20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin


-      Sərnişinin və ya onun baqajının təyinat məntəqəsinə çatdırılmasının ləngidilməsi. FORS-MAJOR HALLAR



Yüklə 0,73 Mb.
səhifə2/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
1   2   3   4   5   6   7

-      Sərnişinin və ya onun baqajının təyinat məntəqəsinə çatdırılmasının ləngidilməsi.
FORS-MAJOR HALLAR

dəfedilməz qüvvənin təsiri, Aviaşirkətin və / və ya Sərnişinin nəzarətindən kənarda olan, nəticələrinin qarşısının alınması mümkün olmayan qeyri-adi və gözlənilməz şərait.



ÇARTER DAŞIMALARI (ÇARTER REYSİ)

– sərnişinləri, yükü və ya poçtu təyinat məntəqəsinə çatdırmaq üçün sifarişçi tərəfindən bağlanmış sifarişli (çarter) reysi haqqında müqavilənin şərtlərinə müvafiq olaraq yerinə yetirilən reys.

3. Dövlət orqanlarının qanun və tələblərinə riayət edilməsi

3.1. Aviaşirkətin və Sərnişinlərin, yükgöndərənlərin və yükalanların beynəlxalq və daxili hava daşımaları müqavilələrindən irəli gələn bütün hüquq və vəzifələri aşağıdakılarla nizamlanır:

- Azərbaycan Respublikasının çoxtərəfli və ikitərəfli beynəlxalq müqavilə və sazişləri ilə;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının 24.06.2005-ci il tarixli 944-İİQ nömrəli «Aviasiya haqqında» Qanunu , Azərbaycan Respublikasının qüvvədə olan digər aidiyyəti qanunvericilik aktları ilə;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2007-ci il tarixli 94 nömrəli qərarı ilə;

- Aviaşirkətin nizamnaməsi ilə;

- İATA-nın tövsiyələri ilə;

- tərəflərdən biri Aviaşirkət olan sazişlərlə;

- hazırkı Qaydalarla.

3.2.  Sərnişinlərin və baqajın daşınması ərazisinə, ərazisindən və ərazisindən keçməklə belə daşımaların həyata keçirildiyi istənilən ölkənin müvafiq qanunlarının, dövlət orqanlarının qərar, qayda və göstərişlərinin qüvvəsinə tabedir.


3.3.  Azərbaycan Respublikasının ərazisində daşimalar zamanı Aviaşirkətin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları və hazırkı Qaydalarla nizamlanır.

3.4. ABŞ və Kanadanın məntəqələrinə və məntəqələrindən daşımalar, hətta bu Qaydalardan fərqləndiyi hallarda belə, bu dövlətlərin qaydalarına riayət edilməklə həyata keçirilir.

3.5.  Bu Qaydalar çarter müqavilələrinin şərtlərinə zidd olmadığı təqdirdə, çarter daşımalarına şamil edilir.
3.6.  Avropa İttifaqı ərazisində yerləşmiş məntəqələrdən daşımalar həyata keçirilərkən, reys ləğv edildikdə, yubandıqda, sərnişinə daşımada imtina edildikdə, yaxud xidmət sinfi aşağı salındıqda Avropa İttifaqının 261/2004 nömrəli Qanununun tələblərinə əməl edilməlidir.
4. Qaydaların dəyişməsi

4.1 Aviaşirkətin hava daşımalarını tənzimləyən hazırkı Qaydaları, təlimatları və digər sənədləri Sərnişinlər xəbərdar edilmədən dəyişdirilə bilər, bir şərtlə ki, belə dəyişikliklərdən heç biri Sərnişinin daşınmasına başlandıqdan sonra ona tətbiq edilməyəcək.

4.2. Aviaşirkətin nümayəndələri, əməkdaşları və agentləri hazırkı Qaydalara ciddi riayət etməlidirlər və onun müddəalarını təhrif etmək və dəyişmək ixtiyarına malik deyillər.

4.3. Hazırkı Qaydalara bütün düzəlişlər, əlavələr və dəyişikliklər müəyyən edilmiş qaydada daxil edilir və Aviaşirkətin rəhbəri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.



4.4.  Qaydalar yalnız «AZAL» QSC-nin əməkdaşlarının, Agentlərinin və xidmət üzrə Agentlərin, Sərnişinlərin, digər Daşıyıcıların və dövlət orqanlarının verdikləri təkliflərə baxılması yolu ilə «AZAL» QSC tərəfindən dəyişdirilir.

5.  Elektron Bilet

5.1. Ümumi müddəalar

5.1.1. 

Daşıyıcının kompyuter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə sayılan adi biletin elektron analoqu. Bu bilet kağızda çap olunmuş adi aviabiletdə göstərilən məlumata analoji olan məlumatı tam şəkildə əks etdirir və qüvvədə olan elektron ticarət haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir.

5.1.2. 

Sərnişin elektron biletin rəsmiləşdirilmiş marşrut-qəbzini (çap formada, kağızda surətini) bilavasitə Aviaşirkətin və onun Agentinin daşımaların satışı məntəqəsində ala bilər, yaxud Aviaşirkət və ya onun Səlahiyyətli Agenti ilə razılaşdırılmış çatdırma üsulunu seçə bilər, ya da   Aviaşirkət və ya onun Səlahiyyətli Agenti tərəfindən müəyyən edilmiş qaydada bileti internet vasitəsilə Aviaşirkətin www.azal.az rəsmi saytında əldə etdiyi təqdirdə, marşrut/qəbzi müstəqil olaraq ala bilər. Marşrut-qəbz — bu Qaydalara əsasən elektron biletin təxsis edildiyini və dəyərinin ödənildiyini təsdiq edən məlumatdır.


5.1.3. 

Sərnişin Biletində hökmən Sərnişinin adı, soyadı (tam şəkildə), Sərnişinin şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, biletin verildiyi yer və tarix, yola düşmə və təyinat yeri, nəzərdə tutulmuş dayanacaqlar, aviabiletin dəyəri, aviaşirkətin adı və ünvanı göstərilməli, bu və ya digər beynəlxalq qanunvericilik və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət haqqında qaydaların bu daşımaya şamil edildiyi qeyd olunmalıdır.

5.1.4. 

Çarter reysinin Sərnişini üçün rəsmiləşdirilən biletdə fraxt müqaviləsi üzrə yerinə yetirilən sərnişin, baqaj, yük daşınmasına görə ödənişin miqdarı göstərilmir.

5.1.5. 

Bilet Sərnişinə yalnız Aviaşirkət tərəfindən müəyyən edilmiş tarif üzrə daşıma dəyəri ödənildikdən sonra verilir. Nağdsız hesablaşma qaydasında, güzəştli şərtlərlə və ya pulsuz alınan bilet yalnız bütün zəruri rəsmiləşdirmələr yerinə yetirildikdən sonra verilir. Yalnız pasport və aviabilet təqdim edildikdən sonra Sərnişin daşımaya buraxılır.

5.1.6. 

Aviaşirkətin razılığı olduqda Sərnişinin xahişi ilə sərnişin biletində dəyişiklik edilməsinə yol verilir və belə bilet qüvvədə olduğu müddət ərzində, Aviaşirkətin tariflərinin tətbiqi qaydalarına müvafiq olaraq, Aviaşirkət və ya onun Səlahiyyətli Agenti (Agenti) tərəfindən Biletin alındığı yerdə dəyişikliklər edilir.

5.1.7. 

Aviaşirkətin tariflərinin tətbiq edilməsi qaydalarına müvafiq olaraq, müvafiq rüsumlar ödənildikdən sonra bilet yenidən rəsmiləşdirilməklə biletin tarixi, reysin nömrəsi və uçuş vaxtı dəyişdirilə bilər.

5.1.8. 

Aviaşirkət və ya xidmət göstərən təşkilat biletin bir hissəsi olan, baqajın daşımaya qəbul olunduğunu təsdiq edən baqaj qəbzində yerlərin sayını və baqajın brutto-çəkisini göstərməlidir. Sərnişində elektron formada bilet olduqda, yerlərin sayı və / və ya baqajın çəkisi barədə məlumat da Sərnişinlərin qeydiyyatının və baqajın rəsmiləşdirilməsinin avtomatlaşdırılmış sisteminə elektron qaydada daxil edilir.


5.2. Biletin etibarlılığı


5.2.1.  Bilet yer təxsis edilmiş, tarixi və nömrəsi qeyd olunmuş reyslə, biletdə göstərilmiş xidmət sinfində, müddətdə və marşrut üzrə yola düşmə məntəqəsindən təyinat məntəqəsinədək sərnişin və baqaj daşınması üçün etibarlıdır.

5.2.2.   Normal tarif üzrə rəsmiləşdirilmiş bilet Sərnişinin və onun baqajının daşınması üçün ilk uçuş tarixindən bir il ərzində etibarlıdır.

5.2.3. Əgər bilet uzun ildə 29 fevral tarixində rəsmiləşdirilmişdirsə, bu zaman bilet növbəti il 01 mart tarixinədək qüvvədədir.
5.3. Xidmət sinfi

5.3.1. Ödənilmiş tariflərə müvafiq olaraq Sərnişinlərə biznes və ya ekonom siniflərdə xidmət təqdim edilir. Xidmət sinifləri üzrə xidmətin göstərilməsi normaları və siyahısı Aviaşirkət tərəfindən müəyyən edilir. Sərnişinin tələbi ilə Aviaşirkət (onun Agenti) müvafiq sinifdə göstərilən xidmət barədə Sərnişini məlumatlandırmalıdır.


5.3.2. Sərnişin biletdə göstərilmiş xidmət sinfində, uçuş tarixində və Sərnişinin təsdiq edilmiş təxsisi olan müvafiq reysə daşımaya qəbul olunur.

6. Marşrutda dayanma (STOPOVER)
6.1.  Yalnız Aviaşirkətlə və ya onun Agenti ilə əvvəlcədən razılaşdırılması və biletdə nəzərdə tutulması şərtilə marşrutda dayanmaya yol verilir.

6.2.   Əgər biletin dəyəri normal tarif üzrə ödənilibsə, Sərnişinə daşıma marşrutu üzrə istənilən məntəqəsində dayanmağa icazə verilir.


6.3.  Əgər biletin dəyəri xüsusi tarif üzrə ödənilibsə, Sərnişinin marşrutda dayanmaları bu xüsusi tarifin tətbiqi qaydaları ilə tənzimlənir.
6.4. İstənilən halda, martşrutda dayanmaq üçün aşağıdakı şərtlərə riayət edilməlidir:
-      Dayanma Sərnişinin biletinin müddəti hüdudlarında həyata keçirilir;
-      Dayanmanın nəzərdə tutulduğu ölkənin dövlət orqanları tərəfindən dayanacağa icazə verilmişdir.
7. Tarif və yığımlar
7.1. Tarif və yığımların tətbiqi barədə ümumi müddəalar

7.1.1. Tətbiq olunan tariflər – biletin dəyərinin ödənildiyi gün müvafiq xidmət sinfi üçün etibarlı olan, biletdə göstərilmiş yola düşmə məntəqəsindən təyinat məntəqəsinədək reysin və ya reyslərin tarifləridir. Bu tariflər Aviaşirkət tərəfindən və ya Aviaşirkətin adından müəyyən edilir və dərc olunur (yaxud, əgər dərc olunmursa, Aviaşirkətin tarif normativləri üzrə hesablanır). Hər bir tarif onun tətbiqi qaydalarını müəyyən edir, bununla biletin etibarlıq müddəti və tarifin tətbiq edilməsi şərtləri təyin edilir. Tariflərə aeroport terminalları arasında və aeroportlarla şəhər terminalları arasında nəqliyyat xərcləri daxil deyil.

7.1.2. Əgər Sərnişin biletin dəyərini artıq ödəyibsə, Aviaşirkətin tariflərinin və ya Qaydalarının dəyişdirilməsi daşıma müqaviləsinin şərtlərinə təsir göstərmir (Sərnişin tərəfindən daşıma müqaviləsinin şərtlərinə aidiyyəti olan marşrutun və səyahətin müəyyən olunmuş tarixlərinin dəyişdirilməsi istisna təşkil edir).
7.2. Güzəştlər
7.2.1. Tətbiq olunan tariflərə güzəştlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və ІATA-nın normativ sənədləri əsasında hazırlanmış Aviaşirkətin xüsusi təlimatları ilə tənzimlənir.
7.3. Tarif və yığımların ödənilməsi

7.3.1. Daşımanın dəyəri və yığımlar satış ölkəsinin valyuta tənzimlənməsi qaydalarına uyğun olaraq ödənilir.


7.3.2. Hər hansı xidmətlərdən və ya avadanlıqdan istifadə müqabilində müvafiq dövlət orqanı, yerli özünüidarə orqanı tərəfindən Sərnişindən alınan yığımlar tətbiq olunan tariflərə daxil edilir və Sərnişin tərəfindən ödənilməlidir.
7.3.3. Daşımanın ödənilməsi nağd vəsaitlə və ya nağdsız hesablaşma qaydasında həyata keçirilə bilər. Müəyyən hallarda Aviaşirkət daşımanın dəyərinin ödənilməsi barədə qəbzi və ya ödənişi təsdiq edən hər-hansı maliyyə sənədini sərnişindən tələb etmək hüququna malikdir.
7.3.4. Əgər tarif və yığımlar daşıma üçün ödənişin həyata keçirildiyi ölkədə Aviaşirkət tərəfindən müəyyən edilmiş və avtomatlaşdırılmış təxsisetmə sistemində dərc edilmiş valyutaya uyğun olmayan valyutada ödənilmişdirsə, belə valyutanın mübadilə səviyyəsi Aviaşirkət tərəfindən biletin satışı günü istifadə edilən valyuta mübadiləsinin bank məzənnəsinə (DCB) uyğun olmalıdır.
7.3.5. Bank kartlarının qeyri-qanuni istifadəsindən və elektron dələduzluq faktlarından müdafiə məqsədilə Aviaşirkət Sərnişindən yaşadığı ünvanı təsdiq etməsini və /və ya daşıma üçün ödəniş həyata keçirilən bank kartının surətini tələb etmək hüququna malikdir.
Üçüncü şəxsin bank kartı ilə ödənişin həyata keçirilməsinə icazə verilmir.

Sərnişin Aviaşirkətə dolğun olmayan və /və ya qeyri-dəqiq məlumatların verilməsi və ya məlumatların verilməməsi nəticəsində şirkətin məruz qala biləcəyi maliyyə və digər risklər üçün maddi məsuliyyət daşıyır.
7.3.6. Sərnişin belə məlumatların verilməsindən imtina etdiyi təqdirdə, Aviaşirkət Sərnişinə bilet verməkdən imtina etmək, daşıma müqaviləsinə birtərəfli qaydada xitam vermək və daşımanın dəyərini daşıma müqaviləsi üzrə müstəsna cərimə qismində tam həcmdə tutmaq hüququna malikdir.
7.3.7. Bank daşımanın dəyərinin əvəzini ödəməkdən imtina etdiyi təqdirdə, Sərnişin Aviaşirkətin ilk tələbi ilə əvəzi ödənilməmiş məbləği Aviaşirkət üçün münasib müddətdə və üsulla ödəməlidir.

8. Təxsisetmə
8.1. Ümumi müddəalar

8.1.1.    Yerlərin təxsis edilməsi Aviaşirkətin ofislərində, Aviaşirkətin təmsilçisi olan Agentliklərdə, digər aviaşirkətlərin ofislərində həyata keçirilir.



8.1.2.    Təxsisetmə qaydalarına müvafiq olaraq yalnız Aviaşirkətin avtomatlaşdırılmış təxsisetmə sistemində təxsis yaradıldıqdan sonra aviasiya daşımasının təxsis edilməsi etibarlıdır.
8.1.3.  Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində biletin dəyərini ödəmədiyi təqdirdə, Aviaşirkət sifariş verilmiş daşımanı, o cümlədən marşrutun digər sahələrində, ləğv etmək hüququna malikdir. Aviaşirkət bu barədə Sərnişini xəbərdar etməyə bilər. Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində biletin dəyərini ödəməyənədək Sərnişinə müvafiq qaydada rəsmiləşdirilmiş bilet verildikdə, təxsis ilkin təxsisetmə hesab ediləcək və ləğv edilə bilər, habelə təxsisin statusu, marşrutun digər sahələri də daxil olmaqla, dəyişdirilə bilər. Aviaşirkət bu barədə Sərnişini xəbərdar etməlidir.

8.1.4.  Tam və ya qismən istifadə olunmamış bileti olan və uçuş tarixini ayrı bir müddətə keçirmək istəyən Sərnişinin təxsisi ümumi əsaslarla həyata keçirilir.
8.1.5. Aviaşirkət Sərnişinə hava gəmisinin bortunda hər hansı müəyyən yeri təqdim etməməlidir. Sərnişinin bileti alması onun hava gəmisinin bortunda biletdə göstərilmiş xidmət sinfinə uyğun təqdim edilən istənilən yerdə əyləşməyə razı olduğunu göstərir.
8.1.6.  Əgər bilet açıq uçuş tarixi ilə (təxsis barədə qeyd yoxdur) rəsmiləşdirilibsə, sorğu göndərilmiş reysdə boş yerlər olduğu təqdirdə, Sərnişinin sorğusuna uyğun yer təxsis edilir.
8.1.7.    Xüsusi tariflərə Sərnişinin yenidən təxsisetmə hüququnu məhdudlaşdıran və ya nəzərdə tutmayan şərtlər daxil edilə bilər.


8.2. Sərnişin haqqında məlumatlar


8.2.1. Aviaşirkət təxsisi həyata keçirmək, xüsusi xidmətlər göstərmək və uçuşların təhlükəsizliyi üzrə tələbləri yerinə yetirmək üçün lazım olan məlumatların verilməsini və sənədlərin təqdim olunmasını Sərnişindən tələb etmək hüququna malikdir. Bu məlumatlara aiddir:
-        Soyadı, adı, atasının adı;
-        Sərnişinin sənədləri haqqında məlumatlar (pasport və ya onu əvəz edən sənəd);
-        İkinci dərəcəli sənədlər haqqında məlumatlar (viza, tibbi arayış, uşaqların aparılması üçün sənədlər və s.);
-        Daimi yaşayış yerinin ünvanı;
-        Təyinat məntəqəsində müvəqqəti yaşayış yerinin ünvanı və ya daimi ünvanı barədə məlumatlar;
- Yola düşmə / təyinat / tranzit ölkəsinin səlahiyyətli orqanlarının tələblərinə əsasən istənilən digər məlumatlar.
8.2.2.  Tətbiq olunan qanunlarla nəzərdə tutulmuş hüdudlarda Sərnişin Aviaşirkəti daşımanın təxsis edilməsi, əlavə xidmətlərin göstərilməsi, baqaj axtarışı sistemində və biletlərlə yaxud kompensasiyanın alınması ilə bağlı fırıldaqçılığın qarşısının alınması/ ifşa edilməsi sistemlərində iş, immiqrasiyanın sadələşdirilməsi və ölkəyə daxil olmaq üçün tələblərin təmin edilməsi məqsədilə Aviaşirkətə (onun Agentinə) təqdim etdiyi məlumatları məxfi saxlamaq üçün səlahiyyətləndirir.
8.2.3.  Aviaşirkət Sərnişin haqqında məlumatları yuxarıda sadalanan məqsədlərlə öz əməkdaşlarına, Xidmət üzrə agentlərə, Agentlərə, digər Daşıyıcılara, əlavə xidmətlər təklif edən şirkətlərə və ya ərazisinə, ərazisindən və ərazisindən keçməklə daşıma həyata keçirilən ölkənin dövlət orqanlarına (onların sorğusu ilə) təqdim etmək hüququna malikdir.

8.2.4. Aviaşirkətin Agentləri Sərnişin və onun daşınması haqqında məlumatları üçüncü şəxslərə yaymaq hüququna malik deyillər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Aviaşirkət Sərnişin və onun daşınması haqqında məlumatları üçüncü şəxslərə yaymaq hüququna malik deyil.




8.3. Təxsisin təkrar təsdiqi


8.3.1.  Daşımanın əks istiqamətində təxsisin təkrarən təsdiqlənməsi tələb olunduğu hallarda, Aviaşirkət bunu necə və nə vaxt etmək mümkün olduğu barədə Sərnişini məlumatlandırmalıdır.
8.3.2.     Əgər Aviaşirkət Sərnişindən təxsisin təkrarən təsdiqlənməsini tələb edirsə, bunun Sərnişin tərəfindən yerinə yetirilməməsi Aviaşirkətə daşımanın əks istiqamətində təxsisi ləğv etmək hüququ verir.


8.4. Sərnişinin qeydiyyata gəlməməsi (“NO-SHOW”)


8.4.1. Sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, Aviaşirkət marşrutun digər sahələrinə və ya özünün yerinə yetirdiyi, yaxud onun xahişi ilə bu Sərnişin üçün digər Daşıyıcı tərəfindən həyata keçirilmiş əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir.

8.4.2. Əgər Sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə və biletin qüvvədə olma müddəti ərzində onu yenidən təxsis etmək və ya qaytarmaq istəyirsə, bu prosedurlar yenidən təxsisetmə və ya biletin qaytarılması üçün müvafiq yığımlar tutulmaqla və Sərnişinin qeydiyyata gəlməməsinə görə (“NO-SHOW”) cərimə tutulmaqla həyata keçirilir.

8.4.3. Uçuşdan ən azı 40 dəqiqə əvvəl təkrar təxsis etmək və ya bileti qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlməmiş sərnişin (“NO-SHOW”) hesab olunur.








9. İnzibati rəsmiyyətlər
9.1. Sərnişinin inzibati vəzifələri

9.1.1. Sərnişin səyahət üçün lazım olan bütün sənədlərin, vizaların, icazələrin və s. alınmasına, habelə yola düşmə, təyinat və tranzit ölkəsinin ölkədən getmək, ölkəyə gəlmək və tranzit haqqında bütün tətbiq olunan qanunlarına riayət edilməsinə görə məsuliyyət daşıyır. Sərnişin belə sənədləri və ya vizaları almadıqda və ya tətbiq olunan qanunların tələblərini yerinə yetirmədikdə, Aviaşirkət Sərnişin qarşısında heç bir məsuliyyət daşımır.


9.1.2.  Aviaşirkətin tələbi ilə Sərnişin Aviaşirkətin səlahiyyətli şəxslərinə, müvafiq dövlət orqanlarının nümayəndələrinə ölkəyə gəlmək, ölkədən getmək və ölkədən keçmək, sağlamlığı haqqında sənədləri və tətbiq olunan qanunlarla tələb olunan bütün digər sənədləri təqdim etməli və Aviaşirkətə onların surətini çıxarıb saxlamağa, yaxud müvafiq sənədlərdə olan Sərnişin haqqında məlumatları hər hansı digər üsulla özündə saxlamağa icazə verməlidir.
9.1.3. Aviaşirkət tətbiq olunan qanunlara riayət etməyən və ya sənədləri lazımi qaydada rəsmiləşdirilməyən Sərnişinlərin (o cümlədən vizanın, pulun, əks istiqamətə biletin və digərlərinin olmaması) daşınmasından imtina etmək hüququna malikdir.


9.2. Sərnişinin ölkə ərazisinə daxil olmasına icazə verilməməsi


9.2.1.   Aviaşirkət dövlət orqanlarının Sərnişinə ölkə ərazisinə daxil olmağa icazə verməməsinə görə məsuliyyət daşımır.
9.2.2.  Sərnişinin getdiyi ölkənin təyinat yeri və ya tranzit ölkəsi olmasından asılı olmayaraq, həmin ölkənin belə Sərnişini qəbul etməməsi ilə əlaqədar Sərnişin Aviaşirkətin və ya dövlət orqanlarının tələbi ilə yola düşmə məntəqəsinə və ya digər yerə qayıtmalı və onun əks istiqamətdə daşınmasına görə müvafiq tarif ödəməlidir.
9.2.3.  Bu cür daşımanın dəyərinin ödənilməsi üçün Aviaşirkət yerinə yetirilməyən daşımaya görə Sərnişin tərəfindən əvvəl ödənilmiş, lakin onun sərəncamında qalmış istənilən məbləğdən, yaxud Aviaşirkətin sərəncamında olan Sərnişinin istənilən vəsaitindən istifadə edə bilər.

9.2.4.  Sərnişinin daxil olmasına icazə verilməyən və yaxud deportasiya olunan məntəqəyədək uçuşu üçün onun tərəfindən ödənilmiş məbləğ geri qaytarılmır.




9.3. Sərnişinin məsuliyyəti
9.3.1. Əgər Aviaşirkət hər hansı məbləği ödəmək və ya depozitə qoymaq, yaxud Sərnişinin tətbiq olunan qanunların tələblərinə riayət etməməsi və ya onun səyahət üçün lazım olan sənədləri təqdim etməkdən imtina etməsi, ya da saxta sənədlər və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməsi ilə əlaqədar maliyyə zəmanəti təmin etmək məcburiyyətində qalıbsa, Sərnişin Aviaşirkətin tələbi ilə ödənilmiş və ya depozitə qoyulmuş məbləği və bununla əlaqədar çəkilmiş digər xərcləri Aviaşirkətə ödəməlidir.
9.3.2.  Aviaşirkət 9.3.1. bəndində göstərilən xərclərin əvəzinin ödənilməsi üçün Sərnişinin yerinə yetirilməmiş daşımaya görə əvvəl ödədiyi və onun sərəncamında qalan məbləğdən, yaxud Aviaşirkətin sərəncamında olan Sərnişinin istənilən digər vəsaitindən istifadə edə bilər, yaxud Sərnişin Aviaşirkətə onun xərclərini ödəmədiyi təqdirdə, daşımadan imtina edə bilər.


9.4. Gömrük baxışı və aviasiya təhlükəsizliyi üzrə yoxlama


9.4.1.  Sərnişin gömrük baxışının (səlahiyyətli orqanların tələbi ilə) və aviasiya təhlükəsizliyi üzrə yoxlamanın aparılması üçün bütün baqajını təqdim etməlidir.
9.4.2. Aviaşirkət Sərnişinin hava limanının gömrük və ya aviasiya təhlükəsizliyi xidmətinin tələblərinə riayət etməməsi nəticəsində baqajına dəymiş hər hansı zərərə və ya itkiyə görə məsuliyyət daşımır.
9.4.3. Sərnişin baxışdan imtina etdiyi təqdirdə, Aviaşirkət belə Sərnişini hava gəmisinə buraxmır. Bu vaxt Aviaşirkət daşımadan imtina ilə əlaqədar Sərnişin qarşısında məsuliyyət daşımır, yerinə yetirilməmiş daşıma üçün tariflərin tətbiqi qaydalarına müvafiq olaraq biletin dəyərinin qaytarılması öhdəliyi istisna təşkil edir. Sərnişin göstərilən yoxlamanı keçməkdən imtina etdiyinə görə Aviaşirkətin çəkdiyi əlavə xərcləri ödəməlidir.
9.4.4. Aviasiya təhlükəsizliyinə görə baxış zamanı götürülmüş, əl yükü kimi aparılması qadağan olunan, lakin qeydiyyata alınmış baqaj qismində aparıla bilən əşyalar da Sərnişinin uçduğu reyslə daşınır.


9.5. Qeydiyyatdan keçmiş Sərnişinin hava limanında həkim yardımı tələb edən xəstəliyi, yaralanması, doğuş hadisəsi, digər psixi, psixoloji və ya fizioloji təzahürləri, yaxud ölümü.


9.5.1.    Qeydiyyatdan keçmiş Sərnişinin hava limanında həkim yardımı tələb edən xəstəliyi, yaralanması, doğuş hadisəsi, digər psixi, psixoloji və ya fizioloji təzahürləri, yaxud ölümü baş verdikdə Aviaşirkət təcili tibbi xidmət çağırmaqla həkim yardımının göstərilməsini təşkil etmək üçün bütün tədbirləri görür. Bu bəndin şərtlərinə riayət edərkən Aviaşirkət sərnişinin həyat və sağlamlığına görə məsuliyyət daşımır.
9.5.2. Sərnişinin tibb müəssisəsinə aparılması və oradan hava limanına gətirilməsi, tibbi yardımın göstərilməsi və s. ilə bağlı xərclər Sərnişinin özü və ya onun qanuni təmsilçiləri tərəfindən ödənilir.


10. Sərnişinlərin daşınması

10.1 Sərnişinlərin qeydiyyatı və baqajın rəsmiləşdirilməsi
10.1.1.  Müəyyən olunmuş uçuşqabağı rəsmiyyətlərdən keçmək (qeydiyyat proseduru, normadan artıq baqajın dəyərinin ödənilməsi, baxış, gömrük, sərhəd və digər prosedurlar, giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsi) üçün Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən olunmuş vaxtdan gec olmamaqla səyahət üçün lazım olan sənədlərlə qeydiyyatın keçirildiyi yerə gəlməlidir. Aviaşirkətin beynəlxalq reyslərə qeydiyyatı reysin uçuşundan 40 dəqiqə əvvəl başa çatır. Aviaşirkətin daxili reyslərinə qeydiyyat reysin uçuşundan 30 dəqiqə əvvəl başa çatır. Əgər Sərnişin qeydiyyat yerinə Sərnişinlərin qeydiyyat vaxtı tam başa çatdıqdan sonra və ya səyahət üçün lazım olan sənədlər olmadan gələrsə, Aviaşirkət təxsisi ləğv etmək hüququna malikdir və reysi ləngitməyə borclu deyil. Aviaşirkət qeydiyyat vaxtının bitməsi barədə Sərnişini məlumatlandırmalıdır.
10.1.2. Aviaşirkət Sərnişinin 10.1.1 bəndindəki tələbləri yerinə yetirməməsinə görə çəkdiyi xərclər və itkilər üçün Sərnişin qarşısında heç bir məsuliyyət daşımır.

10.1.3. Sərnişin qeydiyyat və baqajın rəsmiləşdirilməsi prosedurunu keçmək üçün Biletin rəsmiləşdirilməsi zamanı əsas götürülmüş sənədi təqdim etməlidir. Bundan başqa, zərurət yaranarsa, Sərnişin onun və baqajının daşınması üçün xüsusi şərtləri təsdiq edən sənədləri (uşağa görə etibarnamə, tibbi rəy, baytarlıq sertifikatı və s.) təqdim etməlidir.


10.1.4.  Sərnişin son məntəqəyə digər Daşıyıcı tərəfindən çatdırıldığı halda da Aviaşirkət Sərnişinin daşıma üçün sənədlərinin, yəni pasport, viza, sağlamlıq vəziyyəti və peyvəndlər haqqında arayış, yetkinlik yaşına çatmamış uşaqların gediş-gəlişi üçün icazə və s. sənədlərin yola düşmə, transfer və təyinat məntəqələrində dövlət orqanlarının tələblərinə uyğun olub-olmamasını yoxlamaq hüququna malikdir.
10.1.5.  Qeydiyyat zamanı Sərnişinə xidmət sinfi Sərnişinin arzusu və ya Aviaşirkətin tələbi ilə 18.1.1 bəndinə müvafiq olaraq dəyişdirilə bilər. Təxsisə uyğun xidmətin göstərilməsinin qeyri-mümkün olması səbəbindən xidmət sinfinin dəyişdirilməsi 18.2.1. və 18.2.2. bəndlərinə müvafiq olaraq həyata keçirilir.
10.1.6.  Sərnişinin xidmət sinfinə uyğun sərnişin salonunda əyləşmək istədiyi yer yalnız imkan olduğu təqdirdə ona təqdim oluna bilər.

10.1.7. Qeydiyyat zamanı Sərnişinə onun soyadı və inisialları, reysin nömrəsi, yola düşmə tarixi, hava gəmisinə miniyin başa çatdığı vaxt və hava gəmisinin bortunda oturacaq yerinin nömrəsi qeyd olunmuş minik talonu verilir. Zərurət yarandıqda, minik talonunda digər əlavə məlumatlar da göstərilə bilər. Sərnişin müvafiq reysə minik talonunu göstərdikdən sonra hava gəmisinin bortuna buraxılır.

10.1.8. Hava gəmisinə minik vaxtına gecikmiş Sərnişinə həmin reyslə daşınmasından imtina edilə bilər. Qeydiyyatdan keçmiş, lakin hava gəmisinə minmək üçün gəlməmiş Sərnişinin baqajı hava gəmisindən çıxarılır və mütləq yoxlanılır.


10.1.9. Aviaşirkətin reyslərində sərnişinlərin Aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn rejimdə qeydiyyatı nəzərdə tutulmuşdur və bu qeydiyyat reysin uçuşundan 20 saat əvvəl başlanır. Onlayn rejimdə qeydiyyat prosedurundan keçdikdən sonra Sərnişinin elektron ünvanına və ya mobil telefonuna təyyarədə minik yerini göstərən, fərdi ştrix-kod ilə minik talonu göndərilir. Sənədlərin yoxlanılması və baqajın rəsmiləşdirilməsi üçün Sərnişin qeydiyyat yerinə gəlməlidir.

Hava limanlarının texniki təchizatından asılı olaraq, Aviaşirkətin bəzi reyslərində bu xidmət hələlik tətbiq olunmaya bilər.



10.1.10.   Hava daşıması müqaviləsinə müvafiq olaraq Aviaşirkətin Sərnişin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi məsuliyyəti daşıma müqaviləsi rəsmiləşdirildikdən sonra başlanır.
10.1.11.   Aviaşirkətin Sərnişin qarşısında sığorta məsuliyyəti Sərnişin və onun baqajı qeydiyyatdan keçdikdən sonra başlanır.
10.1.12. Sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatır. Bu barədə Sərnişinə qeydiyyat zamanı bildirilir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə