1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə20/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   16   17   18   19   20   21   22   23   ...   64
tesviriince

6.Heykəltaraşlığın növləri.

Heykəltəraşlıq - təsviri incəsənətin ən qədim və çox geniş yayılmış növlərindən biı idir. Ən qədim heykəllər.ışIq nümunələrinə ibtidai icma dövründə rast gəlinir. Qədim yaşayış məskənlərindən tapılmış belə heykəllərin yaradılmasında əsasən daş, ağac, sümük, gil və s. bu kimi materiallardan istifadə olunmuşdur. Müasir dövrdə isə heykəltəraşlıq əsərlərində müxtəlif materiallardan geniş istifadə olunur. Bunlara missal olaraq gil gips, mərmər , qranit , beton və s. bu kimi materialları göstərmək olar.

Qədim dünya mədəniyyətində heykəltəraşlığın inkişafı xüsusilı diqqəti cəlb edir. Qədim Misir, Yunan və Roma sənətkarlar, tərəfindən yaradılmış bir sıra heykəltəraş nümunələri dünya muzeylərinə, ən nadir və qiymətli inciləri, antik dövr mədəniyyətinin şah əsərləri hesab olunur Belə heykəltəraşlıq nümunələrinə misal olaraq Sfinks heykəli, Əbu-Simbel məbəd, qarşısında Fironların heykəli, Nifertitinin portreti; Zefsin heykəli. Pakizə Afina heykəli, Diskatan, Milos Venerası, Oktavian Avqustun heykəli, Trayanın tunc heykəli və s göstərmək olar.

Azərbaycan incəsənətində arxeoloji qazıntılar zamanı qədim insan və heyvan təsvirləri əks olunan heykəltəraşlıq nümunələrinə rast gəlinsədə, əsasən X1X-XX əsrlərdə yaradılmış heykəltəraşlıq nümunələri bədii xüsusiyyətlərinə görə daha çox diqqəti cəlb edir. Azərbaycan heykəltəraşlarına misal olaraq Fuad Əbdürrəhmanov, Tokay Məmmədov, Ömər Eldarov,İbrahim Zeynalov və başqalarını misal göstərmək olar.

Təsviri sənətin digər növlərindən fərqli olaraq heykəltəraşlıqda insan və digər predmetlərin təsvriri həcmli əks etdirilir.

Boyakarlıq və qrafikaya nisbətən heykəltəraşlıqda bədii əsərin yaradılmsinda imkanlar daha məhduddur. Burada əsasən hərəkət, siluet, həcm və s. bu kimi bədii ifadə vasitələrindən istifadə olunur. Odur ki, burada biz bəzən müəyyən anlayışın, hadisənin alleqorik və simvolik formalarda şərti surətlərlə təsviri ilə qarşılaşırıq.

Əsasən iki cür heykəltəraşlıq nümunələri məlumdur:



1.Həcmli və ya dəyirmi heykəllər (belə heykəllərə hər tərəfdən baxmaq mümkündür.

2.Relyef heykəllər (müəyyən qalınlığa malik səth üzərindən qabartma üsulu ilə yaradılır. Yandan azqabardılmış heykəllərə baralyef, yandan çox qabardılmış heykəllərə qoralyef deyilir)

Həcmli heykəllər müxtəlif vəziyyətlərdə və hərəkətdə verilmiş tək fiqur, bir-bir ilə əlaqədar olan iki və daha çox fiqurlu kompozisiyalar, kiçik ölçülü heykəllər və büstlə formasında yaradıla bilər.

Ən qədim dövrlərdən bən heykəltəraşlıq sənəti üç sahədə inkişaf elmişdir:


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə