Azərbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 40,76 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü40,76 Kb.
#1603


 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

 

 

 

 

NAMİZƏDİN 



YADDAŞ  

KİTABÇASI

 

(ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı) 

 

Aşağıdakıları imtahana gətirmək qadağandır: 



 

İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri, konspekt 

və  başqa yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, bu vasitələr 

və onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.

 

İmtahanının nəticələrini  



www.dim.gov.az

 internet səhifəmizdən öyrənə bilərsiniz! 

2017 





İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA 

ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 

Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz 

binanın  qarşısına  gəlməli,  özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan, 

mürəkkəb  axıtmayan  diyircəkli  qələm  və  (və  ya)  HB  sərtliyində  sadə  karandaş, 

qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlisiniz:  

-

 

İmtahana buraxılış vərəqəsi»ni;  

-

 

Şəxsiyyət vəsiqəsi. 

DİQQƏT!  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!  



2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata 

keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana 

buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



NAMİZƏDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.

 

İmtahan  zalında  imtahana  buraxılış  vərəqəsində  göstərilən  sıra  və  yerdə  oturduqdan 

sonra  nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb 

nəzarətçiyə müraciət edin. 



2.

 

İzahat işi qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını qara və ya tünd 

göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. Cavab kartındakı 

məlumatlar  optik  qurğu  vasitəsilə  oxunur.  Ona  görə  də  cavab  kartı  ilə  işləyərkən 

ehtiyatlı  olun.  Dairələri  tam  qaralayın  (nümunə),  kartın  əks  üzünün  qabarmaması 

üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.  



3.

 

Sizə  məxsus  cavab  kartının  1-ci  bölməsində    iş  nömrəniz,  soyadınız,  adınız  və 

atanızın adı çap edilmişdir. Özünüz  haqqında çap edilmiş həmin məlumatları yoxla-

yın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq 

gətirin.  

2-ci  bölmədə  özünüz  haqqında  məlumatları  yazın  və  qaydalara  zidd  hərəkətə  yol 

verməyəcəyiniz  barədə  bu  bölmədəki  Bəyannamə  ilə  tanış  olun.  Cavab  kartında 

özünüz  haqqında  yazdığınız  məlumatların  düzgünlüyünü  və  Bəyannamə  ilə  tanış 

olduğunuzu imzanızla təsdiq edin. 



3-cü bölmədə sizə veriləcək sual kitabçasının variantı çap edilmişdir. 

4-cü bölmədə iş nömrənizin hər bir rəqəmini ardıcıl olaraq damalara yazıb, hər bir 

damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni qaralayın. Bu 

zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır. Bu bənddə həmçinin 

soyadınızı, adınızı, atanızın adını müvafiq sətirlərə yazın.  



4.

 

Sonra  sizə cavab kartınızda göstərilmiş varianta uyğun və üzərində sizin iş nömrəniz, 

soyadınız, adınız və ata adınız çap edilmiş sual kitabçası paylanılır.  

DİQQƏT!  Sizə  verilən  sual  kitabçasının  üzərində  iş  nömrəniz,  soyadınız,  adınız 

və atanızın adı çap edilmişdir. Kitabça sizə məxsus deyilsə və ya cavab kartının 3-

cü bölməsində  çap edilmiş  varianta  uyğun olmazsa, dərhal  nəzarətçiyə  müraciət 

edin.  Belə  ki,  imtahan  nəticələriniz  qiymətləndirilərkən  cavablarınız  cavab 

kartınızda  göstərilmiş  varianta  uyğun  sual  kitabçasının  doğru  cavabları  ilə 



müqayisə  ediləcəkdir.  Sual  kitabçasının  sizə  düzgün  təqdim  olunduğuna  əmin 

olun.  

Nəzarətçi  sual  kitabçasını  açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap 



qüsurlarının  olub-olmadığını  yoxlayın.  Belə  qüsurlar  varsa,  onların  aradan 

qaldırılması üçün nəzarətçiyə  müraciət edin. 



5.

 

“İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  1  saat 

vaxtdan  səmərəli  istifadə  edin.  Cavabların  cavab  kartında  qeyd  olunması  (uyğun 

dairələrin qaralanması) üçün sərf olunan vaxt bu müddətə daxildir. 



6.

 

Sizə  məntiqi  nəticə  çıxarmaq  qabiliyyətini  müəyyən  edən  40  sual  təqdim  olunur. 

Onlardan  30  sual  çox  seçimli,  10  sual  isə  açıq  test  tapşırıqlarıdır.  Cavab  kartının 

çoxseçimli  test  tapşırıqlarının  cavablar  üçün  ayrılmış  birinci  hissəsi  sual 

kitabçasındakı  sualların  ardıcıllığına  uyğun  olaraq  1-dən  30-dək  sıralanmışdır. 

Cavablarınızı  yazarkən    hər  bir  sualın  cavabını  cavab  kartında  həmin  suala  uyğun 

sırada  qeyd edin. Sual kitabçasında hər suala verilmiş beş cavabdan (bunlar A, B, C, 

D,  E  hərfləri  ilə  işarələnmişdir)  düzgün  hesab  etdiyiniz  yalnız  bir  cavabı  seçin  və 

cavab kartında ona  uyğun dairəni qaralayın. Əgər bir suala cavab olaraq iki və daha 

çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. 

Cavab  kartının  açıq  testlərin  cavabları  üçün  ayrılmış  ikinci  hissəsində  isə  sual 

kitabçasının  31-dən  40-a  qədər  olan  suallarının  hər  birinin  cavabını  müvafiq  olaraq  

təqdim edilmiş damalara  soldan  sağa olmaqla  yazın  və  sonra  hər damanın altındakı 

sütunda müvafiq rəqəmi tapıb onun yerləşdiyi dairəni tam qaralayın. Bir sütunda iki 

və daha çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. 

Hər  bir  sualın  düzgün  cavabı  bir  balla  qiymətləndirilir  (cəmi  40  mümkün  bal)  və 

nəticələr hesablandıqda səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. Suala 

düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması sıfır balla qiymətləndirilir.

 

 

Unutmayın!  Ballarınız  hesablanarkən  yalnız  cavab  kartında  qaraladığınız 



cavablar nəzərə alınır. 

DİQQƏT!  Cavab  kartınızın  yanınızda  əyləşən  namizəd  tərəfindən  yanlışlıqla 

korlanmasının  qarşısını  almaq  üçün  onu  əlinizin  altında  saxlayın.  Korlanmış  cavab 

kartı dəyişdirilmir. Buna görə siz şəxsən məsuliyyət daşıyırsınız. 

DİQQƏT!  Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 

cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi  araşdırma 

zamanı  köçürmə  faktı  aşkar  edilərsə  həm  köçürənin,  həm  də  köçürməyə  şərait 

yaradanın imtahan nəticələri ləğv olunacaqdır. 



7.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  sual  kitabçasında  boş  yerlər  nəzərdə 

tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir.  

8.

 

“İmtahan başlandı” elan olunduqdan “İmtahan qurtardı” elan olunana qədər  imtahan 

zalından çıxmaq qəti qadağandır.  

9.

 

“İmtahan  qurtardı!”  elan  olunduqda  cavab  kartınızı  və  sual  kitabçanızı  mütləq 

nəzarətçiyə  təhvil  verin.  Cavab  kartınızı  və  sual  kitabçanızı  nəzarətçiyə  təhvil 

verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır. 



10.

 

Cavab  kartınızı  və  sual  kitabçanızı  nəzarətçiyə  təhvil  verdikdən  sonra  ona  imtahana 

buraxılış vərəqəsində imza etdirməlisiniz.  

DİQQƏT!  Cavab  kartının  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə  namizəd 

şəxsən məsuliyyət daşıyır. 






11.

 

Siz  cavab  kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin 

üzərindəki aktı imzalaya bilərsiniz.  

NAMİZƏDƏ QADAĞANDIR: 

-

 

saxta sənəd təqdim etmək;  



-

 

imtahana öz yerinə başqasını göndərmək; 



-

 

imtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər  elektron 

cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa  

yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 



-

 

yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı  və digər bu növ əşyalarla imtahan binasına 

girmək, özü ilə siqaret gətirmək; 

-

 

sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib 

yenidən geri dönmək; 

-

 

nizam-intizam qaydalarını pozmaq; 



-

 

zalda  yerini  dəyişmək,    gəzişmək,  yerindən  durmaq  və  bu  kimi  hallarla  imtahanın 

gedişinə mane olmaq; 

-

 

başqasının  cavab  kartına,    sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına  və  sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

-

 

“İmtahan başlandı!” elan olunan andan “İmtahan qurtardı” elan olunanadək imtahan 

zalından çıxmaq;  

-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

cavab  kartını  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  vermədən  imtahan  zalından 

çıxmaq. 

DİQQƏT!  Belə  hallara  yol  verən  namizədlər  imtahandan  xaric  olunacaq  və 

onların imtahan nəticələri DİM tərəfindən ləğv olunacaqdır. 

DİM-in namizədin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da  aşkar 

etmək üçün müxtəlif üsulları vardır. 

  İmtahanda  hər  hansı  bir  pozuntuya  və  saxtakarlığa  yol  verməsinə  görə  (saxta 

sənəd təqdim etmə, köçürmə, köçürməyə şərait yaratma, imtahana öz yerinə başqasını 

göndərmə  və  qəbul  qaydalarına  zidd  digər  hərəkətlər)  namizədin    imtahan 

nəticələrinin  ləğv  olunması  və  onun  haqqında  müvafiq  hüquqi  tədbirlərin  görülməsi 

nəzərdə  tutulmuşdur.  Siz  cavab  kartının  2-ci  bölməsində  belə  hallara  yol 

verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız. 

  Əgər  siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq 

nəzarətçiyə müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və ya 

DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin. 

  Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi 

zamanı nizam-intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra sizin 

onlara  sual  verməniz,  onların  sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat  almaq  üçün 

müraciət etməsi imtahan qaydalarına ziddir.  

  Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa, 

bu  barədə  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan  binasından 

çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır. 



  

Sizə müvəffəqiyyətlər arzulayırıq! 

Yüklə 40,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə