Aviaşirkət Sərnişinin göstərdiyi məbləğdə dəyəri elan edilmiş baqajın daşınmasından imtina etmək hüququna malikdir.

15.6.4. Dəyəri elan edilmiş baqaj qismində qəbul olunan bütün əşyalar nöqsansız, bərk qablamada olmalıdır. Qiymətli baqajın kütləsi və ölçüləri müəyyən edilmiş normaları aşmamalıdır. Əgər Aviaşirkət dəyəri göstərilən qeydiyyata alınmış baqajın qablamasının bu Qaydaların tələblərinə uyğun olmadığını hesab edirsə, yaxud baqajın daşınması zamanı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunursa, onun daşınmasından imtina edə bilər.


15.7. Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları

15.7.1. Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:


- idman ləvazimatı, bu Qaydaların 15.5.5 bölməsində göstərilənlərdən başqa;

- üç ölçü cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;


- audio- və videotexnika;
- televizorlar, soyuducular;
- qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj;
- diri heyvanlar;
- silah və döyüş sursatları;

15.7.2. 15.7.1. bəndində göstərilən xüsusi baqajın daşınması Aviaşirkətlə razılaşdırılmalı və Sərnişinin apardığı digər baqajın çəkisindən asılı olmayaraq, müəyyən edilmiş tarif üzrə ödənilməlidir.
15.7.3. Velosiped (biryerlik, mühərriksiz) daşınmaya hissələrə ayrılmış halda (ön təkər çıxarılır, sükan təkərə nisbətən 90 dərəcə çevrilir, pedallar çıxarılır), örtükdə və ya sərt bağlamada (qutuda) qəbul olunur.

15.7.4. Diri heyvanlar və musiqi alətləri istisna olmaqla, qeyri-standart baqaj hava gəmisinin yalnız baqaj bölməsində daşınır.


15.7.5. Diri heyvanlar daşınmaya bu Qaydaların 15.15. bölməsinə müvafiq olaraq qəbul olunur.



15.8. Ödənişli (normadan artıq) baqaj

15.8.1.  Sərnişin və ya Sərnişinlər qrupu əvvəlcədən (reysdə yerləri təxsis edərkən, yaxud bilet aldıqları zaman) Aviaşirkəti normadan artıq baqaj barədə məlumatlandıra və onun daşınması haqqını ödəyə bilər. Belə ödəniş barədə məlumatı Aviaşirkət (onun Agenti) təqdim etməlidir.


15.8.2. Sərnişin Aviaşirkət tərəfindən müəyyən edilmiş pulsuz baqaj daşımasının maksimum normasından artıq olan baqajın bütün təyinat məntəqələrinə və ya yolda dayanma (transfer) məntəqələrinə daşınmasını ödənişli baqaj qəbzinin verildiyi gün qüvvədə olan tariflə ödəməlidir.

15.8.3.  Çəki konsepsiyası tətbiq olunarkən, baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları istisna olmaqla (bu Qaydaların 15.7 bəndi), ümumi baqaj kütləsinin müəyyən edilmiş normasından artıq olan çəkiyə görə ödəniş aparılır.


15.8.4.  Yer konsepsiyası tətbiq olunarkən, baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları istisna olmaqla (bu Qaydaların 15.7 bəndi), yerlərin sayına, hər bir yerin ölçüsü və kütləsinə görə (yerlərin kütləsi cəmlənmir) müəyyən edilmiş normadan artıq baqaja görə ödəniş aparılır.
15.8.5.    Yola düşmə məntəqəsində Sərnişin təxsis etdiyindən və dəyərini ödədiyindən az miqdarda baqaj təqdim etdikdə, yazılı surətdə Aviaşirkətə müraciət etdikdən və faktiki daşınan baqajı təsdiq edən sənədləri təqdim et sonraiət etdikdə surətdə aş baqajı təsdiq edən sənədləri miqdarda təqdim eri ()dan almaq olardikdən sonra, ödənilməli məbləğdən artıq olan məbləğ Sərnişinə qaytarılır.
15.8.6. Yola düşmə məntəqəsində Sərnişin təxsis etdiyindən və dəyərini ödədiyindən çox miqdarda baqaj təqdim etdikdə, müvafiq əlavə ödəniş aparıldıqdan sonra baqaj daşınmaya qəbul olunur.
15.8.7. Hava gəmisinin kommersiya yüklənməsi normadan artıq olduqda və ya boş tonnaj olmadıqda, Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar edərək baqajı özünün növbəti reysi ilə və ya digər Daşıyıcının reysi ilə göndərmək hüququna malikdir.
15.8.8.  Dayanma və ya transfer məntəqəsində baqajın kütləsi artarsa, Sərnişin əlavə baqaj üçün ödəniş həyata keçirməlidir.

15.9. Birgə baqaj

15.9.1. Eyni reyslə qrup şəklində eyni təyinat məntəqəsinə uçan iki və daha artıq Sərnişinə qeydiyyat zamanı rəsmiləşdirmək üçün baqajı birgə təqdim etməyə icazə verilmir və hər Sərnişin üçün baqajın pulsuz daşınma normalarının cəminə ekvivalent olan ümumi baqaj normasının tətbiq edilməsinə yol verilmir. Baqajın pulsuz daşınma norması hər sərnişinə fərdi şamil olunur.



15.10.  Xüsusi daşıma şəraiti tələb edən baqajın daşınması

15.10.1.  Xüsusi daşınma şəraiti tələb edən baqaj (məsələn, qiymətli əşyalar; kövrək, tezsınan əşyalar) aşağıdakı şərtlər yerinə yetirildikdən sonra hava gəmisinin salonunda daşınmaq üçün qəbul oluna bilər:


-        bunun üçün sərnişin Aviaşirkətin icazəsini almalıdır;
-        baqaj aviasiya təhlükəsizliyinə görə yoxlamadan keçməlidir.

Əgər baqaj iriölçülü və kövrəkdirsə (musiqi aləti) Sərnişin əlavə oturacaq yeri üçün ödəniş etməlidir (normadan artıq baqajın nəqli üçün ödəniş götürülmür). Belə baqajın çəkisi 75 kq-dan, ölçüləri isə oturacaq yerinin ölçülərindən artıq olmamalıdır.
15.10.2.  Xüsusi daşıma şəraiti tələb edən və hava gəmisinin sərnişin salonunda daşınan baqaj qeydiyyata alınmalı və ona oturacaq talonu verilməlidir. Onun bütövlüyünə və saxlanılmasına görə məsuliyyəti Sərnişin daşıyır.
15.10.3.  Hava gəmisinin sərnişin salonunda daşınan baqaj elə qablaşdırılmalıdır ki, daşınan zaman hava gəmisinin salonunu zədələməsin.

15.11. Silahın və döyüş sursatının daşınması

15.11.1. Aviaşirkətin hava gəmilərində istənilən silahın və onun döyüş sursatlarının daşınması qadağandır. Aşağıdakılar istisna təşkil edir:


-    ordu nümunəli yivli odlu silah və onun döyüş sursatları;
-     xüsusi sifarişlə hazırlanmış odlu silah və onun döyüş sursatları;
-    saxtalaşdırılmış, təlim üçün nəzərdə tutulan, qeyri-müasir atıcı silah, idman, ovçu yivli, kombinə edilmiş və yivsiz lüləli silah və onun döyüş sursatları;
-     pnevmatik silah və onun döyüş sursatları;
-     soyuq və soyuq atıcı silah (xəncərlər, qılınclar, süngülər, toppuzlar, gürzlər, ov və fin bıçaqları, süngü-bıçaqlar, arbaletlər);
-    butafor silahı;
-    qaz tapançaları və tapançalar.
15.11.2.  Qaz silahı üçün güllələr, partlayıcı və alovlandırıcı barıt güllələri Aviaşirkətin hava gəmilərində daşınmaya qəbul olunmur.
15.11.3. Daşınmasına icazə verilmiş silah və onun döyüş sursatı yalnız səlahiyyətli orqanların xüsusi icazəsi ilə təsdiq edilmiş sahiblik, idxal və ixrac hüququ olan fiziki şəxslərdən – Aviaşirkətin Sərnişinlərindən qəbul olunur. Hüquqi şəxslərin silahının və döyüş sursatının daşınması qaydası Aviaşirkətin “Yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları” ilə müəyyən edilir.
15.11.4.  Daşınmasına icazə verilmiş silah və döyüş sursatı qeydiyyata alınmış baqajda Aviaşirkətin yalnız birbaşa (tranzit) reyslərində Aviaşirkətin nümayəndələri olan aeroportlara/aeroportlardan Aviaşirkətin müəyyən etdiyi prosedurlara müvafiq olaraq daşınır. Mühafizə və polis funksiyalarını yerinə yetirən səlahiyyətli şəxslərin odlu silahı və döyüş sursatları, onlar öz xidməti vəzifələrini yerinə yetirərkən, Aviaşirkətin birbaşa, tranzit və transfer reyslərində bu Qaydaların 15.11.8. bəndinə müvafiq olaraq daşınır.

15.11.5. Silah və döyüş sursatının müşayiət olunmayan baqajda daşınması qadağandır.


15.11.6.   Daşıma zamanı silah və döyüş sursatı Sərnişindən alınır və hava gəmisinin baqaj bölməsində nəql edilir. Xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsləri istisna təşkil edir.
15.11.7. Sərnişinlərə hava gəmisinin sərnişin salonuna hər hansı silahı, döyüş sursatını, hətta ona oxşar düzəldilən hədiyyə və uşaq oyuncaqlarını gətirmək qəti qadağandır.
15.11.8. Hava gəmisinin sərnişin salonunda silahın aparılmasına yalnız qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bütün zəruri sənədlər olduqda, xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının səlahiyyətli əməkdaşlarına icazə verilir.
15.11.9. Silah daşınmaya yalnız boşaldılmış şəkildə, döyüş sursatından ayrı olmaqla qəbul olunur.
15.11.10.    Müsadirə olunmuş soyuq silah, qısalüləli odlu silah və döyüş sursatı xüsusi bağlamada dəmir konteynerlərdə hava gəmisinin baqaj bölməsində daşınır. Konteynerin açarı uçuş yerinə yetirilərkən və tranzit hava limanında dayanacaq zamanı hava gəmisinin ekipajında olur.
15.11.11.  Müsadirə edilmiş, uzunluğu 80 sm-dən artıq olan sökülməyən silah hava gəmisinin baqaj bölməsində, silahın sahibləri tərəfindən verilmiş və etibarlı qıfıllarla təchiz edilmiş penallarda, xüsusi konteynerlərdə, qutularda və s. daşınır.
15.11.12.  Müsadirə edilmiş silahın hava gəmisinin pilot kabinəsində və ya sərnişin salonunda daşınması və hava gəmisinin bortunda və ya hava limanı perronunda Sərnişinə qaytarılması qəti qadağandır.
15.11.13.   Sərnişin daşınmasına icazə verilmiş silah üçün 5 kq-dan çox olmayan (brutto-çəki) döyüş

sursatı apara bilər.


15.11.14. Bir neçə Sərnişin üçün döyüş sursatının daşınma normasının birləşdirilməsinə icazə verilmir.
15.11.15. Bir neçə Sərnişin tərəfindən daşınan döyüş sursatını bir və ya bir neçə baqaj yerində birləşdirmək olmaz.
15.11.16.  Daşınmaya qəbul olunmuş silah və /və ya döyüş sursatı təyinat məntəqəsində müəyyən edilmiş yerdə hava limanının aviasiya təhlükəsizliyi işçiləri (Security) tərəfindən Aviaşirkətin nümayəndəsinin iştirakı ilə verilir.

15.12. Qeydiyyata alınmamış baqaj (əl yükü).

15.12.1. Qeydiyyata alınmamış baqaj – Sərnişin tərəfindən hava gəmisinin salonunda daşınan baqajdır. Aviaşirkətin reyslərində qeydiyyatdan keçməmiş baqajın daşınma norması aşağıdakı kimidir:

- biznes sinif sərnişinləri üçün – ümumi kütləsi 10 kq olan 2 yer.

- ekonom sinif sərnişinləri üçün – kütləsi 5 kq olan 1 yer.

Konkret istiqamətdə daşımaq üçün icazə verilmiş əl yükünün kütləsi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:
- Aviaşirkətin (www.azal.az) saytında;
- aviadaşımaların satışı məntəqəsində.
Əl yükünün maksimal ölçüləri : 55x40x20 sm.


15.12.2. Əl yükünün çəkisi baqajın pulsuz daşınma normasına daxil deyil.
15.12.3. Əl yükü bir yer tutmalı, hava gəmisinin salonunda Sərnişin oturacağının üstündəki rəfdə, yaxud irəlidəki oturacağın altında yerləşdirilməlidir.

15.12.4. Qeydiyyat zamanı Sərnişin çəkini müəyyən etmək üçün daşıdığı baqajı təqdim etməlidir. Minmə, düşmə və ya uçuş zamanı ona lazım ola biləcək əşyalar istisna təşkil edir:

- qadın çantası və ya portfel;

- kağız qovluğu;

- çətir;

- əsa;


- gül buketi;

- üst geyimi;

- uçuş zamanı oxumaq üçün nəşrlər;

- uçuş zamanı lazım olan uşaq yeməyi;

- mobil telefon;

- fotoaparat;

- videokamera;

- portativ kompyuter;

- portpleddə kostyum;

- uşaq apararkən beşik;

- hərəkət qabiliyyəti məhdud olan şəxsin daşınması zamanı qoltuqağacları, xərək və ya kreslo-araba.
15.12.5.   Əl yükünün ölçülərinə və çəkisinə görə Aviaşirkət tərəfindən irəli sürülən tələblərə cavab verməyən və ya hava gəmisinin sərnişin salonunda daşınmasına icazə verilməyən əşyalar qeydiyyata alınmış baqaj sayılacaq və onun kimi emal olunacaqdır.

15.12.6. Qeydiyyata alınmamış baqaj üçün bütün məsuliyyəti Sərnişin daşıyır.




15.13. Daşınmaya məhdud miqdarda qəbul olunan əşyalar maddələr

15.13.1. Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətin razılığı ilə baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:
•    Daşınma zamanı tezkorlanan məhsulların soyudulması üçün üstündə «Quru buz» və ya «Bərk karbon dioksidi» nişanı olan, ayrılan qazı buraxmağa imkan verən bağlamada 2 kq-dan çox olmamaq şərtilə quru buz ( qeydiyyata alınmış baqajda);
•    Tibbi məqsədlərlə şəxsi istifadə üçün içində qaz halında oksigen, yaxud hava olan kiçik balonlar (qeydiyyata alınmış baqajda);
•    partlayan və yandırıcı güllələr istisna olmaqla,qutularda etibarlı şəkildə qablaşdırılmış, bu Qaydaların 15.11.13. bəndində müəyyən edilmiş miqdarda döyüş sursatı (qeydiyyata alınmış baqajda);
•    xəstələrin daşınması üçün kreslo-araba və ya şəxsi istifadə üçün nəzərdə tutulmuş, axıdılmayan batareya (batareyanın sıxaclarının qısa qapanmadan etibarlı mühafizə edilməsi və batareyanın kreslo-arabaya, yaxud hərəkətli vasitəyə bərkidilməsi şərtilə), ya da axıdılan batareyalarla təchiz edilmiş, akkumulyator batareyası ilə hərəkətə gətirilən vasitələr (qeydiyyata alınmış baqajda);

•    dövlət hava bürosunun və ya analoji rəsmi orqanın nümayəndəsinin apardığı civə barometri və ya termometr (qeydiyyata alınmış baqajda );


•  özüdoldurulan xilasedici jiletə birləşdirilmiş, tərkibində alovlanmayan karbon qazı olan qaz balonu, bir sərnişin üçün iki kiçik balon və onlar üçün iki ehtiyat doldurucu (qeydiyyata alınmış baqajda);
•   istilik hasil edən məmulatlar, məsələn, şəxsi istifadə üçün sualtı lampalar və qaynaq avadanlığı (qeydiyyata alınmış baqajda );
15.13.2. Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətlə razılaşdırılmadan, baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:
•    istehsal qablaşdırmasının bir vahidinin maksimal həcminin 5 litrdən çox olmaması şərtilə, bir Sərnişinə 5 litrdən çox olmamaqla 70 dərəcəyədək alkoqollu içki (qeydiyyata alınmış baqajda);

•   qeyri-radioaktiv dərman vasitələri və ya tualet ləvazimatı (saç üçün lak, odekolon, ətir, tərkibində spirt olan dərmanlar). Hər Sərnişin tərəfindən aparılan belə məmulatların ümumi netto çəkisi 2 kq/l-dan, hər bir ayrıca məmulatın netto-kütləsi isə 0.5 kq/l-dan artıq olmamalıdır ( qeydiyyata alınmış baqajda);


•    şəxsi istifadə üçün nəzərdə tutulmuş, qızan elementinin örtüsü təhlükəsiz və etibarlı olan, ehtiyat balonu olmayan, saçları burmaq üçün karbohidrogen tərkibli vasitə. Bir Sərnişin yalnız bir belə vasitə apara bilər ( qeydiyyata alınmış baqajda);
•    şəxsi istifadə üçün kibrit və ya ehtiyat bloku olmayan, maye qazla işləməyən alışqan (qeydiyyata alınmış baqajda );
•    süni ətrafları hərəkətə gətirmək üçün karbon qazı tərkibli səyyar balonlar, habelə daşınma zamanı zəruri ehtiyatları təmin etmək üçün ehtiyat səyyar balonlar ( qeydiyyata alınmış baqajda);
•   ürək əzələlərinin radioizotop stimulyatoru, yaxud litium batareyalarından qidalanan, insanın bədəninə implantasiya edilmiş digər vasitələr, yaxud müalicənin nəticəsi kimi insan bədənində olan radioaktiv farmasevtik preparatlar (qeydiyyata alınmış baqajda );
•    şəxsi istifadə üçün nəzərdə tutulmuş etibarlı qablamada kiçik tibbi civə termometri, bir Sərnişinə bir ədəd olmaqla (qeydiyyata alınmış baqajda).

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə