21
orqanizmin ahəngi elədir ki, bütün orqanların fəallığı aşağı enir. Yeri gəlmişkən, bu xəstə
orqanizm üçün ən uğursuz saatdır: təsadüfi deyil ki, bu vaxt ölüm hadisələri daha çox qeydə alınır.
İnsanın beyni də öz fəallığında müəyyən ahəngə malikdir. Alfa-ritm mövcuddur, o beyninin
fəallığını xarakterizə edir – bu da xüsusi bioloji saatdır. Kibernetikanın yaradıcısı olan Norbert
Viner belə fərziyyə irəli sürür ki, məhz saatların bu “tıqqıltısı” zamanın intuisiyasının əsasını təşkil
edir. Zamanın intuitiv hiss olunmasında saatların hansı tipinin əsas rol oynadığı hələlik məlum
deyildir. Belə bir fərziyyə var ki, ali heyvanlarda və insanda beyin orqanların işinin ən müxtəlif
ahəngini vahid mürəkkəb saat mexanizmində birləşdirir.
Zamanın hiss olunmasını maddələr mübadiləsi ilə əlaqələndirən, bağlayan digər fərziyyə də
olduqca maraqlıdır. Belə güman olunur ki, əzab çəkməklə bağlı maddələr mübadiləsinin getməsi
azaldığından bizim daxili bioloji “saat mexanizmimizdə” yavaşıyır. Cavan vaxtı o qoca vaxtına
nisbətən sürətlə “taqqıldayır”, deməli yaşa dolduqca bizim daxili “saniyələr” sanki uzanır. Onunla
bütün xarici hadisələr tutuşdurulduğundan xarici zamanın sürətlənməsi hissi yaranır.
“Bioloji saat”, yəni vaxtaşırı ritmik dövr istənilən orqanizmdə var. O həm heyvanlarda, həm
də bitkilərdə vardır. Onların köməyi ilə orqanizm xarici mühitdə, onun ahənginə, gündüz və
gecənin, ilin fəsillərinin dəyişməsinə uyğunlaşır. Zamanın hiss olunması bu uyğunlaşma prosesi
ilə inkişaf edir. Vacib olan odur ki, bu hissin əsasında təqribən zaman anlayışının yaranmasının
əsasında dayanan prinsiplər dayanır – bu hərəkətin müxtəlif proseslərinin müqayisə edilməsi,
tutuşdurulmasıdır: onlardan biri etalon kimi fəaliyyət göstərir; digəri isə bu etalonla müqayisə
olunur.
Məkan və zaman statusunun və xassələrinin anlaşılması ilə bağlı olan əsas fəlsəfi
problemlərdən biri onların
obyektivliyi,
yəni bizim şüurumuzdan asılı olmaması problemidir.
Məkan və zaman kateqoriyaları son dərəcə ümumi mücərrədlik kimi çıxış edir –
materiyanın
varlıq formalarıdır.
Forma məzmunun daxili quruluşudur, əgər məzmun kimi maddi substrat çıxış edirsə, onda
məkan və zaman onları təşkil edən forma olacaqdır. Bu formadan kənarda materiya mövcud
deyildir. Məkan və zamanın özləri də materiyadan kənar mövcud ola bilməzlər. Yalnız
mücərrədlikdə biz onları maddi aləmdən ayıra bilərik.
Məkan və zamanın həm də universal (ən ümumi) və spesifik (burada ən ümumilik sual
altındadır) xassələri vardır. Məkan və zamanın
universal xassələrinə
onların bir-biri ilə qırılmaz
əlaqəsi, materiyanın hərəkətləri ilə əlaqəsi, sonsuzluqları aiddir. Materiyanın varlıq forması kimi
məkan və zamanın spesifik xassələrinə, məkanın üçölçülü, zamanın isə birölçülü olması, məkanın
yekcinsiliyi və izotropluğu bütün istiqamətlər və zamanın müxtəlifliyi makrosəviyyədə məkan və
zamanın fasiləsizliyi aiddir.
Dostları ilə paylaş: