2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə11/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   7   8   9   10   11   12   13   14   ...   108
Fəlsəfə imtahan sualları konspekti

hərəkət 
deyərkən  ümumiyyətlə  istənilən  dəyişiklik  –  predmetlərin  məkanda  sadə 
yerdəyişməsindən  başlamış  və  insan  təfəkküründə  qurtarana  qədər  -  başa  düşülür.  Hərəkət 
materiyanın atributudur, yəni istənilən maddi obyektin ayrılmaz xassəsidir. Hərəkətsiz materiya 
yoxdur  və  əksinə:  materiyasız  da  hərəkət  yoxudr.  Bu  tezisin  ikinci  yarısı  o  deməkdir  ki, 
“ümumiyyətlə  hərəkət”,  özlüyündə  hərəkət  –  mücərrədlikdir,  yəni  şüurumuzun  real  maddi 
predmetlərindən  ayrılan  öz  parametrlərinin  dəyişən  xassəsidir.  Ona  görə  də  hərəkət  “təmiz 
şəkildə” yalnız beynimizdə, təfəkkürümüzdə mövcuddur; reallıqda isə yalnız hərəkət edən maddi 
obyektlər mövcuddur.
 
 
Materiyanın hərəkəti
 dedikdə yalnız maddənin məkanda mexaniki yerdəyişməsi başa düşülür, 
həm də istənilən qarşılıqlı fəaliyyət, eyni zamanda bu qarşılıqlı fəaliyyətdən yaranan obyektlərin 
vəziyyətinin  dəyişməsi  nəzərdə  tutulur.Hərəkət  –  həm  elementar  hissəciklərin  qarşılıqlı  surətdə 
bir-birinə  çevrilməsi,  həm  Metaqalaktikanın  genişlənməsi,  həm  orqanizmin  hüceyrələrində 
maddələr mübadiləsi, həm də və sosial həyatda adamlar arasında olan fəaliyyət mübadiləsidir. 
Materiya  hərəkətdən  kənarda  mövcud  ola  bilməz.  Onun  istənilən  obyekti  onlarda  müəyyən 
hərəkət tiplər olduğuna görə mövcuddurlar. Onların məhv edilməsi ilə obyekt öz mövcudluğunu 
dayandırır,  digər  obyektlərə  keçir,  bu  da  öz  növbəsində  hərəkətin  tiplərinin  və  formalarının 


 
17 
müəyyən yığını ilə xarakterizə olunur. Başqa sözlə desək, 
hərəkət daxilən materiyaya xasdır
. O da 
materiya kimi mütləqdir. 
Gündəlik  həyatda  hərəkət  çox  vaxt  məkanda  maddələrin  yerdəyişməsi  kimi  qəbul  olunur. 
Ancaq  bir  cisim  Yerin  səthinə  nisbətdə  yerini  dəyişə,  digəri  isə  sükunətdə  ola  bilər,  deməli 
gündəlik şüur bu iki vəziyyəti – sükunət və hərəkəti qarşı-qarşıya qoyur –onları eyni hüquqlu kimi 
qəbul edir. 
Predmetləri  yaradan  hərəkətin  üsulları  və  növlərinin  bu  “zaman  daxilində  təkrarlanması 
hesabına o digər obyektlərdən fərqlənən, keyfiyyətcə spesifik obyekt kimi mövcuddur. Beləliklə 
sükunət 
anlayışı  predmetin  sabitliyini  təmin  edən,  onun  keyfiyyətini  saxlayan  hərəkətin 
vəziyyətini ifadə etmək üçün istifadə olunur. Ona görə də 
sükunət nisbidir, hərəkət isə mütləqdir,
 
o materiyanın ayrılmaz xassəsi, materiyanın atributudur. 
Hərəkətin  iki  əsas  tipi  haqqında
  danışmaq  düzgün  olardı.  Birincisi  –  predmetin,  onun 
keyfiyyətinin  sabitliyinin  saxlanması  ilə  bağlı  hərəkətdir. Predmetdə  həmişə  bəzi dəyişiklik baş 
verir, ancaq o heç vaxt zamanca öz-özünün oxşarı olmur.  
Adi  insan  təfəkkürü,  adətən  gerçəkliyi  ciddi  sərhəddi  olan  möhkəm  şeylərə  və  möhkəm 
şeylərin  qarşılıqlı  fəaliyyəti  kimi  nəzərdən  keçirilən  proseslərə  ayırır.  Ancaq  elmi  məlumatlara 
söykənən  fəlsəfi təhlil  bizi  əmin edir ki, 
istənilən şey
  (maddə) 
həm də  prosesdir.
 Hətta  ən sadə 
predmetlər  olan  stol,  stul,  ev  haqqında  danışanda  və  deyəndə  ki,  onlar  öz  keyfiyyətlərini 
saxlayırlar, özlərinin eynidirlər bu o demək deyil ki, onlarda müxtəlif cür dəyişikliklər baş vermir. 
Nə stolun düzəldildiyi ağacın molekulundakı nüvəyə nisbətdə elektronun vəziyyəti nə də nüvədəki 
proton və neytronların vəziyyəti eyni olmur. Hətta stola Günəş şüası düşəndə belə onda dəyişiklik 
baş verir: stolun üstünə düşən protonlar elektronu parçalayır (fotoeffekt hadisəsi). Lakin bütün bu 
cür dəyişikliklər vaxtı bəzi əlamətlər yığını qalır ki, bu da stol haqqında başqa predmetlərdən fərq-
lənən müəyyən predmet kimi danışmağa imkan verir. 
Beləliklə, 
hərəkətin birinci tipi – predmetin keyfiyyətinin saxlandığı hərəkətdir. 
Bundan başqa 
bir keyfiyyətdən digərinə keçidlə
, predmetin keyfiyyət vəziyyətinin dəyişməsi 
ilə  bağlı olan daha 
bir hərəkət tipi  mövcuddur. Bu predmetin dağılması, onu təşkil edən elementlərin parçalanması 
ola  bilər  –  bu  başlangıc  predmetin  dəyişməsi  nəticəsində  yaranan  xüsusi  keyfiyyətdir.  Həm  də 
daha mürəkkəb proses ola bilər, bu vaxt obyektlərin qarşılıqlı fəaliyyəti nəticəsində daha mürəkkəb 
sistem, yeni obyekt yaranır. 
Praktikada biz daimi bu proseslərlə toqquşuruq. İstehsalın inkişafı gedişində bəşəriyyət təbiət 
materiallarından daha mürəkkəb sistem yaratmağı öyrənirlər. 
Bizim dünya ilə praktiki qarşılıqlı fəaliyyətimiz gedişində bizdən asılı olmayaraq təbiətdə baş 
verən proseslərə nəzər sala bilərik. Burada keyfiyyət dəyişikliyi ilə bağlı olan proseslər baş verir, 
predmetlərin mürəkkəbləşməsi prosesi gedir, daha sadə obyektlərdən daha mürəkkəb obyektlərin 
vəziyyəti yaranır. Predmetlərin keyfiyyətinin dəyişməsi ilə, yeni keyfiyyət vəziyyətinin meydana 
gəlməsi ilə bağlı olan proseslər - əvvəlki keyfiyyət vəziyyətində gizli qalan, açılmayan potensial 
imkanların açılması – 
inkişaf kimi
 xarakterizə olunur. İnkişaf prosesi – quruluşun əvvəlki, sistem 
əsasında yaranan yeni tiplərinin, yeri sistemlərin formalaşmasına istiqamətlənən bir keyfiyyətdən 
digərinə keçiddir. İnkişaf prosesi haqqında “Dialektika” bölməsində danışılacaqdır. Burada 
inkişaf 
prosesinin  iki  müxtəlif  növlərini 
ayırmaqla  kifayətlənəcəyik.  Birinci  növ  müxtəlifliyi  – 
materiyanın  müvafiq  növləri,  onun  quruluşunun  müəyyən  səviyyəsinə  çərçivəsində,  başverən 
keyfiyyət  dəyişikliyi  prosesidir.  İkincisi-bir  keyfiyyətdən  digərinə  keçid  prosesləridir.  Cansız 
təbiətdə inkişafın birinci növ müxtəlifliyinə ulduzların təkamülü nümunə kimi qeyd oluna bilər. 
 
Materiyanın inkişafını bu növ müxtəlifliyi ilə yanaşı ikinci növ müxtəlifliyini də - materiyanın 


 
18 
bir  səviyyəsi  üçün  xarakterik  olan  keyfiyyət  vəziyyətindən  materiyanın  quruluşunun 
digər 
səviyyəsinin
  keyfiyyət  vəziyyətinə  keçidlə  bağlı  olan  –  ayırmaq  olar.  Atomların  elementar 
hissəciklərindən və molekullardan formalaşan, qeyri-üzvi təbiətdən quruluşun bioloji səviyyəsinə 
keçid,  insan  və  onun  ictimai  həyatının  qurulması  –  bütün  bunlar  materiyanın  quruluşunun 
səviyyəsinin  mürəkkəbləşməsi  ilə  materiyanın  quruluşunun  yeni  səviyyələrinin,  yeni  növlərinin 
meydana gəlməsi ilə müşaiyət olunan inkişafın nümunəsidir. 
Materiyanın  formasının  ierarxiyasına  müvafiq  olaraq  onun 
hərəkətinin  keyfiyyətcə  müxtəlif 
formaları 
mövcuddur. Materiyanın hərəkətinin formaları və onların qarşılıqlı əlaqələri haqqında 
ideyanı  F.Engels  irəli  sürmüşdür.  Hərəkətin  formalarının  təsnifatının  əsasında  o  aşağıdakı 
prinsipləri  irəli  sürmüşdür:  1)  hərəkətin  formaları  materiyanın  quruluşunun  müəyyən  maddi 
səviyyəsi ilə əlaqəlidir, yəni bu quruluşun hər bir səviyyəsinə öz hərəkət forması uyğun gəlməlidir. 
2) hərəkətin formaları arasında genetik əlaqə mövcuddur, yəni hərəkətin forması aşağı formanın 
əsasında yaranır; 3) hərəkətin ali forması keyfiyyətcə spesifikdir və aşağı formaları ilə bərabər-
ləşdirilə bilməz. 
Bu prinsiplərdən çıxış edərək və öz dövrünün elmlərinin nailiyyətlərinə əsaslanaraq F.Engels 
materiyanın  hərəkətinin
  beş  formasını:  mexaniki,  fiziki,  kimyəvi,  bioloji  və  sosial  formaları  – 
ayırmış  və  onların  aşağıdakı  təsnifatını  vermişdir.  F.Engels  “Təbiətin  dialektikası”  əsərində 
hərəkətin beş əsas formasını bir-birindən fərqləndirir: 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə