1. Texniki mexanika haqqında məlumat


Sökülməyən birləşmələr. Qaynaq birləşməsi



Yüklə 15,78 Mb.
səhifə38/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   31   32   33   34   35   36   37   38   39
Texniki mexanika (1)

59.Sökülməyən birləşmələr. Qaynaq birləşməsi
Maşın detalları bir - birilə sökülə bilən və sökülə bilməyən halda birləşdirilə bilər. Sökülə bilən birləşmə zamanı birləşdirici elementlərə heç bir zərər dəymədən sökülüb yığılır. Sökülə bilməyən birləşmə zamanı isə birlədirici elementi sındrıb dağıtmadan sökmək mümkün deyil. Qaynaq birləşməsi sökülə bilməyən birləşmə olub, detalları əriyənə yaxud plastikləşənə qədər qızdırılması, bunun nəticəsində detalların molekulyar ilişmə qüvvəsindən istifadə edilməsinə əsaslanan birləşmədir. Qaynaq prosesinin təkmilləşməsinin möhkəmliyinin artırılması, ucuz başa gəlməsi nəticəsində qaynaq birləşmələri daha geniş tətbiq olunmaqla pərçim birləşmələrinin sıxışdırıb aradan çıxarır. Bu birləşmə az əmək tələb edir. İstifadə olunan avadanlıq ucuzdur. Prosesin avtomatlaşması mümkündür və s. Qaynağın ən geniş tətbiq olunan üsulu elektrik qaynağıdır ki, bunun da əsas növü elektrik qövs qaynağı və kontakt qaynağıdır. Birləşdirilən detalların qarşılıqlı vəziyyətinə görə qaynaq tikişləri aşağıdakı qruplara bölünür :

  1. Uc - uca qaynaq tikişi;

  2. Bucaq qaynaq tikişi;

Qaynaq olunan detalların qalınlığına görə uc - uca qaynaq tikişi; müxtəlif növlərə bölünür:

  1. 5 mm - dək qalınlığında təbəqələri qaynaq edərkən istifadə olunan, ucları emal edilməyən enişsiz tikiş. Avtomatik qaynaqdan istifadə etdikdə təbəqə qalınlığını artırmaq mümkündür.

  2. V şəkilli tikiş - bu qaynağa başlamazdan qabaq detalların uclarını çəpinə kəsərək V şəkilli növ əmələ gətirilir. Bu zaman təbəqənin qalınlığı 4¸26mm olur.

  3. X şəkilli tikiş - qaynaq edilən detalların qalınlığı 12 ¸ 60 mm olduqda işlədilir. Bu zaman detalların ucları hər iki üzdən çəpinə kəsilir və X şəkilli növ alınır.

  4. U şəkilli tikiş - qaynaqq edilən detalların qalınlığı 20 ¸ 60 mm olduqda işlədilir.

  5. K şəkilli tikiş - qaynaq edilən detalların qalınlığı 12 ¸ 60 mm olduqda işlədilir.




Bucaq qaynaq tikişlərindən istifadə edərkən detalların üst - üstə tavr şəkilli və üstlüklər vasitəsilə birləşdirirlər. Üst - üstə birləşmədə qaynaq tikişi qüvvənin təsir xəttinə perpendikulyar, paralel bucaq altında birləşə bilər. Qüvvənin təsir xəttinə perpendikulyar birləşən tikişə alın qaynaq tikişi, paralel yerləşən tikişə cinah qaynaq tikişi deyilir. En kəsiyinin formasına görə aşağıdakı bucaq qaynaq tikişləri vardır :

1. Normal tikişlər;

2. Yüngülləşdirilmiş tikişlər;

3. Gücləndirilmiş tikişlər.

Kipliyi artırmaq üçün tıxac tipli tikişlərdən istifadə olunur. Qaynaq birləşməsini layihələndirərkən tikişin növünü elə seçmək lazımdır ki, orada qaynaq tikişi və birləşdirilən detallar eyni möhkəmliyə malik olsunlar.



Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə