2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə9/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   5   6   7   8   9   10   11   12   ...   108
Fəlsəfə imtahan sualları konspekti

mücərrədləşdirmə
  “yəni  yayındırma”  adlana  bilər.  Burada  predmetlərdə  olan  bütün 
əsassız,  təkcə  və  təsadüflərdən  “yayınma”,  və  buna  müvafiq  olaraq  əsaslı,  ümumi  və  zəruri 
olanların  ayrılması  baş  verir.  Lakin  predmetlərin  ümumiləşdirilmiş  siniflərində  bu  və  ya  digər 
əlamətlərin ümumilik səviyyəsi müxtəlif ola bilər. 
 
Materiya  anlayışının  konkretləşməsi  yolunda  ilk  addım  obyektiv  reallığın  mürəkkəb 
quruluşunun qəbul olunmasıdır – onun tərkibində maddi obyektlər (şeylərə), onların xassələri və 
münasibətləri  fərqlənirlər.  Bizə  məlum  olan  dünyada  hansı  predmet  və  hadisəni  götürsək  o  ya 
mütləq cisim, ya xassə, ya da münasibət olacaqdır.  
Özlüyündə aydındır ki, maddi aləmin bu üç parametrləri (cisim, xassə, münasibət) sıx sirətdə 
bir-biri ilə bağlıdırlar. Aydındır ki, cisim o vaxt özü olur ki, onda müəyyən xassələr olur, məhz bu 
xassələrə əsasən onu digər cisimlərdən fərqləndirmək olur. Heç bir xassəsi olmayan cisim təsəvvür 
etmək  olmaz.  Həm  də  əksinə:  cisimdən  kənarda  öz-özünə  xassə  də  ola  bilməz.  Xassə  həmişə 
predmetin hər hansı tərəfinin ifadəsidir, onun xüsusiyyətidir. Bu vaxt hər cür xassə (deməli, həm 
də  predmetin  özü)  başqasına  münasibətdə,  yəni  başqa  xassələrə  və  ya  cisimlərə  münasibətdə 
mövcuddur.  
Əgər  son  fikir  sizə  əsaslı  görünmürsə,  ağlınıza  batmırsa  hər  hansı  cismi  (tutaq  ki,  kitabı) 
təsəvvür edin: əgər hər şey yox olsa və həyatda yalnız bu cisim qalsa, o böyük və ya kiçik, ağır və 
ya  yüngül, ağıllı  və  ya səfeh ola  bilərmi? Əlbətdə  yox, axı  “böyük” və  ya  “ağır” olmaq üçün o 


 
14 
başqası ilə müqayisə olunmalıdır, yəni başqasına münasibətdə ona qiymət verilməlidir. Əgər bu 
“başqa”  yoxdursa,  deməli,  münasibət  də  yoxdur,  deməli,  heç  xassə  də  ola  bilməz.  Beləliklə, 
cisimlər, onların xassələri və münasibətlər maddi varlığın əsaslı strukturunu yaradır. 
“Materiya” anlayışının konkretləşdirilməsində növbəti addım bütün maddi obyektlərə bir sıra 
ümumi  atribut  xassələrin  şamil  olunmasıdır.  (Fəlsəfədə  “atribut”  sözü  elə  xassəni  ifadə  edir  ki, 
onsuz maddi obyekt mövcud ola bilməz). Materiyanın bu cür atribut xassələrinə adətən: 

sistemliliyi (nizamlama, strukturmüəyyənliyi); 
- aktivliyi (hərəkət, dəyişiklik, inkişaf); 
- özünü təşkiletməni; 
- varlığın məkan-zaman formasını; 
- inikası; 
- məlumatlılığı
 – aid edirlər. Bu xassələri ayrılıqda təhlil edəcəyik. 
 
 
 
Elementar hissəciklər və onların qarşılıqlı fəaliyyəti kəşf olunana qədər elm materiyanın iki 
növü – 
maddə və sahə
 ilə məhdudlaşırdı. Hələ XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər sahəni 
fasiləsiz maddi mühit kimi, maddəni isə - diskret hissəciklərdən təşkil olunan fasiləli mühit kimi 
müəyyən edirdilər. Lakin kvant fizikasının inkişafı maddə və sahə arasındakı sərhəd xəttinin nisbi 
olduğunu aşkar etdi. Yalnız sahənin kvant xassəsinin nəzərə alınmadığı makro səviyyədə onları 
fasiləsiz  mühit  hesab  etmək  olar.  Ancaq  mikrosəviyyədə  sahə  kvantlardan  təşkil  olunmuş  kimi 
dayanır, onların eyni zamanda korpuskulyar və dalğavari xarakterə malik hissəcik kimi baxmaq 
olar.  Məsələn,  elektormaqnit  sahəsini  fotonlar  sistemi  kimi,  qravitasiya  sahəsini  isə  qravitlər 
sistemi kimi təsəvvür etmək olar. 
Elementar hissəciklər dörd tip qarşılıqlı fəaliyyətdə – güclü, zəif, elektormaqnit və qravitasiya 
– iştirak edirlər. Qarşılıqlı fəaliyyətin yalnız son iki tipi istənilən böyük məsafədə özünü təzahür 
etdirir, ona görə də onlara yalnız mikroaləmin deyil, həm də makrocismin, planetlərin, ulduzların 
və  qalaktikanın  (makro  və  meqaaləm)  prosesləri  tabedir.  Güclü  və  zəif  qarşılıqlı  fəaliyyətə 
gəldikdə  isə  onlar  yalnız  mikroaləm  prosesləri  üçün  xarakterikdir.  XX  əsrin  sonlarının  ən 
təəccüblü  kəşflərindən  biri  eletromaqnit  və  zəif  qarşılıqlı  fəaliyyətin  vahid  mahiyyətinin  – 
elektrozəif qarşılıqlı fəaliyyətin tərəfi, müxtəlif təzahürü olmasının aşkar edilməsi oldu. 
 
 
Mikroaləmin müasir fizikasındakı bu yeni ideya bizim astronomik Kainatın inkişafı haqqında 
-  vakkumun  bir  fazadan  digərinə  keçidi  nəticəsində  elementar  hissəciklərin  kütləvi  şəkildə 
doğulması  ilə  bağlı  olan  partlayış  yolu  ilə  yaranması  haqqında  qeyri-adi  baxışlara  dayaq  oldu. 
Subelementar səviyyənin obyektlərinin qarşılıqlı fəaliyyəti və onların əsasında yaranan elementar 
hissəciklər  daha  mürəkkəb  maddi  sistemin  yaranması  üçün  əsas  oldu.  Elementar  hissəciklərdən 
atomlar
 qurulur, o da materyanın keyfiyyətcə spesifik növüdür. 
Elementar  hissəciklər,  atomların  nüvəsi,  ionlar  (elektor  təbəqəsində  öz  elektronlarının  bir 
hissəsini itirmiş atomlar) qaza oxşar materiyanın xüsusi vəziyyətini yarada bilir ki, bu da 
plazma
 
adlanır. Elektromaqnit qravitasiya sahəsi ilə dartılan böyük plazma cismi 
ulduzları 
yaradır – o da 
materiyanın  quruluşunun  xüsusi  səviyyəsidir.  Onların  özəyində  nüvə  reaksiyası  gedir,  bunun 
gedişindəbir hissəcik digərinə çevrilir, bunun hesabına da ulduzlar daimi olaraq enerji verir. 
Ulduzlar atomların xüsusi dəmirçixanası kimi çıxış edirlər. Onlarda elementar hissəciklərin 
çevrilməsi  hesabına  atomların  nüvəsi  yaranır,  ulduzların  ətrafında,  kənarda  temperaturun  aşağı 


 
15 
düşməsi  ilə, ulduzların partlaması  ilə onlardan  maddələrin atılması  nəticəsində atomlar  yaranır. 
Atomların qarşılıqlı təsirindən materiyanın quruluşunun növbəti səviyyəsi –
 molekullar
 formalaşır. 
Molkullardan sonra makrocisim (sulu, bərk, qazaoxşar) səviyyə gəlir. Materiyanın spesifik növü 
hesab olunan makrocismin xüsusi tipi 
planetləri 
– nüvəsi, litosferası, bəzi hallarda atmosferası və 
hidrosferası olan, mürəkkəb daxili strukturlu cismi – yaradır. Ulduzlar və planetlər planetlər siste-
mini yaradırlar. Ulduzların çoxlu sayda yığılması, planetlər sistemi, öz aralarında qarşılıqlı surətdə 
təsirə malik olan ulduzlararası toz və qaz xüsusi obyektlər yaradırlar, 
bu qalaktikalar
 adlanır. Yer 
bu cür qalaktikalardan birinə  aiddir. Bizim qalaktikaya adi olan ulduzların  əsas kütləsi 100  min 
işıq  üç  həcmində  diskdə  cəmlənmişdir  –  onun  diametri  və  qalınlığı  1500  işıq  ili  həcmindədir 
(xatırladaq ki, işığın sürəti 300 min km s). Bizim Günəş qalaktikanın axırındadır və onun nüvəsi 
ətrafında fırlanır, 200 milyon ildə (necə deyərlər, qalaktika ili) bir tam dövr edir. 
Olduqca  sıx  toplanmış  ulduzlardan  ibarət  olan,  ulduzlarası  qaz  və  tozla  qızmış  bəlkə  də 
olduqca sıx cisimlə örtülən qalaktikanın nüvəsini biz müşahidə edə bilmirik. Hal-hazırda Günəş 
qalaktika  məkanının  o  hissəsi  ilə  hərəkət  edir  ki,  orada  nüvə  Yerdən  geniş  toz  dumanı  ilə 
örtülmüşdür. Bir neçə milyon illər sonra Yer bu “ekrandan” çıxacaqdır və nüvədən axan şüalara 
məruz qalacaqdır. İndi bizim qalaktikanın nüvəsi sakitdir: o daimi olaraq enerji axını ötürür. Ancaq 
prinsipcə qalaktikanın nüvəsi fəal da ola bilər, qısa vaxt ərzində olduqca çox enerji buraxa bilər. 
İstisna edilmir ki, bizim qalaktikanın nüvəsi müəyyən vaxtdan sonra partlayışlı fəallıq da nümayiş 
etdirə  bilər.  Ola  bilsin  ki,  partlayış  prosesində  Yer  toz  duman  ilə  örtülməsin,  açıq  olsun,  onda 
nüvədən  gələn  şüa  Yerdə  olan  həyatın  vəziyyətinə  və  inkişafına  təsir  edə  bilər.  Dərk  etmək 
lazımdır ki, Yerdə olan həyat, onun bir hissəsi olan bəşəriyyət kosmosun quruluşundan asılıdır. 
Ona  görə  də  onun  quruluşunun  prinsipini  bilmək  Yer  həyatının  mənşəyini  bizim  təbiətlə  olan 
qarşılıqlı əlaqəmizi başa düşmək üçün olduqca zəruridir. 
Müxtəlif tip qalaktikalar yığını – 
qalaktikalar sistemini,
 bütövlük xassəsinə malik olan xüsusi 
obyekti –  yaradırlar. Qalatikalar arasında böyük məsafə olmasına baxmayaraq (on, yüz, milyon, 
daha  çox  işıq  ili)  makrocisim  və  qalaktikalar  yığınının  molekulları  arasında  müqayisə  aparsaq 
görərik ki, bu cür yığını istənilən mühitdə müşahidə edə bilərik.  
Nəhayət, qalaktikaların  yığınından  başqa  materiyanın quruluşunun daha  yüksək səviyyəsi  –
 
Metaqalaktika
  qarşılıqlı  surətdə  fəaliyyətdə olan  yığılan qalaktikaların  xüsusi sistemi də  vardır. 
Bununla belə onlar elə qarşılıqlı fəaliyyətdədirlər ki, bu vaxt bir-birindən sürətlə uzaqlaşırlar. Bir-
birindən  nə  qədər  uzaq  düşsələr,  bir-birinə  tərəf  gəlişləri  bir  o  qədər  sürətlə  olur.  Bu  proses 
Metaqalaktikanın genişlənməsi adlanır, onun varlığını müəyyən edən xüsusi sistemli xassəsidir. 
Metaqalktikanın genişlənməsi
 onun yaranmasıanından başlanmışdır.  Müasir kosmoloji baxışlara 
görə Metaqalaktika 20 milyard il əvvəl Böyük partlayış nəticəsində yaranmışdır. Elm bu partlayışı 
fiziki  vakkumun strukturunun  yeridən qurulması, onun bir vəziyyətdən digərinə  dövri keçidi  ilə 
əlaqələndirir  –  bu  da  böyük  enerji  ayrılması  ilə  vermişdir.  Belə  ki,  bizim  Kainatın 
(Metaqalaktikanın) yaranması – onun heç nədən yaranması aktı deyildir, inkişafın, materiyanın bir 
vəziyyətindən digərinə keyfiyyətcə keçidin nəticəsidir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə