2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə8/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   4   5   6   7   8   9   10   11   ...   108
Fəlsəfə imtahan sualları konspekti

“Materiya”
  anlayışı  dünyada  mövcud  olan  hər  şeyin  başlanğıc  vəhdətini  aydınlaşdırmağa, 
şeylərin və hadisələrin müxtəlifliyini bir ümumi, başlanğıc əsasa gətirməyə cəhddən yaranmışdır. 
Tutaq  ki,  biz  çoxlu  ağac  və  gildən  hazırlanmış  predmetlər  tanıyırıq  –  onlar  sonsuz  dərəcədə 
müxtəlif  ola  bilərlər,  lakin  onları  başlanğıc  əsas,  onların  hazırlandıqları  materiallar  birləşdirir. 
(Yeri gəlmişkən “materiya” sözünün etimoloji kökü yunan dilindən tərcümədə ağac, salınmış meşə 
mənasını verir – qədim yunanlar öz gəmilərini bu ağaclarla düzəltmişlər). Düşüncələrimizi davam 
etdirərək belə güman etmək olar ki, bütövlükdə dünyanın, yəni istisnasız olaraq bütün predmetlərin 
və hadisələrin hansısa vahid əsası, “yarandıqlar” ilkin “materialı” vardır. 
Fəlsəfə tarixindən xatırlayırıq ki, antik yunanlarda dünyanın ilkin əsası kimi su (Fales), hava 
(Anaksimen), od (Heraklit), o cümlədən bu ünsürlərin hamısı birlikdə (Empedokl) ardıcıl olaraq 
iddaçı  olmuşlar.  İlkin  baçlanğıca  ideal  xarakter  verməyə  göstərilən  cəhdlər  də  (Platonda 
“eydoslar”, Anaksaqorda “nus”, yəni əql və s.) az əhəmiyyət kəsb etmir. Bu baxımdan ən uğurlu 
konsepsiyalardan biri də əsas ideyaları müasir dünyagörüşə daxil olmuş Demokritin
 atomist
 fərziy-
yəsidir. 
Bir  az  sonra  güman  olunan  ilkin  başlanğıcı  ifadə  etmək  üçün  “
substansiya”
  anlayışından 
istifadə  olunmağa  başlandı.  Fəsləfədə  substansiya  kateqoriyası  müxtəlif  şeylərin  proseslərin  və 
hadisələrin başlanğıc daxili vəhdətini və ilkin əsasını ifadə etmək üçün bu gün də istifadə olunur: 
konkret şeylər yaranır və yox olur, onların mövcudluğu digər şeylərlə şərtlənir. Onların baza əsası 
isə - substansiya – yaradılmayan və yox olmayandır, o özündən başqa heç nə ilə şərtlənə bilməz. 
Materiya kateqoriyası əsaslı fəlsəfi anlayışdır. Onun ən uğurlu tərifini V.İ. Lenin “Materializm 
və  empriokritizm”  kitabında  vermişdir:  “Materiya  insan  duyğuları  ilə  verilən,  duyğularımızdan 
asılı olmayaraq mövcud olan duyğularımızda şəkli alınan, əksi alınan, obyektiv reallığı əks etdirən 
fəlsəfi  kateqoriyadır”.  Bu  tərifdə  iki  əsas  əlamət  ayrılır:  birincisi  materiya  şüurumuzdan  asılı 
olmayaraq  mövcuddur,  ikincisi,  duyğularımızla  əksi,  şəkli  alınır.  Birinci  əlamət  şüura  nisbətən 
materiyanın birinciliyini qəbul edir, ikinci isə  maddi aləmin dərk olunanlığını bildirir. Beləliklə, 
materiyanın tərifi fəlsəfənin əsas məsələsinin materialist həllinin yığcam şərhini göstərir. Ona görə 
də  o  bir  tərəfdən  materializm,  digər  tərəfdən  isə  idealizm  və  aqnostisizm  arasında  olan  sərhəd 
xəttini ayırmağa imkan verir. 
 
Bütün bu ideyalar atomların bölünməsini göstərən hadisələri düzgün izah etməyə mane olurdu. 
1896-cı  ildə  A.Bekkerel  tərəfindən  aşkar  olunan  radioaktivlik  hadisəsi  altı  il  özünə  zidd  olan 
izahını tapmadı. Dramatik vəziyyət yaranmışdır - əgər uran və digər radioaktiv maddələr daimi 


 
13 
olaraq öz nüvəsindən enerji verirsə bu haradandır? Müəyyən olunmuşdur ki, bu şüalanma əvvəllər 
udulan  enerjidən  ayrılan  kimi  izah  oluna  bilməz.  Əgər  güman  etsək  ki,  atomlar  heç  haradan 
almadan  enerji  verirlərsə,  onda  enerjinin  saxlanılması  qanunu  pozulur.  Yalnız  1902-ci  ildə 
E.Rezerford  və  F.Soddi  bu  paradoksuhəll  edə  bildilər.  Onlar  sübut  etdilər  ki,  radioaktivlik 
atomların  kortəbii  dağılması  və  kimyəvi  elementlərə  çevrilməsinin  nəticəsidir.  Atomların 
bölünməsi  fərziyyəsini  irəli  sürmək  üçün  Rezerford  və  Soddi  atomların  bölünməzliyini 
materiyanın saxlanılması iləeyniləşdirən materiyanın metafizik konsepsiyasını atmalı idilər. Hələ 
tələbəlik illərində E.Rezerford təbiətin bütün obyektlərinə təkamül nəticəsi kimi baxmaq ideyasını 
irəli  sürmüşdür.  Əgər  atomlar  haqqında  baxışlara  bu  mövqedən  yanaşılsa  onda  atomlara 
əvvəlcədən verilən, dünyanın dəyişməz “kərpicləri” kimi  yox, digər obyektlərdən  yaranan kimi 
baxmaq lazım gəlir. 
Bu  fəlsəfi  fərziyyə  atomların  bölünməsinin  kəşfi  üçün  ilkin  şərt  oldu.  Bu  mütərəqqi  elmi 
ideyalara  və  onların  dialektik  ümumiləşməsinə  əsaslanan  materiyanın  anlaşılmasına  yeni 
yanaşmanın  nəticəsi  oldu.  Rezerford  öz  mühakimələrində  fəlsəfi  fikirin  əvvəlki  tarixlərdə  qət 
etdiyi yolun hansısa xüsusiyyətlərini təkrarlamış oldu: materiyaya dialektik-materialist baxışların 
inkişafında  mühüm  rolu  XIX  əsrdə  olmuş  təbiətşünaslıqdakı  böyük  kəşflərin  mənimsənilməsi 
oynadı – bunların içərisində Ç. Darvinin nəzəriyyəsi mühüm yer tuturdu. Materiyaya metafizik 
baxışların dəf edilməsində yalnız atomların bölünməsinin kəşfi deyil, həm də bu kəşfin sonrakı 
düzgün  şərhi  mühüm  şərt  oldu.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərindəki  təbiətşünaslıqda  olan 
inqilab dövründə dünyanın elmi mənzərəsinə atomların bölünməsi və strukturluq prinsipinin daxil 
edilməsinin  qiymətləndirilməsi  ilə  bağlı  ciddi  çətinliklər  yarandı.  O  dövrdə  fiziklər  arasında 
materiyanın məhv olmamasının atomların dağılmaması ilə eyniləşdirilməsi kimi hakim fikir kimi 
materiyanın yox olması atomların bölünməsinin şərhinə gətirib çıxardı. 
 “Materiya”  -  bizim təfəkkürün  ən ümumi kateqoriyalarından biridir, daha çox  mücərrəd və 
“boşdur”.  Bu  deyilənlərin  mənasını  izah  etmək  üçün  ümumi  anlayışların  yaranması  yolunun 
sxemini təsəvvür edək “Anlayış” deyərkən ümumiyyətlə fikri yaradılma başa düşülür – burada bir 
sıra  predmetlər  onların  ümumi  əlamətləriniqeyd  etməklə  ümumiləşdirilir.  Anlayışın  yaranması 
prosesi 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə