1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Yazı məzmun xətti üzrə 1 – 4 cü siniflərdə aparılacaq işlərin məzmunu



Yüklə 125,57 Kb.
səhifə46/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   52
orfoqrafiya və orfoepiya

54. Yazı məzmun xətti üzrə 1 – 4 cü siniflərdə aparılacaq işlərin məzmunu
Yazı-məzmun xətti şagirdin sözləri və cümlələri aydın (oxuna bilən şəkildə) yazmasını, konkret şəraitə və məqsədə uyğun olaraq cümlələr qurmasını, fikirlərini abzaslarla ifadə etməsini, tədricən ilkin yazı üzrə bacarıqlar qazanmasını, təsviri və mühakimə xarakterli mətnlər qurmasını təmin edir.
İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri. Yazı. Şagird:
•kiçik və böyük hərfləri, sözləri və cümlələri aydın yazır;
•müşahidə etdiyi əşya və hadisələr haqqında təsviri xarakterli kiçikhəcmli mətnlər yazır;
•əməli yazı (məktub, ərizə, elan, divar qəzetinə məqalə, tərcümeyi-hal) bacarıqları nümayiş etdirir;
•yazıda kalliqrafiya, orfoqrafiya və durğu işarələri qaydalarına əməl edir.
İbtidai təhsil pilləsində yazı məzmun xətti üzrə təlim nəti­cələrinə görə I sinfin sonunda şagird hərfləri, sözləri və kiçik­həcmli mətnləri hüsnxət qaydalarına uyğun yazmalı, müşahidə xarakterli mətn qurmalı, əməli yazılar yazmağı bacarmalıdır.
İbtidai siniflərdə yazı bacarıqlarının inkişafını iki mərhələyə bölmək olar:

  1. Yazı texnikasına yiyələnmək.

  2. Düşündüyünü yazılı şəkildə ifadə etmək.

Birinci siniflərdə şagirdlərdə yazı texnikasına yiyələnmək bacarıqları formaalaşdırılmış və ikinci mərhələyə keçidin əsası qoyulmuşdur. II sinifdə isə şagirdlərə düşündüyünü yazılı formada ifadə etmək bacarığı formalaşdırılmalıdır. II sinifdə yazı işinə dair müxtəlif növ tapşırıqlardan istifadə edilir:

  • dinlənilmiş və ya oxunmuş şeiri nəsrə çevirib yazmaq;

  • oxunmuş mətnin məzmununu bir neçə cümlə ilə yazmaq;

  • mətni istədiyi(yaradıcı) tərzdə yazmaq;

  • müəllifə və ya əsərin iştirakçılarına məktub yazmaq;

  • bayram günlərində sinif yoldaşlarına açıqca yazmaq və s.

III sinifdə Yazı məzmun xətti üzrə ştandartlar aşağıdakı məzmunda(təlim nəticələri) verilir. Şagird:
1 Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2 Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və sürətlə yazır.
3 Sadə redaktə işləri aparmaqla mətni köçürür.
4 Verilmiş mətnin planını tutur və məzmununu yazır. 
5. Təsvir və nəqli xarakterli inşalar yazır.
6 . Sinif səviyyəsinə uyğun əməli yazılar yazır

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə