1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə14/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   10   11   12   13   14   15   16   17   ...   64
tesviriince

Naturümort janrı Fransada XVII əsrin axırlarında meydana çıxmış və sonralar müxtəlif xalqların mədəniyyətində geniş yer tutmuşdur. Natrümort fransız sözü olub, «təbiət» deməkdir (Bir və ya bir neçə cansız əşyanın bir yerdə işlənməsinə natrümort deyilir). Bu janrlarda yaradılmış sənət nümunələrində formaların vəhdəti, rəng həlli təsviri-incəsənətin əsas qanunlarının verilinəsi ilə diqqəti cəlb edir. Rəssam təsvir olunan əşyaları və ya fiqurları bir-birindən ayıran rənglərdən, cizgilər müvazinət qanunundan, mütənasiblikdən, işıq-kölgə münasibətindən və s. istifadə etməklə təsvir olunan əşyaları daha canlı, həcmli, təbiətdə olduğu qədər gözəl təsvir etməyə çalışır. Natrümort janrında işlənmiş ən qiymətli əsərlər, əsasən, intibah dövrünün məşhur rəssamları tərəfindən böyük ustalıqla yaradılmışdır. Fransa, Hollandiya, Niderland rəssamları tərəfindən yaradılmış natrümort janrında olan əsərlər (XVII-XVIII) dünya muzeylərini bəzəyir. Azərbaycan rəssamlarından Tahir Salahov “Qırmızı bibər”, Səttar Bəhlulzadə ”Corat qovunu”, Toğrul Nərimanbəyov ”Narlar”, Mir İsmayıl Cəfərov “Payız meyvələri” və başqaları bu janrda çox maraqlı və gözəl sənət nümunələri yaratmışdırlar.


Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə