1. Texniki mexanika haqqında məlumat



Yüklə 15,78 Mb.
səhifə32/39
tarix24.03.2022
ölçüsü15,78 Mb.
#84680
1   ...   28   29   30   31   32   33   34   35   ...   39
Texniki mexanika (1)

53.Sonsuz vint ötürmələri


Hərəkəti, oxları müxtəlif bucaq altında çarpazlaşan vallar arasında ötürmək üçün sonsuz vint ötürməsindən itifadə edirlər. Belə ötürmə, oxları düzbucaq altında çarpazlaşan vallar arasında daha geniş tətbiq olunur. Sonsuz vint ötürməsi 2 əsas hissədən : üzərində trapesiya və ya ona yaxın profilli yivi olan vintdən - sonsuz vintdən və xüsusi formalı dişləri olan çəpdişli çarxlardan sonsuz vint çarxından ibarətdir.





Sonsuz vint ötürməsində hərəkət, əsasən sonsuz vintdən sonsuz vint çarxına ötürülür. Hərəkəti sonsuz vint çarxından sonsuz vintə də ötürmək mümkündür. Lakin bu haldan çox az istifadə edilir, çünki ötürmənin f.i.ə. kiçik alınır.

Sonsuz vint ötürməsi maşınqayırmada - reduktorlarda, dəzgahlarda, yükqaldıran və nəql edən maşınlarda, nəzarət ölçü cihazlarında və s. geniş yayılmışdır. Sonsuz vint ötürməsi aşağıdakı üstünlüklərə malikdir :



  1. Sonsuz vint yüksək dövrlər sayında ötürmə səssiz və səlis işləyir;

  2. Ötürmə ədədi böyük götürülə bilər. Adi sonsuz vint ötürmələrində ötürmə ədədi i = 8  100 - ə qədər, xüsusi hallarda isə 300 - ə, bəzən də 1000 - ə çatır;

  3. Ötürmə yığcam olur;

  4. Ötürmə öz - özünə tormozlanan hazırlana bilər.

Sonsuz vint ötürməsinin aşağıdakı nöqsan cəhətləri vardır :

  1. f.i.ə. kiçikdir;

  2. Dişli çarxlarla ötürməyə nisbətən az gün ötürür, sonsuz vint ötürmələrini 200 kvt - a qədər, daha çox isə 50 kvt - a qədər gücləri ötürmək üçün tətbiq edirlər;

  3. Hazırlanması üçün yüksək keyfiyyətli sürtünmə - ziddi materiallar işlədilir;

  4. Yiv və dişlərin açılması üçün baha başa gələn alətlər tələb olunur.

Sonsuz vint ötürmələrində vint adətən val ilə birlikdə bütöv hazırlanır, bəzən isə sonsuz vintin diametri böyük olduqda vint ayrıca hazırlanır və işgil vasitəsilə val üzərində oturdulur.


Yüklə 15,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə