2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

- 85 -
 
 
ƏYYUB ABDULLAYEV 
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi  
Eyyubabdullayev44@gmail.com 
 
 MÜASİR METODLARLA ARIÇILIQ MƏHSULLARININ İSTEHSALI  
 
Açar sözlər: Arıçılıq, bal arısı, çiçək, təbiət, məhsuldarlıq, Naxçıvan 
Key words: Beekeeping, honey- bee, flowers, nature, productivity, Nakhchivan 
            Ключевые слова:Пчеловодство,медоносныепчелы,цветы,подуктивность,  
Нахчыван 
Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat 
sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin 
inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.  
 Muxtar  respublikada  arıçılığın  inkişafı,  eləcə  də  bu  sahədə  məhsuldarlığın  yüksəldilməsi 
üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, 
arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və 
bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır. 
Həmçinin  arıçılıq  təsərrüfatlarının  istehsal  etdikləri  məhsulların  rəqabət  qabiliyyətini 
artırmaq və yerli arıçılığın inkişafını stimullaşdırmaq üçün arıçı sahibkarların dəstəklənməsi, dövlət 
büdcəsi hesabına arıçılıq təsərrüfatlarına subsidiyaların və pulsuz dərmanların  verilməsi bu sahənin 
inkişafı üçün yeni imkanlar yaradır.  
   Azərbaycan  Respublikasında  2  fevral  2009-cu  il  tarixdə  “Arıçılıq  haqqında”  Qanununun  qəbul 
edilməsi  arıçılıqda  damazlıq  işinin  yaxşılaşdırılmasına,  yerli  arı  cinslərinin  və  populyasiyalarının 
qorunub saxlanmasına,  təkmilləşdirilməsinə, yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq 
məhsulları istehsalının artmasına səbəb olmuşdur.  
Qanunun əsas məqsədi arıçılığın tənzimlənməsini, damazlıq-seleksiya işlərinin aparılmasını, 
ekoloji bal məhsulunun istehsal olunmasını təmin etməkdən ibarətdir. 
Muxtar    respublikamızda    arıçılıqda  müasir  texnologiyaların  tətbiqi  ilə  arıçılığın  əsas 
istiqamətləri - arı ailələrinin sayının artırılması, arıçılıqda maddi-texniki bazanın təkmilləşdirilməsi, 
damazlıq  və  ana  arı  yetişdirilməsinin  təşkili,  köçəri  arıçılığın  inkişafı,  xəstəliklərlə    mübarizə, 
arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı, qablaşdırılması, marketinqi və bitkilərin tozlanması 
üzrə ciddi uğurlar əldə edilib.  
Son 7 ildə  Banklar tərəfindən arıçılıqla məşğul  olan  sahibkarlıq subyektlərinə  3350,4 min 
manat həcmində kreditlər verilmiş, balın emalı, qablaşdırılması və arıçılıq avadanlıqlarının istehsalı 
ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılmışdır. Son illər Muxtar respublikada  arıçılığın inkişafı 
sahəsində görülmüş tədbirlər nəticəsində, arı ailələrinin sayı 2000-ci ildə 12 min 407 arı ailəsindən 
71 min 537 arı ailəsinədək artmışdır. Bu gün muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla  
(onlardan 577 sahibkarın 20-350 arı ailəsi var) məşğul olur. 
2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsal edilmiş, “Arıçılıq məhsulları - bal festivalı” 
keçirilmişdir. Əhalinin sayını nəzərə alsaq, 2016-cı ildə hər bir adama  (1403 ton :  449143 nəfər 
əhalinin sayı =  3,12 kq) 3,123 kq  bal düşür.  Dünyada qəbul olunmuş normaya görə, adambaşına 
düşən bal istehlakı 0,4 kq olmalıdır. 
 “2017-2022-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  arıçılığın  inkişafı  üzrə  Dövlət 
Proqramı”    qəbul  edilmişdir.  Dövlət  Proqramının  əsas  məqsədi  muxtar  respublikada  yerli  və 
ənənəvi  arı cinslərinin  yetişdirilməsi,  arı ailələrindən  yüksək məhsul götürülməsi  üçün köçürülmə 
ərazilərində zoobaytar qaydalarına əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması,  
məhsul  istehsalının  artırılması  ilə  əlaqədar  tədbirlərin  həyata  keçirilməsi  ilə  yanaşı,  arıçı 
sahibkarların    dövlət  maliyyə  resurslarına  çıxış  imkanlarının    genişləndirilməsinə  və  arıçılıq 
məhsullarının ixracına şərait yaradacaqdır. 
Hesablamalar  göstərir  ki,  Muxtar  Respublikamızda  arı  ailəsinin  sayını  100  000  ailəyə 
çatdırmaq və məhsuldarlığını  artırmaq mümkündür. 
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 avqust tarixli 57 nömrəli 


- 86 -
 
 
qərarına  əsasən,  yerli  arı  genofondunun  mühafızəsi  və  arı  xəstəliklərinin  yayılmasının  qarşısının 
alınması üçün Naxçıvan Muxtar     Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı olmadan bal  
arısının muxtar respublikanın  ərazisinə kənardan gətirilməsi  və  muxtar respublikanın  ərazisindən 
çıxarılması qadağandır. 
Arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri də damazlıq-seleksiya işinin 
düzgün  təşkili  və  arıxanalarda  cavan  arı  analarının  olmasıdır.  Arıxanalarda  cavan  arı  analarının 
olması məhsuldarlığı artıran faktorlardan biridir.  
Muxtar  respublikada    Sarı  Qafqaz  arı  cinsinin  Naxçıvan  populyasiyasının    təmizlikdə 
yetişdirilməsinə  ciddi  fikir  verilir.  Bu  sahədə    Şahbuz  rayon  Sələsüz  kəndində  yaşayan  Kamal 
Məmmədovun, Şərur rayon Mahmudkəndində yaşayan Fikrət Məmmədovun və digərlərinin zəngin 
təcrübələri vardır.  
Son illərdə arıçılıqda müasir üsulların tətbiqi ilə arı ailələrinin sayının artırılması, damazlıq 
və  ana  arı  yetişdirilməsinin  təşkili,  köçəri  arıçılığın  inkişafı,  xəstəliklə  mübarizə,  arıçılıq 
məhsullarının  istehsalı,  tədarükü,  emalı,  qablaşdırılması  sahəsində  ciddi  uğurlar  qazanılmış,  bu 
sahənin  inkişafına  dövlət  dəstəyinin  davam  etdirilməsi  nəticəsində  arıçılıq  kənd  təsərrüfatının 
surətlə inkişaf edən gəlirli və perspektivli sahələrindən birinə çevrilmişdir. 
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 avqust tarixli 57 nömrəli 
qərarına  əsasən    mulkiyyət    formasından  asılı  olmayaraq,  arıxanalarda  mualicə-profilaktika 
tədbirlərinin 
həyata 
kecirilməsi 
məqsədi 
ilə 
arıxanalara  baytarlıq-sanitariya  pasportu 
(şəhadətnaməsi)  verilməlidir.  Pasport  (şəhadətnamə)  verilməsi  qaydası  və  forması  həmin  qərarla  
təsdiq edilmişdir. Pasport rayon baytarlıq idarələri tərəfindən möhürlənərək verilir və həmin pasport 
arıxananın, arıların,  eləcədə arı məhsullarının satılması, köçürülməsi, göndərilməsi üçün lazım olan 
baytarlıq şəhadətnaməsinin və ya arayışının  alınmasına səlahiyyət verən sənəd hesab olunur. 
Arıcılıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması 
İnsanların  sağlamlığına  və  təhlukəsizliyinə,  ətraf  mühitin  mühafizəsinə  dair  tələblərə 
uyğunluğu təmin etmək üçün məhsullar sertifikatlaşdırılmalıdır. 
Muxtar Respublikada arı ailələrinin və istehsal edilən arıçılıq məhsullarının milli standartları 
qanunvericiliyə uyğun olaraq hazırlanır, müvafiq orqanlarla razılaşdırılır, təsdiq edilir və qeydiyyata 
alınır. Muxtar Respublika daxilində istehsal edilən  arıçılıq məhsulları satışa çıxarılarkən quvvədə 
olan  normativ  sənədlərin  tələblərinə  uyğun  olaraq  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
sertifikatlaşdırılmalıdır. 
Arıçılıq  məhsullarının  sertifikatlaşdırılması  həmin  məhsulların  baytarlıq  şəhadətnaməsi 
olduqda aparılır. 
Məhsulların  sertifikatlaşdırılması  onların  sərbəst  dövriyyəsinə,    məhsulların  təkrar 
sertifikatlaşdırma aparmadan idxal-ixracına şərait yaradır 
Bəzi  sertifikatlar  hər  mal  partiyasına,  bəzi  sertifikatlar  isə  istehsalata  verilir.  Ona  gorə  hər 
mal  partiyasına  satış,  idxal  və  ixrac  edilmək  üçün  ayrıca,  istehsalata  isə  muəyyən  muddət  üçün 
verilir ki, bu muddət ərzində istehsal olunan mallar həmin sertifikat əsasında satıla bilər. 
Arı  məhsullarının  keyfiyyət  və  təhlukəsizlik  gostəricilərinin  standartlara  və  tələblərə 
uyğunluğunu  muəyyən  etmək  məqsədi  ilə  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən 
sertifikatlaşdırılır. Sertifikatsız arıçılıq məhsullarının satışına yol verilmir. 
Sertifikatın  (şəhadətnamənin)  alınmasına  görə  dovlət  rüsumu  yalnız  bank,  poçt,  plastik  kart, 
elektron ödəmə sistemləri və ya İnternet vasitəsilə odənilməlidir. 
Azərbaycanda  eyni  zamanda  Muxtar  Respublikamızda  arıçılıq  sferasında  biznes  qurmaq 
istəyən kiçik və orta sahibkarlıq subyektlərinin dovlət qeydiyyatı,  arılara düzgün qulluq və onların 
zərərvericilərdən  qorunması  üçün  zəruri  bilgilər,  arı  məhsulları  istehsalı  üçün  vacib  olan  dovlət 
standartları, tələb olunan sertifikatların novləri və onların alınması  tələb olunur: 
- “Baytarlıq şəhadətnaməsi” – heyvanmənşəli məhsullar ucun 
- “Gigiyenik sertifikat” – butun məhsullar ucun 
- “Keyfiyyət sertifikat” – Avropa Birliyinə ixrac olunan yeyinti məhsulları ucun 
- “Mənşə sertifikatı” – butun məhsullar ucun 
- “Uyğunluq sertifikatı” – əksər məhsulları ucun 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə