1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə8/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
tesviriince

Dəzgah qrafikasının hər hansı texnikasında yaradılmış rəsmlər həm bir rəngli , həm də çox rəngli ola bilər.

Kitab illüstrasiyası və qəzet-jurnal qrafikası əksər hallarda ədəbi əsərlərin süjeti, qəzet və jurnallarda dərc olunmuş materialla əlaqədar yaranır.

Qrafika sənətinin yeni və kütləvi formalarından sayılan plakat əsasən siyasi, reklam və texniki plakat sahələrində inkişaf etmişdir. Son zamanlar təsərrüfatın müxtəlif sahələrində texniki tərəqqini təbliğ edən plakatlara çox geniş yer verilir.



Tətbiqi qrafikaya müxtəlif materiallarda, müxtəlif texnikalarda (ağac, daş, metal, maqnezium, linolium və s. üzərində qazılmış və ya həkk olunmuş) işlənmiş rəsmlər daxil edilir.

Kompüter qrafikası qrafikanın ən son dövrlərdə yaranmış və çox sürətlə inkişaf edən növlərindəndir. Bu sahədə çox geniş yaradıcılıq imkanları vardır. Hal-hazırda ondan bir çox sahələrdə o cümlədən cizgi filmlərinin və bədii filmlərin yaradılmasında da geniş istifadə olunur.

Sənaye qrafikasına əsasən ən müasir avadanlıqlarla sənaye üsulu ilə yaradılmış qrafik təsvirlər aid edilir.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə