2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   39   40   41   42   43   44   45   46   47

- 93 -
 
 
sisteminin  aktiv  işləməsində,  zehni  narahatlqlar  zamanı,  mədə  xəstəliklərində,  boy  artımının 
surətlənməsində, orqanizmin yorğunluğunun aradan qaldırılmasında, qan azlığı zamanı çox effektli 
təsir göstərir.  
Qeyd  edək  ki,  insanlar  tərəfindən  çiçək  tozu  təzə  halda  istifadə  edilsə  daha  yaxşıdır.  Uzun 
müddət  saxlanılan  çiçək  tozu  öz  keyfiyyətini  itirir.  Məhz  bu  səbəbdən  çiçək  tozunu  mövsümü 
olaraq  istifadə  etmək  daha  yaxşıdır.  Ancaq  çiçək  tozuna  qarşı  allergiyasi  olan  insanların  çiçək 
tozundan və tərkibi tozcuqla zəngin olan ari məhsullarından istifadəsi olduqca təhlükəli və risklidir.   
Arılar  müxtəlif  bitkilərdən  çiçək  tozu  toplayaraq  onu  bioloji  stimullaşdırıcı  kimi  istifadə 
edirlər.  
Azərbaycanın bitki  örtüyünün bu qədər zəngin  olması  ölkəmizdə  arıçılığın geniş  miqyasda 
inkişafına  zəmin  yaradan  səbəblərdən  biridir.  Respublikamızda  arılar  tərəfindən  istifadə  olunan, 
çiçək tozu verən bitkiləri dörd əsas qrupa bölürlər: 
I. Yalnız arıların istifadəsi üçün yararlı çiçək tozu verən bitkilərdir ki, arılar bunlardan yalnız 
çiçək tozu yığırlar. Bu qrupa: lalə, dazıotu, qara çörəkotu, dişli topulqa, qaymaqçiçəyi, xoruzgülü, 
danaqıran, qazsoğanı, itburnu və s. aiddir.    
II. Nektara nisbətən daha çox çiçək tozu verən bitkilərdir ki, bu bitkilərdən arılar əsas etibarı 
ilə  çiçək  tozu  toplayırlar.  Söyüd,  əməkömənci,  zəncirotu,  pişikotu  və  s.  bu  qrupun 
nümayəndələrindəndir.  
III.  Çiçək  tozuna  nisbətən  daha  çox  nektar  verən  bitkilərdir  ki,  bu  bitkilərdən  bal  arıları 
əsasən nektar, az miqdarda isə çiçək tozu toplayırlar. Kələm, günəbaxan, adi göyək, poruq, qanqal, 
pambıq, qovun,  qabaq, adi palıd, böyürtkən, xəndəkotu və s. bu qrupa daxildir. 
IV. Eyni dərəcədə həm bal, həm də çiçək tozu verən bitkilərdir ki,  Bu bitkilərdən arılar həm 
nektarı, həm də çiçək tozunu eyni dərəcədə toplayırlar. Bu qrupa: cökə, gavalı, alma, armud, xaşa, 
badam, şaftalı, albalı, dərman köpəkdili otu və s. aiddir.  
Ədəbiyyatlarda  göstərilir  ki,  hər  bir  bitkinin  çiçəyinin  tozluq  kisəsi  daxilində  yerləşən 
milyonlarla  tozcuğu  vardır.  Həmçinin  hər  bir  bitkinin  tozcuğunun  özünə  məxsus  quruluşu  olur. 
Hətta bir fəsiləyə aid olan bitkilərin belə tozcuq hüceyrələrinin quruluşu fərqlidir. Bitkinin tozcuq 
hüceyrələrinin quruluşunu təyin etməklə biz balın hansı bitkiyə aid olduğunu deyə bilərik.  
Hər  hansı  regionun  bitkilərinin  çiçək  tozu  hüceyrələrini  öyrənmək  üçün  əvvəlcə  həmin 
bölgənin  çiçəkləyən  bitkilərinin  herbarisini  hazırlamaq  lazımdır.  Çiçək  tozunu  öyrənmək  üçün 
əvvəlcə  çiçəkləmə  dövründə  bitki  nümunələri  yığılaraq  günəş  şüalarının  birbaşa  təsiri  olmayan, 
havalanması  yüksək  səviyyədə  və  nisbi  rütubəti  aşağı  olan  otaq  seçilir.  Səliqə  ilə  düzəldilmiş  və 
yaxşı qurudulmuş çiçəkli bitkilərin herbariləri laboratoriya tədqiqatına qədər diqqətli saxlanmalıdır. 
Bitkilər tam quruduqdan sonra hər bir bitkinin tozluqları götürülərək  ekzin  təbəqəsinin xarakterik 
cəhətlərini öyrənmək üçün əşya şüşəsi üzərinə qoyulur və preparat hazırlanır. Preparat hazırlamaq 
üçün dünya praktikasında iki üsuldan istifadə edilir:  
- Wode - Haus üsulu 
- Erdtman üsulu 
 Wode  -  Haus  üsulu  ən  çox  istifadə  olunan  üsuldur.  Bu  üsulla  preparatın  hazırlanması 
aşağıda göstərilmişdir. Çiçəkdən götürülmüş tozluqlar əşya şüşəsi üzərinə qoyulur, üzərinə bir neçə 
damcı su və 2-3 damcı spirt əlavə olunur (spirt tozcuqları fiksə etmək üçündür) və örtük şüşəsi ilə 
örtülür.  Bir  qədər  keçdikdən  sonra  örtücü  şüşə  götürülərək  tozcuq  torbacıqlarından    iynə  ilə 
tozcuqlar çıxarılır. Üzərinə qliserinli jelatin tökülərək örtücü şüşə ilə örtülür. Çiçək tozu preparatı 
bu qayda ilə hazırlandıqdan 24 saat sonra baxılmağa yararlı olur. Tozcuq hüceyrələri mikroskopda 
baxılarkən  makrometrin  okulyarları  ilə  ölçülür.  Bunun  üçün  hər  bir  bitkinin  100  ədəd  toz 
hüceyrəsinin  mikronlarla  uzunluğu  və  eni  ölçülür.  Sonra  isə  bu  və  ya  digər  bitkinin  çiçək 
tozcuqlarının  ölçülmüş  hüceyrələrinin  sayı,  onların  uzunu  və  eni  nəzərə  alınmaqla  qrafik  üsuldan 
istifadə edilərək əyri hazırlanır. Qabaqcadan hazırlanmış preparatda tozcuqlar mikroskopda sayılır. 
Bütün  sayılmış tozcuq hüceyrələrinin 10 %-dən  azını təşkil edən hər hansı  bitki  növü arılar üçün 
əsas çiçək tozu verən bitkilər sırasına aid  edilmir. Müayinə  ediləcək çiçək tozu çiçəkdən, arıların 
arxa  ayaqlarının  səbətciyindən  və  pətəktən  götürülür.  Kiflənməmək  üçün  dibinə  formalinli 
pambığın üzərinə quru və təmiz pambıq da qoymaq lazımdır .     


- 94 -
 
 
Bu  üsullar  vasitəsilə  çiçək  tozunu  öyrəndikdən  sonra  müxtəlif  bal  nümunələrini  analiz 
edərək tərkibinin hansı bitkiyə aid olduğunu demək mümkündür.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Quliyev Ə.M. Azərbaycanın bal verən bitkiləri Bakı, Azərnəşr, 1958.  
2.
 
Seyidov A.K., İbrahimov R. Arıçılara kömək, “Müəllim” nəşriyyatı, Bakı, 2013. 
3.
 
Sorkun K.,  Balda Polen Analizi, 1994. 
4.
 
Wodehouse, R. P., Pollen Grains, Hafner Publishing Co., New York, 1959. 
5.
 
Sorkun, K., Pollen Analysis of  Honey and Nectar Plants, Training Course on Apiculture, June 8 
- July 19, Kazan-Ankara, 1987. 
6.
 
Arıcılık araştırma dergisi, Arıcılıq araştırma Enstitüsü Müdürlüğünün yayını, 2010. 
 
ABSTRACT 
                                                                                                                               Mehriban  Alizade 
                                                                                                                            Gulnara Hajiyeva 
 
 
THE  LEARNING  OF  THE  FLOWER  POLLEN OF THE PLANTS GIVING  HONEY  
WHICH HAVE SPREAD IN THE GANJA- GAZAKH REGION 
            
The article presents some data on the study of the fervor of nectar plants. And also the study 
of the possibility of determining which plant relates the composition of honey. 
The article contains some data on the study of pollen of honey plants
                                                                                                  
РЕЗЮМЕ 
                                                                                                                        Мегpи
бa
н Ализаде  
                                                                                                    Гулнapa Гаджиева 
 
О ИЗУЧЕНИИ ЦВЕТОЧНОЙ ПЫЛЬЦЫ МЕДОНОСНЫХ 
РАСТЕНИЙ РАСПРОСТРАНЕННЫХ В ГЯНДЖИНСКО-ГАЗАХСКОМ ЗОНЕ. 
 
В  статье  излагаeтся  некоторые  данные  изучения  пыльца  медоносных  растений.  А 
также изучение возможности определение какому растению относится состав мëда. 
 
 
 
 
                                                                                                                          
 
 
 
  
 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə