2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


İnsan  və  təbiətin  qarşılıqlı  fəaliyyəti  məsələsini  «coğrafi  mühit»  «ətraf  mühit



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə19/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   15   16   17   18   19   20   21   22   ...   108
Fəlsəfə imtahan sualları konspekti

İnsan  və  təbiətin  qarşılıqlı  fəaliyyəti  məsələsini  «coğrafi  mühit»  «ətraf  mühit, 
«biosfera», «neosfera» anlayışlarını, 
eyni zamanda onların əlaqələrini aydınlaşdırmadan təhlil 
etmək mümkün deyildir.  
Coğrafi mühit
 - bitki və heyvan aləmi, su, torpaq, Yerin atmosferi - cəmiyyət həyatının, ilk 
növbədə,  istehsal  prosesi  sahəsinə  cəlb  olunan  təbiətin  hissəsidir.  O,  cəmiyyət  həyatının  ən 
müxtəlif  tərəflərinə  və  ilk  növbədə,  maddi  istehsalın  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  edir. 
Təbiətin müxtəlifliyi lap çoxdan insan əməyinin bölünməsinin (ovçuluq, balıq tutmaq, əkinçilik, 
maldarlıq,  faydalı  yeraltı  qazıntılar  və  s.)  təbii  əsası  olmuşdur.  Təbii  mühitin 


 
24 
özünüməxsusluğundan insan fəaliyyətinin konkret istiqamətləri, xüsusi ilə də  müxtəlif ölkələrdə 
və kontinentlərdə istehsalın bu və ya digər sahələrinin inkişafı asılıdır. Konkret coğrafi mühitin bu 
və ya digər xalqın tarixi inkişafına təsiri şübhəsizdir, eyni zamanda bu təsir olduqca müxtəlifdir. 
İstehsal üçün əlverişli təbii şəraitin olduğu yerlərdə hər hansı kənd təsərrüfatı məhsulunun istehsalı 
üçün 6-7 saat sərf etmək lazım gəlir (Bolqarıstanda, Türkiyədə). Eyni zamanda əlverişli olmayan 
iqlim  şəraitində  bunun  üçün  20  və  ya  30  saat  sərf  etmək  lazım  olur.  Bu  fərqlər  cəmyyətin 
inkişafının ilkin mərhələsində, təbiət predmetlərinin yenidən hazırlanması onların bilavasitə hazır 
şəkildə istifadə olunması ilə müqayisədə çox az faiz təşkil etdiyi vaxtda, xüsusi ilə hiss olunurdu. 
Aydındır ki, Yer kürəsinin müxtəlif ərazilərində kifayət qədər yaxşı olmayan və əlverişsiz iqlim 
şəraiti ictimai inkişafı xeyli ləngitmişdir.  
 
«Noosfera»
 (hərfi mənası-əql sahəsi) terminini ilk dəfə 1927-ci ildə E. Lerua, sonra isə P. 
Teyyar de Şarden istifadə etmişdir. Vernadskinin özü noosfera haqqında təlimin əsas ideyalarını 
artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz fikirlərini söyləmişdir. Artıq o vaxt dünyanın 
qlobal  yenidən  qurulmasında  insan  əqlinin  imkanları  götür-qoy  edilmiş,  insann  təbiətə  təsirinin 
prespektivləri,  onların  qarşılıqlı  münasibətlərinin  tezliklə  harmonikləşməsinin  zəruriliyi  təhlil 
olunmuşdur.  Bu  anlayışın  müəyyən  edilməsində  mövcud  olan  müxtəlif  yanaşmalar  haqqında 
demək  olar  ki,  noosfera  biosferanın  və  bütün  planetin  mövcud  olmasının  yeni  mərhələsidir,  bu 
vaxt insanın şüurlu fəaliyyəti, Əqli biosferanın təkamülündə yalnız həlledici amil olmayıb, həm 
də eyni zamanda onun qorunmasıdır. Bu vaxt cəmiyyət kortəbiiliyi  əvvəllər zəif  nəzarət olunan 
məhsuldar  qüvvələrin  inkişafına,  təbiətə  müdaxiləyə  şüurlu  nəzarət  edir,  onu  nizama  salır. 
Noosfera mərhələsində cəmiyyətin təlabatı geo və biosferanın imkanları ilə ölçülür. Biosfera və 
sivilizasiya müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid bütövün tamı kimi, bir-
birini tamamlayan, bir-birinə kömək edən bir orqanizm kimi qəbul olunmalıdır.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə