1. Texniki mexanika haqqında məlumat


Muftalar haqqında ümumi məlumat



Yüklə 15,78 Mb.
səhifə37/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   31   32   33   34   35   36   37   38   39
Texniki mexanika (1)

58Muftalar haqqında ümumi məlumat.
Muftalar - valları, oxları və fırlanan maşın hissələrini bir - birinə birləşdirmək və onlar arasında burucu momenti ötürmək üçün istifadə olunan quruluşlardır. Təyinatına görə muftalar aşağıdakı qruplara bölünür :

  1. Sabit muftalar;

  2. İdarə olunan ilişmə muftaları;

  3. Özü idarə olunan avtomatik muftalar.

    1. Sabit muftalar valları bir - biri ilə daimi birləşdirir. Onları ayırmaq üçün muftanı sökmək lazımdır. Bu qrupa a) qapalı muftalar - oymaq, flans yaxud diskli və s. muftalar; b) kompensəedici muftalar - yumruqcuqlu, dişli, oymaqlı, zəncir və s. muftalar; c) elastik muftalar - oymaqlı, barmaqlı, yayı olan muftalar və s. daxildir.

    1. İdarə olunan ilişmə muftaları - maşın işləyən zaman, yəni onu dayandırmadan birləşdirib ayırmağa imkan verir. Bu qrupa a) yumruqcuqlu və dişli muftalar; b) friksion muftalar - diskli, konuslu, silindrik friksion muftalar; c) elektromaqnitli friksion və s. muftalar.



3. Özü idarə olunan avtomatik muftalar maşın və mexanizlərin iş rejimi dəyişdikdə valları avtomatik olaraq birləşdirib ayırır. Bu muftalar ötürülən burucu momentə, hərəkətin istiqamətinə, sürətinə, eləcə də yola və s. görə idarə olunur. Bu qrupa qoruyucu, sərbəst gediş, mərkəzdənqaçma və s. muftalar aiddir. Muftaların əsas növləri müvafiq DÜİST və normalar üzrə hazırlanır. Onların əsas ölçüləri ötürdükləri burucu momentə görə tapılır. Burucu moment iş rejimindən asılı olaraq dəyişdiyinə görə muftaların hesablanması burucu momenti nominal qiymətinə görə aparılır.

μn = β · μb

μn - hesabi moment, μb - nominal moment, β - iş rejimi əmsalıdır.β =1,25 ¸ 4


Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə