2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

- 89 -
 
 
ZÜLFİYYƏ   SALAYEVA 
  AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutu 
Zulfiyyə 
Salayeva@rambler.ru
 
 
SÖYÜDKİMİLƏR (SALİCACEAE MİRB.) FƏSİLƏSİNİN NEKTARLI BITKILƏRİ 
 
 
 
Açar sözlər:nektarlı bitkilər, bal, arıçılıq, fəsilə, cins, növ 
 
Ключевые слова: нектароносные растения, мед, пчеловодство, семейство, род, вид  
 
Key words: nectar plants, mead, apiculture, family, genus, species 
Naxçıvan  Muxtar  Respublikası  florasında  təsərrüfat  əhəmiyyətli  bitkilər  arasında  nektarlı 
bitkilər  xüsusi  yerə  sahib  olmaqla,  arıçılığın  inkişafında  böyük  əhəmiyyət  kəsb  edir.  Ərzaq 
məhsullarının  təhlükəsizliyi  məsələlərinin  mühüm  əhəmiyyət  daşıdığı  dövrümüzdə  arıçılığın 
inkişafına  xüsusi  diqqət  yetirilir.  Floramızda  181  növ  bal  verən  bitki  növü  aşkar  edilmişdir. 
Bunların  içərisində  Söyüdkimilər  (Salicaceae  Mirb.)    fəsiləsinə  daxil  olan  söyüd  cinsinin  növləri 
xüsüsi yer tutur.  
Salicaceae  Mirb.  -  Söyüdkimilər.İkievli  ağac və  ya  kol  bitkiləridir. Yarpaqları  növbəli, sadə 
və saplaqlıdır. Tam ayalıdır, yarpaq altlıqları tez töküləndir. Söyüdkimilər yarpaqlanmadan əvvəl və 
ya  yarpaqları açılan vaxt çiçəkləyirlər.Çiçəkləri bir cinsli olub, çiçək  yanlığı olmayan, sırğa çiçək 
qrupunda  toplanmışdır.  Sırğaları  çiçəklədikdən  və  ya  meyvələri  yetişdikdən  sonra  bütövlüklə 
qoparaq ağacdan düşür. Çiçək altlığı pulcuqlarının kənarı tam və bölümlü olur. Erkəkcikləri 1-5 və 
ya çox olur. Erkəkciklərin sapı növbədən asılı olaraq sərbəst, qaidə hissəsinə və ya yuxarı hissəsinə 
kimi  bitişik  olur.  Dişicik  iki  meyvə  yarpağından  əmələ  gəlmişdir.  İki  ağızcıqlıdır,  yumurtalığı 
üstdür. (Populus və Salix cinslərinin çiçək qrupları bir-birindən fərqlidir).Yumurtalığı biryuvalıdır, 
çoxtoxumlu  qutucuqludur.  Toxumları  xırdadır,  qadə  hissəsindən  dəstə  şəklində  uzanan  uçağa 
malikdir.Anemofil (Populus) və  entomofil  (Salix) bitkilərdir. Növlərindən çay  və  dərə  sahillərinin 
bərkidilməsində istifadə etmək effektlidir. Nektarlı bitkilərdir. Dünyanın mülayim və soyoq iqlimli 
ölkələrində yayılan 3 cins üzrə 700-ə yaxın növü vardır (1, s.209-211). Azərbaaycanda 2 cins üzrə 
yabanı 15 növ və becərilən 5 növə rast gəlinir.Naxçıvan Muxtar Respublikasında isə 2 cinsə aid 23 
növ daxildir ki, bunlardan 1 növü mədəni halda becərilir. 
Salix  L.-Söyüd.  İkievli  kol,  uca  və  ortaboylu  ağac  bitkiləridir.  Yarpaqları  iki  yarpaqaltlıqlı, 
qısa saplaqlı və müxtəlif formalıdır. Erkəkcik daşıyan çiçəkləri sırğa çiçək qurupunda toplanmışdır. 
Erkəkcik daşıyan çiçəkləri çiçəkaltlığı yarpağı və onun qoltuğunda yerləşmiş erkəkciklərdən ibarət 
olur.  Çiçəkaltlığı  tamkənarlıdır,  tükcüklərlə  örtülmüşdür.  Erkəkcik  2  nadirən  3-5  və  ya  çox  olub, 
sərbəst  və  ya  birləşmişdir.  Dişicikdaşıyan  çiçəklər  də  çiçəkaltlığı  qoltuğunda  yerləşmişdir. 
Yumurtalıq  oturaq  və  ya  ayaqcıqlar  üzərində  yerləşir,  çılpaqdır  və  üzəri  tükcüklərlə  örtülmüşdür. 
Sütuncuq bir, tam və ya iki bölümlüdür. Meyvələri biryuvalı, çoxtoxumlu qutucuqludur. Entomofil 
bitkilərdir.  Ümumi  çiçək  formulu: 
P
0
  A
2
(tez-tez)G
0
,
P
0
  A
0
  G
(2)
  kimidir.  Dünyanın 
mülayim  və  soyuq  iqlimli  ölkələrində  yayılan  600-dən  artıq  növü  vardır.  Cnsin  Azərbaycanda  və 
Naxçıvan  Muxtar  Respublikasında  11  növü  yayılmışdır.Naxçıvan  Muxtar  Respublikasının  flora 
spektri kitabında Naxçıvan florası yeni fəsilə, cins və növlərlə zənginləşdirilmişdir(2; 3, s. 74-79; 4, 
s. 62-65; 5, s. 108-109). Naxçıvan Muxtar Respublikası florasında yayılan Söyüdkimilər fəsiləsinin 
son toksonomik spektri aşağıdakı kimidir: 
Ordo. Salicalis 
Fam.: Salicaceae Mirb. – Söyüdkimilər 
Genus: SalixL. – Söyüd 
1.
 
S. caprea L. – Keçi söyüdü 
2.
 
S. aegyptiaca L. (S. phlomoides Bieb.) – Şişkinli s. 
3.
 
S. purpurea L. – Qonur s. 
4.
 
S. caspica Pall. – Xəzər s. 
5.
 
S. wilhelmsiana Bieb. – Vilhelm s. 
6.
 
S. triandra L. – Üçerkəkcikli (Ağçubuq) s. 
7.
 
S. alba L. – Ağ s. 


- 90 -
 
 
8.
 
S. excelsa S.G.Gmel. (S. australior Anderss) – Hündür s. 
9.
 
*S. babylonica – Ağlar s. 
10.
 
S. alba x S. australior 
11.
 
S. phlomoides x S. cprea 
  Beləliklə, müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikada yayılan Söyüd cinsinin 
11növündən 8-i nektarlı bitkilərdir. 
Salix caspicaPall.-Xəzər söyüdü. Hündürlüyü 3-5 m olan kol bitkisidir. Yarpaqları xətti və ya 
xətti-tərs  neştərvari,  saplaqlı,  hər  ik  tərəfi  eyni  rəngdə  olub,  yuxarısı  kiçik  dişciklidir. 
Yarpaqaltlıqları  yoxdur.  Sırğa  çiçək  qurupu  silindrik  olub,  bitki  yarpaqlamamışdan  qabaq 
çiçəkləyir.  Çiçək  altlıqları  ağdır.  Yumurtalıq  oturaqdır.Çay  sahilərinin  bərkidilməsində  istifadə 
olunur. Orta qurşağın çay sahillərində yayılmışdır. May ayında çiçəkləyir, iyun ayında toxum verir. 
Mezofitbitkidir.  Turan-Sarmat  coğrafi  areal  tipinə  daxildir.  Naxçıvan  Muxtar  Respublikasının 
dağlıq  ərazilərində,  Culfa  rayonunun  Milax,  Qazançı,  Teyvaz,  Ərəfsə,  Ləkətağ  ərazilərində  rast 
gəlinir. 
 
Salix  excelsa  S.G.Gmel.-  Hündür  söyüd.  Tumurcuq  və  əsas  damarları  kimi  budaqları  da 
narıncı  qırmızı  rəngli  ağıcdır.  Yarpaqaltlıqları  yarımayşəkilli  olur.  Yarpaqları  neştərvari,  ilk 
zamanlar  ipəyi  tükcüklü,  sonradan  isə  çılpaq  və  mişardişli  olurlar.  Sırğaları  yarpaqlı  budaqlarda 
olub,  silindr  şəklindədir.  Çiçəkaltlığının  pulcuqları  solğun  sarı  rəngdədir,tükcüklüdür.  Yumurtalıq 
oturaqdır.  Çay  sahilərinin  bərkidilməsində  istifadə  olunur.  Orta  qurşağın  çay  kənarlarında  rast 
gəlinir.  Aprel  ayında  çiçəkləyir,  iyul  ayında  toxumlayır.  Mezofit  bitkidir.  İran-Turan  coğrafi  areal 
tipinə  daxildir.  Bütün  Azərbaycan,  aşağı  və  orta  dağlıq  hissəsində  yayılmışdır.  Babək  rayonunun 
Payız, Şəkərabad, Badaşxan, Nehrəm və b. kəndlərinin ərazilərində rast gəlinir. 
 
Salix  wilhelmsiana  Bieb.-Vilhelm  söyüdü.  Tutqun  və  ya  bozumtul  qabıqlı  kol  bitkisidir. 
Yarpaqları  oturaqdır,  ilk  zamanlar  üzəri  ipəyi  tükcüklü  olub,  sonradan  çılpaqlaşır.Yarpaqları  dar 
xətti  və  narın  dişcikli,  olur,  demək  olar  ki,  yarpaqaltlıqları  yoxdur.  Sırğaları  qısa  ayaqcıqlıdır. 
Çiçəkaltlığının  pulcuqları  solğundur.  Yumurtalığı  oturaqdır,  tozcuqları  sarı  rənglidir.  Orta  dağlıq 
qurşağın çay sahillərində rast gəlinir. May ayında çiçəkləyir, iyul ayında toxumlayır. Turan- Sarmat 
coğrafi areal tipinə daxildir. Mezofit bitkidir. Naxçıvan. Muxtar Respublikasının düzənlik vədağlıq 
ərazilərində yayılmışdır. 
Salix  aegyptiacaL.-Şişkinli  söyüd.  Kiçik  ağac  və  ya  iri  kol  bitkisidir.  Yarpaqlarının  üzəri 
tutqun yaşıl rənglidir. Yarpaq dişcikləri vəzilidir. Yarpaqları elliptik və ya tərs oval olub, alt tərəfi 
tükcüklüdür.  Çiçəkaltlığının  pulcuqları  yuxarıdan  qara-qəhvəyi  rəngli,  öndən  isə  ağ  tükcüklüdür. 
Çay  sahilərinin  bərkidilməsində  istifadə  olunur.  Orta  dağlıq  qurşağın  çay  sahillərində  rast  gəlinir. 
Aprel ayında çiçəkləyir,  mayında ayında toxum verir. Mezofit bitkidir. Qafqaz. coğrafi areal tipinə 
daxildir. 
Salix triandra  L.-Üçerkəkcikli  söyüd. Hündürlüyü 5-6 metr olan koldur.  Yarpaqları uzunsov 
və  ya  xətti-neştərvari,  mişardişlidir.  Gövdə  və  yarpaqları  çılpaqdır.  Gövdəsinin  üzərində  qırmızı-
qəhvə  rəngli  ləkələr  əmələ  gəlmişdir.  Yarpaqaltlığı  yarım  ürəkşəkillidir.  Sırğaları  nazik  olub, 
yarpaqlı  zoğların  üzərində  yerləşir.  Erkək  çiçəkləri  hər  iki  tərəfdən,  dişi  çiçəkləri  yalnız  arxadan 
vəzilidir.  Orta  dağlıq  qurşağın  dərə  və  çay  sahilində  yayılmışdır.  Aprel  ayında  çiçəkləyir,  may 
ayında toxum verir. Mezofit bitkidir. Palearktik coğrafi areal tipinə daxildir.  
Salix  caprea  L.-  Keçi  söyüdü.  Hündürlüyü  4-5  metrdən  artıq  olan  kol  bitkisidir.  Yarpaqları 
yumurtavari  və  ya  elliptik  olub,  11-18  sm  x  5-8  sm    ölçüsündə  kənarları  dalğavari,  qeyri-bərabər 
dişcikli, alt tərəfi ağımtıl-boz tükcüklüdür. Yarpaq altlıqları böyrəkvari şəkildədir. Sırğaları oturaq 
olub,  bitki  yarpaqlamamışdan  əvvəl  çiçəkləyir.  Orta  dağlıq  qurşağın  meşə  və  çay  kənarlarında 
yayılmışdır.  Mart  ayında  çiçəkləyir,  aprel  ayında  toxumlayır.  Mezofit  bitkidir.Qərbi  Palearktik 
coğrafi areal tipinə daxildir. 
Salix alba L.-Ağ söyüd. Hündürlüyü 15-20 metrdən artıq hündür ağacdır. Yarpaqları geniş və 
ya  ensiz  neştərvari,  xırda  mişar  dişlidir.  Hər  iki  tərəfi  və  ya  alt  tərəfi  yumşaq  tükcüklərlə 
örtülmüşdür.  Yarpaq  altlıqları  ensiz  neştərvaridir.  Sırğaları  nazik  olub,  yarpaqlı  zoğların  üzərində 
yerləşmişdir.  Orta  dağlıq  qurşağın  çay  vadisi,  dərə  və  su  kənarlarında  yayılmışdır.  Mart  ayında 
çiçəkləyir, aprel ayında toxumlayır. Mezofit bitkidir. Palearktik coğrafi areal tipinə daxildir. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə