1. Texniki mexanika haqqında məlumat



Yüklə 15,78 Mb.
səhifə34/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   31   32   33   34   35   36   37   38   39
Texniki mexanika (1)

55.Zəncir ötürməsi.

Zəncir ötürməsi elastik əlaqəli ötürmələrə aiddir. Ötürmə aparan və aparılan ulduzcuqlardan və onları əhatə edən zəncirdən ibarətdir. Zəncir ötürməsini metal kəsən dəzgahlarda,nəqliyyat,dağ-mədən, inşaat,neft,kənd təsərrüfatı maşınlarında və.s-də dişli çarxlardan istifadə etmək əlverişli olmadıqda, qayış ötürməsi isə kifayət qədər etibarlı olmadıqda paralel vallar arasında hərəkəti ötürmək üçün tətbiq edirlər.

Zəncir ötürməsi gücü 120 kvt-dək və çevrəvi sürət 15 m/san-dək olduqda daha çox tətbiq olunur.

Təyinatına görə zəncirləri aşağıdakı növlərə bölürlər:

1.İntiqal zəncirləri-hərəkəti ötürmək üçün istifadə olunur.

2.Dartı zəncirləri- dartma elementi şəklində,məs:lövhəli konveyerlərdə, eskalatorlarda və.s.

3.Yük zəncirləri-yükqaldırıcı maşınlarda yüklərin bağlanması və qaldırılma-sı üçün istifadə olunur.

İntiqal zəncirləri konustruksiyalarına görə aşağıdakı növlərə ayrılır:

-oymaqlı;

-diyircəkli;

-dişli;

Zəncirin əsas həndəsi xarakteristikaları onun addımı və enidir.




Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə