|
2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri«Təbiət»
anlayışına gəldikdə isə, oııa əks olan
«mədəniyyət»Fəlsəfə imtahan sualları konspekti«Təbiət»
anlayışına gəldikdə isə, oııa əks olan
«mədəniyyət»
anlayışıdır. Mədəniyyət deyərkən, insan tərəfindən mənimsənilənlər, düzəldilənlər, dəyiş-
dirilənlər, təbiət deyərkən isə, insana qarşı dayananlar, insandan asılı olmayaraq, öz əsasları və
qanunları ilə mövcud olanlar başa düşülür. Mədəniyyət sanki insan tərəfindən yenidən dəyişdirilən
təbiətdir, bu mənada insan fəaliyyətinə isə, təbiətin, təbii olanı mədəni, süni olana dəyişdirilməsi
kimi baxmaq olar. Təbiətin bu cür yenidən dəyişdirilməsinə dünyada mövcud olmağın insan
üsulunun məğzi daxildir. İnsan öz fəaliyyətində sanki özünü təbiətə qarşı qoyur; lakin eyni
zamanda o həm də «ana - təbiətin» bir hissəsi və ondaıı törəmədir. İnsan təbiətlə yaşayır. bu o
deməkdir ki, təbiət onun bədənidir, o ölməmək üçün öz daimi ünsiyyət prosesində onunla
olmalıdır. «İnsanın fiziki həyatı kimi onun mənəvi həyatı da təbiətlə sıx bağlıdır» deyimi o
deməkdir ki, təbiət özü-özü ilə qınlmaz bağlıdır və insan onun bir hissəsidir. İnsan üçün təbiət
yalnız onun mövcudluğunun təbii şəraiti, yaradıcı, qurucu fəaliyyəti üçün sahə deyildir. Bu
münasibətin əsasında insan və təbiətin münasibətlərinin digər formaları yaranır və inkişaf edir. Bu
dərketmə münasibətidir - müasir cəmiyyətdə ilk növbədə təbii elmlər (təbiət haqqında elmlər)
formasında həyata keçir; bu həm də təbiətə qiymət vermənin tipləridir - bu xeyir, gözəllik, gəlir və
buna oxşar anlayışlarla ifadə olunur. Nəhayət, müasir dünyada öz tarixində ilk dəfə olaraq insan
təbiətin bu və ya digər hissəsini qorumaq üçün cavabdehliyi öz üzərinə götürür - bu sahələr onun
praktiki fəaliyyət orbitinə daxil olmuşdur və məhsuldar qüvvələrin inkişafı ilə o daha da genişlənir.
Dostları ilə paylaş: |
|
|