2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə16/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   12   13   14   15   16   17   18   19   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Təbiət  anlayışı. 
İlk baxışdan  «təbiət nədir?»  sualı  hamı üçün asan görünür, ancaq suala  cavab 
vermək məqamında hamı müəyyən çətinliklərlə üzləşir. Bu çətinliyi nəzərə alaraq fikrimizə təbiət 
anlayışına yığcam tərif verməklə başlamaq məqsədəuyğundur. Təbiətə müxtəlif yanaşmalar və ona 
verilən çoxsaylı tərifləri ümumiləşdirərək demək olar ki, təbiət sözün geniş mənasında bizi əhatə 
edən, öz sonsuz rəngarəng təzahürləri ilə özünü göstərən dünyadır. Təbiət özünü obyektiv reallıq 
kimi  təzahür  etdirir,  insan  şüurundan  kənarda  və  ondan  asılı  olmayaraq  mövcuddur.  Sözün  dar 
mənasında,  özü  də  məhz  «cəmiyyət»  anlayışına  münasibətdə  təbiət  deyərkən,  cəmiyyət  istisna 
olmaqla,  cəmiyyətin  mövcudluğunun  təbii  şəraitinin  məcmusu  kimi  bütün  maddi  aləm  başa 
düşülür. Təbiətə, onun mahiyyətinə fəlsəfi yanaşmada iki bir-birinə zidd olan nöqteyi- nəzərləri 
ayırmaq olar. Onlardan biri təbiəti xaos, kortəbii qüvvələrin, təsadüflərin hökmranlıq etdiyi aləm 
kimi  qəbul  edir.  Digərlərinə  görə  təbiətdə  təbii  zərurət  və  ciddi  qanunauyğunluq  hökm  sürür. 
Xüsusi  ilə  vurğulamaq  lazımdır  ki,  cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibəti  haqqında  fəlsəfi 


 
23 
baxışların təkamülü, əsasən, cəmiyyətin özünün inkişaf səviyyəsi ilə, eyni zamanda bu və ya digər 
vaxtlarda cəmiyyətdə hakim olan iqtisadi, siyasi, dini və digər baxışlarla müəyyən olunur.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə