1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


Təsviri incəsənətin növləri



Yüklə 301,97 Kb.
səhifə2/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   2   3   4   5   6   7   8   9   ...   64
tesviriince

2.Təsviri incəsənətin növləri.

Təsviri incəsənətin inkişafı çox qədim və zəngin inkişafı tarixi keçmişə malikdirş Cəmiyyətin müxtəlif dövrlərində, ictimai formasiyalarda inkişafı ilə əlaqədardır. Təsviri incəsənətin müxtəlif növləri və janrları meydana çıxmış və inkişaf etmişdir.



Boyakarlıq . Təsviri incəsənətin ən qədim və çox geniş yayılmış növlə biridir. Boyakarlıq əsərlərinin əsası rəsm və rənglərdən ibarətdir. Boyakarlıq əsərləri üzərində müvafiq kompozisiyanın müxtəlif boyalarla çəkilməsi ilə yaradılır Boyakarlığm müxtəlif növləri və janrları vardır. Boyakarlığın ən qədim növlərindən bırı monumental boyakarlıq əsərləridir. Monumental boyakarlıq əsərləri öz tarixini ibtidai icma döyüründən başlayır. Ən qədim dövrlərdə mağaralarda qaya üzərində boyakarlıq əsərləri öz tarixim ibtidai icma dövründən başlayır. Qaya üzərində boyakarlıq üsulu ilə işlənmiş müxtəlif təsvirlərə rast gəlinir. Boyakarlığın ən qədim ibtidai forması divar rəsmləridir. Belə təsvirlər ibtidai icma quruluşu dövründə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən başlamışdır. Hazırda müasir ictimai binaların divarlarına çəkilən rəngarəng təsvirlərə çox geniş yer verilir. Boyakarlıq əsərlərində rənglər, forma və məzmun, kolorit, işıq-kölgə, perspektiva, ritm başlıca bədii ifadə vasitəiəırindəndir.

Boyakarlıq əsərləri müxtəlif saillərdə inkişaf etmişdir. Bunlar, monumental, monumcntal-dekorativ, dəzgah, miniatür və teatr-dekorasiya sahələridir.



Monumental boyakarlıq əsərləri bir qayda olaraq, memarlıqla əlaqədar yaranmış və inkişaf etmişdir. Belə təsvirlər müxtəlif binaları daxildən və xaricdən bəzəyir. Monumental boyakarlıqda müxtəlif bedii-texniki materiallardan və üsullar-dan istifadə edilmişdir. Bunlara freska, mozaika, vitraj və yağlı divar boyakarlığı nümunələrini göstərmək olar.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə