1. Texniki mexanika haqqında məlumat


Söküləbilən birləşmələr.İşgil birləşməsi



Yüklə 15,78 Mb.
səhifə39/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   31   32   33   34   35   36   37   38   39
Texniki mexanika (1)

60.Söküləbilən birləşmələr.İşgil birləşməsi
Val və ox üzərində fırlanan yaxud yırğalanan maşın detallarını bərkitmək üçün işgil adlanan detaldan istifadə edilir. Bu məqsədlə valda və onun üzərində oturdulmuş maşın detalının topunda açılmış novda işgil yerləşdirilir. İşgil birləşməsi konstruksiyasının sadəliyi və etibarlılığı asanlıqla yığılıb sökülməsi onun müsbət xüsusiyyətidir. Mənfi cəhəti isə val üzərində işgil üçün yuva açıldığından valın möhkəmliyinin xeyli zəifləməsidir. Konstruksiyalarına görə işgillər 2 qrupa bölünür :

1. Pazşəkilli işgil;

2. Prizmatik işgil.

3. Seqmentşəkilli işgil.



Pazşəkilli işgillər val ilə topda açılmış yuvaya müəyyən qüvvə ilə geydirildiyindən burada xarici qüvvə tətbiq olunmadan gərginlik yaranır.

Pazşəkilli işgilər gərginlikli birləşmə olub həm burucu momenti, həm də valın oxu istiqamətində təsir edən qüvvəni ötürə bilir. Bu işgillərdən yalnız dəqiq mərkəzləşdirilməsi tələb edilməyən birləşmələrdə istifadə edilir.




Prizmatik işgillər val və topda açılmış yuvaya heç bir xarici qüvvə tətbiq etmədən sərbəst oturdulur. Prizmatik işgil birləşməsi gərginliksiz birləşmə olub, yalnız burucu momenti ötürə bilir.





Prizmatik işgillər təyinatına görə 2 qrupa bölünür :

1. Adi işgillər;



2. İstiqamətverici işgillər.


Adi işgillər val üzərində bərkidilmir, istiqamətverici işgillər isə val üzərinə vint vasitəsilə bərkidilir. Maşınqayırmada ən geniş yayılmış texnoloji cəhətdən əlverişli olan seqmentşəkilli işgillərdir ki, bunlar da əsas etibarilə kiçik burucu momenti ötürmək üçündür.



Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə