1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   19   20   21   22   23   24   25   26   27

 

45 


 

qardaşın  Ələkbərdən, anan Xavərdən, bacın Firuzədən, bacının  əri doktor Cavadovdan imtina 

edirsən, onlarla heç bir əlaqəyə girməyəcəksən. Altdan da qol çək”. Bu vaxt Sumbatov bildirdi: 

“Sən də, qardaşın da günahkarsınız. Sən hörmətə layiq deyilsən”. Sumbatov mənim üstümə 

çığırmağa başladı. Mən deyilənləri yazıb, qol çəkməyə məcbur oldum, təki ərim evə qayıtsın. 

1948-ci ilin 4 iyulunda ərim yatalaq xəstəliyinə tutulmuşdu, üç uşağım da bağda 

göyöskürək tutulmuşdu. Həmin vaxt anam həbsdən azad edilmişdi. Mən anamdan xahiş etdim ki, 

uşaqların yanında bağda qalsın, mən də xəstə ərimin yanına gəlim. Belə də elədik. Bunu həmin 

gün Yemelyanova çatdırdılar. 

Bundan xəbər tutan Bağırov  ərimin xəstə olduğunu nəzərə almayıb, onu işdən çıxartdı. 

Qəzetdə ərimin Bakı şəhər partiya komitəsi bürosunun tərkibindən çıxması barədə məqalə dərc 

olundu. Bağırov onu Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxartdı. Qəzetlərdə  mən və 

ərim barədə biabırçı yazılar dərc olunmağa başladı. 

Mən Bağırovun iyrənc təkliflərini rədd edəndən sonra DTN işçiləri məni izləməyə 

başladılar. DTN-nin iki əməkdaşı məni addım-addım güdürdü. 

Ordubadda müəllim işləyən əmim qızı Surəyya Tağıyeva öz həyətinin məhsulunu satıb, 

qızıl sırğalar aldığına görə alverçi kimi həbs olundu. Hələ onun istintaqına başlamamışdan 

məndən Bakıdan çıxmaq barədə iltizam aldılar. Məni sorğu-suala tutdular ki, Sürəyya bizə niyə 

gəlib, nə  məqsədlə  qızıl alıb və s. Mən başa düşdüm ki, onlar məni tora salıb, alverçilikdə 

günahlandıra bilərlər. Tutduğum nə Azərbaycandan uzaqlaşmağı  məsləhət gördü və  məni 

inandırdı ki, bütün bu işlər məni həbsxanaya salmaq üçün qoyulub. 

Kiçik oğlum Qasımı da götürüb, hava limanına qaçdım,  ərimin yanına uçmaq istədim. 

Ancaq iki orqan işçisi yolumu kəsib, mənim Bakıdan çıxmağa ixtiyarım olmadığını, bu barədə 

dilimdən iltizam verdiyimi, əgər şərti pozaramsa, məni həbs cəzası gözlədiyini bildirdi. Həmin 

adamlar bildirdilər ki, sosialist əmlakını dağıdanlarla mübarizə şöbəsinin (SƏDM) işçiləridir. 

Həmin günlər qəzetlərdə “Məhkəmə zalından” başlıqlı bir yazı  dərc olundu. Həmin 

məqalədə deyilirdi ki, Ələşrəf  Əlizadənin arvadı öz evində alverçini gizlənib. Orada həmçinin 

qeyd olunurdu ki, mən həkiməm, ancaq heç bir yerdə işləmirəm. 

M.C.Bağırovun və T.Quliyevin təhriklə Azərbaycan geologiya idarəsinin rəisi 

Abdullayev məni mənzilimdən çıxarmağa çalışdı.  Əvvəlcə o məndən mənzili boşaltmağı  tələb 

etdi, sonra isə  məhkəmənin evi boşaltmaq haqqında qərarını  təqdim etdi. Məhkəmə, başqa 

yaşayış sahəsi verilmək  şərtilə, dörd uşaqla tutduğum mənzildən köçməyim barədə  qərar 

çıxarmışdı. Bağırovun göstərişi ilə Baksovetdən ardıcıl  şəkildə 2-3 nəfər gəlir və  mənzili 

boşaltmağı tələb edirdi. 

1948-ci ilin sonunda uşaqla (birinin 3, o birinin 7 yaşı vardı)  ərimin yanına, 

Türkmənistana gedirdim. Evdən çıxan kimi dörd yemelyanovçunun məni izlədiyini hiss etdim. 

Onlar məni gəmiyədək müşayət etdilər. Gəmidə  mənimlə bir kayutda kislovodsklı müəllim 

Oryol Roiya Sergeyevna da gedirdi. Mən Krasnovodskda gəmidən düşərkən sahildə dörd kişinin 

və əlində çamadan tutmuş bir qadının dayandığını gördüm. Iki kişi məni o biri iki kişiyə göstərib 

getdi. Onların mənə qarşı  nə isə bir təxribat hazırladığını duydum. Sahildəki kişilər çamadanlı 

qadına nə isə  pıçıldayıb, mən tərəfə  işarə etdilər. Həmin dəqiqə qadın var səsi ilə  çığırmağa 

başladı: “Tutun, oğrunu, tutun, qoymayın qaçsın”. Sahildəki iki kişi və özünü yetirən daha iki 

kişi məni  əhatəyə alıb, tutdular. Camaat ətrafımıza yığışmağa başladı. Həmin qadın hələ  də 

çığırırdı: “Oğru, cibgir, mənim sənədlərimi və pullarımı oğurlayıb”. Kayutda birgə gəldiyimiz 

Oryol məni müdafiə etməyə, günahsız olduğumu sübut etməyə çalışdı. Ancaq bir şey çıxmadı, 

məni DTN-nin şöbəsinə gətirib, uşaqlarımla birgə bir otağa salıb, qapısını bağladılar. Uşaqlarım 

qışqırıb, ağlamağa naşladılar. Bizi bir neçə saat bağlı otaqda saxladılar. Sonra məni soyundurub, 

axtarmağa başladılar. Uşaqlarımı da axtardılar, DTN əməkdaşları  gəmi işçisindən mənim 

şeylərimi tələb ediblər. Yəqin ki, çamadanıma bir şey qoyub, sonradan mənim əleyhimə əşyayi-

dəlil kimi istifadə etmək istəyirdilər. Lakin həmin gəmi işçisi ayıq tərpənərək, mənə məxsus olan 

şeyləri yalnız öz yanımda verə biləcəyini bildirib. Öz yanımda çamadanımda axtarış aparıb, heç 



 

46 


 

bir  şey tapmadılar. Mən onların üstünə  çıxırmağa başladım: “Bu, Bağırovun, Yemelyanovun 



növbəti qurğularıdır. Sizsə, adınızı sovet çekisti qoymusunuz, görün nə ilə məşğul olursunuz?!.” 

Bu vaxt qapıda bir dəstə Krasnovodsk sakini, türkmənlər yığışıb, mənim azad 

olunmağımı tələb edirdilər. Həm də deyirdilər ki, bu təxribatı törədən çamadanlı qadın məşhur 

fahişədir. Mən 5 saatdan sonra azad olundum. Iki çekist bundan sonra da məni izləməkdə davam 

edirdi.  Ərimin yanına gəlib çıxdım. O isə  qəzet məqalələrindən xəbər tutan kimi Bağırovdan 

çəkinərək məni geriyə - Bakıya göndərdi. 

Mən uşaqlarımla ağır vəziyyətdə yaşamağa məcbur oldum. Yalnız bir neçə aydan sonra 

ərim mənimlə gizlicə görüşməyə başladı. Birinci dəfə  ərimlə gizli görüşmək üçün Stavropol 

vilayətinə getdim, ikinci dəfə Türkmənistanda, sonralar Kislovodskda, Yessentukidə  və b. 

yerlərdə görüşdük. 

1951-ci ildə mən ərimlə Türkmənistanda yenidən nikah kəsdirdim, öz ərimə ikinci dəfə 

ərə getdim. 

Anam iki il dörd ay həbsdə qaldı, ikinci dəfə həbs olunandan sonra daxili həbsxanada tam 

bir il təkadamlıq kamerada qaldı. 

Həbs cəzası qurtarandan sonra anamı – 72 yaşlı qadını əvvəlcə Mərəzə rayonuna, mənim 

onunla bir dəfə görüşdüyümü biləndən sonra uzaq Zərdab rayonuna sürgün etdilər. Bütün 

bunlardan əlavə, anamın Bakı şəhərindəki mənzilini də əlindən aldılar. 

Milis, öz anamı evimə buraxmayacağım barədə məndən iltizam aldı. 

Yalnız Bağırov işdən çıxarılandan sonra anam Bakıya qayıda bildi. 

Doktor Cavadovsa, azad olunacağı günü görmədən həbs düşərgəsində öldü. 

Beləliklə,  ərim və qardaşım Bağırovun fəaliyyətini tənqid etdiklərinə, mənsə onun 

məşuqəsi olmağa razılıq vermədiyimə görə ailəmizə bu cür divan tutuldu. 

 

Şahid - Mustafayev Ələkbər Səlim oğlu 

 

Mən demişəm ki, Bağırov 700 ədəd su quşu üçün 

xüsusi bir hovuz tikdirir, ceyran, vəhşi qu quşları 

saxlayır. 

 

 

Tənqid üstündə  mən 1947-ci ildə DTN müavini vəzifəsindən çıxarıldım. Həmin ilin 16 



iyununda Bağırovun adına  ərizə yazıb, məni qəbul etməsini xahiş etdim. Bağırov məni qəbul 

etdi. Mən ona dövlət təhlükəsizlik naziri Yemelyanovun, onun müavini Atakişiyevin,  şöbə 

müdiri Eyyub Qasımovun,  şöbə müdirinin müavini Aleksandr Popovun və b. partiyaya 

yaraşmayan hərəkətlərindən, tutduqları  vəzifədən sui-istifadə etmələrindən, məişət 

pozğunluqlardan danışdım. Konkret olaraq bildirdim ki, Yemelyanov öz katibəsi Demidovayla 

yaşayır, dörd ailəni qanunsuz olaraq mənzillərindən köçürüb, özünə altı otaqlı mənzil düzəldib. 

Bakı icraiyyə komitəsinin ayırdığı 60.000 manatdan əlavə 30.000 manat da DTN-nin hesabına, 

özü üçün bahalı avadanlıq alıb, mənzilinin təmiri üçün məxfi  şöbənin işçisi Lartsevdən fəhlə 

kimi istifadə edib. Qanunsuz olaraq türmədən keçmiş rumın təbəəsini – antisovet təbliğat 

apardığına görə tutulmuş Sirotanı azad etdirib, yalnız ona görə ki, o, gözəl dərzidir və 

Yemelyanovun və bütün ailə üzvlərinin paltarlarını tikir. 

Atakişiyev barədə bildirdim ki, o, Kommunist küçəsindəki gizli mənzili mənimsəyib 

(indi də orada yaşayır). O, İrana gedərkən alverçi arvadını da özüylə götürüb. O, Atakişiyevin 

adından istifadə edərək Bakının müxtəlif mağazalarından sistematik şəkildə mal götürürmüş. 

Bundan əlavə bacısı İranda yaşadığına görə onu İrana buraxmaq qanunu pozmaq demək idi. 

Qasımov haqqında dedim ki, vaxtından qabaq həbsdən azad olunmuş cinayətkar 

olduğundan (o, həbsdən Bağırovun və Markaryanın vəsatəti ilə azad olunub) yenə  də öz 

əməllərindən  əl çəkmir. Popovla birgə sistematik olaraq sabun, benzin, əlif, naftalin və digər 

şeylər oğurlayıb, öz aralarında bölürlər, hələ Yemelyanova və Atakişiyevə  də pay çatır (bu 

məsələyə partiya iclasında baxıldı). 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə