2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


mexaniki  hərəkətə - məkanca yerdəyişməni,  kütlələrin hərəkətini;  fiziki



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə12/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   8   9   10   11   12   13   14   15   ...   108
Fəlsəfə imtahan sualları konspekti

mexaniki
 hərəkətə - məkanca yerdəyişməni, 
kütlələrin hərəkətini; 
fiziki 
hərəkətə - elektromaqnetizm, istilik, səs və s. 
kimyəvi
 hərəkətə - mad-
dələrin atom və molekullarının şevrilməsini; 
bioloji 
hərəkətə - canlı zülalı, maddələr mübadiləsini; 
sosial
 hərəkətə - cəmiyyətdə baş verən dəyişiklikləri. 
Varlıq anlayışının konkretləşdirilməsi isə ilk növbədə 
materiya
 kateqoriyası vasitəsilə yerinə 
yetirilir. Materiya anlayışını fəlsəfəyə Platon gətirmişdir. Onun fikrincə, materiya istənilən həndəsi 
fiqur forması alan formasız, qeyri-müəyyən makandan ibarətdir. Materiya insana öz duyğuları ilə 
bəlli  olan,  duyğularımızdan  asılı  olmayaraq  mövcud  olan  və  duyğularımızla  əks  olunan.  surəti 
alınan, şəkli alınan, inikas edılən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.  
Materiyanın  mövcudluq  formalarından  əsasən  hərəkət,  məkan  və  zamanı  göstərmək  olar. 
Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla ümumiyyətlə dəyişiklik deməkdir. 
Məkan  materiyanın  strükturunu,  uzunluğunu,  yanaşı  mövcud  olmasını,  müəyyən  sıraya 
düzülməsini və o materiyanın varlıq formasıdır. Zaman isə maddı obyektlərin mövcud olmasının, 
sürəkliliyini, halların və vəziyyətlərin dəyişilmək ardıcıllığını ifadə edərək materiyanın atributu, 
varlığının forması kimi çıxış edir. 
Müasir elm materiyanın quruluşunun yeni səviyyələrini kəşf etmişdir və buna uyğun olaraq 
hərəkətin yeni formaları aşkar olunmuşdur. Ona görə də Engelsin təsnifatını inkişaf etdirmək və 
tamamlamaq lazımdır, lakin onun əsasında qoyulan prinsiplər öz dəyərini saxlayır, çünki hərəkətin 
formaları materiyanın növlərinin qarşılıqlı əlaqəsinin mühüm xüsusiyyətlərini və onların inkişafını 
nəzərə almaqla əhatə edir. 
Bu təsnifatda sadalanan hərəkətin formalarını materiyanın inkişafının üç mühüm mərhələsinə 
və bu inkişafda yaranan maddi aləmin sahələrinə müvafiq olaraq 
üç bloka – cansız təbiətdə, canlı 
təbiətdə  və  cəmiyyətdə
  -  ayırmaq  olar.  Cansız  təbiəti  hərəkətin  fiziki  və  kimyəvi  formalarının 
qarşılıqlı əlaqəsi, canlı təbiəti bioloji, cəmiyyəti isə hərəkətin sosial forması xarakterizə edir. Bu 
bloklar  arasındakı  əsas  genetik  əlaqə  Engelsin  təsnifatında  düzgün  aşkar  olunmuşdur.  Onların 
daxili parçalanmasına və onların maddi daşıyıcıları haqqında təsəvvürlərə gəldikdə isə müasir elm 
özünün ciddi düzəlişlərini etmişdir. 
Daha əhəmiyyətli dəyişiklik hərəkətin mexaniki, fiziki və kimyəvi formalarına aiddir. XX əsr 
elmi  XIX  əsrdə  məlum  olmayan 
fiziki  hərəkətin  yeni  formalarını 
kəşf  etmişdir:  elementar 


 
19 
hissəciklərin çevrilməsi və subelementar səviyyənin qarşılıqlı fəaliyyəti ilə bağlı olan mikroaləm 
prosesləri; meqaaləm prosesləri – qalaktik qarşılıqlı fəaliyyət və Metaqalaktikanın genişlənməsi. 
Hərəkətin  fiziki  və  kimyəvi  formaları arasındakı  qarşılıqlı  münasibət problemi də  yeni qaydada 
qoyulmuşdur:  hərəkətin  kimyəvi  forması  bir  tərəfdən  mikroaləmin  qarşılıqlı  fəaliyyətindən 
yaranır, digər tərəfdən  isə  molekulyar  fiziki  hərəkət kimi  formaların  yaranmasının şəraitidir. O 
sanki mikroaləm fizikasından makrofizik proseslərə keçidi təmin edir. 
Müasir  elm 
bioloji  hərəkətin
  təbiətini  anlamağa  çox  yenilik  gətirdi.  Onun  ilkin  maddə 
daşıyıcıları  dəyişdirildi.  Biosferanın  bütövlüyü  haqqında  baxışlar  formalaşdı,  hərəkatın  bioloji 
formasının  müxtəlif  növaltıları  aşkarlandı.  Elmin  gələcək  tərəqqisi  həm  materiyanın,  həm  də 
hərəkətin  yeni  formalarının  kəşfinə  gətirib  çıxaracaqdır,  müasir  baxışları  dəqiqləşdirəcək  və 
dəyişəcəkdir. Bu inkişaf prosesində materiyanın hərəkət formaları haqqında dialektik – materialist 
təlim konkretləşdiriləcək, yeni məzmunla zənginləşdiriləcək, bir çox hallarda dəyişdiriləcəkdir.  
Materiyanın  hərəkət  formaları  haqqında  təlimin  ən  mühüm  tərəflərindən  biri 
ictimai 
proseslərin  materiyanın  hərəkətinin  sosial  forması
  kimi  şərhidir.Bu  şərh  tarixin  materialist 
anlaşılmasının kəşfi və işlənib hazırlanması hesabına mümkün olmuşdur. Ona görə də o dünyaya 
marksist fəlsəfi baxışlar üçün xasdır. İctimai həyatda maddi və mənəvi prosesləri ayıran dialektik 
materializm maddi proseslərin birinciliyini qeyd edir, ancaq onları cəmiyyətin mənəvi həyatından 
ayırmır.  Yalnız  mücərrəd  şəkildə  ictimai  həyatın  bu  sahələrini  bir-birindən  ayırmaq  olar.  Real 
gerçəklikdə isə onlar qarşılıqlı şəkildə fəaliyyət göstərir, məhz bunun hesabına materiyanın quru-
luşunun xüsusi səviyyəsi kimi cəmiyyət mövcuddur. 
Materiyanın  hərəkətinin  ali  formasını  bütövlükdə  və  tam  şəkildə  aşağı  formaya  endirmək, 
azaltmaq  olmaz
  –  tutaq  ki,  yalnız  fiziki-kimyəvi  xassələrdən  çıxış  edərək,  materiyanın 
quruluşunun  bioloji  səviyyəsinin  keyfiyyət  xüsusiyyətlərini  nəzərə  almadan,  biotəkamülü,  təbii 
seçməni  inkar  etməklə  və  s.  bioloji  prosesləri  təsvir  etmək  olmaz.  Eyni  ilə  insan  cəmiyyətinin 
inkişafını da yalnız bioloji qanunauyğunluğa əsaslanaraq, sosial inkişafın xüsusiyyətlərini nəzərə 
almadan başa düşmək mümkün deyildir. 
Hərəkətin  keyfiyyətcə  müxtəlif  formaları  arasındakı  genetik  əlaqənin  inkar  edilməsi  maddi 
gerçəkliyin  bu  və  ya  digər  obyektlərinin  elmi  tədqiqindəhəqiqətin  cidditəhrifinə  gətirib  çıxara 
bilər. 
Fəlsəfəni  həmişə  predmetin keyfiyyətinin dəyişməsi,  yəni onun  əsas  xassələrinin dəyişməsi 
müşahidə olunan  hərəkət növləri  maraqlandırmışdır. Predmetin  xassələri qaldıqca o özü olaraq 
qalır. Oxuduğun dərsliyin kağızları sarala bilər, yazılar pozular, çirklənə bilər, ancaq nə qədər ki, 
mətni  oxumaq  mümükündür  o  öz  keyfiyyətini  saxlayır  –  dərslik  olaraq  qalır.  Bu  keyfiyyətlər 
itdikdə  isə  kitab  artıq  kitablıqdan  çıxır  və  başqa  şeyə  çevrilir  –  kirli  kağız  parçası  olur.  Lakin 
predmetin dəyişikliyi prosesində keyfiyyət yalnız yox olmur, bu vaxt predmet yeni keyfiyyər də 
kəsb edə bilər. Deyirlər ki, nə  vaxtsa meymunlar insana çevrilmişlər, südəmər, düşüncəsiz uşaq 
çox vaxt ağıllı yetkin olur, kareta avtomobilə çevrilir və s. Bundan başqa keyfiyyətin dəyişməsinin 
həm  geriyə  dönən  (su-buz-su),  həm  də  geriyədönməz  (uşaq-yeniyetmə)  ola  -  bilər  sonuncu 
dəyişiklik növü
 inkişaf
 adlanır. 
Beləliklə, 
inkişaf 
– geriyədönməz keyfiyyət dəyişikliyidir. Belə hesab olunur ki, inkişaf həm 
mütərəqqi,
  yəni artan mürəkkəbliklə  və obyektin nizamlanması ilə baş verən, həm də 
tənəzzül
 – 
obyektin cırlaşması, onun dağılması, məhv edilməsi və s. kimi olur. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə