1. Orfoepiya təliminin nəqsəd və vəzifələri



Yüklə 125,57 Kb.
səhifə48/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   52
orfoqrafiya və orfoepiya

Xəbərdarlıqlı imla. Qeyd etmək lazımdır ki, xəbərdarlıqlı izahlı imla,
kommentarili yazı bir-birindən çox az fərqlənir. Belə ki, xəbərdarlıqlı imlada şagirdlərin səhv edə biləcəkləri güman edilən orfoqramlar haqqında xəbərdarlıqlı imla yazdınılmazdan əvvəl verilir.İzahlı imlada isə izah işi imla yazdırıldıqdan sonra aparılır. İmla yazdırıldıqdan sonra çətin orfoqramlar və ya mətndəki bütün sözlər izah edilir. Kommentarili yazıda isə çətin orfoqramların izahı işi imla yazdırılan zaman aparılır.
İzahlı imla. İzahlı imla və xəbərdarlıqlı imla bir-birinə çox bənzəyir. Hər ikisi orfoqrafik cəhətdən düzgün yazı vərdişlərinin yaradılmasına xidmət edir. Fərq isə şagirdlərin səhv edə biləcəkləri güman edilən orfoqramlar haqqında xəbərdarlığın verilməsi ilə bağlıdır. İzahlı imlada izah işi imla yazdırıldıqdan sonra, xəbərdarlıqlı imlada isə imla yazdırılmazdan əvvəl verilir.
İzahlı İmlanın aparılmasında bir sıra tələblər gözlənilir:
yazdırılacaq cümlələr və ya mətn çətin orfoqramlı sözlərlə çox
Yükləməməli;
mətnin məzmunu elmi və məntiqi cəhətdən dolğun olmalı;
Kommentarili yazı. Kommentarili yazıda orfoqramların yazılış qaydasının izahı imlanın yazdırılması prosesində aparılır. Orfoqrafiya təliminin səmərəli təşkili məhz səhvlərin vaxtında qaşısının alınmasıdır, çünki cəhvlərin qarşısını almaq onu islah etməkdən asandır. Kommentarili yazı IV siniflərdə aparılır. Kommentari müxtəlif priyomlarla verilir:
müəllim hər bir sözün yazılışına dair sual verir;
şagird-kommentator orfoqramların yazılış qaydasını şərh edir,
şagirdlər tərəfindən müstəqil şərhlər verilir,
kommentarisi verilən sözlərin səs-hərf, heca təhlili aparılır;
Görmə imla. Opporpafik savadlılığı təmin etmək üçün görmə imlaların müstəsna əhəmiyyəti vardır. Görmə imlada orfoqramların izahı yazı taxtasında yazılmış cümlələr və ya mətn üzərində aparılr. İzahatdan sonra mətnin üstü örtülür, müəllim diktə edərək imlanı yazdırır. Sonda yazı taxtasında yazılmış cümlələr və ya mətnin üstü açılır, şagirdlər öz yazdıqlarını yoxlayırlar. Orfoqramların öyrənilməsində həm xəbərdarlıqdan, həm də birbaşa həmin orfoqramların yazılışının təqdim edilməsindən istifadə olunur.
Mətnin yazı taxtasında yazılması və şagirdlərin ona istinad etməsi görmə imlanı üzündənköçürmə yazılara yaxınlaşdırır.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə