1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Təsviri incəsənətin janrları



Yüklə 301,97 Kb.
səhifə12/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   8   9   10   11   12   13   14   15   ...   64
tesviriince

3.Təsviri incəsənətin janrları.

Təsviri incəsənət əsərləri məzmunundan asılı olaraq müxtəlif janrlara ayrılır. Bu janrlardan bəziləri unversaldir; belə ki, onlardan həm rəngkarlıqda, həm qrafikada, həm də heykəltəraşlıqda geniş istifadə olunur. Bunlar portret, mənzərə, məişət, tarixi, bataliya,animalist və s. janrlardır. Elə janrlar da var ki, onlar təsviri incəsənətin hər hansı bir növündə daha çox istifsdə olunur. Məsələn, natürmort janrı qrafikadan daha çox rəngkarlıq əsərləri üçün xarakterikdir. Karikatura janrı isə daha çox qrafika janrı üçünmünasibdir. Çox nadir hallarda rəngkarlıqda və ya heykəltəraşlıqda bu janrda yaradılmış əsərlərə rast gəlinir. Müasir rəssamlıq sənətində animalist, portret, natürmort, məişət. mənzərə, tarixi, batal və digər janrlar vardır.

Qeyd etmək lazımdır ki, təsviri incəsənətdə janrlar müxtəlif vaxtlarda meydana çıxmışdır. Bunlardan ən qədimi - animalist janrdır. Belə ki. ibtidai rəssamlar məhz bu janrda bir-birindən dəyərli rəsmlər yaratmışlar.

Təsviri incəsənətin rəngkarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi incəsənət növlərində rəssamlar heyvanların və quşların təsvirinə çox geniş yer verilmişlər. Bütün bunlar təsviri incəsənətdə - animalist janrın meydana çıxmasına səbəb olmuşdur. “Animal” - latın dilindən götrülüb mənası, “heyvan” deməkdir Təsviri incəsənətdə heyvan və quşların təsvirini yaradanlara - animalist rəssamlar deyilir.

Ən qədim heyvan və quş təsvirlərinə sənətşünaslar mağaralarda, daşdan, ağacdan, sümükdən yonulmuş heykəllərdə, qədim ov və əmək alətlərinin, məişət əşyalarının üzərində rast gəlirlər. Qədim Qobustan qayaliqlarindaki bir çox təsvirlərdəki maral, keçi, öküz rəsmləri də diqqəti cəlb edir.

Antik dövrdə, orta əsrlərdə və İntibah dövrünün incəsənətində animalist janrda yaradılmış əsərlər xüsusi yer tutur. Animalist rəssamların yaradıcılığı heyvanlar aləminin dəqiq öyrənilməsi əsasında qurulur. Müxtəlif heyvanların və quşların həyat tərzi, başlıca xüsusiyyətləri animalist rəssamların həmişə diqqət mərkəzində olur. Animalist janrda yaradılmış əsərlərindən A.Qazıyev “Dəvəquşular”, V.Vataqin “Kann antilopları” nümunələrini göstərmək olar.

Qədim zamanlardan rəssamlar təbiət təsvirinə də böyük maraq göstərmişlər. Belə əsərlər mənzərə janrına aid edilmişdir. Mənzərə janrı Asiyada - Avropadan bir neçə əsr əvvəl meydana gəlmişdir. Mənzərə əsərləri mövzu etibarı ilə müxtəlif olur: məsələn, iqlim və lanşaftların, təbiətin müxtəlif guşələrinin (dağ, dərə, çay, meşə, çəmən, səhra və s.), təbiət hadisələrinin (tufan, ildırım, yağış, qar), dəniz mənzərələrinin təsviri də buraya aiddir. Dəniz mənzərələrinin təsvirinə “manna”, onları çəkən rəssamlara isə “marinist” deyirir.

Mənzərə janrında yaranmış əsərlərdə rəssamlar, təbiətin füsunkarlığını, bütün izəlliyini, al-əlvanlığım olduğu kimi təsvir etməyə çalışmışlar.Azərbaycan rəssamlarından Səttar Bəhlulzadə “Qudyalçay sahilində”, Böyükağa Mirzəzadə “Neft daşları”, Fərhad Xəlilov “Yazın qələbəsi” və başqaları mənzərə janrında çox dəyəril sənət əsərləri yaratmışlar.

Portret - təsviri incəsənətin ən geniş yayılmış janrlarından biridir. Portret janrında yaradılmış əsərlərdə konkret şəxslərin (yaxud bir qrup adamın) zahiri oxşarlığı, xarakterik xüsusiyyətləri, fərdi cizgiləri təsvir olunur. Bu janr beş min il əvvəl Qədim Misirdə çox yüksək səviyyədə inkişaf etmişdir. Onun müxtəlif növlə-ri var: tək, cüt, qrup halında, avtoportret, qurşağa qədər, büst və bütöv fiqur.

Portret janrında rəssam konkret şəxsin təsviri vasitəsilə öz müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışır. Əsl rəssam təsvir etdiyi şəxsin yalnız zahiri, bəzən də təsadüfi cizgilərinin surətini çıxartmaqla kifayətlənmir, o hər bir adamın daxili simasını onun ilk baxışdan görünməyən xarakterik cəhətlərini axtarıb tapır və üzə çıxarır. Məşhur alman filosofu A.Şopenhauzerin portret janrı haqqında aşağıdakı sözlərini xatırlatmaq istərdik: “ insanın özü , onun haqqında ağızından daha çox şey deyir ….”

Portret janrında natura əsas rol oynasa da rəssam, təsvir edəcəyi insanın daxili aləmini, xarakterik xüsusiyyətlərini, şəxsi keyfiyyətlərini, sənətini, peşəsini hərtərəfli öyrənir. O, təsvir etdiyi portretdə hamının görə bilmədiyi fərdi cizgiləri, şəxsi keyfiyyətləri, psixoloji durumu görməyi öyrənir və onu təsvir etməyə çalışır.

Təsviri incəsənət tarixində fərdi və qrup halında portretlərin məşhur ustası Holland rəssamı Rembrandt olmuşdur. O, fərdi və qrup portretləri üçün səciyyəvi olan şərtilikdən uzaqlaşaraq, bu janrda parlaq əsərlər yaratmış, hətta onun imkanlarını xeyli genişləndirmişdir. Rembrandtın portret janrında yaratdığı “Doktor Tyulpun anatomiya dərsi”, “Gecə keşikçiləri”, “Qoca kişi”, “Qoca qadın”, “Avtoportret” və digər əsərləri çox məhşurdur.

Azərbaycan təsviri incəsənətində də bir sıra rəssamlarımız portret janrında çox dəyərli sənət əsərləri yaratmışlar. Mirzə Qədim Irəvani “Gənc qadın portreti”. Mikayıl Abdullayev “Oğlumun portreti”, Tağı.Tağıyev “ Şair H.Cavidin portreti və başqaları görkəmli elm, sənət, əmək adamlarına portretlər çəkməklə, bu janrı daha da zənginləşdirmişlər.

Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akadcmyasınin akademiki Tahir Salahovun “Bəstəkar Qara Qarayevin portreti” əsəri 1962-ci ildə keçmiş SSRİ Rəssamlıq Akadcmyasınin gümüş mükafatına layiq görülmüşdür. Bu əsərdə rəssam dahi bəstəkarın nəinki, zahiri simasını, onun daxili aləmini, sənətini peşəsini, hətta düşüncələrini də çox böyük ustalıqla təsvir edə bilmişdir. Hər şeydən əvvəl qeyd edək ki, rəssam tək fiqurlu portret təsviri üçün üfüqi istiqamətli format seçməklə, çox maraqlı kompozisiya həlli tapmışdır. Tabloda dərin düşüncələrə dalmış bəstəkar Q.Qarayev profildən (yandan) çəkilmişdir. Fonda kompozisiyanı üfüqi istiqamətdə enli zolaq şəklində bölən qara royal təsvir olun-muşdur. Bu detal dahi bəstəkarın sənətini, peşəsini açmağa kömək etməkləyanaşı, onun gərgin düşüncələr aleminə daldığını nəzərə çatdırır. Qara royal və Qara Qarayevin ağ sviterdə təsviri, ağ və qara rəngin - təzadı, işığın portretin üzərinə öndən deyil, məhz arxadan düşməsi, bəstəkarın ciddi görkəmini diqqət mərkəzinə gətirir. Buradakı forma və rəng seçimindəki cəhətlər tamaşaçıya dahi bəstəkarın yaratdığı əsərlərinin dəyərini xatırladır. Bəstəkarın insani keyfiyyətlərini, fərdi xüsusiyyətlərini, duyğularının emosionallığını göstərmişdir.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə