2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


*  1-Fəlsəfə, onun predmeti və cəmiyyət həyatında yeri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə2/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   2   3   4   5   6   7   8   9   ...   108
Fəlsəfə imtahan sualları konspekti


1-Fəlsəfə, onun predmeti və cəmiyyət həyatında yeri 
 
Fəlsəfə - nəzəri dünyagörüşüdür. Fəlsəfi dünyagörüşü dünyaya və orada insanın yerinə dair, 
insanın  gerçəkliyə,  təfəkkürün  varlığa  münasibətinə  dair  ən  ümumi  nəzəri  baxışlar  sistemidir. 
Fəlsəfi  dünyagörüşü  ümumi  dünyagörüşdən  gerçəkliyə  yanaşma  üsulu  ilə,  inlellektual 
problematikası  ilə  fərqlənir,  daha  çox  sistemli,  nəzəri  səciyyə  daşıyır.  Fəlsəfi  dünyagörüşü  - 
idealist  və  ya  materialist  meylli  olmasından  asılı  olmayaraq  həmişə  insana,  onun  dünyaya 
münasibətinə  əsaslanır.  İnsan  -  fəlsəfi  dünyagörüşün  məhək  daşıdır.  Dünya  və  insan,  insanın 
dünyaya  münasibəti,  insanın özünün  mahiyyəti,  insan və  mənəviyyat, insan  və ədalət, insan və 
xeyirxahlıq,  insan  və  bəşəri  dəyərlər,  insan  və  gözəllik,  ictimai  tərəqqi,  insan  və  i.a.  fəlsəfi 
dünyagörüşün  əzəli  və  əbədi  problemləridir.  Elə  bu  mənada  deyirlər  ki,  ən  mütərəqqi  fəlsəfə  - 
insan fəlsəfəsidir, insan azadlığı da bu fəlsəfənin əsas amalıdır. 
 
Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi xarakter daşıması 
təşkil  edir.  Digər  ictimai  şüur  formaları  kimi  fəlsəfi  şüur  da  tarixən  dəyişkən  ictimai  varlığın 
təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Fəlsəfənin ictimai-tarixi səciyyə daşıması da onun 
mövcud olduğu ictimai şəraiti əks etdirməsindən ibarətdir. 
Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış, həm də onun 
tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət hadisəsi olmaqla, həm də onun 
«inkişafının  göstəricisidir».  «İncəsənət  fəlsəfəsi»,  «əxlaq  fəlsəfəsi»,  «din  fəlsəfəsi»,  «texnika 
fəlsəfəsi»,  «təbiət  fəlsəfəsi»,  «tarix  fəlsəfəsi»,  «siyasət  fəlsəfəsi»,  «hüquq  fəlsəfəsi»,  «həyat 
fəlsəfəsi»  və  i.a.  anlayış  və  istiqamətlərlə  fəlsəfə  mədəniyyətlə  qovuşur,  mədəniyyətin  bütün 
aspekt  və  çalarlarını  əhatə  edir,  onun  nəzəri-metodoloji  əsaslarını  verir,  maddi  və  mənəvi 
mədəniyyət amili kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri də  fəlsəfənin 
elmiliyi  məsələsi,  elmlə  fəlsəfənin  qarşılıqlı  münasibəti,  onların  oxşar  və  fərqli  cəhətlərinin 
müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki:  
a)  hər  ikisi  obyektiv  gerçəklik  qanunauyğunluqlarının  insan  şüurunda  bu  və  ya  başqa 
dərəcədə dolğun in`ikasıdır;  
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;  
v) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;  
q)  hər  ikisi  ictimai  funksiyanı  yerinə  yetirərək  cəmiyyətin  maddi  yə  mənəvi  dəyərlərinin 
inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a. 
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:  
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ümumiləşmiş dünyagörüşü verirsə, müxtəlif elm 
sahələri insana konkret bilik verir;  


 

b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.) fərqli olaraq 
fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunlarını öyrənir;  
c)  fəlsəfə,  ən  geniş  mənada  bütün  dünyagörüşü  növlərinin  özəyini,  nüvəsini  təşkil  etdiyi 
halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii-elmi mənzərəsini müəyyən edən konkret materiallar 
verir;  
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq etibarilə də bir-birindən fərqlənirlər;  
d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə cəmiyyətdə 
elmə  nisbətən  daha  səfərbəredici  və  sosial  fəallaşdırıcı  rol  oynayır,  fəlsəfə  cəmiyyətdə  qarşıya 
çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;  
e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən edərkən dünya 
haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi mənzərəsi və onun ən ümumi inkişaf 
qanunauyğunluqları  haqqında  prinsip  və  baxışlara  ehtiyac  duyur.  Bu  ehtiyacı  məhz  fəlsəfə  ilə 
ödəyir və i.a.  
Deməli,  elmin  ümumi  dünyagörüşü,  metodoloji  və  nəzəri-idrakı  əsaslandırılması 
məsələlərini  fəlsəfə  öyrənir,  təhlil  edir.  Elm  fəlsəfəyə  yiyələnməklə  metodologiyaya  və 
dünyagörüşünə sahib olur. 
 
Qeyd  etdiyimiz  kimi,  fəlsəfi  dünyagörüşü  sistemində  «dünya-insan  münasibətləri» 
aparıcıdır.Bu  məsələ  hər  bir  konkret  fəlsəfi  problemin  ümumi  əsasını  təşkil  edir.  Fəlsəfənin 
predmetini aşağıdakı kimi ifadə etmək olar.
 
  Fəlsəfə 
“dünya-insan”  münasibətlərinin  ən  ümumi  tərəfləri,  prinsipləri  və 
qanunauyğunluqları haqqında elmdir.  
  Maddi ilə mənəvinin, materiya ilə şüurun münasibəti məsələsi fəlsəfədə həmişə əsas yer 
tutur. Buna münasibətdə isə, fəlsəfə tarixində iki istiqamət(materializm və idealizm) mövcuddur. 
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında 
nəzəri  müddəalarını  işləyib  hazırlayarkən  özünün  ontolojı  funksiyasını  (ontologiya  -  yunanca 
«ontos» (mövcudluq) və "loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə 
fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) 
haqqında  ideyaları  ilə  isə  aksioloji  («aksios»  -  yunanca  dəyər,  sərvət  deməkdir)  fünksiyasını 
həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin 
qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və 
kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur. 
 
Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında 
əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı 
da  ifadə  edir.  Ayrı-ayrı  elmlərin  nailiyyətlərini  əlaqələndirib  onlardan  düzgün  elmi-fəlsəfi 
dünyagörüşü nəticələri çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, 
qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi 
və  s.  əsaslarını  hazırlamaqla  cəmiyyətdə  maddi  və  mənəvinin  qarşılıqlı  münasibətinin  rol  və 
əhəmiyyətini müəyyən edir. 
Fəlsəfə  -  bəşər  tarixini  nəzəri  ümumiləşdirdiyindən,  müasir  və  gələcək  insan  fəaliyyətini 
elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri dəyərlərə istinad 
edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir. Fəlsəfə heç də təkcə keçmişə və indiyə 
deyil, həm də gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə 
imkan verir.  Qabaqgörənlik  baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi  hadisələrin 
inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi 


 

mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri 
qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.  
Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini 
təsəvvürləri,  tarixi-fəlsəfi  təlimləri  tənqidi  təhlil  edib,  yaradıcı  qiymətləndirməyə,  mürəkkəb 
fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.  
  Bu  baxımdan,  istər  fəlsəfə  tarixindən,  istərsə  də  müasir  elmi-tədqiqat  ədəbiyyatlarında 
fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə 
varlıq  və  idrakın  ən  ümumi  qanunauyğunluqları,  insanın  dünyaya  münasibətlərinin  ən  ümumi 
prinsipləri haqqında elm kimi tərif verilmişdir. 
  Fəlsəfə  elmlər  sistemində  mühüm  yer  tutur.  Fəlsəfə  və  digər  elmlər  bir  kök  üzərində 
yüklənmiş, sonralar şaxələnmişdir. 17-18-ci əsrlər də elmin ayrı-ayrı sahələrinin formalaşması və 
onların  fəlsəfə adlanan ümumi  bilikdən ayrılması  kimi  formalaşması prosesi  bəşər mədəniyyəti 
tarixində  mühüm  hadisə  idi.  Həmin  vaxtdan  etibarən  fəlsəfə  nəzəri-elmi  biliyin  xüsusi  forması 
kimi  inkişaf  etməyə  başlayır.  Fəlsəfənin  bir  elm  kimi  qərarlaşması  İ.  Kantın  adı  ilə  bağlıdır. 
Elmləri adətən beş böyük qrupa bölürlər: fəlsəfi elmlərə, hümanitar elmlər, təbiətşunaslıq, dəqiq 
və  texniki  elmlər.  Elmlərin  belə  təsnifatında  fəlsəfə  mərkəzdə  durur.  Bu  o  deməkdirki,  fəlsəfə 
bütün elmləri bir-biri ilə əlaqələndirən vəsilə rolunu oynayır. 
Elmlər sistemində  fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm sahələrinin 
nailiyətlərini  ümumiləşdirərək,  təbiəti,  cəmiyyəti,  insanı  öyrənən  elmlərin  bir  növ  inteqrasiya 
vasitəsi kimi çıxış edir.  
 
 
  Öz növbəsində fəlsəfə digər elmlərə çox borcludur. Fəlsəfə məhz elmə arxalandıqda subut 
üçün tutarlı dəlillər tapır. Lakin insan həyatının əsas pirinsiplərini izah etmək üçün fəlsəfənin təkcə 
elmə  müraciət  etməsi  kifayət  deyildir.  Burada  inamı,  əqidəni,  paxıllığı,  saflıqı  və  vicdanı  hər 
şeydən  üstün  tutan  dinin,  gözəlliyi,  eşqi  və  məhəbbəti  vəsf  edən,  zövqü  oxşayan  incəsənətin 
nailiyyətlərindən  bəhrələnmək  də  olduqca  faydalıdır.  Tarixin  təcrübəsi  göstərirki,  fəlsəfə  bəşər 
biliklərinin dəyərli məcmusuna arxalandığı zaman əhəmiyyətli olur. Fəlsəfə və elm tarix boyu bir-
birindən  faydalanıblar.  Müasir  elmi  ideyaların  əksər  qismi  vaxtı  ilə  fəlsəfə  tərəfindən  irəli 
sürülmüşdür.  Antik  yunan  filosofları  Levkipp  və  Demokritin  maddənin  atom  qurluşuna  dair 
fikirlərini,  P.  Dekartin  refleks  anlayışını,  hərəkətin  saxlanması  pirinsipini,  fransız  filosofu  P. 
Qassendinin və məşhur M.V. Lomonosovun molekulların atomlardan ibarət mürəkkəb hissəciklər 
şəkilində mövcüd olmasına dair nəzəriyələrin və s. buna misal göstərmək olar. Eyni zamanda elm 
tərəqqi etdikcə fəlsəfəni əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Fəlsəfənin müstəqil elm sahəsi 
kimi formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə biləvasitə bağlıdır. Məhz həmin 
elmlərin inkişaf prosesində fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir. 
Müasir  dövürdə  fəlsəfənin  digər  elmlərlə  qarşılıqlı  əlaqə  dairəsi  daha  da  genişlənmişdir. 
Fəlsəfə  varlıqla şüurun unversal münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən 
“insan-dünya”  problemini  tədqiq  edən  bütün  başqa  elmlərin  nailiyyətlərindən  bu  və  ya  digər 
dərəcədə  istifadə  edir.  Bunsuz  o,  inkişaf  edə  bilməz.  Onun  tədqiqat  metodları  da  məhz  həmin 
prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər sahələri ilə qarşılıqlı əlaqəsi onun 
inkişafının zəruri şərtidir.  
 
 
 


 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə