20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin


  Sərnişinlərə hava gəmisi bortunda xidmət göstərilməsi



Yüklə 0,73 Mb.
səhifə7/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
1   2   3   4   5   6   7

19.3.  Sərnişinlərə hava gəmisi bortunda xidmət göstərilməsi
19.3.1. Ümumi müddəalar
19.3.1.1. Aviaşirkət hava gəmisinin bortunda xidmət sinfindən asılı olaraq Sərnişinlərə göstərilən xidmətlərin norma və həcmini müstəqil surətdə müəyyən edir və dəyişir.


19.3.2. Hava gəmisi bortunda yerlərin bölüşdürülməsi

19.3.2.1.   Hava gəmisinin bortunda yerlər elə qaydada bölüşdürülür ki, xüsusi kateqoriyalı Sərnişinlər mane olmasınlar, digər Sərnişinlər isə qəza vəziyyətində onların təxliyəsinə kömək göstərə bilsinlər.


19.3.2.2. Qəza çıxışlarının yanındakı sıralarda aşağıdakı kateqoriyadan olan Sərnişinlərin yerləşdirilməsi qadağandır:
-    fiziki imkanları məhdud olan sərnişinlər;
-     hamilə qadınlar;
-     diri heyvanlar aparan şəxslər;
-     Azərbaycan, rus, ingilis dilini bilməyən və ya pis bilən sərnişinlər;
-     ağır çəkili şəxslər;
-     yaşı ilə əlaqədar tez hərəkət edə bilməyən şəxslər;
-     böyüklərin müşayiəti ilə səfər edən uşaqlar, müşayiət olunmayan uşaqlar;
-     mühafizəçilərlə müşayiət olunan və ya olunmayan deportasiya edilən şəxslər.
19.3.2.3. Xüsusi kateqoriyalı Sərnişinləri qəza vəziyyətində qanadların üstünə açılan qəza çıxışları vasitəsilə təyyarəni tərk edə biləcəkləri yerlərdə yerləşdirmək qadağandır.
19.3.2.4.  Fiziki imkanları məhdud olan Sərnişinləri, həddən ziyadə kök Sərnişinləri, deportasiya olunan mülki və cinayətkar şəxsləri və uşaqları çıxışın yaxınlığındakı yerlərdə yerləşdirmək
qadağandır.
19.3.2.5. Özü ilə diri heyvan aparan Sərnişinləri mətbəxin və tualetin yanında yerləşdirmək qadağandır.
19.3.2.6.  Bələdçi itin müşayiəti ilə səfər edən Sərnişinlərə hava gəmisi salonunun sonunda yer verilir.  

19.3.2.7. Aviaşirkət tərəfindən Sərnişinlərin hava gəmisinə mindirilməsi prioriteti müəyyən edilmişdir. Sərnişinlər hava gəmisinin salonuna aşağıdakı ardıcıllıqla mindirilir:

- mühafizə olunan deportasiya edilən şəxslər və həbsdə olan şəxslər;

- fiziki imkanları məhdud olan Sərnişinlər;

- müşayiət olunmayan uşaqlar;

- ekonom sinif Sərnişinləri;

- biznes sinif Sərnişinləri;

- VIP Sərnişinlər.

Sərnişinlərin həva gəmisindən düşürdülməsi əks ardıcıllıqla həyata keçirilir.


19.3.3. Qida və içkilərin təklif olunması

19.3.3.1.  Aviaşirkət hava gəmisinin bortunda qidanı ödənişsiz təqdim edir. Əgər bort qidası və digər əlavə xidmətlər nəzərdə tutulmamış və tarifə daxil edilməmişdirsə, Aviaşirkət bort qidasına, içkilərə və digər əlavə xidmətlərə görə haqq almaq hüququna malikdir.
19.3.3.2. Hava gəmisinin bortunda Sərnişinlərə qida xidmət sinfindən, günün saatından və reysin davamiyyətindən asılı olaraq təqdim edilir.
19.3.3.3. Hava gəmisinin bortunda xüsusi qida növləri (uşaq yeməyi, vegetarian, dini, pəhriz yeməkləri və ya dəniz məhsullarından olan yeməklər) yalnız əvvəlcədən (uçuşdan ən azı 24 saat əvvəl) sifariş olunduqda verilir.
19.3.3.4.  Aviaşirkətin personalının təklif etdiyi hallar istisna olmaqla, hava gəmisinin bortunda spirtli içkilərin qəbul edilməsi qadağandır. Bu qaydalara riayət olunmadığı halda, sərnişinə məxsus olan, o cümlədən təyyarədəki rüsumsuz ticarət mağazasından aldığı spirtli içkiləri müvəqqəti olaraq, uçuş yerinə yetirildiyi müddətdə müsadirə etməklə (uçuş başa çatdıqdan sonra sərnişinə qaytarılması şərtilə) sanksiyalar tətbiq edilə bilər.

19.4. Sərnişinin xəstəliyi səbəbindən uçuşun dayandırılması
19.4.1. Sərnişinin xəstələnməsi, yaralanması səbəbindən onun xahişi ilə və ya həkimin təkidi ilə uçuşun aralıq məntəqədə (yəni təyinat məntəqəsindən əvvəl) dayandırılması zamanı bütün xərclər (yerüstü nəqliyyatla çatdırma, mehmanxana, qida, xəstəxana) Sərnişin tərəfindən ödənilir.

19.5. Uçuş zamanı davranış
19.5.1.  Hava gəmisinin bortunda Sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Sərnişin ekipajın öz xidməti vəzifələrini yerinə yetirməsinə mane olmamalı, hava gəmisinin uçuşunun təhlükəsizliyini, sərnişinlərin təhlükəsiz və rahat uçuşunu təmin etmək üçün hava gəmisi komandirinin və ekipajın göstərişlərini yerinə yetirməlidir. Sərnişin digər sərnişinlərin etirazına səbəb olan və ya səbəb ola biləcək hərəkətlər etməməlidir.

19.5.2.  Uçuşun təhlükəsizliyini təmin etmək üçün Aviaşirkət hava gəmisinin bortunda elektron texnikadan, mobil telefonlardan, səyyar kompyuterlərdən, səyyar maqnitofonlardan, əl radioqəbuledicilərindən, CD-pleyerlərdən, ötürücü qurğulardan, o cümlədən radio ilə idarə olunan oyuncaqlardan, əl rasiyalarından və s. (süni eşitmə cihazlarından və elektrokardiostimulyatorlardan başqa) istifadə etməyi məhdudlaşdırmaq və ya qadağan etmək hüququna malikdir.


19.5.3.  Hava gəmisinin bortunda Sərnişin təhlükəyə səbəb ola bilən, yaxud digər sərnişinlər, əşyalar, hava gəmisi və ekipaj üçün təhlükə törədə bilən sərxoş vəziyyətdə (spirtli içkilərin, narkotik yaxud hər hansı digər vasitələrin təsiri altında) olmamalıdır. Hava gəmisinin bortunda hər hansı spirtli içkinin yalnız Aviaşirkətin təklif etdiyi miqdarda və xidmət sinfindən asılı olaraq qəbul edilməsinə icazə verilir.
19.5.4. Siqaret çəkmək, o cümlədən elektron siqaretlər Aviaşirkətin bütün reyslərində qadağan edilir.
19.5.5.  Əgər Sərnişin 19.5.2 – 19.5.4 bəndlərində göstərilən müddəalara riayət etmirsə, Aviaşirkət vəziyyətin tələb etdiyi və belə davranışın qarşısını almaq üçün zəruri hesab etdiyi tədbirlər görmək hüququna malikdir. Belə tədbirlərə aiddir:
-    Sərnişinin hava gəmisinin salonunda hərəkətinin məhdudlaşdırılması;
-     Sərnişinin hava limanından düşürdülməsi;
-     Daşıma marşrutu üzrə istənilən məntəqədə Sərnişinin hava gəmisinin bortuna qəbul edilməsindən imtina edilməsi;
-     Müvafiq təsir tədbirləri görmək üçün Sərnişinin yerli dövlət hüquq-mühafizə orqanlarına təhvil verilməsi;
-     Sərnişinə qarşı inzibati və mülki-hüquqi təsir tədbirlərinin görülməsi (inzibati məsuliyyətə cəlb etmək, zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək);
-     Sərnişinin şəxsi məlumatlarının arzuolunmaz sərnişinlərin siyahısına daxil edilməsi və sonradan Aviaşirkətin istənilən reysi ilə səfər etməsinin qadağan edilməsi.
19.5.6.   Əgər Sərnişinin icazəsiz davranışı nəticəsində Aviaşirkət əlavə xərclər tələb edən müəyyən tədbirlər görmək məcburiyyətində qalmışdırsa, Sərnişin həmin xərcləri Aviaşirkətə ödəməlidir.


20. Məbləğin qaytarılması
20.1. Ümumi müddəalar

20.1.1.  Biletdə göstərilən tarifin tətbiq olunması qaydaları ilə digər hal nəzərdə tutulmamışdırsa, Aviaşirkət biletin (onun hissəsinin) istifadə olunmamasına görə məbləğin qaytarılmasını yalnız Aviaşirkətin (771) ІATA nömrələri olan daşınma sənədləri üzrə həyata keçirir.


20.1.2.  Ödəniş daşınma sənədləri qüvvədə olduğu müddət ərzində, adına biletin rəsmiləşdirildiyi şəxsə (yaxud onun vəkalətli şəxsinə, habelə biletin dəyərini ödəmiş təşkilata və ya şəxsə) qaytarılır.
20.1.3.   Normal və ya xüsusi tariflərlə rəsmiləşdirilmiş bilet ilkin uçuş tarixindən etibarən bir il ərzində daşınma üçün etibarlı sayılır.

20.1.4. Əgər tarifin tətbiq olunması qaydaları ilə digər hal nəzərdə tutulmamışdırsa, daşıma başlandığı təqdirdə daşınmanın başlanmasının ilk günündən etibarən bir il ərzində, daşıma başlanmadığı təqdirdə isə daşıma sənədlərinin rəsmiləşdirildiyi gündən etibarən bir il ərzində daşıma sənədləri üzrə məbləğ qaytarılır.

20.1.5.  Məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir.

20.1.6. Məbləğ qaytarılarkən valyutanın növü və biletin dəyərinin ödəniş forması saxlanılır.


20.2. Qaytarılan məbləğ

20.2.1. Əgər Sərnişin Aviaşirkətin aşağıdakı hərəkətləri səbəbindən daşımadan imtina edirsə, bu halda ödəniş mütləq qaytarılmalıdır:


Aviaşirkət Sərnişinin yer təxsis etdiyi və bilet rəsmiləşdirdiyi reysi təxirə salmış, ləğv etmiş, ləngitmişdir;
Aviaşirkət Sərnişin üçün təyinat, yola düşmə məntəqəsində, yaxud dayanacaq olan məntəqədə hava gəmisinin enməsini ləğv etmişdir;
xidmət sinfini dəyişmişdir;
- Sərnişin tərəfindən əvvəlcədən təxsis edilmiş yerə müvafiq yeri təqdim etməmişdir;
 əvvəlki reysin qeyd olunduğu biletdə göstərilən və Sərnişinin təsdiqlənmiş təxsisi olan reysə keçidi təmin etməmişdir;
20.2.2.  Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər heç bir sahədə uçuş həyata keçirilməyibsə, daşıma üçün ödənilmiş bütün məbləğ Sərnişinə qaytarılır.
20.2.3.  Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər daşıma qismən yerinə yetirilmişdirsə, daşımanın həyata keçirilməmiş hissəsinin dəyərinə müvafiq məbləğ qaytarılır.
20.2.4. Sərnişin könüllü olaraq uçuşdan imtina etdiyi (könüllü olaraq bileti qaytardığı) hallarda, məbləğin qaytarılması biletin alındığı yerdə həyata keçirilir və tariflərin tətbiqi qaydaları ilə tənzimlənir.

20.3. Məbləğin qaytarılmasından imtina hüququ

20.3.1. Aviaşirkət aşağıdakı hallarda məbləğin qaytarılmasından imtina etmək hüququna malikdir:


-    Sərnişin biletin etibarlılıq müddəti bitdikdən sonra bu barədə ərizə ilə müraciət etdikdə;
-     bilet xüsusi tariflə əldə edildikdə və onun tətbiqi qaydaları ilə məbləğin qaytarılması nəzərdə tutulmadıqda (bilet belə bir xüsusi tariflə əldə edildikdə Aviaşirkət (onun Agenti) təxsisetmə zamanı Sərnişini bu barədə məlumatlandırmalı və biletdə xüsusi qeyd olmalıdır);
Aviaşirkət biletin Sərnişin tərəfindən yalnız özünün immiqrasiya və ya viza məsələlərini həll etmək üçün alındığını və istifadə edildiyini sənədlər vasitəsilə sübut edə bildikdə.

20.4. Öhdəlikdən azad olma

20.4.1. Aviaşirkət aşağıdakı hallarda Sərnişinin daşınmasından imtina etdiyinə görə kompensasiya ödəmir:


-     fors-major şəraitinə görə daşımadan imtina edildikdə,
-    hökumət müvafiq daşımada istifadə olunan hava gəmisinin tutumunu tam və ya  qismən müsadirə etdiyinə görə daşımadan imtina edildikdə;
-     Sərnişin aviasiya təhlükəsizliyinə görə yoxlamadan keçməkdən imtina etdikdə, yaxud Aviaşirkət (onun Agenti və ya xidmət üzrə Agenti) tərəfindən verilmiş təlimatı yerinə yetirmədikdə;
-     Sərnişin geniş istehlakçı dairəsi üçün mümkün olmayan pulsuz biletlə və ya xüsusi tarifli biletlə daşındıqda;
-     Sərnişin çarter reysi ilə və ya bütün xidmətlərin ödənilməsi şərtilə qrup şəklində daşımanın, yaxud turist səyahətinin bir hissəsi kimi satılmış reyslə daşındıqda (bu vaxt daşımadan imtinaya görə məsuliyyət müqavilə üzrə Daşıyıcının üzərinə qoyulur);

- qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.


21. Sərnişinlərin müraciəti (rəyləri, təklifləri, şikayətləri)
21.1. Ümumi müddəalar

21.1.1. Sərnişin ona göstərilən xidmətdən narazılığını şifahi və ya yazılı surətdə ifadə etmək hüququna malikdir.


21.1.2. Sərnişinin şifahi müraciətinə (şikayətinə), imkan daxilində, dərhal baxılmalıdır. Sərnişinə nəzakətli və əsaslandırılmış cavabın verilməsi, habelə lazımi qaydada xidmətin göstərilməsi üçün Aviaşirkət tərəfindən bütün tədbirlər görülməlidir.
21.1.3.   Sərnişinin tələbi ilə ona Şikayətlər və təkliflər kitabı verilməlidir.


21.2. Sərnişinlərin yazılı şikayətlərinə baxılması qaydası

21.2.1. Sərnişinin yazılı şikayətinə qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna edilməklə, bir ay ərzində, əlavə təhqiqat və yoxlamalar tələb etməyən şikayətlərə isə, əgər qanunvericiliklə digər müddət nəzərdə tutulmamışdırsa, 15 gündən gec olmamaqla baxılmalıdır.


21.2.2.  Əsaslı cavab vermək mümkün olmadığı hallarda, Sərnişin cavabın ləngidilməsinin səbəbi və onu ala biləcəyi müddət barədə məlumatlandırılır.

22. Aviaşirkətin, Sərnişinin və Yükgöndərənin (yükalanın) məsuliyyəti
22.1. Ümumi müddəalar
22.1.1. Aviaşirkət hava gəmisinin Sərnişini və yükgöndərən (yükalan) qarşısında Azərbaycan Respublikasının qanunvericiliyi, Varşava Konvensiyası, habelə sərnişin, baqaj və yüklərin hava daşınması üzrə hazırkı qaydalar, yaxud digər əlavə qaydalarla müəyyən olunmuş formada məsuliyyət daşıyır.
22.2. Hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına zərər vurulmasına görə Aviaşirkətin məsuliyyəti
22.2.1. Hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına vurulmuş zərərə görə Aviaşirkətin məsuliyyəti və məsuliyyətin miqdarı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə Varşava Konvensiyasına müvafiq olaraq müəyyən edilir.

22.2.2. Aviaşirkət Sərnişinin hava gəmisinə minməsi üçün uçuşdan əvvəlyoxlamadan keçdiyi andan Aviaşirkətin səlahiyyətli şəxslərinin müşahidəsi altında aerodromu tərk etdiyi anadək olan müddətdə onun ölümü və ya zədələnməsi nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyır.


22.3. Sərnişinin qeydiyyata alınmış baqajının, yükünün və əl yükünün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə Aviaşirkətin məsuliyyəti
22.3.1. Aviaşirkət zərərin vurulmasının qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüldüyünü, yaxud belə tədbirlərin görülməsinin qeyri-mümkün olduğunu sübut edə bilməsə, baqajın və ya yükün hava nəqliyyatı ilə daşıma üçün qəbul olunduqdan sonra və yükalana, yaxud müəyyən edilmiş qaydalara uyğun olaraq digər vətəndaşa və ya hüquqi şəxsə təhvil verilənədək itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə məsuliyyət daşıyır.

22.3.2. Aviaşirkət baqajın və ya yükün itməsinin, əskik gəlməsinin və ya zədələnməsinin (korlanmasının) Aviaşirkətin qərəzli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermədiyini və ya hava daşıması zamanı baş vermədiyini sübut edə bilməsə, baqajın və ya yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə məsuliyyət daşıyır.


22.4. Baqajın və yüklərin itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə Aviaşirkətin məsuliyyətinin miqdarı

22.4.1. Baqajın, yükün, habelə Sərnişinin yanında olan əşyaların itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə Aviaşirkət onların həqiqi dəyəri miqdarında, lakin Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyi və Varşava Konvensiyası ilə müəyyən edilmiş həddən artıq olmamaqla məsuliyyət daşıyır.


22.5. Aviaşirkətin məsuliyyətini istisna edən şərtlər
22.5.1. Aviaşirkətin məsuliyyəti faktiki olaraq vurulmuş ziyanın məbləğindən artıq olmamalıdır.

22.5.2. Aviaşirkət dövlət orqanlarının qanunlarına, qərarlarına, qaydalarına və bu Qaydalara riayət etməsi, yaxud Sərnişin tərəfindən onlara riayət edilməməsi nəticəsində bilavasitə və dolayısı ilə baş vermiş zərərə görə məsuliyyət daşımır və ziyanın əvəzini ödəmir.

22.5.3. Aviaşirkət onun təqsiri olmadan, yaxud onun nəzarəti altında olmayan səbəbdən (o cümlədən: təbii fəlakət, meteoroloji şərait, qanunsuz müdaxilə aktı, dövlət orqanlarının tələbləri, Aviaşirkətin təsir göstərə bilmədiyi digər fors-major vəziyyətlər) baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir.

22.5.4. Sərnişinin ölümü və ya səhhətinin pisləşməsi onun sağlamlıq vəziyyətindən irəli gəldikdə Aviaşirkət heç bir məsuliyyət daşımır.

22.5.5. Aviaşirkət Sərnişinin ölümü, yaralanması, bədən xəsarəti alması, yaxud onun baqajının, habelə yükünün daşınması zamanı zədələnməsi ilə nəticələnən zərərin vurulmasına səbəb olan hər hansı şəxsin qərəzli hərəkəti və ya hərəkətsizliyinə görə Aviaşirkətə qarşı irəli sürülən iddiaya görə Sərnişin qarşısında məsuliyyət daşımır.

22.5.6. Aviaşirkət baqajın itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıdakı səbəblər üzündən baş verdiyini sübut etdikdə məsuliyyətdən azad olunur:



  • baqajı təhvil verən, yaxud alan şəxsin təqsiri;

  • daşınan əşyaların təbii xüsusiyyətləri;

  • baqaj qəbul edilərkən aparılan zahiri yoxlama zamanı bağlamanın nəzərəçarpmayan nöqsanları;

  • baqajda olan, daşıma və saxlama zamanı xüsusi şərait və ya ehtiyat tədbirləri tələb edən əşyaların və ya maddələrin əlahiddə xüsusiyyətləri.

22.5.7. Aşağıdakı hallarda Aviaşirkət məsuliyyət daşımır:

  • Sərnişin baqajın əskik gəldiyini və bunun Aviaşirkətin təqsiri üzündən baş verdiyini sübut edə bilmədiyi halda, daşınan baqaj oğurluq və ya zədələnmə əlamətləri olmadan, qüsursuz qablamada Sərnişinə təhvil verilərkən onun çəkisinin əskik gəlməsinə görə;

  • kövrək və tezsınan əşyaların zədələnməsinə, pul, zinət əşyaları, qiymətli metallar, gümüş məmulatlar, qiymətli və işgüzar kağızlar, dərman vasitələri, açarlar, pasportlar, vəsiqələr və qeydiyyata alınmış baqaj qismində qəbul olunmayan digər əşyalara görə, Aviaşirkətin bu əşyaların baqajda olub-olmadığını bilməsindən asılı olmayaraq.


22.6. Yükgöndərənin / yükalanın məsuliyyəti

22.6.1. Yükgöndərən / yükalan təqdim etdiyi məlumatların düzgün və ya dolğun olmaması nəticəsində Aviaşirkətə və ya Aviaşirkətin, öz növbəsində, qarşısında belə məsuliyyət daşıdığı şəxsə vurduğu zərərə görə məsuliyyət daşıyır.

22.6.2. Yükgöndərən / yükalan Azərbaycan Respublikasının dövlət və inzibati orqanlarının və ya təyinat (göndərmə/tranzit) ölkəsinin tələblərini yerinə yetirməməsi nəticəsində Aviaşirkətin çəkdiyi bütün xərcləri ödəməlidir.
22.7. Sərnişinin məsuliyyəti
22.7.1. Əgər Aviaşirkət Sərnişinin təqsiri üzündən zərərə düşmüşdürsə, bu zaman Sərnişin dəymiş zərərin məbləği həcmində maddi məsuliyyət daşıyır.

22.7.2. Sərnişin aşağıdakıları yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır:



  • daşıma qaydalarını (fotoşəkil çəkilişi, kino çəkilişi, hava gəmisinin bortunda mobil və radiorabitə vasitələrindən istifadə və s.);

  • hava gəmisi komandirinin sərəncamlarını;

  • yanğın təhlükəsizliyi qaydalarını, sanitar-gigiyenik və sanitar-əksepidemik qaydaları;

  • təhlükəli maddələrin və ya əşyaların daşınması qaydalarını;

  • uçuş təhlükəsizliyi qaydalarını (qapını, təyyarənin lyukunu açmağa cəhd göstərmək, sərnişinin və baqajın təhlükəsizliyə görə baxışdan keçməsindən imtina etmək, təhlükəsizlik kəmərini bağlamamaq, hava gəmisinin bortunda və qadağan edilmiş digər yerlərdə siqaret çəkmək və s.);

  • aerovağzallarda, şəhər agentliklərində, hava limanlarında, aerodromlarda və hava gəmilərində ictimai asayişin pozmaq, o cümlədən digər sərnişinlərə və Aviaşirkətin işçi heyətinə qarşı hüquqazidd hərəkətlər etmək;

  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər pozuntular.




23. Pretenziyalar və iddialar
23.1. Pretenziya və iddiaların verilməsi qaydası

23.1.1.  Aviaşirkət, onun nümayəndələri, yaxud xidmət üzrə Agentləri daşıma müqaviləsinin şərtləri pozulduğu hallarda Sərnişinin hansı tədbir görməli olduğunu ona aydınlaşdırmalı və bununla əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsində Sərnişinə kömək göstərməlidirlər.


23.1.2. Pretenziyalar onları irəli sürənin arzusu ilə yola düşmə, təyinat, transfer, tranzit, dayanacaq məntəqəsində bilavasitə Aviaşirkətə, yaxud onun Agentinə təqdim edilə bilər.
23.1.3.   Aviaşirkətə irəli sürülən hər bir pretenziyada onun təqdim edilməsinin səbəbi, vurulmuş ziyan, itirilmiş və ya zədələnmiş baqajın içindəki əşyaların siyahısı, vurulmuş ziyanın xarakteri və miqdarı qeyd olunmalıdır. Marağı olan tərəf ziyanın məbləğini sübut etməlidir.
23.1.4.    Ərizəçi ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququnu sübut edən bütün sənədləri –bileti, normadan artıq baqajın ödənildiyini təsdiq edən qəbzi (yaxud onların surətini), baqaj birkasının qoparma talonunu, çekləri, çəkilmiş xərclərin qəbzlərini, baqajın daşınması zamanı nöqsanlar barədə aktı, ziyan məbləğinin hesablanmasını və işə aidiyyəti olan digər sənədləri pretenziyaya əlavə etməlidir.
23.1.5.   Sərnişinin bədən xəsarəti alması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə Aviaşirkətə iddianı zərərçəkən, onun ölümü hallarında isə mülki qanunvericiliyin ümumi normalarına müvafiq olaraq zərərin əvəzinə kompensasiya almaq hüququ olan şəxs verir.
23.1.6.   Baqajın daşınması zamanı nöqsanlar barədə aktın tərtib edilməsi zərər yetirilməsinin etiraf edilməsi kimi qiymətləndirilməməlidir. Baqajın daşınması zamanı nöqsanlar barədə aktın tərtib olunmaması Sərnişini pretenziya və ya iddia irəli sürmək hüququndan məhrum etmir.
23.1.7. Baqajın alınması və ya çatdırılması zamanı Sərnişinin baqajı etirazsız qəbul etməsi baqajın Aviaşirkət tərəfindən lazımi vəziyyətdə və daşınma müqaviləsinin şərtlərinə uyğun olaraq çatdırıldığını ehtimal edir (əgər bunun əksi sübut edilməmişdirsə).  

23.2.  Pretenziyalara baxılması qaydası

23.2.1.   Sərnişinlərin pretenziyalarına Aviaşirkətdə müəyyən edilmiş qaydaya müvafiq olaraq baxılır.


23.2.2. Əgər barəsində pretenziya verilmiş daşıma bütünlüklə Aviaşirkət tərəfindən həyata keçirilmişdirsə, Aviaşirkət 3 ay ərzində pretenziyaya baxmalı və onun təmin olunması və ya rədd edilməsi barədə  ərizəçini məlumatlandırmalıdır.
23.2.3.  Digər Daşıyıcıların iştirak etdiyi daşımalar üzrə Sərnişinlərin pretenziyalarına baxılması müddəti, bu Daşıyıcıların pretenziyaların tənzimlənməsi üzrə qüvvədə olan qaydaları nəzərə alınmaqla, 6 ayadək uzadıla bilər.

23.3. İddialar və müddət

23.3.1.  Sərnişinin və /və ya baqajın daşınması müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə əlaqədar Aviaşirkətə iddialar irəli sürülməzdən əvvəl hökmən Sərnişinin və ya onun tapşırığı ilə hərəkət edən şəxsin yazılı pretenziyası təqdim olunmalıdır. Sərnişinin ölümü və ya sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vurulması halları istisna olunur. Bu hallarda yazılı pretenziyanı mülki qanunvericilik normalarına müvafiq olaraq zərər üçün kompensasiya almaq hüququ olan şəxslər verməlidir.

23.3.2. Sərnişinin ölümü və ya bədən xəsarəti alması ilə əlaqədar iddialar 2 il ərzində verilə bilər.
23.3.3.  Sərnişinin daşınması yubadıldığı halda və ya hər hansı digər səbəblərdən Sərnişin və ya onun vəkalətli şəxsi tərəfindən iddia Sərnişin təyinat məntəqəsinə gəldiyi tarixdən və ya onun təyinat yerinə gəlməli olduğu tarixdən ən gec 21 gün sonra verilə bilər.
23.3.4.  Baqajına zərər vurulduğu hallarda Sərnişin zərərin əvəzinin ödənilməsi barədə yazılı pretenziyanı aşağıdakı müddətlərdə təqdim edə bilər:
-    Baqaj  məhv edildiyi, zədələndiyi və ya əskik gəldiyi hallarda – zərər aşkar edildikdən dərhal sonra, lakin baqajın alındığı tarixdən 7 gündən gec olmamaqla;
-     Baqajın daşınması ləngidildiyi hallarda – baqaj Sərnişinin sərəncamına verildiyi tarixdən 21 gün ərzində;
-    Baqaj itirildiyi hallarda – hava gəmisinin təyinat məntəqəsinə gəldiyi tarixdən və ya təyinat məntəqəsinə gəlməli olduğu tarixdən, yaxud daşıma dayandırıldığı tarixdən 2 il ərzində. Baqaj təyinat yerinə gəlməli olduğu tarixdən 21 gün ərzində axtarış zamanı tapılmadığı təqdirdə o, itirilmiş sayılır.
23.3.5.  Sərnişinin və ya baqajın lazımi qaydada daşınmamasına dair Aviaşirkətə irəli sürülən iddialar hava gəmisi təyinat məntəqəsinə gəldiyi tarixdən və ya hava gəmisi təyinat məntəqəsinə gəlməli olduğu tarixdən və ya daşıma dayandırıldığı tarixdən iki ildən gec olmamaqla, Aviaşirkətin qeydiyyatda olduğu yerin, yaxud onun baş ofisinin yerləşdiyi yerin və ya daşıma müqaviləsi bağlamış Daşıyıcının ofisinin yerləşdiyi yerin məhkəməsinə (iddiaçının seçimi ilə) verilməlidir.
23.3.6.  22.3.2 və 22.3.4 bəndlərində göstərilən müddətlərdə yazılı pretenziya olmadığı hallarda, Aviaşirkətə qarşı iddia irəli sürülə bilməz.


24. Sərnişinin məlumatlandırılması

24.1. Bu bölmənin müddəaları Aviaşirkətə və Azərbaycanın ərazisində daşımaların satışı üzrə Agentlərinə şamil olunur.


24.2.  Aviaşirkət (onun Agenti) daşımaların satışı üzrə ofisdə istehlakçılar üçün münasib olan, aydın görünən yerdə aşağıdakı məlumatları yerləşdirməlidir:
-    Özünün tam adını, hüquqi ünvanını;
-     Daşımaların (daşımaların satışının) həyata keçirilməsinə icazə verən sənədlərin (lisenziya, sertifikat, şəhadətnamə) surətlərini;
-     Ərazi üzrə İstehlakçıların hüquqlarını müdafiə orqanının telefonunu.
24.3. Aviaşirkət (onun Agenti) biletlərin satışı zamanı aşağıdakı məlumatı hökmən Sərnişinin diqqətinə çatdırmalıdır:
-     Sərnişin, baqaj və yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları;

-     Müvafiq marşrut üzrə daşımanın dəyəri – biletlərin satışı məntəqəsində təxsisetmə zamanı şifahi məlumat (internet sistemi vasitəsilə onlayn rejimdə daşımaların satışı zamanı –daşımaların təxsisi həyata keçirilən sayt vasitəsilə elektron şəkildə, yaxud marşrutun çap olunmuş formasında lazımi məlumat göstərilməklə);
-     Xüsusi tariflə daşıma zamanı dəyəri, şərtləri və məhdudiyyətlər barədə – təxsisetmə zamanı şifahi məlumat (elektron bilet tətbiq olunan zaman – təxsis həyata keçirilən sayt vasitəsilə);
-     Müvafiq marşrut üzrə səyahət zamanı inzibati rəsmiyyətlər barədə –bronlaşdırma zamanı şifahi məlumat;
-     Sərnişinin və baqajın daşınması zamanı Aviaşirkətin məsuliyyət həddi barədə – Aviaşirkətin saytı vasitəsilə bu qaydalarda;
-     Daşımanın ləngidilməsinə görə kompensasiya məbləği – daşıma gecikdirildiyi təqdirdə hava limanında Aviaşirkətin (xidmət üzrə Agentin) nümayəndəliyində şifahi məlumat;
-     Daşınması qadağan olunmuş əşyalar və mallar– Aviaşirkətin saytı vasitəsilə;
-     Biznes və ekonom xidmət siniflərində təqdim edilən xidmətlərin siyahısı və norması – Sərnişinin tələbi ilə.
Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə