2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

- 81 -
 
 
yerlərdən  toplanan  vərəmumun  tərkibində  həm  mumun  miqdarı  çox  olur,  həm  də  müxtəlif 
qatışıqlar, yad maddələrlə çirklənmiş olur. Bu cür vərəmum bəzən faydasından çox ziyanlı cəhətləri 
və toksiki olması ilə önə çıxır. 
 
Vərəmum  kimyəvi  tərkibinin  zənginliyindən  ötəri  olduqca  geniş  spektrli  bioloji  fəal 
xüsusiyyətə malik təbii bir qarışıq olub, tərkibində 300-dən çox biləşmənin olduğu bildirilir (3; 8). 
Vərəmuma  bioloji  fəal  xüsusiyyəti  verən,  tərkibində  olan  müxtəlif  polifenollar,  fenol  turşuları, 
flavonoidlər, flavononlar, flavanollar,  antosianidlər və uçucu birləşmələrdən irəli gəlir (4; 14; 16). 
Vərəmumun  antioksidant,  antibakterial,  antikanser,  antifunqal,  antiinflamatuar,  antiviral  kimi  bir 
çox bioloji fəal xüsusiyyətinin olduğu müxtəlif tədqiqatlarda aşkar edilmişdir (2; 4; 11; 14). 
 
Arı vərəmumundan tibbi məqsədlər üçün istifadə olunması insanlıq tarixi qədər qədim olub, 
qədim  Misir,  Ərəb  və  Yunan  mədəniyyətlərinə  aid  arxeoloji  qazıntılarda  aşkar  olunmuşdur  (1). 
Vərəmumun 
antibakterial 
və 
antioksidant 
xüsusiyyətindən 
qədim 
Misirlilər 
ölülərin 
mumiyalanmasında istifadə edirdilər. 
Vərəmumun  antikanser,  antiinflamautuar,  antibiotik,  antioksidativ,  antiviral,  antifunqal, 
anastezik  və  sitostatik  kimi  bir  çox  farmakoloji  xüsusiyyətlərinin  olduğu  bildirilməkdədir  (6;  12). 
Vərəmum  tərəfindən  sağalabilən  xəstəliklər  arasında  nəfəs  çatışmamazlığı,  ekzema,  göz 
infeksiyaları, boğaz infeksiyaları, xora və böyrək infeksiyaları qeyd edilə bilər (9).  
Son  illərdə  vərəmum  yüksək  bioloji  fəal  xüsusiyyətlərinə  görə  alternativ  tibb  ilə 
maraqlananların  da  olduqca  çox  marağını  çəkməkdədir.  Bu  səbəblə  vərəmumun  antibakterial 
təsirindən  faydalanaraq  yara  və  yanıq  məlhəmi  istehsalında;  ağız  və  diş  sağlamlığını  qorumaq 
məqsədilə  diş  pastası  istehsalında,  ağız  qarqaralarında,  ağız  və  boğaz  spreylərində;  ultrabənövşəyi 
şüalara  qarşı  qorunmada,  günəş  kremlərində  və  gözəllik  maskalarında;  immun  sisteminin 
gücləndirilməsində geniş tətbiq edirlər. 
Vərəmumun iqtisadi dəyəri onun bioloji fəal xüsusiyyətlərinə bağlı olaraq dəyişiklik göstərir. 
Bu baxımdan fenollu maddə miqdarı bioloji fəal xüsusiyyətinin bir təyinedicisi olaraq qarşıya çıxır. 
Bu  səbəblə  də  dünyada  istifadə  olunan  bəzi  vərəmum  növlərinə  iqtisadi  olaraq  böyük  maraq 
göstərilir (13). 
 
Azərbaycanın müxtəlif bölgələrində əldə olunan vərəmum nümunələrində fenol  
birləşmələrinin miqdarı, antioksidant dəyəri və radikal təmizləmə qabiliyyəti 
 
 
Nümunə  
 
 
Zonalar 
 
Rayonlar 
Ümumi 
Polifenol 
(mg GAE/ g 
propolis) 
FRAP 
(μM  
Troloks/g 
propolis) 
 
DPPH SC50 
(μg/mL) 

 
Aran 
 
Ağdaş 
71,677±0,64 
400,23±4,97 
22±1,1 

Zərdab 
74.86±1.76 
436.43±2.65 
15±1.0 

Mingəçevir 
31,79±1,62 
255,22±3,25 
67±2,0 

Kiçik  
Qafqaz 
 
Şəmkir 
30,21±0,88 
250,63±7,97 
108±2.3 

Naxçıvan-1 
54.88±1.79 
330,34±2,88 
58±3,1 

Naxçıvan-2 
40,17±1,103 
300,41±2,37 
31±1,2 

 
 
 
Böyük 
Qafqaz 
 
Şəki 
13,41±1,31 
178,21±0.89 
58±3,4 

Qusar 
69,66±0,97 
380,45±2,21 
20±2,3 

Qax 
79,23±2,06 
429.95±1.09 
30±2.1 
10 
İsmayıllı-1 
69,73±2,02 
437,90±8,00 
18±1,2 
11 
İsmayıllı-2 
23,31±1.62 
190,45±0,95 
109±3,2 
12 
Quba-1 
17,50±0.89 
195,45±1,77 
128±6,1 
13 
Quba-2 
61,72±0.65 
414,13±3,12 
16±2,0 
14 
Quba-3 
66,02±0.49 
370,89±1,48 
65±3,4 
15 
Lənkaran 
Astara 
10,94±0,15 
170,27±0,38 
198±3,4 
Orta hesabla 
47,67±24.65 
312,84±98,38 
62,87±52,67 


- 82 -
 
 
 
Vərəmum  nümunələrinin  ümumi  fenolik  maddə  miqdarlarının  10,936-79,232  mg  GAE/g 
arasında  dəyişmə  göstərdiyi  müəyyən  edilmişdir.  Aparılan  statistik  analiz  nəticəsində  15  ədəd 
vərəmum  nümunəsinin  fenollu  maddə  miqdarının  statistik  geniş  fərqlər  yaratdığı,  yalnız  İsmayıllı 
və Qusar rayonlarına aid vərəmumların eyni miqdarda (69,727 və 69,659 mg GAE/g) fenoli maddə 
miqdarına  sahib  olduğu  tapılmışdır.  Ən  yüksək  dəyərə  sahib  vərəmum  ilə  ən  aşağı  dəyərə  sahib 
vərəmum  arasında  təxminən  10  qat  fərq  olduğu  hesablanmışdır.  Bu  da  vərəmum  nümunələrinin 
kimyəvi tərkibinin toplandığı bölgənin florasına bağlı olaraq dəyişmə göstərdiyini sübut edir. Qax, 
Zərdab və Ağdaş rayonlarından əldə olunan vərəmumların ən yüksək fenol maddə miqdarına malik 
olması, Astara və Şəki rayonlarından əldə olunan vərəmumların ən aşağı fenollu maddə miqdarına 
malik olduğu müəyyən edildi. 
Eyni  rayondan,    lakin  fərqli  yerlərdən  toplanan  vərəmum  nümunələrində  ümumi  fenollu 
maddə  miqdarları  arasında  da  olaraq  fərqliliklər  olduğu  göründü  (p<0,05).    Məsələn;  Naxçıvan, 
Quba və  İsmayıllı bölgələrinin  fərqli  sahələrindən toplanan vərəmum nümunələrinin  fərqli  fenollu 
maddə  miqdarına  sahib  olduğu  görünür.  Bu  bizə  vərəmum  nümunələrinin  götürüldüyü  rayonlarla 
yanaşı, istehsal və toplanma formalarının də olduqca əsaslı təsir göstərdiyini ifadə edir.  
Bütün  bunlara  baxmayaraq  Azərbaycan  ərazisinə  aid  vərəmum  nümunələrində  fenollu 
maddə miqdarları orta hesabla  47,66±24,65 mg GAE/g olaraq təyin olunmuşdur. Bu da Azərbaycan 
ərazisinə aid fərqli vərəmum nümunələrinin cəmi fenollu maddə miqdarının müqayisə edildikdə çox 
da  zəngin  olmadığını  göstərir.  Bunun  bir  çox  səbəbi  ola  bilər.  İlk  növbədə  ərazilərin  florasının 
təsiri, ikinci növbədə vərəmum nümunələrinin toplanma şəkli və yuvadan götürüldüyü yer.  
Ümumi  fenollu  maddə  miqdarlarına  görə  ən  aşağı  göstərici  Astara  rayonundan  (10,94  mg 
GAE/g propolis) əldə olunan vərəmum olub, ən yüksək fenollu maddə miqdarı isə Qax rayonunda ( 
79,23 mg GAE/g propolis) təsbit edildi və orta hesabla ümumi fenollu maddə miqdarı 47,67±24,65 
mg GAE/g olaraq təyin olundu. Araşdırmalarda hər bir propolis nümunəsinin fərqli dəyərdə fenollu 
maddə tərkibinə malik olduğu göründü. 
Tələlərindən  əldə  olunan  vərəmum  nümunələrinin  daha  keyfiyyətli  olduqları  bilinməkdədir 
(16). Onun da nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan nümunələrin heç biri vərəmum tələsi 
vasitəsilə əldə olunmamışdır.   
Yüksək  FRAP  dəyəri,  yüksək  antioksidant  qabiliyyətini  göstərməkdədir.  Tədqiq  olunan 
vərəmum nümunələrinə aid FRAP dəyərlərinin olduqca fərqli antioksidant fəaliyyətə malik olması 
və bu dəyərlərin 170-437 μM Troloks/g propolis arasında dəyişmə  göstərdiyi müəyyən edilmişdir. 
Ən yüksək FRAP fəaliyyətinə malik vərəmum nümunələrinin İsmayıllı, Zərdab və Qax bölgələrinə 
aid nümunələrin olduğu təsbit edildi. 
Bitki mənşəli ektraktlarda və təbii məhsullarda ümumi antioksidan tutumunu ən yaxşı şəkildə 
təmsil  edən  FRAP  testi  (dəmir  (III)  sadələşdirilmə  /  antioksidan  tutum)  analizlərinə  görə 
nümunələrin FRAP  dəyərlərnin orta hesabla 312,84  μM Troloks/g  propolis  dəyərinə  malik  olduğu 
müəyyən edildi. 
Nəticə  olaraq  demək  olar  ki,  Azərbaycanın  ərazisində  fenol  birləşmələri  ilə  zəngin  və 
yüksək  antioksidant  qabiliyyətə  malik  olan  vərəmum  nümunələrinin  əldə  olunduğu  bölgə  və 
rayonlardan  vərəmum  tələsi  vasitəsilə,  vaxtında  və  gigiyenik  qaydalara  əməl  etməklə  nümunələri 
toplamaq  və  yenidən  tədqiq  etmək  məqsədəuyğun  hesab  edilir.  Vərəmum  nümunələri  kortəbii 
surətdə, pətəyin harasından gəldi yığılmamalı, vaxtında, bal məhsuldarlığını azaltmadan və mütləq 
xüsusi tələlər vasitəsilə əldə olunmalıdır. Bundan sonra isə tibbi və istisadi əhəmiyyətə malik olan 
vərəmum istehsalını həyata keçirmək olar. 
 
 
 
 
 
                                                               
 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə