1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


VI sinifdə Yazı məzmun xətti üzrə ştandartlar aşağıdakı məzmunda(təlim nəticələri) verilir. Şagird



Yüklə 125,57 Kb.
səhifə47/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   52
orfoqrafiya və orfoepiya

VI sinifdə Yazı məzmun xətti üzrə ştandartlar aşağıdakı məzmunda(təlim nəticələri) verilir. Şagird:
1Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən yerində istifadə edir.
3. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.
4. Verilmiş mətni genişləndirərək məzmununu yazır. 
5. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır.
6. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, ərizə, dəvətnamə) yazır.


55.İmla və onun növləri.
İmlalar üzrə işin düzgün təşkili şagirdlərin savadlılığını artırır. Onların müvafiq bilik və bacarıqlara yiyələnməsini sürətləndirir.Müəllimlər kiçik və böyük summativ qiymətləndirmənin vasitəsi (aləti) kimi həm öyrədici, həm də yoxlayıcı imlalardan istifadə edə bilərlər.
İmlaların öyrədici və yoxlayıcı olmaqla iki qrupa ayrılması şərtidir, cünki öyrədici imlalar zamanı şagirdlərin bilmədikləri aşkara çıxarılır və islah edilir, belə bir məqamda müəllim onların bilik səviyyəsini yoxlamaq imkanına malik olur. Həmçinin yoxlama imlalar da öyrədici malik olur.
Metodik ədəbiyyatda imlaların növləri aşağıdakı kimi təsnif edilir:
diktə olunan mətni dəyişmədən yazdırılan imlalar;
diktə olunan mətni dəyişməklə yazdırılan imlalar.
Birinci və ikinci qrupa daxil olanlar öyrədici imlalardır. Bunlara xəbərdarlıqlı, izahlı, görmə, lüğət üzrə, seçmə, yaradıcı, sərbəst imlalar və kommentarili yazı daxildir. Bundan başqa yoxlama və əzbər yazı kimi imla növləri vardır.
Xəbərdarlıqlı, izahlı imla, kommentarili yazı oxşar yazı növləridir. Fərq yalnız izahın verilmə vaxtı ilə bağlıdır.
İmlaların yazdırılması metodikası. İmla yazdırarkən müəllim sinif qarşısında hamının görə biləcəyi yerdə durmalı, yerini tez-tez dəyişməməlidir. Nitqi aydın, səlis, axıcı, ifadəli, ədəbi tələffüz normalarına uyğun olmalıdır.
İmla yazdirilacaq mətn müəllim tərəfindən bir dəfə oxunmalı, şagirdlər məzmunla tanış edilməli, sonra cümlə-cümlə diktə edilib yazdırılmalıdır. Müəllim əvvəlcə cümləni bütöv oxumalı, sonra onu bitkin hissələrlə diktə etməlidir. Müəllim sinfin vəziyyətindən asılı olaraq cümləni iki dəfə təkrarlaya bilər. İkinci dəfə təkrar zamanı müəllim səs tonunu nisbətən alçaltmalıdır ki, əvvəlcədən yazan şagirdlər yenidən həmin cümləni yazmasınlar. Diktə zamanı sözlərin hecalarla deyilməsinə, səhv yazılacağı güman edilən orfoqramın tələffüzünün fərqləndirilməsinə yol verilməməlidir.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə