1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   19   20   21   22   23   24   25   26   27

 

51 


 

 

CAVAB: Bunun üçün şöbələrdə xüsusi “silahlar” olurdu. Məsələn,  şöbə müdiri 



Qriqoryanda xüsusi dəstəkli qalın kəmər vardı. Həmin “kəmərin” uzunluğu 50-60 sm, qalınlığı, 

təqribən iki barmaq enliyində idi. 

Xətkeşin tili, nazik çubuq, hətta təyyarə trosundan da eyni məqsədlə istifadə edirdilər. 

Dustaqların otağın küncündə uzun müddət ayaq üstə saxlanmasından, yəni “stoyka”dan 

da geniş istifadə olunurdu. Həmin dustaqları 2-3 sutka fasiləsiz olaraq ayaq üstə saxladıqdan 

sonra 2-3 saatlıq kameraya – istirahətə aparır, sonra yenə də həmin işgəncəni davam etdirirdilər. 

Ta ki, dustaq günahkar olduğunu boynuna alsın. 

Həmin üsul dustaqlara şöbə müdiri Xoren Qriqoryanın birbaşa göstərişi ilə  tətbiq 

olunurdu. Onun icazəsi olmadan həmin üsuldan istifadə edilmirdi. 

Ayrı-ayrı  əməliyyat müvəkkiləri, məsələn, Kryuçenkov belə bir üsula da əl atırdılar. 

“Stoyka”ya qoyulmuş dustağı gimnastika hərəkətləri, məsələn oturub-durmağa məcbur edirdilər. 

30-40 dəfə oturub-qalxandan sonra bəzi dustaqlar halsızlaşıb döşəməyə yıxılırdılar. Kryuçenkov 

onları küçə söyüşü ilə söyür, gimnastika ilə  də  məşğul ola bilmədiklərini söyləyir və onları 

yenidən küncdə durmağa məcbur edirdi. Bütün bunları o, şəxsi əyləncəsi üçün, zərafət xatirinə, 

necə deyərlər, məzə üçün, dustaqlara nəzarəti zamanı darıxmamaq üçün edirdi. 

Bütün işgəncələr, bir qayda olaraq, gecə vaxtı həyata keçirilirdi. Dustaqları gündüz yox, 

yalnız gecələr döymək barədə Qriqoryan hər birimizə tapşırıq vermişdi. Hətta “stoyka”ya 

qoyulmuş müttəhimlər belə kabinetin uzaq küncünə keçirilir, onların qapı açılarkən dəhlizdən 

görünmələrinə yol verilmirdi. 

Mən bir faktı da deməyə bilmirəm. Təqribən 1937-ci ilin dekabrında Qriqoryan XI 

şöbəyə müdir təyin olunanda şöbə müdirləri vasitəsilə bütün müstəntiqlərə belə bir cinayətkar 

əmr verdi: bu və ya digər iş üzrə çalışan hər bir müstəntiq, dustağın işini o yerə  gətirib 

çıxarmalıdır ki, xalq komissarı Sumbatov daha sonra isə Rayev həmin müttəhimi “Birinci 

kateqoriyaya” aid edə bilsin, Ali Sovetin hərbi kollegiyası və ya hərbi tribunal həmin dustağı ən 

yüksək cəzaya – güllələnməyə məhkum edə bilsin. 

Bu zaman dustağın həqiqətən günahkar olub-olmamasının heç bir əməli əhəmiyyəti yox 

idi. O, istintaq zamanı özünü əksinqilabi təşkilatın üzvü olmaqda günahkar saymalı, onu bu işə 

təhrik edənin və  təşkilatın digər üzvlərinin adını  çəkməli idi. Bütün bu məlumatları isə 

müstəntiqlər yalnız bir yolla – dustaqlara mənəvi və fiziki işgəncələr, əzab-əziyyət verməklə əldə 

edirdilər. 

1938-ci ilin sonunadək işi hərbi tribunalın sərəncamına göndərməzdən  əvvəl xalq 

komissarları Sumbatov, Rayev, xalq komissarının müavini Borşev və  şöbə müdiri Qriqoryan 

dustağın taleyini həll edirdilər: onu hansı  “kateqoriyaya” aid etmək məsələsinə baxırdılar: 

“birinci kateqoriya” – güllələnmə, “ikinci kateqoriya” isə həbs düşərgəsi demək idi. 

Şəxsən mən elə bir hadisə xatırlamıram ki, Sumbatov, Rayev, Borşev və Qriqoryanın 

“birinci kateqoriyaya” aid etdiyi dustaq, güllələnməyə məhkum olunmasın. Bunun üçün dustağın 

hərbi kollegiyasının məhkəmə iclasında özünün antisovet təşkilatın üzvü olduğunu boynuna 

alması kifayət idi. Bu isə aşağıdakı yolla əldə edilirdi.   

Iş üzrə istintaq qurtarandan sonra, xüsusilə  də  hərbi kollegiyanın gəlişindən qabaq 

Qriqoryanın göstərişi ilə hər bir dustağın üzərində cidd-cəhdlə iş aparılırdı. Onu müxtəlif yollarla 

inandırırdılar ki, əgər o, məhkəmə zamanı özünü günahkar sayıb,  əksinqilabi təşkilatın üzvü 

olduğunu səmimiyyətlə boynuna alsa, onda onun həyatının mühafizə olunmasına təminat verilir. 

Əgər  əvvəlki ifadələrindən imtina etsə  də onsuz da məhv ediləcək və xalq düşməni kimi 

güllələnəcək. 

Hərbi kollegiya hər gün 60-70 adamın işinə baxırdı. Əvvəlcə “birinci kateqoriyaya” aid 

edilənlərin işinə baxılırdı. Sonra isə o birilərin. Bütün yığıncaqlar kobud, mən deyərdim ki, 

cinayətkar qanun pozuntuları  şəraitində keçirdi. Onu demək kifayətdir ki, əgər bir iş üzrə 

məsuliyyətə bir neçə  nəfər cəlb olunurdusa, onların hamısı eyni vaxtda məhkəmə salonuna 

çağırılmırdı. Bir-birindən təcrid olunmuş şəkildə ifadə verirdilər. Bir qayda olaraq, sədrlik edən 



 

52 


 

hər bir müttəhimə eyni iki sualı verirdi: müttəhim özünü günahkar sayırmı  və  əksinqilabi 

təşkilatın üzvü olubmu? Hər bir müttəhimin dindirilməsinə cəmisi 2-3 dəqiqə vaxt ayrılırdı.  

Şəxsən mən belə hesab edirəm ki, hərbi kollegiyanın məhkəmə iclasları sadə adamlara 

divan tutulmasında formal bir şey idi. Dustaqların taleyini faktiki olaraq “NKVD” rəhbərləri, 

onların müavinləri və şöbə müdirləri həll edirdi. 

Müstəntiqlər iş keyfiyyətinə, siyasi və  əməli hazırlığına, agentura ilə  işləmək 

qabiliyyətinə görə yox, dustağın yalan ifadələr ala bilmək məharətinə görə qiymətləndirilirdi. 

Dustaq nə qədər çox əksinqilabi təşkilat nümayəndələrinin adını çəksəydi, müstəntiq bir o qədər 

çox təriflənirdi. Müstəntiqin xidmət törcümeyi-halı, onun işlədiyi müddətdə güllələnməyə 

məhkum etdiyi dustaqların sayı ilə müəyyən olunurdu. Güllələnmə qərarı nə qədər çox olsaydı, 

onu çıxaran müstəntiq də bir o qədər qiymətli hesab olunurdu. 

Odur ki, müstəntiqlərin çoxusu hansı yolla olursa olsun, dustağı daha çox əksinqilabi-

təşkilat nümayəndəsinin adını çəkməyə, onlara böhtan, ləkə atmağa məcbur edirdi. 

Bu cür “mütəxəssis”lərdən XI şöbədə daha çox şöbə müdiri Qriqoryan, onun köməkçisi 

Aksyanov, şöbə müdiri Kudin, əməliyyat müvəkkili Kryuçenkov şöhrətlənmişdirlər. Onu demək 

kifayətdir ki, onların istintaqa cəlb etdikləri müttəhimlərin  əksəriyyəti məcburiyyət qarşısında 

özlərini günahkar saymış, hər biri onlarla başqa adamın adını  çəkərək onların məhvinə  səbəb 

olmuşlar. 

 

Şahid – Aksyanov-Şerbitski Sergey Mixayloviç 



 

SUAL: Bandit Məmməd Qazanpapaq və Hüseynov Bəbir Azərbaycan FK-sının hansı 

şəraitdə öldürülüb? 

 

CAVAB: 1920-ci ildə  Aşağı Qarabağ rayonlarında Qazanpapağın böyük bir bandası 



fəaliyyət göstərirdi. Həmin bandanın 100-ə yaxın üzvü var idi. Həmin banda Tərtər, Bərdə  və 

Ağdam rayonlarında fəaliyyət göstərirdi. 

Ağdamın milis rəisi  Şamil Mirzəyev idi. Onun atası Camal Ağdam rayonunun iri 

mülkədarlarından sayılırdı. Mənə məlumdur ki, Bağırov Mirzəyevlər ailəsinə yaxın münasibətdə 

idi. O, tez-tez Ağdama gedir, Mirzəyevlərə baş çəkirdi. 

Şamil Mirzəyev bandit Qazanpapaqla əlaqə saxlayırmış. Nəticədə Qazanpapaq Mirzəyev 

vasitəsilə üzə  çıxarılmışdı. Qazanpapaq üzə  çıxandan sonra ÇK orqanlarının  əməkdaşlarından 

hansı birisi onunla görüşübmüş, ondan xəbərim yoxdur. Ancaq onu bilirəm ki, Qazanpapaq 

Bağırovun göstərişi ilə üzə çıxarılmışdı. Bu, təqribən 1921-22-ci illərdə baş vermişdi. 

1924-cü ilin sonralarında Azərbaycan Baş Siyasi İdarəsinin məxfi  əməliyyat hissəsinin 

müdiri Nikolayev Astaraya sərhəd dəstəsinin 44-cü sahəsinə gedib, bir vaxtlar Bakıda meydan 

sulayan banditlərdən kimin İranda olduğunu müəyyənləşdirmək və Bəbir Hüseynovla görüşmək 

barədə Bağırovun tapşırığını  mənə çatdırdı. Nikolayev onu da bildirdi ki, Bəbir Hüseynov 

Şamaxıda türmə rəisi, ya da milis rəisi işləyərkən əskiyi çıxıb, ona görə də İrana qaçıb. 

Bundan əlavə, Nikolayev mənə dedi ki, Bəbir Hüseynov Lənkəran sərhəd dəstəsinin 44-

cü sahəsində sərhəddi keçməlidir, elə o vaxt onu tutmaq lazımdır. O, həm də xəbərdarlıq elədi ki, 

B.Hüseynov sərhəddi Astara rayonunda keçməlidir. Nikolayev bu məlumatları haradan almışdı, 

mən bilmirəm. Bəbir Hüseynov sərhəddi nə məqsədlə keçirdi, onu da bilmirəm. 

Nikolayevin göstərişini alan kimi Lənkərana getdim. Lənkəranda rayon şöbəsi ilə əlaqəyə 

girib, oradan Silyayevi köməkçi götürdüm. 

Silyayevlə Astaraya getdik Astara sərhəd komendaturasının rəisi ilə əlaqəyə girib Bəbir 

Hüseynovu tutmaqda bizə köməklik göstərməsini xahiş etdik. 

Bundan  əlavə, mən  İran Astarasının  əhalisi ilə möhkəm  əlaqəsi olan Astara rayon 

icraiyyə komitəsinin sədri ilə görüşdüm. O bizə “öz” adamları vasitəsilə  Bəbir Hüseynovun 

harada olduğunu və sərhəddi haradan keçəcəyini öyrənməyə söz verdi. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə