1. Texniki mexanika haqqında məlumat


Silindirik çəpdişli çarxlar



Yüklə 15,78 Mb.
səhifə31/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   27   28   29   30   31   32   33   34   ...   39
Texniki mexanika (1)

51.Silindirik çəpdişli çarxlar

Çəpdişli silindrik çarxlarda dişlər, fırlanma oxuna nisbətən müəyyən bucaq altında yerləşir. Çəpdişli silindrik çarxlarla ötürmə düzdişli silindrik çarxlarla ötürmədən fərqli olaraq aşağıdakı müsbət cəhətlərə malikdir:



  1. Ötürmə səlis və səssiz olur, çünki belə ötürmədə dişlər ilişməyə dişin bütün uzunluğu boyunca birdən deyil, tədricən daxil olur. Burada bir diş ilişmədən çıxmamış o biri diş ilişməyə daxil olur.

  2. Qapanma şmsalı düzdişli çarxlara nisbətən artıq olduğundan dişlərin sayını az götürmək olar. Çəpdişli silindrik çarx üçün dişlərin minimum sayını, düzdişli çarxın dişlərinin minimum sayına görə, təqribi olaraq aşağıdakı asılılıq üzrə qəbul edirlər.

Zmin. çəp = Zmin. düz cos3




  1. Düzdişli çarxlara nisbətən 20 – 25 % artıq qüvvə qəbul edə bilir.

  2. Ötürmə ədədini, bir cüt dişli çarx üçün i = 20 – yə qədər artırmaq olar.

Çəpdişli çarxın əsas mənfi cəhəti ondan ibarətdir ki, hərəkəti ötürən zaman valın oxu istiqamətində təsir edən ox boyu qüvvə yaranır. Yaranan bu ox boyu qüvvəni qəbul etmək üçün isə çəpdişli çarxın valını xüsusi dayaqlarda oturtmaq lazım gəlir. Bu qüvvənin qiyməti dişin maillik bucağı  artdıqca böyüyür. DÜİST 2185 – 66 üzrə çəpdişli çarxlarda dişin maillik bucağı  = 80 150 qəbul olunur. Maillik bucağının bu qiymətlərində ötürmənin səlis işləməsi və yüksək yükdaşıma qabiliyyəti əldə etməklə, yaranan ox boyu qüvvə də kiçik olur.


Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə