1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə13/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   9   10   11   12   13   14   15   16   ...   64
tesviriince

Məişət janrı təsvir incəsənətinən çox geniş yayılmış janrlarından biridir. Bu janrda yaradılmış əsərlərdə müxtəlif xalqların gündəlik həyatı, məişəti təsvir olunur.

Bu janrla əlaqədar rəssam gündəlik həyatda - küçədə, evdə, ictimai aləmdə baş verən adi hadisələri yaxından müşahidə edir. Onlara əsaslanaraq sənət əsəri yaradır.

Bu baxımdan XVII əsr Holland rəssamlarının məişət janrında yaratdığı əsərlər bütün dünyada sənətşünaslar tərəfindən çox yüksək dəyərləndirilir. Bunlardan “ Qepard” , “ Tepborx” , “ Ata öyüdü” , Renuar “Səhər yeməyi” və .s göstərmək olar.

Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı xüsusi yer tutur. O, keçən əsrin əvvəllərində Azərbaycan xalqının gündəlik həyatında, məişətində, adət-ənənələrində olan bir sıra nöqsanları görmüş və onları tənqid etmişdir. “Kəndirbaz”, “Ey pul”, “Döymə, uşaqdır uşağım”, “Mal bölüşdürülməsi”, “Varlı evində Ramazan bayramı”, “Kasıb evində Ramazan bayramı”, “Oxutmuram, əl çəkin!”, “İt boğuşduranlar” və digər əsərləri rəssamın məişət janrında yaratdığı dəyərli əsərlərdəndir.

Azərbaycanın tanınmış rəssamlarından H.Məmmədov “Yay günündə”, A.Mehdiyev “Rəfiqələr”, E.Şaxtaxtinskaya “Qutab”, Y.Hüseynov “Yaradıcılıq”, M.Rəhmanzadə “Bizim qızlar”, B.Mirzəzadə “Günorta çağında”, N.Əbdürrəhmanov “Çəltik zəmisində”,“Sevimli naxış-lar”, R.Babayev “Çayçı Mamed” əsərləri də maraqla qarşılanır.

Təsviri incəsənətdə janrlar müxtəlif vaxtlarda meydana çıxmışdır. Bunların içərisində tarixi janr xüsusi yer tutur. Dünya xalqların tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar hadisələri özündə əks etdirən əsərlər - tarixi janra aiddir. Belə əsərlərdə çox qədim keçmişdə baş vermiş mühüm əhəmiyyətli - dini hekayyətlər, ictimai həyatın müxtəlif anları, yaşadığımız dövrdə şahidi olduğumuz tarixi hadisələr təsvir oluna bilər.

Görkəmli rus rəssamı V.V.Vereşaqin dünyanı gəzmiş - Qafqazda, Türkmənistanda, Hindistanda, Amerikada, Yaponiyada, Fələstində olarkən, bir çox tarixi hadisələrin şahidi olmuşdur. Onun Qafkazda olarkən yaratdığı “Şuşada Məhhərrəm ayında dini yürüş” (1865) əsəri bu gün tarixi bir fakt kimi çox dəyərlidir.

Tarixi janrda əsərlər yaratmış rəssamlardan D.Velaskesin “Beda təslimi”, V.V.Vereşaqinin “Napoleonun Kremldən qaçışı”, H.Zeynalov “Tomris və Kir , İ.E.Repinin “Ivan Qroznı və oğlu Ivan”, V I.Surikovun “Streleslərin edam səhəri”, “Boyar qadın Morozova”, V.Lomonosovun “Borodino yaxınlığında vuruşma”, S.Bəhlulzadənin “Bəzz qalasının alınması”, M.Abdullayevin, S.Şərifzadənin, B.Mirzəzadənin “Babəkin yürüşü , N.İsmayılov “ Nəsiminin edamı” əsərlərini göstərmək olar.

Tarixi janra məzmun baxımından çox yaxın olan janr - bataliya janrıdır. Bataliya janrında müharibələrlə əlaqədar olan müxtəlif hadisələr, xüsusilə, döyüş səhnələri təsvir olunur. Bıı janrda yaradılmış əsərlərdə rəssamlar müharibəyə öz münasibətlərini bildirir, döyüş səhnələrində insanların qəhrəmanlığını, hətta canlarından keçməsini real səhnələrlə, olduqca canlı və dinamik ləsvir edirlər. Delakruanın “Azadlıq barrikadadadır”, K.Xanlarovun “Cavanşirin ərəblərlə döyüşü”, A.A.Deynekanın "Sevasropolun müdafiəsi”, V.V.Vereşaqin “Ölümcül yara", Ə.Verdiyev “Babək” əsərlərini göstərmək olar.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə