20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Yüklə 0,73 Mb.
səhifə3/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
1   2   3   4   5   6   7

11. Sərnişinin daşınmasından imtina
11.1. Daşımadan imtina hüququ

Aviaşirkət uçuşun təhlükəsizliyini təmin etmək və tətbiq olunan qanunların tələblərini yerinə yetirmək məqsədilə, yaxud özünün əsaslandırılmış qərarlarını nəzərə alaraq, aşağıda göstərilənləri müəyyən etdiyi halda Sərnişinin /baqajın ilkin və ya sonrakı daşınmasından imtina etmək hüququna malikdir:


1) bu hərəkət uçuş, enmə və ya tranzit ölkəsinin tətbiq olunan qanunlarına riayət etmək üçün lazımdır;
2) Sərnişinin davranışı, yaşı, ruhi və ya fiziki vəziyyətini nəzərə alaraq, Sərnişinin aşağıdakılara ehtiyacı olduğunu müəyyən edərsə:
-      Sərnişinin Aviaşirkətin xüsusi köməyinə ehtiyacı var, lakin Aviaşirkət müəyyən səbəblərə görə bu yardımı ona təqdim etmək imkanına malik deyil;
-     digər sərnişinlərə narahatlıq törədə bilər;
-     özü və ya digər sərnişinlər üçün, yaxud sərnişinlərin və Aviaşirkətin mülkiyyəti üçün hər hansı təhlükənin yaranmasına səbəb olacaq;
3)  əgər Sərnişin Aviaşirkətin sərnişin, baqaj və yük daşıması qaydalarını və ya uçuşların təhlükəsizliyinin, digər sərnişinlərin daşınmasının, onların rahatlığı və keyfiyyətinin təmin edilməsi ilə bağlı göstərişlərini yerinə yetirmirsə, digər Sərnişinlərin daşınması üçün narahatlıq yaradırsa və bununla əlaqədar Aviaşirkət həva gəmisinin bortunda olan sərnişinlər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirsə;
4)  əgər Sərnişin uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət edirsə, yaxud belə davranış nümayiş etdirirsə. Belə davranışa Sərnişinin digər sərnişinlərə, Aviaşirkətin işçilərinə və hava gəmisi ekipajına hədə-qorxu gəlməklə aqressiv hərəkətləri aiddir;
5) əgər Sərnişin aviasiya təhlükəsizliyi üzrə yoxlamadan keçməkdən imtina edərsə;
6) əgər Sərnişin digər Sərnişinlər (baqaj, yük və ya hava gəmisi) üçün təhlükə yarada bilərsə və yaxud artıq yaradırsa;
7)  əgər Sərnişin tərəfindən ödənilməli olan müvafiq tarif və ya hər hansı yığım onun tərəfindən ödənilməmişdirsə və ya Aviaşirkətlə Sərnişin arasında kredit sazişi yerinə yetirilməmişdirsə;
8) əgər Sərnişin səyahət üçün lazım olan sənədləri yoxlama üçün təqdim etməmişdirsə;
9) əgər Sərnişin giriş üçün etibarlı sənədi olmayan tranzit ölkəsinə getməyə cəhd göstərirsə;
10) əgər Sərnişinin istifadə edilməmiş birinci uçuş kuponu varsa, lakin o, öz səyahətini daşınma marşrutunun hər hansı digər dayanacağından başlayırsa (belə hallarda Aviaşirkət təxsisi ləğv etmək, həmin bileti etibarsız hesab etmək və biletin dəyərinin qaytarılmasından imtina etmək hüququna malikdir);
11) əgər bileti təqdim etmiş şəxs biletdə adı göstərilən şəxs olduğunu sübut edə bilmirsə (belə halda

Aviaşirkət həmin bileti müsadirə edərək onu etibarsız elan etmək və biletin dəyərinin qaytarılmasından imtina etmək hüqüquna malikdir);


12)  əgər Sərnişin əvvəllər də Aviaşirkətin qaydalarını pozmuşdursa və Aviaşirkətin reyslərində daşınması üçün arzuolunmaz şəxslər siyahısına daxil edilmişdirsə;
13)  əgər Aviaşirkət göstərilən tarixdən sonra bu Sərnişini öz reyslərində daşıya bilməyəcəyi barədə Sərnişini yazılı surətdə və ya elektron poçtla xəbərdar edibsə.


11.2. Hava gəmisinin kommersiya yüklənməsi üzrə məhdudiyyətlər

Hava gəmisinin kommersiya yüklənməsi icazə verilən həddən artıq olduğu təqdirdə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Aviaşirkət həmin hava gəmisində hansı sərnişinin və hansı baqajın daşınmayacağı barədə qərar qəbul etmək hüququna malikdir.



12. Xüsusi kateqoriyalı sərnişinlərin daşınması

Xüsusi kateqoriyalı bütün Sərnişinlərin və onların baqajının daşınmasına ümumi şərtlər şamil olunur. Aşağıda qeyd olunmuş qaydalar xüsusi rahatlığın və daşımanın təhlükəsizliyinin təmin edilməsi, tariflərin tətbiqi və dövlət orqanlarının tələblərinin yerinə yetirilməsi ilə əlaqədar olan hallarda tətbiq edilir.



12.1. Fiziki imkanları məhdud olan sərnişinlərin daşınması

12.1.1.    Fiziki imkanları məhdud olan Sərnişinlərə Aviaşirkətin reyslərində əvvəlcədən nəzərdə tutulmuş yerlər verilir. Fiziki imkanları məhdud olan Sərnişinlərin daşınması zamanı uçuş başlanmazdan əvvəl (reysin uçuşundan ən azı 48 saat əvvəl) Sərnişinin hava gəmisi ilə daşınmasına icazə verən, habelə daşıma şəraitinə irəli sürülən tələbləri təsdiq edən, həkim tərəfindən imzalanmış tibbi rəy təqdim edilməlidir.


12.1.2. Aviaşirkətin reyslərində daşınan, fiziki imkanları məhdud olan Sərnişinlərin maksimal sayı konkret reysdə bir təyyarə bələdçisinə 4 nəfər olmaqla hesablanır və qəza vəziyyətində onlara kömək göstərmək imkanında olan sərnişinlərin sayından artıq olmamalıdır. Bir reysdə maksimum iki ağır xəstə xərəkdə daşına bilər.
12.1.3.   Tibbi göstərişlə oksigen balonlarından istifadə etməsi qadağan edilmiş fiziki imkanları məhdud olan Sərnişinlər daşımaya qəbul olunmurlar.
12.1.4.    Tibbi göstərişlə bütün daşınma zamanı əlavə oksigenə ehtiyacı olan fiziki imkanları məhdud olan Sərnişinlər yalnız Aviaşirkətlə əvvəlcədən razılaşdırılmaqla daşımaya qəbul olunurlar.
12.1.5.  Ağır xəstə olan Sərnişinlərin və xərəkdə olan xəstələrin daşınması onlara uçuş vaxtı qulluğu təmin edə biləcək şəxslərin və ya həkimin (əgər xəstənin vəziyyəti/sağlamlığı həkim nəzarəti tələb edirsə) müşayiəti ilə həyata keçirilir.
Хярякдя олан хястялярин дашынмасы заманы щава эямисиндя ашаьыдакы гайдада йер тягдим едилир вя юдяниш щяйата кечирилир:

- сярнишин хярякдя Bakıdan «bir istiqamətdə» авиабилети иля сяфяр едирся економ синифдя (тятбиг едилян мювcуд економ синиф тарифи иля) 6 йер тягдим едилир (1 йер цчцн тятбиг едилян тарифин 100%-и, щямчинин йыьым вя rüsum юдянилир, диэяр 5 йер цчцн ися тарифин 75%-и юдянилир);

- Beynəlxalq uçuşlarda əgər “xərəkdə” daşınan sərnişin Bakıya səfər edirsə, həmin sərnişinə (tətbiq edilən mövcud ekonom sinifi tarifi ilə) 6 yer (1 yer üçün tətbiq edilən tarif 100%, həmçinin yığım və rüsumlar ödənilir, digər 5 yer üçün isə tarifin 150%-i ödənilir).

Aviaşirkətin hava gəmilərində xərəkdə olan xəstələr yalnız ekonom sinif salonunda daşınır.

12.1.6. Müstəqil hərəkət etməyi bacarmayan Sərnişinin kreslo-arabada daşınması uçuş zamanı belə Sərnişinə qulluq göstərən şəxsin müşayiəti ilə, yaxud Aviaşirkətlə razılaşdırılmaqla və Sərnişin tərəfindən Aviaşirkətin nəzarəti altında daşınması üçün yazılı ərizə rəsmiləşdirilməklə, Aviaşirkətin nəzarəti altında həyata keçirilir.

12.1.7. Əgər Sərnişinin yaşı, fiziki və psixi vəziyyəti uçuş zamanı onun səhhətinə pis təsir göstərə və ya həyatı üçün təhlükə törədə bilərsə, Aviaşirkətə həkim tərəfindən imzalanmış və tibb müəssisəsinin möhürü ilə təsdiq edilmiş tibbi rəy təqdim edilməsi şərtilə belə Sərnişinin daşınması həyata keçirilə bilər.


12.1.8. Tibbi rəy olduğu hallarda da Aviaşirkət uçuş zamanı və ya uçuşdan sonra vəziyyətinin pisləşməsi ehtimalı ilə Sərnişinin məsuliyyətini müəyyən edən və Aviaşirkəti belə nəticələrə görə məsuliyyətdən azad edən Kompensasiya haqqında bəyannamənin doldurulmasını Sərnişindən tələb edə bilər.

12.1.9. Xəstə və əlil sərnişinlər üçün tibbi preparatlar, kreslo-araba, qoltuqağacları pulsuz daşınır və ödənişsiz aparılan baqaj normasına daxil edilmir.


12.1.10.   Psixi pozuntuları olan şəxs kifayət qədər fiziki qüvvəyə malik olan və zəruri hallarda müşayiət etdiyi şəxsə təsir göstərmək üçün hazırlıqlı olan şəxsin müşayiəti ilə daşımaya qəbul olunur.

12.1.11. Kar/kor Sərnişin daşınmaya ya hər hansı şəxsin, ya da bələdçi itin müşayiəti ilə qəbul olunur. Sərnişinin özünün arzusu və razılığı ilə o, hər hansı şəxsin müşayiəti olmadan da aparıla bilər, bir şərtlə ki, müşayiət edən şəxs onu təyinat aeroportunda qarşılayacaqdır. Agent kar/kor Sərnişin üçün yer təxsis edərkən, bu fakt barədə Aviaşirkəti əvvəlcədən xəbərdar etməlidir ki, Aviaşirkət belə Sərnişinə qeydiyyat zamanı və hava gəmisinə çatdırılarkən kömək göstərilə bilsin.


12.1.12.  Kar və ya kor Sərnişin əlavə ödəniş etmədən bələdçi iti hava gəmisinin sərnişin salonunda apara bilər, bir şərtlə ki, belə itin xüsusi hazırlıq keçdiyini təsdiq edən sənəd olsun və uçuş zamanı itə ağızlıq və xalta taxılaraq Sərnişinin ayaqları altında otursun. Bələdçi itə ayrıca oturacaq yeri təqdim oluna bilməz.
12.1.13. Sərnişin bələdçi itin müşayiəti ilə daşınan zaman Aviaşirkət Sərnişinin belə itin müşayiəti ilə getməsinin zəruri olduğunu təsdiq edən sənəd tələb etmək hüququna malikdir.

12.1.14. Uçuşun təhlükəsizliyini təmin etmək, texniki və ya istismar tələblərini yerinə yetirmək məqsədilə Daşıyıcı özünün istənilən reysində, hətta ixtisaslı şəxs müşayiət etdiyi halda belə, xəstə və ya əlil sərnişinlərin sayını məhdudlaşdırmaq və ya onların daşınmasından imtina etmək hüququna malikdir.





12.2. Hamilə, zahı qadınların və yeni doğulmuş körpələrin daşınması

12.2.1. Uçuş tarixində hamiləlik müddəti 32 həftədən artıq olmayan hamilə qadınların Aviaşirkətin reyslərində daşınması ümumi əsaslarla həyata keçirilir.

12.2.2. Hamilə qadınların biletdə göstərilən tarixdə hava gəmisi ilə uçuşuna əks- göstəriş olmadığı və hamiləlik müddəti barədə tibb müəssisəsindən yazılı tibbi rəy təqdim olunduğu halda, onların daşınması mümkündür. Tibbi arayış uçuşdan ən azı 7 gün əvvəl verilməlidir. Hazırkı Qaydalarla nəzərdə tutulmuş tibbi arayış olmadığı təqdirdə hamilə qadının Aviaşirkətin reyslərində daşınması qadağandır.

12.2.3 Hamilə qadının uçuş gününə hamiləlik müddəti 32 həftədən çoxdursa, onun Aviaşirkətin reyslərində daşınması qadağandır.


12.2.4. Zahı qadınların və yeni doğulmuş körpələrin doğuşdan sonra ilk 7 gün ərzində Aviaşirkətin reyslərində daşınması qadağandır.

12.2.5. Aviaşirkət daşıma zamanı və ya daşıma nəticəsində hamilə, zahı qadının və yeni doğulmuş körpənin səhhətinin pisləşməsinə və ya digər arzuolunmaz nəticələrə görə heç bir halda məsuliyyət daşımır.





12.3. Uşaqların daşınması

12.3.1. Sərnişin bileti rəsmiləşdirilərkən və uşaq qeydiyyat prosedurundan keçərkən uşağın yaşını təsdiq edən sənəd təqdim olunmalıdır. Uşağın yaşı daşıma sənədində göstərilən ilkin yola düşmə məntəqəsindən daşımanın başlandığı tarixə nəzərə alınır. Aviaşirkət və ya onun Agenti uşağın adına rəsmiləşdirilmiş Sərnişin biletində onun doğum tarixini göstərməlidir.

12.3.2. Aviaşirkətin beynəlxalq reyslərində 2 yaşınadək uşağın daşınması onu müşayiət edən böyük Sərnişin üçün nəzərdə tutulan tarifin 90%-i miqdarında güzəştlə həyata keçirilir.

2 yaşından 12 yaşadək uşaqların daşınması tətbiq edilən tarifin 25%-i miqdarında güzəştlə həyata keçirilir.

12.3.3. Aviaşirkətin daxili reyslərində uşaqların daşınması üçün ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş güzəştlərlə həyata keçirilir. Həmin reyslərdə sərnişin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə pulsuz daşınmasına icazə verilmiş yalnız bir uşağı, ayrıca yer təqdim edilmədən, daşımaq hüququna malikdir.

12.3.4. Aviaşirkətin beynəlxalq reyslərində Sərnişinə icbari qaydada aviabilet rəsmiləşdirməklə, ayrıca yer verilmədən 2 yaşınadak bir uşağı aparmağa icazə verilir. Sərnişinlə gedən digər 2 yaşınadək uşaqlar böyük sərnişin üçün tətbiq olunan tarifin 25%-i miqdarında güzəştlə alınan biletlərlə, ayrıca yer verilməklə daşınır və onlara müəyyən edilmiş normada baqajın pulsuz daşınmasına icazə verilir. Uşağın daşınması hava gəmisinin salonunda uşağı müşayiət edən böyük sərnişinin yanındakı yerdə həyata keçirilir.

12.3.5. Aviaşirkətin bütün beynəlxalq reyslərində 2 yaşınadək uşaqların bir reysdə sayı aşağıdakı qaydada məhdudlaşdırılır: Boeing-767 təyyarəsində - 28 nəfərdən, Boeing-757 təyyarəsində - 25 nəfərdən, Airbus 319/320 təyyarələrində - 20 nəfərdən, ATR-42/72 təyyarələrində - 10 nəfərdən çox olmamalıdır.
12.3.6. Uşağın faktiki yaşı aviabiletdə göstərilənlərə uyğun gəlmədiyi təqdirdə, Daşıyıcı onun daşınmasından imtina etmək və ya uşağın faktiki yaşına uyğun gələn güzəşt tətbiq etməklə yeni aviabiletin rəsmiləşdirilməsini tələb etmək hüququna malikdir.

12.3.7. Uşaq səyahətin bütün mərhələlərində, təyyarələrin /reyslərin dəyişməsi, qeydiyyat zamanı rəsmiyyətlər, gömrük və sərhəd sənədləşdirilməsi zamanı və digər hallarda onun üçün cavabdeh ola bilən 18 yaş və ondan böyük Sərnişinin (valideynin, qəyyumun və ya onların müvəkkil şəxslərinin), müşayiəti ilə səyahət etməlidir.

12.3.8. 5 yaşınadək uşaqlar valideynin, qəyyumun və ya onların müvəkkil şəxslərinin müşayiəti olmadan Aviaşirkətin reyslərinə buraxılmırlar.
12.3.9. Əgər təyinat/tranzit/transfer ölkələrinin qüvvədə olan qanunları ilə digər hal müəyyən edilməmişdirsə, 5 yaşından 16 yaşınadək uşaqlar Aviaşirkətin birbaşa reyslərinə və transfer reyslərinə (bir neçə Daşıyıcının ardıcıl həyata keçirdiyi reyslərdən başqa) Aviaşirkətin öz məsuliyyəti altında götürülə bilər.
12.3.10. Müşayiət olunmayan uşaqlar Aviaşirkətin reyslərinə aşağıdakı tələblər yerinə yetirildiyi təqdirdə qəbul olunurlar:
- valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri müşayiət olunmayan uşağın daşınması barədə ərizəni doldurmuş və imzalamışlar;
- müvafiq səlahiyyətli orqanlara göndərmək üçün bütün zəruri sənədlər təqdim edilmişdir;
- valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri bu Qaydaların 12.3.11. bəndinə uyğun olaraq uşağın daşınması müqabilində ödənişi həyata keçirmişlər;
- valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri qeydiyyatdan və bütün zəruri prosedurlardan keçmək üçün uşağı vaxtında hava limanına gətirir və reys yola düşənə kimi hava limanında gözləyirlər;
- valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri uşağı qarşılamaq üçün reysin faktiki gəlmə vaxtına yaxın hava limanına gəlirlər;
- transfer zamanı digər aerovağzala/hava limanına keçid nəzərdə tutulmamışdır;
- transfer məntəqəsində gecələmə nəzərdə tutulmamışdır;
- transfer hava limanında təxsis təsdiq edilmişdir;
- valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri Aviaşirkətin məsuliyyəti altında daşınan uşağı qarşılamadığı hallarda, yaxud qarşılayan şəxsə dair məlumatlar müşayiət olunmayan uşağın daşınması haqqında ərizədə göstərilən məlumatlara uyğun gəlmədikdə, valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri uşağın geri qaytarılması üçün bütün xərcləri (qida, mehmanxana, bilet və s.) ödəməyə razıdırlar.
12.3.11. 5 yaşından 16 yaşınadək müşayiət olunmayan uşaqların daşınması üçün Aviaşirkətin bütün reyslərində böyük sərnişinlər üçün tətbiq olunan “Y” və ya “C” sinif tarifi tətbiq olunur.

12.3.12. Müşayiət olunmayan uşağa sərnişin salonunda ayrıca yer verilir və ona müvafiq xidmət sinfi üçün müəyyən edilmiş normaya uyğun olaraq baqajın pulsuz daşınmasına icazə verilir.




12.4. Qrupların daşınması

12.4.1. Aviaşirkətdə bütün uçuş marşrutu üzrə Aviaşirkətin eyni reysində, eyni tarixdə ekonom sinifdə ən azı 10 nəfər və biznes sinifdə ən azı 6 nəfər olmaqla, 2 yaşından yuxarı sərnişinlərdən ibarət qrupların daşınması proqramı işlənib hazırlanmışdır və fəaliyyət göstərir.

Qarışıq daşıma ilə (biznes+ekonom) ən azı 10 sərnişindən ibarət kollektiv habelə qrup hesab edilir.

12.4.2. Qrupun daşınması gediş-dönüş marşrutu üzrə Aviaşirkətin eyni reysində, eyni tarixdə təxsis edilməlidir.

Sərnişinlərin bir istiqamətdə daşınması qrup daşıması kimi nəzərdən keçirilə bilməz.

12.4.3. Qrupun daşınmasının təxsis edilməsi və dəyərinin hesablanması imkanının nəzərdən keçirilməsi məqsədilə Sufarişçi Aviaşirkətin www.azal.az rəsmi internet saytı vasitəsilə standart formalı yazılı ərizə təqdim etməlidir.

12.4.4. Qrupun daşınması nəzərdə tutulan ilk uçuş tarixindən ən azı 14 gün əvvəl təxsis edilməlidir.

12.4.5. Aviaşirkətə nəzərdə tutulan ilk uçuş tarixinədək 7 (yeddi) təqvim günündən az müddətdə daxil olmuş ərizəyə, Aviaşirkətin ərizəni Sifarişçidən aldığını təsdiq etdiyi andan fərdi qaydada baxılır. Bu halda Aviaşirkət qrupun daşınması üçün bu qaydalarla nəzərdə tutulmayan fərdi şərtlər tətbiq etmək hüququna malikdir.

12.4.6. Ərizədə hər hansı dəyişiklik edilməsi üçün müraciət yalnız yazılı şəkildə bilavasitə Sifarişçidən daxil olmalıdır.

12.4.7. Nəzərdə tutulan uçuş tarixindən ən azı 14 təqvim günü əvvəl qrupun təxsis edilmiş daşınmasından imtina edildiyi halda Aviaşirkət Sifarişçini nəzərdə tutulan uçuş tarixinədək qalan günlərin sayından asılı olan məbləğdə cərimə edir.

12.4.8. Daşıma (daşımanın bir hissəsi) başlandıqdan sonra qrupun təxsis edilmiş daşınmasından imtina edildiyi halda, hava limanı və digər yığım və rüsumlar istisna olmaqla, ödənilmiş məbləğ geri qaytarılmır.

12.4.9. Daşınması təsdiq edilmiş qrup daxilində tək-tək biletlərin dəyərinin, o cümlədən hava limanı və digər yığım və rüsumların qaytarılması qadağandır.



12.5. Faciəli hadisələr zamanı sərnişinlərin daşınması

12.5.1.    «Faciəli vəziyyətlə əlaqədar» (yaxın qohumlarının ölümü, tabutun müşayiəti) səfər edən Sərnişinlər daşımaya növbədənkənar qəbul oluna bilərlər. Bu zaman Aviaşirkət bu hadisənin baş verdiyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdir.


12.5.2. Bu kateqoriyadan olan Sərnişinlər üçün geri istiqamətdə reysə təxsisetmə ümumi əsaslarla həyata keçirilir.






12.6. Sərnişinlərin təsdiq olunmamış təxsis əsasında daşınması (“STANDBY”)


12.6.1. Aviaşirkətin Agentləri tərəfindən təsdiq olunmamış təxsis əsasında (“STANDBY”) bilet yazılması qadağandır.
12.6.2.  “STAND-BY” biletləri olan Sərnişinlər reysin kommersiya yüklənməsinin zərərinə olaraq daşınmaya qəbul oluna bilməzlər.
12.6.3.   Təsdiq olunmamış təxsis əsasında xidmət göstərilən sərnişinlər hava limanında bu reysə biletlərinin təxsisi təsdiq olunmuş Sərnişinlərdən sonra qeydiyyata alınır və daşımaya qəbul olunurlar (reysdə boş yerlər olduğu halda).
12.6.4.    “STAND-BY” daşınma şərti ilə Sərnişinlər Aviaşirkətdə müəyyən edilmiş prioritetlərə müvafiq olaraq daşımaya qəbul olunurlar.

12.7. Mühafizəçilərin müşayiəti ilə və onların müşayiəti olmadan deportasiya edilən şəxslərin daşınması
12.7.1. Ümumi tələblər
12.7.1.1. Mühafizəçilərin müşayiəti ilə və ya onların müşayiəti olmadan deportasiya edilən şəxslər Aviaşirkətlə əvvəlcədən razılaşdırıldıqdan sonra daşınmaya qəbul olunurlar.

12.7.1.2. Daşıma başlamazdan əvvəl Aviaşirkətin yola düşmə /transfer/təyinat məntəqəsindəki nümayəndələrinə və hava gəmisinin komandirinə reysdə icbari qaydada uçan potensial təhlükəli Sərnişinlərin olduğu barədə bütün məlumatlar təqdim olunmalıdır.


12.7.1.3.  Daşıma üçün müvafiq sənədlər olmadıqda və ya deportasiya olunan şəxslərin digər sərnişinlərin həyatı və sağlamlığı üçün təhlükə törədəcəyinə və ya uçuşun təhlükəsizliyinə ziyan vura biləcəyinə əsaslı şübhələr olduqda, Aviaşirkət hazırkı Qaydaların 11.1. bəndinə müvafiq olaraq mühafizəçilərin müşayiəti ilə və ya onların müşayiəti olmadan deportasiya edilən şəxsləri daşınmaya qəbul etməkdən imtina etmək hüququna malikdir.

12.7.1.4. Deportasiya olunan şəxslərin hava gəmisinin bortunda xidmət sinfi artırıla bilməz.


12.7.1.5.  Bu kateqoriyadan olan sərnişinlərin HG bortuna gətirilməsi / HG-nin bortundan düşürdülməsi digər sərnişinlərdən ayrıca olaraq həyata keçirilir.
12.7.1.6.  Belə şəxslər hava gəmisinin bortuna reysin digər sərnişinləri minməzdən əvvəl mindirilir və digər sərnişinlər çıxdıqdan sonra onlar hava gəmisindən çıxarılır.
12.7.1.7. Bu kateqoriyadan olan sərnişinlərə spirtli içkilərin verilməsi və bort yeməyi təklif olunarkən dəmir çəngəl-bıçaq verilməsi qadağandır.
12.7.1.8.   Bu kateqoriyadan olan sərnişinlərə hava gəmisinin sərnişin salonunun quyruq hissəsində yer verilir. İmkan daxilində belə potensial təhlükəli sərnişinlərin əyləşdiyi yerlə digər sərnişinlər arasında bir və ya bir neçə sıra boş oturacaq saxlanılmalıdır.
12.7.1.9.  Potensial təhlükəli sərnişinlər uşaq qrupları, VIP şəxslər gedən reyslərdə daşınmaya qəbul olunmurlar.


12.7.2. Mühafizəçilərin müşayiəti olmadan deportasiya olunan şəxslər

12.7.2.1. Mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən şəxslər Aviaşirkət tərəfindən aşağıdakı şərtlərlə birbaşa daşımaya qəbul olunurlar:


-     Deportasiyanı həyata keçirən dövlət orqanı reysin həyata keçirilməsindən ən azı 24 saat əvvəl Aviaşirkəti məlumatlandırmış və deportasiya olunanlar barədə kifayət qədər məlumatı təqdim etmişdir (reysin nömrəsi, deportasiya olunanların sayı, deportasiyanın səbəbi, onların arasında əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin olub-olmaması, aralarında psixi və ya yoluxucu xəstələrin olub-olmaması və deportasiya olunanları müşayiət edən vəzifəli şəxslərin siyahısı);

-     Daşımaya qəbul etmək üçün bütün lazımi sənədlər mövcuddur.


12.7.2.2.  Mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən şəxslər Aviaşirkət tərəfindən 12.7.2.1. bəndinə müvafiq olaraq və aşağıdakı şərtlərlə daşınmaya qəbul olunurlar:
-     Marşrutun bütün sahələrində təxsis təsdiq olunmuşdur;
-     Transfer zamanı digər terminala keçid və ya digər hava limanına gediş nəzərdə tutulmamışdır;
-     Transfer məntəqəsində gecələmə nəzərdə tutulmamışdır, transfer vaxtı 1 saat 20 dəqiqədən az deyildir;
-     Transfer məntəqəsində digər reysə keçid pozulmamışdır.
12.7.2.3.   Bir reysdə müşayiət olunmayan deportasiya edilən şəxslərin sayı aşağıdakı qaydada məhdudlaşdırılır:

Boeing-767 təyyarələrində – 8 nəfərdən, Boeing-757 təyyarələrində – 6 nəfərdən, Airbus 319/320 təyyarələrində – 4 nəfərdən, ATR-42/72 təyyarələrində – 2 nəfərdən çox olmamalıdır.


12.7.2.4.  Mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən ailələrin daşınması zamanı 2 yaşından yuxarı hər bir sərnişin ayrıca şəxs hesab olunur. Deportasiya olunan ailələrin daşınması zamanı onları bir-birindən ayırmaq qadağandır. Deportasiya olunan böyük ailələrin daşınması zamanı bir reysdə müşayiət olunmayan deportasiya olunan şəxslərin maksimum sayının normadan artıq olmasına icazə verilir.


12.7.3. Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslər

12.7.3.1.   Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslər daşımaya aşağıdakı şərtlərlə qəbul olunur:


-      Daşıma müvafiq dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılmışdır;
-      Daşımadan 24 saat əvvəl Aviaşirkət daşımanın tarixi və martşrutu, müşayiətin şərtləri, müşayiət olunan şəxsin/şəxslərin təhlükəlilik dərəcəsi və deportasiya olunan şəxsi müşayiət edəcək vəzifəli şəxslərin siyahısı barədə məlumatlandırılmışdır;
-      Transfer daşıma nəzərdə tutulmamışdır;
-      Daşımaya qəbul etmək üçün bütün lazımi sənədlər mövcuddur.
12.7.3.2.   Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslərin reysdə sayı:

- ən azı 2 mühafizəçinin müşayiəti ilə reysdə bir nəfər;

- ən azı 4 mühafizəçinin müşayiəti ilə reysdə 2 nəfər;

- ən azı 5 mühafizəçinin müşayiəti ilə reysdə 3 nəfər;

- ən azı 6 mühafizəçinin müşayiəti ilə reysdə 4 nəfər;

- ən azı 7 mühafizəçinin müşayiəti ilə reysdə 5 nəfər;


12.7.3.3.  Mühafizəçilərin müşayiəti ilə daşınan, həbsdə olan xüsusilə təhlükəli şəxslər daşınarkən bir reysə ən azı 3 mühafizəçinin (polis funksiyalarını yerinə yetirən orqanın əməkdaşları) müşayiəti ilə yalnız bir nəfər qəbul olunur.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə