49
şöbəsinin müdirinə xəbərdarlıq etdi ki, heç kim Pişəvərinin həlak olmasından xəbər
tutmamalıdır. Ancaq 2-3 gün sonra İran radiosu bu xəbəri yaydı.
Əvvələr Yemelyanovun mənə münasibəti çox yaxşı idi. O hətta məni nazirliyin IV
şöbəsinə müdir qoymağın vaxtı çatdığını da söyləmişdi. Ancaq qəzadan sonra onun mənə
münasibəti kəskin şəkildə dəyişdi. Yemelyanov Yevlağa gələndə mən ondan soruşdum ki,
Pişəvərinin həlak olma səbəblərini araşdıran istintaqın nəticələri necədir? Yemelyanov çox
acıqlandı və dedi: “Respublikanın sahibi kimdir? Mən və Bağırov, ya sən?”.
Söhbət əsnasında mən bildirdim ki, nümayəndələrimizin İrandakı fəaliyyətlərinin düzgün
olmaması oradakı inqilabi 20 il ləngitdi. Bu, Yemelyanovu daha çox acıqlandırdı.
Bundan sonra təqiblər başladı və onunla nəticələndi ki, məni DTN orqanlarından xaric
etdilər. Mən Azərbaycan KP MK-ya gəlib Yemelyanovun qanunsuz hərəkətlərindən Bağırova
şikayət etmək istədim.
Bu barədə Novikovaya danışdım, o isə məni Bağırovun yanına buraxmadı.
Pişəvərinin həlak olma səbəblərini araşdırmaq üçün Moskvadan SSRİ DTN əməkdaşları
Bakıya gəldilər. Yemelyanov, Yaqubv və Quliyev işi elə qurdular ki, qəzadan sonra Pişəvərinin
özü ilə danışdığıma baxmayaraq, məni dindirməyə çağırmadılar və məndən heç bir şey
soruşmadılar. Mən buradan belə nəticə çıxarıram ki, mənim bu iş barədə öz fikirlərimi,
şübhələrimi Moskvadan gələnlərə danışmağım Bağırova və Yemelyanova sərfəli deyilmiş.
Bir fakt da nəzəri cəlb edir ki, Pişəvəri mühafizə olunmurdu. Ondan əlavə Pişəvəri qəza
yerindən 70 kilometr aralıda, Kirovabad şəhərində olan oğlunu gətirməyi xahiş etmişdi. Oğlu ən
uzağı bir saat ərzində atasına çatdırıla bilərdi. Ancaq Pişəvərinin bu xahişi yerinə yetirilmədi.
Oğlunun o vaxt 20 yaşı vardı. Pişəvəri bir sutkaya qədər sağ qaldı və bütün bu müddət ərzində
huşu özündə idi. Görünür, ehtiyat ediblər ki, Pişəvəri qəzanın təsadüfi olmadığını oğluna danışa
bilər.
Çox qəribədir ki, Pişəvərinin işi üzrə nə Sarkisov, nə də Fərəcov dindirilib.
Mən belə hesab edirəm ki, Pişəvəri öldürülüb, ancaq kim öldürüb,
bu barədə mənim
əlimdə əsaslı dəlil yoxdur. Hər halda mən əminəm ki, Pişəvərinin ölümündə Bağırovun,
Yemelyanovun, Yaqubovun və Quliyevin əli var. Həmin qəza vaxtı onların özlərini çox şübhəli
aparması mənim bu fikrə gəlməyimə əsas verir.
Şahid__–_Qoryayev_Fyodor_Yakovleviç'>Şahid – Qoryayev Fyodor Yakovleviç
1936-cı ilədək mən Azərbaycan “NKVD”-sinin sərhəd qoşunlarında çalışırdım və DTN-
lə heç bir əlaqəm yox idi.
1937-ci ildə respublikada kütləvi həbslərə başlananda məni “NKVD”-nin əməliyyat
müvəkkili vəzifəsinə təyin etdilər.
Elə xidmətə başladığım ilk gündən dustaqların döyülməsi, onlara əzab-əziyyət, işgəncə
verilməsi halları ilə üzləşmir. Dustaqların istintaq zamanı döyülməsi kütləvi xarakter daşıyırdı.
Özünü günahkar saymayan, heç bir əksinqilabi təşkilata üzv olmadığını israrla bildirən hər bir
dustaq döyülürdü. Dustağın düz danışıb-danışmamağı nəzərə alınmırdı.
Qəddarcasına rəftar və amansız repressiyalar nəticəsində dustaqların çoxusu döyülür,
işgəncəyə tab gətirməyərək, müstəntiqlərin tərtib etdiyi protokollara qol çəkir, əksinqilabi
təşkilatın üzvü olduqlarını “boyunlarına alırdılar”.
Bəzi müttəhimlər özlərini məcburiyyət qarşısında günahkar saydıqdan sonra guya
təşkilatın üzvü olan daha 40-50 adamın adını da verirdilər.
Şöbədə bir müddət işləyəndən sonra mən əmin oldum ki, istintaq protokollarına antisovet
təşkilatın üzvləri kimi qeyd olunan adamların adları müstəqil şəkildə müstəntiqlər tərəfindən
daxil edilir, ya da müttəhimə məcburən dedirtdirilirdi.
Azərbaycan K(b)P MK-nın məsul işçiləri Lazarev və Məryəm Mirqədimovanın
istintaqını yaxşı xatırlayıram.
50
Istintaq zamanı Lazarevi Kudin və Qriqoryan Mirqədirovanı isə Kudin və XV şöbənin
əməliyyat müvəkkili Jeltenkova döyürdü. Lazarevi o günə salmışdılar ki, “istintaq”dan sonra onu
bir neçə gün Kudinin otağında saxladılar, kameraya – dustaqların arasına buraxmaqdan
çəkindilər. Nəticədə Lazarevdən “etiraf” ifadəsi ala bildilər. Kudin otaq-otaq gəzib, Lazarevi
“kaspar”ın böyük rəhbərləri barədə ifadə verməyə məcbur etdiyini lovğalıqla söyləyirdi,
Lazarevin sonrakı taleyindən xəbərim yoxdur.
Mirqədirova isə möhkəm döyüləndən sonra da heç nəyi boynuna almadı. Bundan sonra
Kudin onu “stoyka” durmağa məcbur etdi. Bir neçə gün üstə saxlandıqdan sonra dustaqların
ayaqları şişir, aşağı ətraflara qanın çox axması nəticəsində, beyinin qanla təminatı pozulur, üç
sutkadan sonra dustaqlar huşunu itirir, onları qara basır, döşəməyə yıxılırdılar. Şəxsən mən onun
yanında 2-3 dəfə gecə 11-12-dən səhər saat 8-9-a qədər “növbətçi” qalmışam. Onunla danışmaq
qadağan olunmuşdu. Əgər “etiraf” ifadəsi verməyə razı olarsa, ona yalnız mürəkkəb və kağız
verə bilərdim. Ancaq Mirqədirova bütün işgəncələrə dözdü, heç bir ifadə vermədi.
Mirqədirovanın və Lazarevin ittihamı üzrə iş xalq komissarı Rayevin və MK katibi
Bağırovun xüsusi uçotunda idi. Onlar dəfələrlə Rayevin otağına, Bağırovun istintaqına
gətirilirdilər.
Şahid - Jeltenkova Yevdokiya Alekseyevnanın dediklərindən:
Belə demək doğru olar ki, XI şöbənin bütün müstəntiqləri dustaqları döyürdülər. Onları
xüsusilə axşamlar və gecə vaxtı daha çox döyürdülər, bütün otaqlardan döyülənlərin ürək
parçalayan bağırtı və hıçqırıqları eşidilirdi.
XI şöbənin müdrik Qriqoryan idi. Dustaqlar döyülən zaman bizim – texniki işçilərin
otaqlara daxil olmasına icazə verilmirdi.
Bir dəfə, deyəsən, 1938-ci ilin yayında 2-ci şöbənin rəisi Kudin məni otağına çağırdı.
Mən onun otağına daxil olarkən əməliyyat müvəkkili Kruçenkov və Bakı partiya komitəsinin
keçmiş işçisi, dustaq Mirqədirova da orada idi.
Kudin Mirqədirovaya divana uzanmağı əmr etdi, mənə isə işarə etdi ki, onun paltarını
qaldırım. Bundan sonra Kudin onun kürəklərinə, sağrılarına rezin dəyənəklə vurmağa başladı.
Elə ilk zərbədən sonra Mirqədirovanın kürəyinə və sağrılarında qancıqlar, yaralar əmələ gəldi.
Mirqədirova çağırır, ağlayırdı. Kudin isə əl saxlamırdı. 10-15 dəqiqə dayanmadan döyüləndən
sonra Mirqədirova huşunu itirdi. Onun üzünə su çiləyib özünə gətirdilər. Kudin onu yenidən
döyməyə başladı.
SUAL: Kudinin işi ilə bağlı Kryuçenkov 1939-cu ildə istintaq zamanı verdiyi ifadədə
göstərirdi ki, Mirqədirova döyülən
zaman onun əllərini tutan, dəsmalı ağzına tıxayan siz
olmusunuz.
CAVAB: Əgər Kryuçenkov hələ 1939-cu ildə belə deyibsə, deməli elə də olub. Ancaq
şəxsən mən bu detalı xatırlamıram. Mirqədirova döyülən zaman otaqda olduğum yaxşı
yadımdadır, ancaq onun ağzını dəsmalla tıxayıb əllərini tutmağım yadıma gəlmir.
Dustaqları döymək üçün Kudinin xüsusi rezin dəyənəyi və bambuk ağacından çubuğu var
idi.
Mən belə bir hadisəni xatırlayıram ki, XI şöbənin müstəntiqi tərəfindən döyülən bir
dustaq işgəncələrə dözməyib ölmüşdü. Həmin dustağın familiyası yadımda deyil, onu bilirəm ki,
o, Xəzər gəmiciliyi idarəsinin işçisi idi.
Qoryayev Fyodor Yakovleviç
SUAL: Dustaqları özü və başqaları barədə böhtançı ifadələr verməyə məcbur etmək üçün
hansı işgəncə üsulundan istifadə edirdilər?