1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiya təliminin tarixinə dair xülasə



Yüklə 125,57 Kb.
səhifə2/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   52
orfoqrafiya və orfoepiya

2.Orfoepiya təliminin tarixinə dair xülasə
Azərbaycan dilinin inkişaf tarixi çox qədimdir. Azərbaycan dilinin şifahi qolu daha qədim tarixə malikdir. "Kitabi Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı), Oğuz türk dastanı Azərbaycan xalq ədəbiyyatının-Azərbaycan dilinin ən qədim yazılı abidəsi (XI-XII əsrlər) kimi gün də tədqiq olunur, öyrənilir.Azərbaycan dilinin tarixi inkişafında Nəsimi, Füzuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şah İsmayıl Xətai və b. əməyi danılmazdır. Onların yazıb-yaratdıqları əsərlər Azərbaycan dilinin incəliyini, şirinliyini, gözəlliyini əks etdirmiş və xalqın sevgisini qazanmışdır. Tarixi sənədlərdən məlumdur ki, XVI əsrdə Səfəvi dövləti zamanı ana dilində məktəblər açılmışdır. M. Füzulinin “Külliyatı”, “Leyli və Məcnun” əsəri o dövrdə məktəblərdə (mollaxanalarda) Azərbaycan dili dərsliyi kimi istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, düzgün tələffüz təlimi məsələlərinin tarixi aspektdə araşdırılması dini təlimlə çox bağlıdır. Belə ki, mollaxanada oxuyan şagirdlər “Quran”ı oxumaq üçün “Çərəkə” dərsliyi vasitəsi ilə savad təliminə yiyələnirdilər (“Çərəkə” fars sözüdür- “çəhar-yek” tərkibində işlənir. Kağızın dörd dəfə bükülməsi deməkdir). Təlim əsasən “Höccələmə” (hərfi-heca üsulu) ilə aparılırdı. “Çərəkə” təlimində uşaqlar əvvəlcə hərflərin adla¬rını öyrənir, sonra hərfi sait səslərə hərəkələrlə birləşdirib heca əmələ gətirir, hecaları birləşdirib sözlərdə bütöv oxu¬mağı öyrənirdilər. Uşaqlardan mətni “düzgün tələffüzlə” üzündən oxumaq, əzbərdən söyləmək tələb olunurdu: Ərəb əlifbasıda olan hərflərin adının, “Çərəkə” və daha sonra “Quran”nın düzgün tələffüzlə oxunmaması uşaqların fiziki cəzalanmasına gətirib çıxarırdı. Əlbəttə, bu düzgün tələffüz tələbi hələ ki, ərəb dilinə aid edilirdi. Uşaqlar “Quran”ı oxuyub qurtardıqdan sonra “Büstan”, “Gülüstan”, “Tarixi-Nadir”, “Dərbəndnamə”, “Qarabağnamə” və s. əsərləri oxuyurdular. XVIII və XIX əsrlərdə Azərbaycanın bir sıra yerlərində ana dilində məktəblər açılmağa başlamışdı. Daş Salahlıda Şəfi Əfəndi, Pənahabadda(Şuşada) Molla Pənah Vaqif, Gəncədə Mirzə Şəfi Vazeh, Şamaxıda Seyid Əzim Şirvani, Naxçıvanda Məmmədtağı Sidqi və b. əziyyəti nəticəsində Azərbaycan dilində məktəblər açılmışdır. Molla Pənah Vaqifin Pənahabad (1759) (indiki Şuşa) şəhərində açdığı yeni tipli məktəbdə təlim-tərbiyə işləri Azərbaycan dilində aparıldı¬ğından, Azərbaycan dilində ilk məktəb hesab olunur. Bu məktəblərdə uşaqlara məktəbə gəldiyi gündən savad təlimi öyrədilirdi. Savad təlimi “Çərəkə” əsasında öyrədilir və iki mərhələdə həyata keçirilirdi.
Birinci mərhələdə - uşaqlara hərfin şəkli forması və hərfin, sözün əvvəlində, ortasında və axırında gəldiyi zaman üç cür yazıldığı öyrədilirdi.
İkinci mərhələdə - hərflərin sədası (tələffüzü) qaydaları öyrədilirdi. Savad təlimindən sonra “Quran”ın oxusuna baş¬lanılırdı, 6-7 ay, bəzən də bir ildən sonra uşaqlar “Gülüs¬tan”, “Büstan” əsərlərini oxuyurdular.
Ümumiyyətlə, XIX əsr Azərbaycanda maarifin inkişafında yeni bir dövr kimi dəyərləndirilir. Maarifçilər, elm xadimləri, şair və yazıçılar xalqın sa¬vadlanması qayğısına qalır, yeni tipli məktəblər “darül-təh¬sil”-elm evi, “məktəbi sibyan”-yeniyetmələr məktəbi, “üləma məktəbi”-elmlər məktəbi və s. açılmasını təklif edirdi-lər. Bu məktəblərdə dünya mədəniyyətinin nailiyyətlərindən istifadə edib, xalqın adət-ənənəsini inkişaf etdirmək istəyi var idi. M.F.Axundov 1870-ci ildə Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi məsələsini irəli sürmüş, “Yeni əlifba haqqında mən¬zu¬mə” əsərini yazmışdır. O, əsərdə qeyd etdi ki, müsəl¬man uşaq¬larına ərəb əlifbasını öyrənmək, riyaziyyatı öyrən¬məkdən çətindir. Onlar ərəb əlifbasının oxusu(tələffüzünü) və yazısını öyrən-məkdə yüksək səviyyəyə çatmırlar. M.F.Axundov ömrünün axırına kimi (20 ildən artıq) hazır¬ladığı yeni əlifbanı xalq arasında təbliğ etmək üçün yorulmadan iş aparmışdır. .O.Çernyayevskinin hazırladığı “Vətən dili” dərsliy 1882-ci ildə Tiflisdə çap olundu. “Vətən dili” dərsliyi (A.O.Çernyayevski və V.Səfəlibəyovla birgə) 1888-ci ildə yenidən işlənib çap olundu. Bu ilk ana dili dərsliyi idi. Dərslikdəki oxu materialları üzrə işdə düzgün tələffüz məsələlərinə diqqət yetirilirdi ki, bu da orfoepiya təliminə dair kiçik işartılar idi. Ə.Dəmirçizadə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılmışdır. Alimin “Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F. Axundov dil haqqında və Axundovun dili” (1941), “Azərbaycan dilinin tarixi” (1948), “Azərbaycan ədəbi dilinin inkişaf yolları” (1959), ““Kitabi-Dədə Qorqud” dastanının dili” (1959), “Azəri ədəbi dilinin tarixi” (1967), “Azərbaycan dilinin tarixi qrammatikası”(1967) və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi(II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyinin deyil, türk aləminin xəzinəsini zənginləşdirmişdir.İbtidai təlim üzrə ana dilinin tədrisi metodikasının işlənməsində Yəhya Kərimovun böyük xidmət¬ləri olmuşdur.
Yəhya Kərimov ibtidai siniflərdə ana dilinin tədrisi metodikasını, ibtidai sinif şagirdlərinin lüğət işinin elmi əsas¬larını, ibtidai sinif şagirdlərinin nitqinin leksik xüsusiy¬yət¬lərini, sözlərin seçilmə prinsiplərini və tanış olmayan sözlərin izahını, düzgün tələffüz metodikasını işləmiş, uşaqların marağına səbəb olan müxtəlif didaktik materiallar hazırlamışdır. 1960-cı illərdən 2008-ci ilə kimi ibtidai siniflər üçün hazırlanan proqramlar, dərsliklər, dərs vəsaitləri və s. onun müəllifliyi ilə hazırlanmışdır.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə