2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   39   40   41   42   43   44   45   46   47

- 95 -
 
 
ŞƏFA  MƏHƏRRƏMOVA     
                                                                                                             Naxçıvan Dövlət Universiteti   
 
ARI SÜDÜ VƏ ONUN ƏHƏMIYYƏTI HAQQINDA 
 
Açar sözlər: Arı südü, vitamin, ana arı, zülal, işçi arı                                                                                                                 
Key words: royal jelly, vitamins, queen bee, protein, worker bee                                                                                
Ключевые слова:  маточное молочко, витамины, пчелиный, белок, рабочая пчела 
     
Arı  südü  5-15  günlük  körpə  işçi  arıların  udlaqüstü  vəzilərində  hazırlanır.  Sürfələrin  və 
yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.Saf arı südü xarici görünüşcə sarımtıl-
ağ  rəngli,  gel  konsistensiyasında,  axıcı,  suda  həll  olan,  kəskin  qoxulu  ,  turşaşirin  dada  malik 
xamayabənzər maddədir. Bu qida maddəsinə süd deyilməsinin səbəbi  rəng bənzərliyidir. Bununla 
yanaşı, ana arının qida qaynağı olması da səbəblər arasındadır. İşçi arılar yalnız sürfə dövrlərində 6 
gün arı südü ilə bəsləndiyi halda, ana arılar müntəzəm olaraq arı südü ilə qidalanır. (1.s 115) 
Arı  südünün  tərkibi:  Su  –  65%,  Zülallar  14-18%  (əsasən  albuminlər  və  qlobulinlər),  arı 
südünün  zülalları  tərkibcə  insan  qanı  zərdabının  zülallarına  yaxındır,  karbohidratlar  9-18% 
(qlükoza, fruktoza, saxaroza), vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten 
turşusu,  Ali  karbon  turşuları  (kəhrəba,  palmitin,  stearin  və  sair  turşular),  cinsiyyət  hormonları 
(estradiol,  testosteron,  proqestron),  mikroelementlər  –  Fe,  Co,Ka,  Ca,  Na,  Mg,  Zn,  Cu,  Ni,Au, 
asetilxolin  ,  stearinlər  ,lipidlər,  fermentlər  – 
amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, 
turş  fosfotaza.Təsirləri:  antivirus  (qrip  və  stomatit 
viruslarına  təsir  edir),    güclü  biostimullaşdırıcı 
uşaqların  böyüməsini  stimullaşdırır,  qanyaratmanı 
yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, 
lakin  leykositlərin  miqdarını  azaldır),  daxili 
sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin 
yaranmasını  stimullaşdırır,  qanda,  beyin  və  qara 
ciyər  toxumalarında  xolesterinin  miqdarini  azaldır 
və 
fosfolipidlərin 
miqdarini 
artırır, 
həzm 
orqanlarının  işini  yaxşılaşdırır;  qan  dövranı 
orqanlarının  işini  yaxşılaşdırır,  arterial  təzyiqi 
normallaşdırır,  maddələr  mübadiləsını  stimullaşdırır  və  orqanizmin  qocalmasını  ləngidir,  yaddaşı 
yaxşılaşdırır və həyat  tonusunu qaldirir, endokrin (o cümlədən,  cinsiyyət) vəzilərinin funksiyasını 
stimullaşdırır,  immun  sistemini  gücləndirir.(2.s  10)Bütün  arıçılıq  məhsulları  yalnız  və  yalnız  ağız 
suyu  ilə  fəal  həzm  olunur.  Onları  adi  nabat  kimi  ağızda  tam  həll  olana  qədər  ağızda  saxlamaq 
lazımdır,  həm  də  mümkün  qədər  çox  saxlamaq  lazımdır  ki,  həzm  ağızın  selikli  qişasında  getsin, 
Onu udmaq, ələlxüsus də üstündən su içmək müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.20 yə 
yaxın  amin  turşusu,  110  a  yaxın  bioloji  aktiv  maddələr,  müxtəlif  hormon  və  fermentlər  var.  Arı 
ailəsi  bir  ana  arıdan,  yüzlərlə  erkək  arıdan  və  on  minlərlə  işçi  arıdan  ibarətdir.Ana  ari  iki  cür 
yumurta  qoyur:  mayalanmış  və  mayalanmamış.  Ana  arı  və  işçi  arıların  genetik  mənşəyi  eynidir. 
Mayalanmamış yumurtadan erkək arı yaranır. Sürfələri yemləmək işçi arıların vəzifəsidir. Həyatın 
inkişafını  süfrəyə  verilən  yemlə  dəyişdirirlər.  İşçi  arıya  çevriləcək  sürfələr  bal  və  çiçək  tozunun 
qarışığı  ilə  yemlənir.Ana  arıya  çevriləcək  sürfələr  isə  arı  südü  ilə  yemlənir.  (  2.s  18)Beləliklə  arı 
südü  bu  xassələrə  malikdir:  Sürfənin  daha  sürətlə  böyüməsini  təmin  edir.  Cinsiyyət  orqanlarının 
əmələ  gəlməsini  təmin  edir  və  ana  arının  cinsi  fəaliyyətini  tənzimləyir.  Ana  arının  ömrünü  45 
gündən 5 ilə qədər uzadır.Həyatın inkişafını dəyişdirə biləcək qədər zəngin və qüdrətli olan arı südü 
insan  orqanizmi  üçün  də  xeyirlidir.  Arı  südü  aterosklerozda,  mədə  və  12  barmaq  bağırsaq 
yaralarında,  qaraciyər  xəstəliklərində,  uşaqlarda  fiziki  və  zehni  inkişafın  zəifliyində,  orqanizmin 
ümumi  zəifliyində,  süd  əmizdirən  qadınlarda  süd  azlığında  müsbət  təsir  göstərir.  Arı  südü 
sidikqovucudur. Piylənməni ləngidir, qan dövranını normallaşdırır, endokrin vəzilərin funksiyasını 
isə tənzimləyir. Arının bu məhsulu qocalma prosesini ləngidən, yaddaşı və görməni  yaxşılaşdıran, 


- 96 -
 
 
cinsiyyət  vəzilərini  fəallaşdırmaq  və  iştahı  artırmaq  xüsusiyyətlərinə  malikdir.Arı  südündən 
radioaktiv  zonalarda  işləyənlərdə  hüceyrələrin  bərpa  olunmasında  və  şüalanmanın  zərərli 
təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi istifadə oluna bilər"Arı südü dilin altına 
qoyulur.  Özü-özünə  sorulub  getməlidir.  Arı  südünü  daxilə  birbaşa    qəbul  etmək  məsləhət  deyil. 
Çünki  mədə  turşusu  arı  südünü  parçalayar.  Bu  zaman  həmin  südün  tərkibi  tamamilə  dəyişir  və 
keyfiyyətini itirmiş olur. Müalicə müddəti 20-25-30 gün ərzində qəbul edilir. Onu da qeyd edim ki, 
arı  südünün  qəbulu  yalnız  səhər  və  günorta  olmalıdır.  Axşamlar  qəbulu  məqbul  sayılmır.  Çünki 
yuxu qaçıran xüsusiyyətə malikdir". Arı südünün qəbulu bir kurs müalicədən sonra bir müddətlik 
dayandırılmalıdır. Yalnız üç aydan sonra təkrar müalicəyə başlamaq məqsədə uyğundur.  Həkimlər 
genetik  olaraq,  xərçəng  riski  daşıyanlar  üçün  tövsiyə  edirlər.  Arının  bu  məhsulundan  istifadə 
edərkən  xüsusilə  diqqətli  olmaq  lazımdır.  Həddindən  artıq  dozada  ya  da  səhv  istifadə  edilən  arı 
südü allergiyaya səbəb  ola biləcəyi  kimi  insanı zəhərləyə də bilər:  "Xüsusilə üç xəstəlikdə ondan 
istifadə  etmək  olmaz.  El  arasında  "brünc"  xəstəliyi  deyilən  "Edisson"  xəstəliyində,  allergiya  və 
kəskin  infeksion  xəstəliklərdə  arı  südünü  qəbul  etmək  olmaz".  Arı  südündən  istifadə  zamanı  onu 
digər  arıçılıq  məhsulları  ilə  də  qarışdırıb  qəbul  etmək  mümkündir.  Bal,  çiçək  tozu  və  vərəmumla 
qarışdırılan məhlulun bir sıra dəri və mədə-bağırsaq xəstəliklərində istifadəsi yararlıdır. Bu qarışığın 
böyüklərə  bir  qaşıq  verilməsi  nəzərdə  tutulursa,  uşaqların  0,5  qaşıq  qəbul  etməsi  məqsədə 
uyğundur.  Yaponiyada  arı  südü  xüsusilə  geniş  vüsət  tapıb.  Orada  dövlət  tərəfindən  məktəblərdə 
şagirdlərə  arı  südü  verilir.  Bu,  həm  gələcək  nəslin  sağlam  və  uzunömürlü  olmasına,  həm  də 
şagirdlərin  dərslərini  daha  yaxşı  oxumasına  müsbət  təsir  göstərir.  Bu  məqsədlə  Yaponiya  hər  il 
özündə arı südü az olduğuna görə digər ölkələrdən, həmçinin qardaş Türkiyədən böyük miqdarda 
arı südü idxal edir. ( 3. s 112)  
 
ƏDƏBİYYAT 
 
1. Etibar Məmmədov "ARIÇILIQ, TƏBİƏT VƏ TƏBABƏT". 20152. Məhərrəmov S.H, Tahirov 
Ə.S,  
2. Əsədov E.S  “Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri. Naxçıvan şəhəri, Təbriz küçəsi 1 
3. Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s. 169-170). 
                                                     
ABSTRACT 
                                                                                                                      Shafa   Maharramova                                                
ABOUT ROYAL JELLY AND ITS IMPORTANCE 
   
 
 
 5-15 day worker bees, royal jelly is made of the pharynx and the upper jaw glands. Pure royal 
jelly appearance  yellowish  white, flowing, water-soluble, strongly scented, has  a sour-sweet  taste. 
Life  is  rich  and  powerful  enough  to  alter  the  development  of  royal  jelly,  which  is  good  for  the 
human body. JELLY atherosclerosis, gastric and duodenal 12 wounds, liver diseases, physical and 
mental  development  of  children,  weakness,  general  body  weakness,  lack  of  milk  has  a  positive 
impact  breastfeeding  women.  JELLY  diuretic.  Obesity  inhibits  blood  circulation,  normalizes  and 
regulates the function of the endocrine glands. Bee this product delaying the aging process, improve 
memory and vision, gender gums are features stir and increase appetite. Bee milk harmful effects of 
radiation  from  radioactive  zones  and  prevention  of  workers  restoring  the  cells  can  be  used  as  an 
effective medication. "In particular, the disease will not have to use it." Edisson "disease, allergies, 
and acute infectious diseases, bee's milk should not be accepted".  
                                           
РЕЗЮМЕ 
                                                                                                                       Шафа Магеррамова 
О МАТОЧНОМ МОЛОКЕ И ЕГО ВАЖНОСТИ 
    
5-15  день  рабочие  пчелы,  маточное  молочко  состоит  из  глотки  и  верхних  желез 
челюсти.  Чистый  внешний  вид  маточное  молочко  желтовато-белый,  течет,  растворимые  в 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə