1. Orfoepiya təliminin nəqsəd və vəzifələri



Yüklə 125,57 Kb.
səhifə49/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   52
orfoqrafiya və orfoepiya

Seçmə imla. Seçmə imla diktə edilən mətndən yalnız müəyyən sözləri seçib yazmaq məqsədi daşıyır. . Seçmə imlanın aparılması tempi digǝr imlalara nisbətən sürətlidir. Cümlə və mətnlər seçilərkən şagirdlərin yaş xüsusiyyətləri, maraqları və keçilən mövzular nəzərə alınmalıdır. Seçmə imlaya 8-10 dəqiqə vaxt ayırmaq kifayətdir.
Seçmə imla apararkən müəllim aşağıdakı variantlardan istifadə edə bilər:
qoşa saitli sözlərin yazılması;
qoşa samitli sözlərin yazılması;
söz sonundakı səsi fərqli tələffüz olunan sözlərin yazılması; leksik şəkilçili sözlərin yazılması;
grammatik şəkilçili sözlərin yazılması
mürəkkəb sözlərin yazılması;

Lüğət üzrə imla. Bu imla növü lüğət ehtiyatının zənginləşdirilməsi, yazılışı çatin sözlərin, keçilmiş qaydaya uyğun orfoqramların öyrənilməsi baxımından faydalıdır. Azərbaycan dili dərslərinin 5-10 dəqiqəsini lüğət üzrə imlaya həsr etmək lazımdır. Lüğət üzrə imlanın aparılması üçün seçilmiş sözlər ədəbi tələffüz normalarına uyğun oxunur:
Yaradıcı imla. Bu imla növü orfoqrafik savadlılığı təmin etməklə bərabər, nitq bacarıqlarının inkişaf etdirilməsi baxımından da çox əhəmiyyətlidir. Yaradıcı imla orfoqrafik vərdişlərin yaradılması lüğət ehtiyatının zənginləşdirilməsi, nitq bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən və rabitəli nitqi formalaşdiran yazı növüdür. Yaradıcı imlada yazı qaydalarını möhkəmləndirmək üçün yeni sözlər, çətin orfoqramlı sözlər yazı taxtasına yazılır.
III-IV siniflərdə şagirdlərin müstəqilliyi artır, onlar cümlə və mətn üzrə sərbəst əməliyyat apanr, yoldaşlan ilə əməkdaşlıq edir, çətinlik çəkənlərə kömək edirlər.
Yaradıcı imla üçün müəllim söz, söz birləşməsi və cümlələrdən istifadə
Edir.Yaradıcı İmlada elə sözlər vermək lazımdır ki, şagirdlər cümlə qurmaqda çətinlik çəkməsinlər. Həmin sözlərə cümlə və mətn qura bilsinlər.
Sərbəst imla. Şagirdlər mətndəki sözləri, cümlələri sərbəst olaraq dəyişirlər. Sərbəst imla bütöv bir mövzu üzrə Öyrənilən orfoqrafik qaydaları əhatə edə bilir.İfadə və sərbəst imlanı bir-birindən fərqləndirən cəhət budur ki, ifadədə mətn bütöv oxunub, yazdırılır, sərbəst imlada isə mətn hissə-hissə oxunub, yazdırılır. Sərbəst imla üçün mətn seçərkən bir sıra cəhətlər diqqət mərkəzində olmalıdır:
mətnin həcmi;
mətnin məzmunu;
mətndəki çətin orfoqramların miqdarı;
yazılışı heç bir qayda ilə yoxlanmayan sözlərin sayı;
şagirdlərin maraq dairəsinə uyğunluğu və s.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə