1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 

41 


 

Hərbi uçotdan çıxarkən hərbi komissarlıqda mənim ehtiyat zabiti olduğumu təsdiq edən 

hərbi biletimi alıb, ertəsi gün mənə  sıravi  əsgər bileti verdilər. Başqa sözlə, qanunsuz olaraq 

məni zabit rütbəsindən  əsgər səviyyəsinə endirmişdilər. Hərbi komissarlığın işçiləri mənim 

etirazlarıma cavab olaraq Bağırovun “çaldığı havaya oynayan” respublika hərbi komissarı Xavər 

Vəliyevin sərəncamını əsas göstərdilər. Mənə əsgər bileti verən III hissənin rəisi Şişkin bildirdi 

ki, Türkmənistanda mən dərhal ehtiyat zabiti bileti alacağam, çünki mənə  əsər bileti verməklə 

onlar qanunu pozublar, ancaq yuxarıların əmrindən çıxa bilməyiblər. 

Həqiqətən də Türkmənistanda mən ehtiyat zabiti bileti aldım. 

Bağırov hətta məni pul vəsaitini mənimsəməkdə  də günahlandırmaq istəyirdi, axırda 

məlum oldu ki, bu, iftira, böhtan imiş. Əksinə, aydınlaşdırıldı ki, mənə çatası pullardan da imtina 

etmişəm, bellə ki, 1) Azerneftdə ixtiralarımın tətbiqi nəticəsində edilmiş qənaətə görə 43:0 manat 

almalı idim. Mən həmin ixtiralara görə Stalin mükafatı aldığıma görə  həmin puldan imtina 

etmişdim. Bu barədə Azərneftin müvafiq sənədi var. 2) Azərbaycan Elmlər Akademiyasında 

regional geologiya şöbəsinə  rəhbərlik etdiyimə görə ayda 1700 manat maaş  təyin olunmuşdu. 

Ancaq mən 3 il yarım müddətində həmin pulu almaqdan imtina etmişdim. Mənə akademik kimi 

verilən 3.500 manatı kifayət hesab etmişdim. 

1948-ci il avqustun ikinci yarısında, mənə 25 il müddətinə icarəyə verilmiş bağımda 

yataqda ikən, bir dəstə adam bağa hücum çəkib, Bağırovun göstərişi əsas tutaraq, yubanmadan 

burdan çıxıb getməyi tələb etdilər. Iki gündən sonra mən şəhərə köçməyə məcbur oldum. Bağı 

isə o vaxtlar komsomolun MK-nin katibi, hazırda isə sosial təminat naziri olan Züleyxa 

Seyidməmmədovaya verdilər. 

Mən Türkmənistana gedəndən sonra da ailəm üzərində  işgəncələr davam edirdi. 

Arvadımın qohumu, Ordubad şəhər məktəbində  işləyən, respublikanın  əməkdar müəllimi 

Suriyyə Tağıyeva 1949-cu ildə bizə qonaq gəlir. Öz bağının məhsulu olan meyvələri (barədə 

onun arayışı var imiş) kolxoz bazarında satır.  Əldə etdiyi pula iki cüt sırğa alır. Geri dönən 

zaman onu vaqondan düşürüb həbs edirlər və qızıl alveri etməkdə günahlandırırdılar. 

Tağıyeva “möhtəkirliyə görə” 7 il azadlıqdan məhrum edildi. Bu barədə yerli qəzetlər 

geniş məlumat verdi. Tağıyevanın mənim arvadımın qohumu olması isə xüsusi qeyd olundu. 

Qəzetdəki məqalələr hay-küy qaldıran bir tonda yazılmışdı  və  Əli  Əşrəf  Əlizadənin 

evinin qızıl alverinə xidmət etdiyini nəzərə çatdırmaq məqsədi güdürdü. Bunun üçün DTN 

agenti, “Bakinski raboçi” qəzetinin müxbiri Fidlerdən istifadə etmişdilər. 

Bütün bunlar məni tamamilə gözdən salmaq, ləkələmək üçün nəzərdə tutulmuşdu. Çünki 

Bağırov həddindən artıq kinli idi və qurbanına aman verməzdi. 

Tağıyeva amnistiya nəticəsində azad edildi. Hazırda Ordubadda yaşayır və orada da dərs 

deyir. 


1947-ci ilin sonunda arvadım, Bağırovun adına  ərizə yazıb, nikahımızı saxlamağı, 

boşanma işini ləğv etməyi xahiş edir. 

Bu  ərizəni alan kimi Bağırov Teymur Quliyevə arvadımı çağırıb, ondan öz anası  və 

qohumları ilə  hər cür əlaqəni kəsməsi barədə iltizam almağı  əmr edir. Əgər o həmin iltizamı 

verərsə, boşanma məsələsini ləğv etməyə söz verir. 

Arvadım Azərbaycan SSR Nazirlə Sovetinə, T.Quliyevin yanına çağırılır. 

Yemelyanovun, Sumbatovun və b. yanında o, tələb olunan iltizamnamən verməyə məcbur olur. 

Bundan sonra Quliyev mənə öz evimə, ailəmin yanına getməyə icazə verdi. Buna qədər mən 15 

gün müddətində Azərneftin növbətçi otağında qalırdım. Çünki Bağırov məni hədələmişdi ki, 

mən ailəmlə  əlaqəyə girməyə cürət etsəm, partiyadan xaric ediləcəyəm. Bütün bu müddət 

ərzində  mən nəinki arvadımla, hətta kiçik yaşlı  uşaqlarımla da görüşdən məhrum edilmişdim. 

Altı uşaqlı balamla görüşməyim partiyadan xaric olunmağıma səbəb ola bilərdi. 

Bağırov Türkmənistan KP MK-nə, universitet rəhbərliyinə mənim barəmdə böhtan, iftira 

dolu məktublar göndərir, oradan da məni dinc qoymurdu. EA-nın rəhbərləri Məmmədəliyevi, 

Qaşqayı və Bayramovu da böhtançı məktublar yazmağa məcbur edirdi. 



 

42 


 

Mənim ucbatımdan qardaşlarım da əzab çəkdilər. 1948-ci ildə Bağırov EA-nın prezidenti 

Məmmədəliyevi yanına çağırıb dedi: “Əlizadənin qardaşını  nə üçün saxlayırsan? Nə yolla 

olursa-olsun, onu başından rədd elə”. 

Böyük qardaşım Ağa Səməd texnika elmləri doktoru, professor idi. O vaxtlar 

Akademiyada yeganə azərbaycanlı energetik olan qardaşım mənə görə  işdən çıxarıldı, onun 

laboratoriyası isə guya aktual məzmunlu işlərlə məşğul olmadığına görə ləğv edldi. 

Kiçik qardaşım Firudin Ağayev Stalin mükafatı laureatı, Sumqayıt kimya zavodunun 

direktoru idi. Ona da divan tutmağa cəhd edirmişlər. Ancaq təsadüf nəticəsində xilas ola bilib. 

1949-cu ildə Yemelyanov təxribat düzəldib, zavod fəhlələrinin zəhərlənməsi barədə 

hay0küy qaldırır, ancaq fəhlələrin göndərildiyi xəstəxanada məlum olur ki, onlar heç də 

zəhərlənməyiblər. Həmin fəhlələr özləri bu iş mat-məəttəl qalmışdılar ki, tam sağlam adamları 

zəhərlənmişlər kimi niyə xəstəxanaya göndəriblər. 

Qardaşım yalnız ona görə xilas ola bilmişdi ki, xəstəxanadan bu hadisə ilə bağlı arayış 

alan kimi dərhal təyyarə ilə Moskvaya uçub, Bağırovun və Yemelyanovun təhriki ilə DTN 

orqanlarının hazırladığı təxribatı orada ifşa etmişdi. 

 Bağırov mənim ailəmi yaşadığı  mənzildən köçürmək istəmiş, bu barədə Azərbaycan 

Geologiya idarəsinin müdiri Rəşid Abdulllayevə göstəriş vermişdi. M.C.Bağırovun və 

T.Quliyevin bu göstərişi barədə Abdullayev özü arvadıma danışmışdı. Bu məsələ ilə bağlı 

məhkəmədə iddia aldırılmış, lakin mənim ailəmin köçürülməsi barədəki iddianı məhkəmə rədd 

etmişdi. 

Bağırov Azərbaycan EA-na mənim  əsərlərimin çapını dayandırmaq, EA-nın çap 

materiallarında mənim əsərlərimdən sitat gətirilməsinə yol verməmək barədə göstəriş vermişdi. 

 Bağırov haqqında bir kəlmə  tənqidi söz demək üstündə, özüm, yaxın və uzaq 

qohumlarım 6 il ərzində bitməz-tükənməz məşəqqətlərə, əzab və işgəncələrə məruz qaldı. 

Qeyd etməliyəm ki, neft sənayesi sahəsində iyirmi il çalışmış bir mütəxəssis kimi

Bağırovun neft sənayesinə  rəhbərliyini Azərbaycanın neft sərvətini tükətməyə  və  aşağı neft 

qatından  şüurlu  şəkildə istifadə etməməyə yönəldilmiş düşmənçilik kimi qiymətləndirirəm 

məsələn,  əgər buruq aşağı qatdan hər gün 15 ton neft verirdisə, Bağırovun göstərişi ilə neft 

çıxarılması yuxarı qatlara keçirilirdi. Bu da aşağı qatların sonrakı istismarını  həmişəlik 

dayandırırdı. Orada qalan neftin isə çıxarılmasına imkan qalmırdı. 

Bağırov neft hasilatının yerinə yetirilməsi barədə düzgün məlumat verməyi qadağan 

edirdi. Odur ki, neftçilər gözdən pərdə asmaq məcburiyyətində qalırdılar. Bağırov qeyri-real, 

yerinə yetirilməsi mümkün olmayan planlar təyin edirdi. Neftin Bağırovun təhrikilə acgözlüklə 

çıxarılması dövlətə böyük ziyan vurdu. 

 

Şahid – Mustafayeva Firuzə Selim qızı 

 

 

 

“Ərim – həkim Cavadov Əlicavad Məmməd oğlu Bağırovun hakimiyyəti dövründə 

Azərbaycanda törədilən özbaşınalıqlar barədə bir neçə  ərizə yazdığına görə bütün ailəmiz 

görünməmiş  işgəncələrə  məruz qaldı.  Ərim, anam və  mən həbsxanaya salındıq, böhtançı kimi 

ittiham olunduq, ərim həbs düşərgəsində həlak oldu. 

Böyük Vətən müharibəsi illərində mən və ərim Sovet Ordusunda xidmət edirdik. 1942-

44-cü illərdə Kutaisi şəhərinin qospitalında işləyirdik: ərim – qospital rəisinin müavini, mən isə 

cərrahiyyə  şöbəsinin müdiri. Sonra bizi Gəncə qospitalına köçürdülər, 1945-ci ilin sonunadək 

ərimlə orada işlədik. 1946-cı ilin əvvəllərində ordudan təxris olunandan sonra Bakıya döndük. 

Ərim beş ay işsiz qaldı. Sonra onu Əzizbəyov rayon səhiyyə şöbəsinə müdir qoydular. 

1946-cı ilin oktyabr-noyabr aylarında ərim Azərbaycandakı qanun pozğunluqları barədə 

Moskvaya yazdığı ərizənin üzünü köçürməyi məndən xahiş etdi. O, intiqamdan qorxurdu, çünki 

həmin ərizədə respublikanın rəhbər işçiləri, Bağırovun yaxın əlaltıları ifşa olunurdu. Ona görə də 

ərim ərizəni imzasız yazmağı qərara almışdı, xəttini tanımasınlar deyə, o məndən ərizənin üzünü 

köçürməyi xahiş etdi. O dedi ki, “Mən nə bilirəmsə, onu da yazıram. Bu, özünütənqiddir”. Mən 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə