2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

- 87 -
 
 
Yeyinti  məhsullarının  ixracı  üçün  mənşə  və  keyifyyət  sertifikatı  tələb  olunur.  Ancaq  bu 
sertifikatları  almaq  üçün  digər  sertifikatların  da  alınması  tələb  olunur.  Keyfiyyət  sertifikatı  yalnız 
Avropa  Birliyinə  ixrac  üçün  tələb  olunur.  Digər  sertifikatlar  isə  digər  olkələrə  mal  ixracı  zamanı 
malı müşayiət edən sənədlərin siyahısına daxil edilməlidir. 
Baytarlıq şəhadətnaməsinin verilməsinə Dovlət Baytarlıq Xidməti, 
          Gigiyenik sertifikatın verilməsinə  Səhiyyə Nazirliyi
Uyğunluq  sertifikatının  verilməsinə    Standartlaşdırma,  Metrologiya  və  Patent  uzrə  Dovlət 
Komitəsi, 
 Keyfiyyət sertifikatının verilməsinə İqtisadiyyat Nazirliyi məsuldur.  
Hər il dəyəri milyon manatlarla ölçülən və heç bir xərc çəkilmədən Muxtar Respublikamızın 
zəngin  florası  tərəfindən  yaradılan  min  tonlarla  nektar  və  çiçək  tozunun  əhalimizin  rifahı  naminə 
tədarük  edilməsinə  nail  olmaq  üçün  arı  ailələrinə  zoobaytar  qaydada  qulluq  edilməsi,  vaxtlı-
vaxtında baytarlıq tədbirlərinin aparılması və arı ailələrinin çiçək bol olan ərazilərə köçürülməsinin 
böyük əhəmiyyəti vardır. 
 
 
Qışlamadan  çıxmış  arı  ailələrinə  ilk  baxış:  Günəşli,  sakit,  havanın  temperaturu    +12
0
C-dən 
artıq  olan  günlərdə  arıxanada  ailələrə  ilk  baxış  keçirilməklə  ana  arı,  yem  ehtiyatı  və  xəstəlik 
əlamətləri müəyyən  edilməlidir. 
- Pətəyin istilik rejiminin nizamlanması üçün, pətəkdən artıq boş çərçivələr çıxarılmalı arakəsmələr 
tətbiq olunmaqla yuva qısaldılmalıdır. 
-Gücü  zəif olan anasız arı ailələri,  ana arılı zəif ailə ilə birləşdirilməli normal gücə  gətirilməlidir. 
-Yem ehtiyatı az olan ailələrə ballı və güləmli çərçivələr verilməli və ya 5 kq şəkər pudrası ilə 1kq 
süzmə bal qarışdırılaraq istilər düşənədək (temperatur 20

C olanadək) arı ailələrinə verilməli, sonra  
1:1 nisbətində vitaminli şəkər şərbəti ilə yem ehtiyatı tamamlanadək arılar yemləndirilməlidir. 
-  Hər  arı  ailəsi  üçün  0,5-0,7  kq  şan  vərəqləri,  7-10  ədəd  simli  çərçivələr  və  ehtiyat  pətəklər 
hazırlanmalıdır.  
Köçürülmə  sahələrində  arıların  yerləşdirilməsi:  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nomrəli Qərarı ilə təsdiq edilmiş “Bal arısı cinslərinin və 
populyasiyalarının  rayonlaşdırılması  Qaydası”na  əsasən,  bal  arısı  cinslərini  və  onların 
populyasiyalarını müxtəlif mövsümlərdə nektar və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədi 
ilə onların respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi təmin 
edilməlidir. Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda 
bitki  örtüyünə  olan  tələbatı  nəzərə  alınaraq,  arı  ailələrini  köçürmək  məqsədi  ilə  arıxanalar 
köçürülmə  zonalarında  su  mənbələrinə  yaxın  ərazilərdə,  20-30  ailə  bir  qrupda  olmaqla  digər 
qruplardan  ən  azı  3-4  km  aralı  məsafədə  yerləşdirilməli,  pətəklər  arası  3-3,5  metr,  cərgələr 
arasındakı  məsafə  isə  10  metrdən  yaxın  olmamalıdır.  Arı  ailələrini  rütubətdən  (nəmlikdən)  və  
ziyanvericilərdən  (qarışqa,  kərtənkələ  və  kirpilərdən)  qorumaq  üçün  pətəklər  minimum  30-40  sm 
hündürlükdə  olan  dayaqlar  üzərinə  qoyulmalı,  dayaqların  aşağı  hissəsinə  işlənmiş  yağlar,  (avtol, 
solidol)  sürtülməlidir.  Arıxana  yerləşdirildikdə  hər  bir  arı  ailəsi  üçün  30-40  m

yerləşmə  sahəsi 
olmalıdır. 
 
 
Dağ  kəndlərində  olan  arı  ailələri  ilk  yazda  (fevral-mart)  mümkün  qədər  aran  zonasına 
köçürülməli,  daha  sora  təbiətdə  çiçəkləməni  izləməklə  arıları  mərhələlərlə  dağətəyi  və  dağlıq 
zonalara köçürməlidir. 
 
 
Arıların nektar yığımında  daha çox gəlir gətirməsi  üçün pətəkdə arıların sayını 80-100 minə 
çatdırmaq lazımdır.  
 
 
Arıçı  ərazinin  relyefindən  asılı  olaraq  çiçəkli  sahələri  müəyyən  edilməli,  arı  ailələri  həmin 
ərazilərə maksimum yaxın yerləşdirilməlidir. 
 
 
 Beçə vermənin qarşısını almaq məqsədilə ayırma beçələr  yaradılmalı,  ailələrin  iş  imkanları 
artırılmalıdır. Pətək genişləndirilməli, yataq pətəklərdən və mərtəbələrdən istifadə olunmalıdır. 
 
 
Bal  süzmənin  həyata  keçirilməsi  üçün  bal  süzən  aparatı,  şan  möhürünün  açılması  üçün 
bıçaqlar, bidonlar, süzgəclər, daşınma üçün araba və daşıyıcı qutuların tədarük edilməlidir. 
 
   Süzülməyə  götürülən  ballı  çərçivələrin  ən  azı  3/2  hissəsi  möhürlənmiş  olmalı,  hər  ailə  üçün 
orta hesabla hər çərçivə arı üçün 2-2,5 kq ballı-güləmli çərçivələrdən  qış ruzisi götürülməli, bunun 


- 88 -
 
 
70%  pətəkdə, 30% -i  anbarda saxlanmalı. qalmış çərçivələr əmtəəlik üçün süzülməlidir
 
 
Qaralmış və köhnəlmiş şanlar süzüldükdən sonra mum ehtiyatı üçün doğranıb əridilməlidir. 
 
 
Bal  süzümündən  sonra  ailələrdə  yem  ehtiyatı  yoxlanılmalı,  2  yaşdan  yuxarı  analar  pətəkdən 
kənarlaşdırılmalı və ailələr mayalanmış cavan analarla əvəz edilməlidir. 
 
 
Arı  ailələrinin  payız  və  qış  hazırlığı:  Ailələrin  yem  ehtiyatına  baxılmalı,  hər  ailə  üçün  yem 
çatışmazlığı  aradan qaldırılmalı, arı pətəklərindən artıq çərçivələr  götürülməklə  yuva qısaldılmalı, 
arakəsmə və istiləşdirici materiallar tətbiq edilməli, uçuş bacası 0,5-1 sm-dək daraldılmalıdır 
 
 
Arı saxlanılacaq binalar rütubətsiz, qaranlıq və səs-küysüz olmalı, bütün qışlama dövrü otağın 
temperaturu    -2
0
C  və  +4
0
C  dərəcə  intervalında,  nisbi  rütubət  75-85%  arasında  olmalıdır.  Binada 
pətəklər 3 mərtəbəli dəmir dayaqlar üzərində yerləşdirilməklə. Hər pətək üçün  0,5-0,6 m

sahə tələb 
olunduğu nəzərə alınmalıdır. 
Ailə-kəndli təsərrüfatlarının və digər kiçik təsərrüfatların istehsal potensialından tam istifadə 
etmək,  kənd  yerlərində  məşğulluğu  təmin  etmək  və  əhalinin  gəlirlərini  artırmaq,  eyni  zamanda 
Muxtar Respublikada  arıçılıq  məhsulları  ilə təminatında yerli istehsalın xüsusi çəkisini artırmaq 
üçün  kənd  yerlərində  arıçılığın  inkişafı  stimullaşdırılacaq,  bu  istiqamətdə  istehsal  fəaliyyəti  ilə 
məşğul olmaq istəyən təsərrüfatların inkişaf etdirilməsi dəstəklənəcəkdir. 
 
     Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında aparsalar, arı ailələrinin 
sağlamlığını təmin edər, onların sayını artırar və bol məhsul istehsal etmiş olarlar.  
Çıxışımın  sonunda  nəzərinizə  çatdırmaq  istərdim  ki,  bu  gün  Muxtar  respublikada  istehsal 
olunan  bal  brend  mal  olaraq  bazarlarda  Azərbaycanın  digər  regionlarının  balından  baha  qiymətə 
satılır. 
Sonda  Beynəlxalq  elmi-praktik  konfransı  təşkil  etdiyinə  görə  universitet  rəhbərliyinə, 
qonaqlara minnətdarlığımızı bildirir və konfransın işinə uğurlar arzulayıram. 
Diqqətinizə görə sağ olun! 
 
ƏDƏBİYYAT 
 
1)    Naxçıvan  MR  Dövlət  Statistika  Komitəsinin  heyvandarlığın  vəziyyəti  haqqında  2003-2017-ci 
illərin əvvəlinə buraxdığı statistik bülletenlər. 
2)  Bal arıları aləmində.  Bakı-2011     Q. Sultanlı 
3) Arıçılıq təbiət və təbabət. Bakı – 2015  Etibar Məmmədov 
4) Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri. Naxçıvan-2015   S. Məhərrəmov, Ə. Tahirov, E. 
Əsədov  
 
 
ABSTRACT 
 
Development  conception  of  the  apiculture  bee-keeper  have  been  explained  development 
dynamics  of  the  apiculture  in  the  material  of  named  conference  prepared  in  the  autonomous 
republic  in  (the)  state  support  shown  to  businessmen  (owners),  credits  given  them  and  10  last 
(recent) years in the wide picture (photo). 
 
РЕЗЮМЕ 
 
  
В  материале  «Концепция  развития  пчеловодство»    Международному    конференции 
указано  развития  пчеловодства  в  Нахичеванской  Автономной  республике,  всеxеcтронный 
государственной  поддержки  пчеловодов  и  динамика  развития  пчеловодство    в  последнее 
десятилетие объяснено подробно. 
 
 
 
 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə