2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   39   40   41   42   43   44   45   46   47

- 91 -
 
 
Salix  purpurea  L.-Qonur  söyüd.  Hündürlüyü  2-4  metr  olan  iri  kol  bitkisidir.Yarpaqları  tərs-
neştərvari, aşağı tərəfi azca göyümtül-yaşıl rənglidir. Hər iki tərəfi eyni rəngli, yuxarı hissəsi narın 
dişlidir.  Yarpaqaltlığı  yoxdur.  Sırğaları  bitki  yarpaqlamamışdan  əvvəl  çiçəkləyir.  Erkək  çiçəkləri 
silindrik, dişi çiçəkləri nazik silindrikdir. Orta dağlıq qurşağın sulu  ərazilərində rast gəlinir. Aprel 
ayında çiçəkləyir, may ayında toxumlayır.  Mezofit bitkidir. Palearktik coğrafi areal tipinə daxildir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Əsgərov A. Azərbaycanın ali bitkilıri. (Azərbaycan florasının konspekti) Bakı, Elm, 2005, s. 69-
72. 
2.
 
Seyidov M.M, İbadullayeva S.C., Qasımov H.Z., Salayeva Z.K. Şahbuz Dövlət Qoruğunun flora 
bitkiliyi Naxçıvan 2014, “Əcəmi“ 524s. 
3.
 
Seyidov  M.M.,  Salayeva  Z.K.  Şahbuz  Dövlət  Təbiət  Qoruğu  florasının  sistematik  təhlili 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  Naxçıvan  Bölməsi  Xəbərlər,  №  4,  Naxçıvan,                                                                               
Tusi, 2008, s. 74-79.                                                                                              
4.
 
Seyidov,  M.  S.  İbadullayeva  Şahbuz  Dövlət  Təbiət  Qoruğunun  ağac  və  kollarının  bioloji 
xüsusiyyətləri // AMEA Naxçıvan Bölməsinin  Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2007, 
№4 s. 62-65. 
5.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri.  
Naxçıvan: Əcəmi, 2008, 350 s. 
 
ABSTRACT 
 
The article deals with economic valued nectar plants of the Salicaceae Mirb. family spread 
in the Nakhchivan Autonomous Republic. On the article there is given recent taxonomic spectrum 
of the family and there have been mentioned a special place of family species on the development 
of  bee  keeping.  There  is  showed  botanical  characteristics  and  distribution  areas  of  the  species 
belonging to the Willow genus. There is marked that 181 nectar species have spread in autonomous 
republic. It was determined that 8 of 11 species of Willow genus spread in autonomous republic are 
nectar plants. 
 
РЕЗЮМЕ 
 
 
В  статье  обсуждены  хозяйственно  значимые  нектароносное  растениях  семейства 
SalicaceaeMirb.-Ивовые, 
распространенные  во  флоре  Нахчыванской  Автономной 
Республики. Отмечено особое место видов семейства в развитии пчеловодства, представлен 
их  окончательный  таксономический  спектр.  Указано  ботанические  особенности  и  зоны 
распространения  видов  рода  Ива.  Уставлено  распространение  181  вида  нектароносных 
растений  на  территории  автономной  республики.  Выявлено  что  8  из  11  видов  рода  Ива, 
распространенных  в  автономной  республике  являются  наиболее  нектароносными 
растениями флоры. 
 
 
 
 
 
 
 
 
 
 
 


- 92 -
 
 
UOT 638.138.1 
 
 
                                                                                                             MEHRİBAN  ƏLİZADƏ      
                                                                    ARKTN-nin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 
               GÜLNARA HACIYEVA
 
                                                                                                                                   
GƏNCƏ-QAZAX BÖLGƏSİNDƏ BAL VERƏN BİTKİLƏRİN ÇİÇƏK TOZUNUN 
ÖYRƏNİLMƏSİ  
             
             
Açar sözlər: arı, çiçək tozu, nektar, ballı bitkilər, tozcuq.  
 
Key words: Dust of bee, flower, nectar, honeyed plants, pollen. 
Ключевые  слова:  медоносная  пчела,  цветочная  пыльца,  нектар,  медоносные 
растения, пыльца. 
Təbii  landşaftın  bütün  komponentləri  kimi,Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonunun 
torpaqları da olduqca müxtəlif və rəngarəng olduğu kimi bitki örtüyü də fərqlidir. Təbii landşaftın 
əsas  iki amili Gəncə-Qazax bölgəsində  torpaq əmələ-gəlmə prosesində fəal iştirak etməklə yanaşı, 
onların  münbitliyinə  böyük  təsir  göstərən  bitki  örtüyünün  xarakterini,  yayılması  xüsusiyyətlərini, 
həmçinin torpaqların ekoloji şəraitini müəyyənləşdirir. 
Ədəbiyyatlardan məlundur ki,  Respublikamızın təbii iqlim şəraiti, nektar ifraz edən, çiçək 
tozu verən bitkilərin çoxluğu və müxtəlifliyi kənd təsərrüfatında arıçılığın inkişaf etdirilməsi üçün 
əlverişli mühit yaratmışdır. Belə ki, mövcud 4200 bitki növünün  15-17%-i  bal  və çiçək tozu verən 
bitkilərdir . 
Onu da qeyd etmək yerinə düşər ki, arıçılıq üçün əhəmiyyətli olan bitki müxtəlifliyinin 
böyük faizi bu bölgənin payına düşür və bu nektarlı bitkilərin tozcuq hüceyrələrinin öyrənilməsinin 
özü isə çox əhəmiyyətli məsələlərdən biridir. Balın tərkibində olan tozcuq hüceyrələrinin 
aşkarlanması və təyin olunması da bu proseslə bilavasitə əlaqədardır.  
Məlumdur ki, hər bir çiçək tozunun özunəməxsus xüsusiyyəti  bitki taksonuna görə dəyişir. 
Buna görə də  çiçək tozunun quruluşunun və formasının müxtəlif olması, onlara mikroskop altında 
baxılan zaman müxtəlif bitki taksonlarına  aid olduğu aydın görünür. 
 “Polen” (çiçək tozu)    sözünü ilk  dəfə 1760-ci  ildə  İsveçli botanik  Linney istifadə  etmişdir 
(latıncada polen "incə toz, un" mənasını verir). 
Nektar  və  çiçək  tozu  toplayan  arılar,  çiçəkli  bitkilər  ilə  eyni  zamanda  təkamül  etmişlər. 
Arılar çiçək tozunu bir çiçəkdən digərinə transfer edərək bitkilərin tozlanmasını təmin edirlər. Digər 
tərəfdən  də  çiçək  tozlarını  öz  pətəklərində  anbar  edərək  özlərini  zülalla,  lazımlı  mineral  və 
vitaminlərlə təmin etmiş olurlar . 
Qədim  zamanlarda  çiçək  tozu,  Yunanlar,  Misirlilər,  Farslar,  Çinlilər  və  Amerikanın  yerli 
əhalisi  tərəfindən  istifadə  olunduğu  təxmin  edilir.  Həmçinin  çiçək  tozunun  istifadəsi  ilə  bağlı 
olduqca  az  məlumat  var.  Dövrümüzə  qədər  gəlib  çıxmış  ən  qədim  məlumatlarda  çiçək  tozunun 
İspaniyada,  Ərəb  və  Yəhudi  həkimlər  tərəfindən  dərman  vasitəsi  kimi  istifadə  edildiyi  deyilir. 
Misirdə  yəhudi  bir  həkim  olan  Maimonides  (1135-1204),  çiçək  tozunu  sakitləşdirici  bir  vasitə 
olaraq  tövsiyə  etmişdir.  XII  əsrin  əvvəllərində  İbn  əl-Beithar  çiçək  tozunu  bir  afrodizyak  və  eyni 
zamanda mədə, bağırsaq və ürək üçün faydalı məhsul olduğunu yazmışdır . 
Çiçək  tozu,  bal  arılarının  inkişafı,  fəaliyyəti  üçün  gərəkli  qida  maddəsidir.  Bundan  başqa 
müxtəlif    böcəklərin,  quşların,  yarasaların  və  bəzi  məməlilərin  çiçək  tozunu  qida  maddəsi  kimi 
istifadə etdiyi məlumdur. 
Çiçək tozcuğu çiçəkli bitkilərin erkək cinsi hüceyrələridir. Rəngi əsasən sarı və sarıya çalan 
rənglər  olmaqla  bərabər  qara,  qırmızı,  bənövşəyi,  mavi  və  s.  olur.  Arılar  üçün  çiçək  tozu  zülal 
mənbəyidir.  Tərkibində  bitkinin  növündən  asılı  olaraq  zülal,  amin  turşuları,  yağ,  karbohidrat, 
vitamin,  mineral  maddələr,  aromatik  maddələr,  su  və  digər  təsbih  edilməməiş  maddələrdən 
ibarətdir.  Arıların,  sürfələrinin  yetişdirilməsi  və  ailənin  güclənməsi  üçün  çiçək  tozuna  çox 
ehtiyacları  vardır.  Çiçək  tozu  eyni  zamanda  insanın  qidalanmasında  çox  önəmli  olub  qan-damar 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə