1. Texniki mexanika haqqında məlumat



Yüklə 15,78 Mb.
səhifə35/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   31   32   33   34   35   36   37   38   39
Texniki mexanika (1)

56.Oxlar və vallar


Fırlanan maşın hissələrini öz üzərində saxlayan hissələrə oxlar və ya vallar deyilir. Oxlar və vallar konstruktiv cəhətdə n bir - birindən fərqlənmir. İş şəraitinə görə fərqlənirlər. Ox fırlanan maşın hissələrini öz üzərində saxlamaqla yalnız əyilmə deformasiyasına işləyir. Onlar burucu momenti ötürmür. Üzərində saxladıqları detallara nisbətən onlar ya tərpənməz hazırlanır ya da onlarla birlikdə fırlanan hazırlanır.



Vallar fırlanan maşın detallarını öz üzərində saxlamaqla burucu momenti ötürür, həm əyilməyə, həm də burulmaya işləyir.Ox əsasən silindrik formada olub sabit diametrli hamar dəyişən diametrli - pilləli hazırlanır. Ox və vallar en kəsiyinin formasına görə bütöv yaxud yüngül olsul deyə içi boş hazırlanır. Ox və vallar öz növbəsində hərəkətsiz dayaq hissələrinə yataqlara və dabanaltılara birləşirlər. Ox və valların bilavasitə dayaqlarla qovuşan hissəsinə sapfa deyilir. Ox və valların yan üzləri və aralıq çıxıntılar daban və ya çiyinlik adlanır. Təyinatına görə ümumi təyinatlı və xüssusi təyinatlı vallar olur. Ümumi təyinatlı vallar ötürmə vallarıdır. Həndəsi oxunun formasına görə düz və dirsəkli olur. Ümumi təyinatlı vallar konstruksiyalarına görə aşağıdakı növlərə bölünür.

  1. Sabit diametrli - hamar.

  2. Dəyişən diametrli - pilləli.

  3. Şlistli val.

  4. Flanslı val.

  5. Üzərində dişli çarx, sonsuz vint açılmış val.

  6. Kardan valı.

  7. Elastik məftil vallar.

Ox və valları hesablamaq üçün onların üzərində oturdulmuş dişli çarxlardan, qasnaqlardan, ulduzcuqlardan, oxa və vala ötürülən qüvvələrin tətbiq nöqtələrini, qiymətini, eləcə də dayaq reaksiyalarını bilmək lazımdır.


Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə