2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Coğrafi  determinizm  və  geosiyasət



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə20/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   16   17   18   19   20   21   22   23   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Coğrafi  determinizm  və  geosiyasət
  məsələsinə  də  aydınlıq  gətirmək  vacibdir.  Təbiətin 
cəmiyyətə  təsir səviyyəsi o qədər yüksəkdir ki, bu sosiologiyada  bütöv bir  istiqamətin  -  coğrafi 
determinizmin  yaranması üçün  əsas olmuşdur. Onun tərəfdarları  belə güman edirdilər ki,  insan 
cəmiyyətinin inkişafı ona müxtəlif coğrafi amillərin həlledici təsiri ilə müəyyən olunur.  
Beləliklə, 
insan  və  cəmiyyət
  Kainatın  tərkib  hisəsi  olub  mikroaləmin  (insan)  və 
makroaləmin  (kosmos)  ierarxik  uyğunlaşmasının  ümumi  zəncirində  mövcuddur.  L.Qumilyev 
passionar konsepsiyasının üzərində çox işləmişdir. Alimin  fikrincə etnosların  əmələ gəlməsi  və 
sonrakı  inkişafı  bir  çox  təbii,  o  cümlədən,  kosmik  amillərdən  (Günəş  fəallığından,  maqnit 
sahəsindən  və  s.)  çox  asılıdır.  Etnosların  inkişafını  başlıca  olaraq  orada  xüsusi  adamların 
fovqəlenerjiyə malik olan, qarşıya qoyduqları məqsədə, hətta bu məqsəd xəyal kimi görünsə belə 
dəf  edilməyən  cəhdlər  göstərən  -  passionarların  olması  müəyyən  edir.  Passionarların  məhz 
fəallıqları, fəaliyyətlilikləri, Qumilyevin fikrincə, xalqların həyatında başlıca tarixi hadisələrlə izah 
olunur. Passionarlar kütləyə passionar induksiyası vasitəsi ilə təsir edirlər. Passionarların özlərinin 
fəaliyyəti isə landşaftla, tarixi zamanla və kosmik amillərlə (bir növ coğrafi, daha dəqiq isə kosmik 
determinizmi  ilə)  sıx  bağlıdır.  Təbiət  və  cəmiyyətin  qarşılıqlı  münasibətindəki  ziddiyyətlərə  də 
diqqət yetirmək yaxşı olardı.  
İnsanların  təbiətə  olan  münasibətlərinin  dəyişməsindən  bəşəriyyətin  sabahı  çox  asılıdır. 
İnsanın,  cəmiyyətin  təbiətə  münasibəti  fəlsəfənin  mühüm  problemi  olmuş  və  bu  gün  də  olaraq 
qalır.  İnsan  tarixi  və  təbiət  tarixinin  qarşılıqlı  əlaqəsi  və  qarşılıqlı  şəkildə  şərtlənməsinin  başa 
düşülməsi, tarixi proseslərin ekoloji komponentlərinin dəqiq hesabatı - tarixin elmi anlaşılmasının 
əhəmiyyətli tərəfidir. Maddi istehsal, bütövlükdə cəmiyyətin bütün həyatı müəyyən təbii şəraitdən 
asılıdır. Əgər sistemin müasir təsnifatından istifadə etsək onda cəmiyyəti açıq sistem adlananlar 


 
25 
sırasına daxil etmək olar; cəmiyyət təbiətdən qida məhsulları götürür, istehsal vasitələri hazırlamaq 
üçün  xammal alır, oradan  istehsalın  və  ictimai  həyatın  inkişafı üçün konkret amillər kimi çıxış 
edir.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə