1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Öyrədici imlaların aparılması metodikası



Yüklə 125,57 Kb.
səhifə50/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   52
orfoqrafiya və orfoepiya

56.Öyrədici imlaların aparılması metodikası
Öyrədici imlaların aparılmasında ayrı-ayrı sözlərdən, cüm¬lə¬lər¬dən, mətnlərdən istifadə emək olar. Mətndən öyrənilən or¬foq¬ramın işləndiyi cümlələrin seçilib diktə olunması daha məqsədəuyğundur. Həmçinin müəllim diktə olunan mətnə öyrənilən və möhkəmləndirilən orfoqramları əlavə edə bilər. Ümu¬miy¬yət¬lə, imlalar üzrə işin maraqlı və səmərəli təşkili müəllimin ya¬ra¬dı¬cı işindən çox asılıdır.
Xəbərdarlıqlı imla. Qeyd etmək lazımdır ki, xəbərdarlıqlı izahlı imla, kommentarili yazı bir-birindən çox az fərqlənir. Belə ki, xəbərdarlıqlı imlada şagirdlərin səhv edə biləcəkləri güman edi¬lən orfoqramlar haqqında xəbərdarlıqlı imla yazdırılmazdan əvvəl verilir.
Kommentarili yazıda isə çətin orfoqramların izahı işi imla yazdırılan zaman aparılır. Bu izah müəllim tərəfindən yox, şagirdlər (kommentator) tərəfindən aparılır.
Xəbərdarlıqlı üçün mətn müəllim tərəfindən seçilir, təhlil edilir, hansı orfoqramın yazılışında şagirdlərin səhvə yol verə biləcəkləri dəqiq müəyyənləşdirilir və imla yazdırılarkən müxtəlif priyomlardan istifadə edilir:
-
İzahlı imla. İzahlı imla və xəbərdarlıqlı imla bir-birinə çox bənzəyir. Hər ikisi orfoqrafik cəhətdən düzgün yazı vərdişlərinin yaradılmasına xidmət edir. Fərq isə şagirdlərin səhv edə biləcəkləri güman edilən orfoqramlar haqqında xəbərdarlığın verilməsi ilə bağlıdır. İzahlı imlada izah işi imla yazdırıldıqdan sonra, xəbərdarlıqlı imlada isə imla yazdırılmazdan əvvəl verilir.
Kommentarili yazı. Kommentarili yazıda orfoqramların yazılış qaydasının izahı imlanın yazdırılması prosesində aparılır. Belə ki, vaxtında verilən xəbərdarlıq baş verə biləcək səhvlərin qarşısını alır. Orfoqrafiya təliminin səmərəli təşkili məhz səhvlə¬rin vaxtında qaşısının alınmasıdır, çünki cəhvlərin qarşısını al¬maq onu islah etməkdən asandır. Kommentarili yazı IV siniflərdə aparılır. Kommentari müxtəlif priyomlarla verilir:
- müəllim hər bir sözün yazılışına dair sual verir;
- şagird-kommentator orfoqramların yazılış qaydasını şərh edir;
- komentatorların sayı artırılır, hərə bir sözun yazılış qay¬da¬sını izah edir;
- kommentarisi verilən sözə dair nümunələr söylənilir;
- şagirdlər tərəfindən müstəqil şərhlər verilir;
- kommentarisi verilən sözlərin səs-hərf, heca təhlili aparılır;
- cümlədə kommentarisi verilən söz oxşarı ilə əvəz edilir;
- kommentaridə yeni qayda ilə yanaşı, keçılənlər də yada salınır;
- yazılışı çətin sözlərin cədvəli hazırlanır, cədvəldəki sözlərə kommentari verilir və s.
Görmə imla. Орфограfik savadlılığı təmin etmək üçün görmə imlaların müs-təsna əhəmiyyəti vardır. Görmə imlada orfoqramların iza¬hı yazı taxtasında yazılmış cümlələr və ya mətn üzərində aparılr. İzahatdan sonra mətnin üstü örtülür, müəllim diktə edərək imlanı yazdırır. Sonda yazı taxtasında yazılmış cümlələr və ya mət¬nin üstü açılır, şagirdlər öz yazdıqlarını yoxlayırlar.

Görmə imlalardan I-IV siniflərdə istifadə edilir, lakin hər sinfə uyğun material seçilir. I-II siniflərdə təqdim olunan orfoqram və ya orfoqramın tərkibində səhv yazılacağı güman edilən hərf müəyyən rənglə fərqləndirilməlidir.


Seçmə imla. Seçmə imla diktə edilən mətndən yalnız müəy¬yən sözləri seçıb yazmaq məqsədi daşıyır. Azərbaycan dilindən hər hansı mövzu ilə bağlı seçmə imla aparmaq müm¬kün¬dür. Seç¬mə imlanın aparılması tempi digər imlalara nisbətən sürətlidir.
Lüğət üzrə imla. Bu imla növü lüğət ehtiyatının zəngin¬ləş¬di¬rilməsi, yazılışı çətin sözlərin, keçilmiş qaydaya uyğun or¬foq¬ram¬ların öyrənilməsi baxımından faydalıdır. Azərbaycan dili dərs¬lərinin 5-10 dəqiqəsini lüğət üzrə imlaya həsr etmək laz¬ım¬dır. Lüğət üzrə imla bütün mövzular üzrə aparıla bilər, sözlər yazıl-dıqdan sonra əlavə tapşırıqlar da vermək olar (sözləri kök və şə¬kilçiyə ayırın, yeni qaydalara dair orfoqramların altından xətt çəkin, sözlərdən bir neçəsini təhlil edin və s.).
Lüğət üzrə imlanın aparılması üçün seçilmiş sözlər ədəbi tələffüz normalarına uy¬ğun oxunur: yazılışı çətin sözlər, çətin orfoqramlar, keçilmiş qaydaya uyğun sözlərin yazılış qaydası izah edilir. Sözlər diktə olunaraq yazdırılır, sonda sözlər oxunur və səhvlər nəzərdən keçirilir, düzəldilir.

Sərbəst imla. Bu imla növü ifadə yazıya çox oxşayır. Belə ki, imla mətni olduğu kimi yox, sagirdlərin istədiyi şəkildə ya¬zı¬lır. Şagirdlər mətndəki sözləri, cümlələri sərbəst olaraq də¬yi¬şir¬lər. Sərbəst imla bütöv bir mövzu üzrə öyrənilən orfoqrafik qay¬da¬ları əhatə edə bilir.


İfadə və sərbəst imlanı bir-birindən fərqləndirən cəhət bu¬dur ki, ifadədə mətn bütöv oxunub, yazdırılır, sərbəst imlada isə mətn hissə-hissə oxunub, yazdırılır. Sərbəst imla üçün mətn se¬çər¬kən bir sıra cəhətlər diqqət mərkəzində olmalıdır:
• mətnin həcmi;
• mətnin məzmunu;
• mətndəki çətin orfoqramların miqdarı;
• yazılışı heç bir qayda ilə yoxlanmayan sözlərin sayı;
• şagirdlərin maraq dairəsinə uyğunluğu və s.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə