1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   19   20   21   22   23   24   25   26   27

 

47 


 

Bağırov məni dinləyib qışqırdı: “Səsini kəs. Partiyadan qovaram səni. Gərək səni həbs 

etdirəydim”. Sonra isə bir qədər yumşalaraq əlavə etdi: “Yaxşı, get. Dövlət nəzarət nazirliyində 

işləyəcəksən”. (Bağırovun qəbuluna gələrkən mən heç bir yerdə işləmirdim). 

 

Bundan sonra mən Dövlət nəzarət nazirliyində sıravi nəzarətçi kimi işləməyə başladım. 



Bağırovla söhbətdən bir neçə gün sonra yeznəm doktor Cavadovu, anam Xavər Rəşidzadəni və 

bacım Firuzəni həbs etdilər. 

Lakin ailəmə divan tutmaq bununla bitmədi. 

1948-ci ilin 6 avqustunda Azərbaycan KP MK-nın şöbə müdiri Martirosov məni MK-ya 

çağırıb, partiya biletimi aldı və bildirdi ki, bu barədə MK-nın bürosunun qiyabi qərarı var. 

Sonra məni partkollegiyanın katibi Novruzov yanına çağırdı, təklif etdi ki, ərizə yazım, 

günahlarımı boynuma alaraq Bağırovdan rəhm diləyib, aman istəyim. Mən bu rədd edib, 

Moskvaya getdim. Partiyadan çıxarılmağım barədə  şikayət etdim. Mən “Balçuq” 

mehmanxanasında yerləşmişdim. Bir neçə gün keçəndən sonra Həmzət  Şabanbəyov 

mehmanxanaya, yanıma gəldi və arvadımdan məktub gətirdi.  Şabanbəyov bildirdi ki, bacım 

Qəmər Əlizadənin xahişilə gəlib. O məndən uzaqlaşmır, məni qonaq edirdi. Şabanbəyov məndən 

Cavadov (yəni öz yeznəm) və o biri qohumlarımın işi barədə  ərizə yazmaqda ona köməklik 

göstərməyi xahiş etdi, ancaq mən imtina etdim. Ertəsi gün o, yanıma sağ əli sarıqlı halda gəldi və 

bildirdi ki, qolu sərpib, xahiş edirəm  ərizənin qaralamasına yazasan. Mən yenə  də  ərizə 

yazmaqdan boyun qaçırdım. O, işimin gedişi ilə, Moskvada kimə müraciət etməyimlə 

maraqlanırdı. Mənim  şikayətim baxılmaq üçün Bakıya göndərildi. Bağırov  şikayətimin onun 

özü, T.Quliyev, Qəzənfər Məmmədov barədə çox kəskin tonda yazıldığını görüb, mənim işimi 

yenidən büro iclasına qoydu. 

Bundan sonra mən 15 ay heç bir yerə işə girə bilmədim. Yalnız 1949-cu ilin fevralında 

Bağırovun mənə yazığı  gəldi və kommunal təsərrüfat nazirliyinin evlər idarəsində inspektor 

işləməyə icazə verdi. Mənim işim həyətlərin, ayaqyolların təmizliyinə nəzarət etmək idi. 

Repressiyalar daha sonralar da davam edirdi. Qızım Lomonosov adına Moskva 

universitetinə  əla qiymətlərlə imtahan versə  də, onun namizədliyi keçmədi və o, universitetə 

daxil olmadı. 



 

Şahid - Salayev Lətif Səməd oğlu 

 

Mən Siyasi idarə - “NKVD” orqanlarında 1930-cu ildən 1950-ci ilədək işləmişəm. 1944-

cü ildən 1949-cu ilədək Yevlaxda DTN rayon şöbəsinin müdiri olmuşam. 

1947-ci ilin iyun-iyul aylarında Yevlağın 14 km-liyində icarəsində Demokratik İran 

Azərbaycanının rəhbəri doktor Pişəvəri olan maşın qəzaya uğramışdı. Qəza barədə  mənə 

məlumat çatan kimi gecə ikən hadisə yerinə yollandım. 28 aprel adına sovxozun ərazisindəki 

yolda  əzilmiş “Qudzon” markalı avtomobili tapdım. Maşın körpünün çəpərinə dirənmişdi. 

Maşının içindəkilər: Pişəvəri, Qulam Yəhya və Nuru Quliyev yaralı halda rayon xəstəxanasına 

çatdırılmışdı. Hadisə yerində  təkcə sürücü Karnik Melixyan qalmışdı. O, sərnişinlərinin 

sənədlərini  əlində tutub durmuşdu. Axtarış zamanı ondan 10.000 manat pul və  “Valter” 

tapançası çıxdı. Mən hadisə yerinin şəklini çəkdim, akt tərtib etdim və Yevlağa qayıdıb, dərhal 

rayon xəstəxanasına getdim. Pişəvərinin huşu özündə idi. Onun ayağı  və bir qabırğası  sınmış, 

digər qabırğaları əzilmiş, başı yaralanmışdır. Quliyevin də huşu özündə idi (O vaxtlar Quliyev 

DTN-də Yemelyanovun yanında katibliyin rəisi vəzifəsində  işləyirdi). General Qulam Yəhya 

yüngül yaralanmışdı, ancaq üzü zədələndiyindən danışa bilmirdi. 

Mən Pişəvəriyə müraciət edərək avtomobil qəzasının baş verdiyi şəraitdən danışmasını 

xahiş etdim. Pişəvəri mənə danışdı ki, o həmin vaxtlarda Kirovabadneftkəşfiyyatın rəisi olan 

Nəzər Heydərovun evində imiş. Orada yeyib-içib, istirahət edirmişlər. Təqribən gecə saat 4-də 

Quliyev, Pişəvəriyə onunla Nuxaya getməyi təklif edir. Bildirir ki, Nuxa onun doğma torpağıdır, 

orada anadan olub, böyüyüb. Orada istirahət edib, növbəti günü keçirərlər. Axırda Pişəvəri bir 

neçə  dəfə  “Xəyanət” sözünü təkrar etdi və bildirdi ki, “Mən on bir il İranda təkadamlıq 




 

48 


 

kamerada qaldım, Rza şah və Qəvam-əs-Səltənə məni məhv edə bilmədi. Indi isə nəhayət, onlar 

öz niyyətlərinə çatdılar”. 

Mən Pişəvəridən soruşdum ki, o niyə belə danışır, o ki, öz maşınında, öz sürücüsü ilə 

yola çıxıb. Pişəvəri mənə cavab verdi ki, “Maşın da, sürücü də  mənim yox, general Qulam 

Yəhyanın idi”. 

Pişəvəri öz şübhələrini də  mənə bildirdi ki, o, adətən heç vaxt sürücünün yanında 

oturmur, bu dəfə isə nədənsə onu sürücünün yanında əyləşdirmişdilər. 

Söhbət  əsnasında Pişəvəri özünü pis hiss etdiyini bildirdi, kömək istədi. Mən dərhal 

Bakıya, Yemelyanova zəng vurub, baş vermiş  qəza və Pişəvərinin səhhəti barədə  məlumat 

verdim. 


Bundan təqribən 5-6 saat sonra təyyarə gəldi. Nazir müavini Kərimov, səhiyyə nazirinin 

müavini Səlim Səmədov, professor Zülfüqar Məmmədov, mayor Sarıcalinski və tibb bacıları 

həmin təyyarə ilə gəlmişdilər. 

Məşhur həkim-cərrah professor Məmmədov, Pişəvəri üzərində  şəxsən özü cərrahi 

əməliyyat apardı.  

Mənim çağırışımla Gəncədən həkim-cərrah Qasım xan Talışınski və Dağlıq Qarabağdan 

cərrah Əsriyan da gəlmişdi. 

Mənimlə söhbət zamanı Quliyev bildirdi ki, onlar Nuxaya gedib, orada istirahət etmək 

istəyirmişlər. Sürücü Melixyan dedi ki, gecə yol getdiklərindən sükan arxasında mürgüləyib, bu 

da qəzaya səbəb olub. Lakin sükan ikiyə bölünmüşdü. Buradan da aydın olur ki, Melixyan sinəsi 

əzilməsin deyə sükandan var gücü ilə yapışıbmış. Bunu isə o yatmış vəziyyətdə yox, qabaqcadan 

təhlükə hiss edib, özünü qorumaq üçün edə bilərdi. 

Mən belə hesab edirəm ki, həmin qəza təsadüf olmayıb, Pişəvərini qətlə yetirmək 

məqsədilə təşkil olunmuşdu. Mən aşağıdakı faktlara əsasən bu qərara gəlirəm: 

1)

 

Pişəvərini Nuxaya gecə aparmaq bir zərurət yox idi. Maşını saatda 90 km surətlə 



qovmaq da vacib deyildi. 

2)

 



Pişəvərini öz maşınında yox, general Qulam Yəhyanın maşınında aparıblar. Sürücü 

də onun öz sürücüsü yox, generalın sürücüsü imiş. 



 

Pişəvərinin ölümündən sonra DTN Şamxor rayon şöbəsinin müdiri Sarkisov Ruben 

Mirzəyeviç mənə çatdırdı ki, bu qəza baş verməmişdən ona məlum olub ki, sürücü Melixyan 

İrandakı daşnakların liderinin oğluymuş, onun arvadı polyak qızı Qalla isə  İrandakı Britaniya 

səfirliyində çalışırmışam. Bununla əlaqədar Sarkisov Melixyan əleyhinə  işə başlayır. Bunun 

üçün həmin iş qoyulmuş qayda üzrə  rəsmiləşdirilir, Azərbaycan DTN-nə kartoçka göndərir və 

oradan cavab alır. Yəni Melixyanın adına Azərbaycan DTN “A” şöbəsində kartoçka açılıbmış. 

Naxçıvan Muxtar Respublikası DT naziri polkovnik Fərəcov qəzadan sonra mənə danışdı 

ki, hələ  qəza baş verməmişdən xeyli əvvəl o, Azərbaycan DT naziri Yemelyanova teleqramla 

məlumat verib ki, Melixyanın xarici kəşfiyyatın agenti olması müəyyənləşdirilib (Fərəcovun 

xarici agentura barədə məlumatı vardı).  

Azərbaycan DTN-nə və onun naziri Yemelyanova hələ qəzadan çox-çox qabaq bəlli olan 

bütün bu məlumatlara baxmayaraq, sürücü Melixyan general Yəhyanın maşınını sürməkdə 

davam edirdi. Ona hətta Pişəvərini də gəzdirməyi etibar etmişdilər, daha doğrusu, tapşırmışdılar. 

Xarakterikdir ki, axırda Pişəvərinin həlak olmasının təfərrüatından xəbərdar olan bütün 

şəxslər Bağırov və Yemelyanov tərəfindən repressiya ya məruz qaldılar. Sarkisov DTN 

orqanlarından qovuldu, indi hamam müdiri işləyir. Mən DTN orqanlarından qovuldum, hazırda 

avtoməktəbin direktoruyam, Fərəcov Naxçıvanda nazir idi, şöbə müdiri vəzifəsinə endirildi. 

Əksinə, katibliyin rəisi Nuru Quliyevi qəzadan sonra nazir müavini qoydular. 

 O vaxtkı daxili işlər naziri Teymur Yaqubovun da hərəkətləri şübhə doğurur. O nədənsə 

həmin vaxt Kirovabadda idi, dərhal Yevlağa gəldi. Ancaq nədənsə xəstəxanaya gedib, Pişəvəriyə 

baş çəkməyi lazım bilmədi. Görünür ki, o bu görüşdən qorxurmuş. O, Pişəvəri üzərində aparılan 

cərrahi  əməliyyatın nəticəsini gözləmədən çıxıb getdi. Həm də  nədənsə  mənə  və  DİN rayon 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə