2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə21/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   17   18   19   20   21   22   23   24   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
 
 
3-Ekoloji problemlərin, sosial-fəlsəfi və etik-humanist 
aspektləri 
 
İnsanın  təbiətdən,  təbii  ətraf  mühitdən  asılılığı  bəşər  tarixinin  bütün  mərhələlərində 
olmuşdur, lakin o heç vaxt daimi olmamış dialektik ziddiyyət şəklində dəyişmişdir. Bir tərəfdən, 
cəmiyyətin  məhsuldar  qüvvələrinin  inkişafı  ilə,  insanın  təbii  yaşayış  mühiti  ilə  qarşılıqlı 
münasibətinin necə olması ilə onların yaratdıqları «ikinci təbiət» daha sıx istifadə olunurdu, insan 
özünü  təbiətdə  kortəbii  baş  verən  hadisələrdən  qorumalı  olurdu.  Geyimin  təkmilləşdirilməsi, 
istiləşdirilən və süni şəkildə soyudulan mənzillərin yaradılması, seldən qoruyan torpaq bəndlərin, 
seysmik  cəhətdən  dözümlü  binaların  tikilməsi  -  bütün  bunlar  və  bir  çox  digər  tikililər  yalnız 
yaşayış  üçün  əlverişli  şərait  yaratmır,  həm  də  Yer  kürəsində  yeni  ərazilərin,  indi  isə  hətta 
kosmosun  mənimsənilməsi  sahəsində  xeyli  işlər  görülməsinə  gətirib  çıxardı.  İnsanın  təbiətdən 
asılılığını zəiflədən bu proseslərlə yanaşı məhsuldar qüvvələrin inkişafı ilə digər meyllər də sıx 
bağlı idi. İnsanın fəaliyyət orbitinə durmadan artan yeni proseslər cəlb olunur, insanın təbiətdən 
istifadəsi  genişlənir,  onun  ətraf  təbiətlə  əlaqələri  daha  da  rəngarəng  olur.  Tutaq  ki,  dəmirdən 
istifadə etməyi öyrənən insanlar təbiətlə qarşılıqlı münasibətlərində öz qüdrətlərini kəskin şəkildə 
artırmışdırlar. Bununla yanaşı vaxt keçdikcə sivilizasiyanın öz inkişafı planetdə olan dəmir fılizi 
ehtiyatlarından, onların axtarışından və istifadəsindən asılı vəziyyətə düşür. Digər bir nümunəyə 
nəzər salaq. Kömur və neft uzun illər yalnız sırf yanacaq-enerji ehtiyatı kimi istifadə olunmuşdur, 
yəni  sadə  dillə  desək  onları  yandırmışlar.  Lakin  sonralar  insanlar  kömür  və  nefti  yandırmaqla 
yanaşı,  həm də  onlarda  xeyli  sayda  istifadə olunan  məhsullar  əldə etməyə  başladılar.  - belə ki, 
müasir neft kimyası səkkiz mindən çox müxtəlif təyinatlı məhsul növü əldə edir. Bu cür nümunəni 
sonsuz  sayda  artırmaq  olar  və  onların  hər  biri  insanın  təbiətdən  getdikcə  artan  asılılığını 
göstərəcəkdir. Bizim günlərdə bu asılılıq çox vaxt olduqca dramatik şəkildə aşkar olunur. belə ki, 
təsərrüfat  fəaliyyəti  üçün  zəruri  olan  bir  çox  ehtiyat  növlərinin  tətbiq  olunma  miqyası,  eyni 
zamanda bəşəriyyətin yaşaması rçün ondan istifadə olunması planetdə olan bu ehtiyatların tükən-
məsinə  gətirib  çıxartmışdır.  Təbii  ehtiyatlardan  öz  gücünü  getdikcə  artıran  texniki  vasitələrdən 
istifadə etməklə geniş istifadə edən insan öz sivilizasiyasının inkişaf şəraitini və bioloji növ kimi 
öz inkişafını xeyli yaxşılaşdırmışdır. Ancaq təbiəti «fəth edən» bəşəriyyət öz həyat fəaliyyətinin 
təbii  əsaslarını  əhəmiyyətli  dərəcədə  laxlatmışdır.  Məlumdur  ki,  məsələn,  son  500  il  ərzındə 
insanın iştirakı ilə Yer kürəsini örtən meşələrin 2/3 hissəsi məhv edilmişdir. Biosferaya ən güclü 
təsir XIX əsrin sonlarından başlayaraq, xüsusən də, XX əsrdə vurulmuşdur - sənaye istehsalının 
genişlənməsi təbiətə vurulan zərbə hesabına aparılmışdır. Bir tərəfdən bunlar əhəmiyyətli dərəcədə 
xeyir gətirmişdir. Son 100 ildə  bəşəriyyət enerji ehtiyatlarını  min dəfə artırmışdır. İnkişaf etmiş 
ölkələrdə məhsul və xidmətin həcmi hər 15 ildən bir iki dəfə artır və bu vaxtın aşağı düşməsi meyli 
özünü göstərməkdədir. Lakin bununla yanaşı təsərrüfat fəaliyyətinin tullantıları da müvafıq olaraq 
iki  dəfə  çoxalır,  bu  da  ətraf  mühiti,  atmosferi,  su  mənbələrini,  torpağı  korlayır.  Müasir  istehsal 
təbiətdən 100 ədəd mal götürüb onun yalnız 3-4 dənəsini istifadə edir, yerdə qalan 96 ədəd tullantı 


 
26 
şəklində  yenidən təbiətə atılır. Sənaye cəhətdən  inkişaf etmiş ölkələrin  hər bir sakini  il  ərzində 
təbiətdən təqribən 30 ton mal götürür, onun yalnız 1-1, 5 faizi istehlak forması kəsb edir, qalanı 
isə  yenidən  təbiətə  atılır,  bu  isə  çox  vaxt  bütövlükdə  təbiətə  görülməz  dərəcədə  ziyan  vurur. 
Nəticədə biosferanın özü-özünü təmizləməsi xeyli aşağı düşmüşdür, o, insanın atdığı tullantıdan 
artıq  özünü  təmizləyə  bilmir.  Bütün  bunlar  Yer  kürəsi  ətrafında  karbon  qazı  təbəqəsinin 
yaranmasına gətirib çıxarmışdır  yaxın gələcəkdə bizim  mavi  səma görünməz hala düşə bilməsi 
təhlükəsi  qarşısındadır:  enerji  balansının  pozulması,  temperaturun  tədricən  istiləşməsi  bu  gün 
məhsuldar hesab olunan regionlarda quraqlığa gətirib çıxara bilər, buzla örtülü okeanlarda buzun 
əriməsi nəticəsində suyun səviyəsinin qalxması sahil ölkələrin və şəhərlərin suyun altında qalması 
təhlükəsi ilə üzləşə bilər. Oksigen balansının pozulması təhlükəsi, Dünya okeanın çirklənməsi kimi 
meyllər  ekoloji  problemlərin  qlobal  xarakter  daşıdığını  göstərir.  Bütün  bunlar  adamların 
sağlamlığına mənfı təsir göstərir, onların əməyinin məhsuldarlığı aşağı düşür yaradıcılq fəallığı 
zəifləyir, torpaqların məhsuldarlığını saxlamaq üçün kapital qoyuluşunun miqdarının artırılması, 
su  mənbələrinin təmizlənməsi  zəruri hal kimi qarşıya çıxır. Ətraf  mühitin çirklənməsi, ayrı-ayrı 
dərmanlara  dözümlü  olan  mikrobların  artması,  qəbul  edilən  qidanın  ekoloji  cəhətdən  təmiz 
olmaması  insanlara  mənfı  təsir  göstərir.  Nəticədə  anadangəlmə  çatışmamazlıqlarla  doğulan 
uşaqların  sayı  durmadan  artır,  irsi  xəstəliklər  çoxalır,  xronoloji  xəstəliklər,  mənşəyi  məlum 
olmayan xəstəliklər baş alıb gedir. Ekoloji böhranın artması buna bais olan insanların özləri üçün 
daha  acınacaqlıdır.  Vəhşi  heyvan  və  bitki  növlərinin  bir  çoxunun  məhv  olması,  xəstə  doğulan 
uşaqların sayının durmadan artması ekoloji problemi kəskin şəkildə qoymuşdur.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə