1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


-Mühazirə Elm sosial institut kimi



Yüklə 7,9 Mb.
səhifə16/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

6-Mühazirə
Elm sosial institut kimi
ELMİN ETİKASI

  1. Elmin inkişafında etik səpkinin rolunun artması

İnsan fəaliyyətinin digər sahələri kimi elmi fəaliyyət də burada çalışan işçilər qarşısında müəyyən etik normalar və tələblər irəli sürür. Söhbət ondan gedir ki, müxtəlif istiqamətli elmi tədqiqatlara təkcə sırf elmi baxımdan yanaşmaq kifayət deyildir. Elmin nailiyyətlərini həm də sosial etik baxımdan qiymətləndirmək zəruridir. Elmi fəaliyyəti tənzim edən etik normalar birdən- birə meydana gəlməmişdir. Onlar tarixi inkişaf prosesində formalaşaraq, tədricən zənginləşmişdir. Lakin elmin inkişafının yüksək sürəti ilə səciyyələnən dövrlərdə idrakın etik norma və tələblərinə əməl olunması daha çox zəruri olur. Bu mənada yaşadığımız zəmanə xüsusi yer tutur. Belə ki, müasir elmi-texniki inkişaf şəraitində təbiətşünaslıqda, texniki və hümanitar elmlərdə misli bərabəri görünməyən yüksək nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərdən sui istifadə edildikdə, sosial etik normalara və tələblərə məhəl qoyulmadıqda, onlar insanlığın və bəşəriyyətin əleyhinə çox güclü təhlükəyə çevrilə bilir. Deyilənlər sübut edir ki, hazırda elmin inkişafını etik meyarlar baxımından mənalandırmaq həmişəkindən daha vacibdir. Elm cəmiyyətin maddi və mənəvi mədəniyyətinin məhsuludur. O, tarixən cəmiyyətin həyatı, onun idealları ilə bağlı olmuşdur. Müxtəlif dövrlərdə ictimai ideallar və normalar elmin inkişafına öz əhəmiyyətli təsirini göstərmişdir. Həmin ideallar və normaların kökləri dövrün mədəniyyətindədir. Onlar bir çox cəhətdən mənəvi istehsal formaları ilə müəyyən olunur. Müasir elmi texniki inqilabın, mikroelektronikanın, infonnatikanm, robot texnikasının və biotexnologiyanın inkişafı ilə bağlı ən yeni nailiyyətləri fundamental elmlərin müvəffəqiyyətlərini ifadə edir. Bu uğurlar təkcə tətbiqi baxımdan əhəmiyyət kəsb etmir. Onlar həm də elmin sosial və humanist potensialı baxımından çox vacibdir. Hazırda elmi-texniki tərəqqinin humanist istiqaməti, onun mədəniyyət baxımından qiymətləndirilməsi baş verir. Başqa sözlə, elmin inkişafında çıxış nöqtəsi kimi insan, onun tələbat və rifahı götürülür. Ümum- dünya miqyasında gedən elmin humanistləşməsi meyli ifrat ssiyentizmi, texno- kratik yanaşmanı aradan qaldırmağı nəzərdə tutur. Bu, meyil sırf elmi-tədqiqat xarakteri daşıyan məsələlər ilə onların dünyagörüşü və etik səpkilərini əlaqələndirməyi tələb edir. Söhbət bütövlükdə elmin ümumi humanist mədəniyyət sisteminə daxil edilməsindən gedir. Elmin humanistləşməsi iki əsas üzərində inkişaf edir. Birinci, onun ümumi sosial statusunun artması və müasir sivilizasiyaya təsirinin güclənməsi hesab olunur. Bu o deməkdir ki, müasir nüvə əsrində elmi işlə məşğul olanların sosial və etik məsuliyyəti qeyri-adi dərəcədə çoxalır. Humanistləşmənin ikinci istiqaməti elmin daxilində gedən proseslərdə özünü göstərir. Bu proseslər elmin geniş dünyagörüşü səpkisi aldığını, mədəniyyətin ayrılmaz tərkib hissəsinə çevrildiyini ifadə edir. Müasir şəraitdə elmi inkişafın başlıca xüsusiyyəti bunda ifadə olunur ki, birtərəfdən texniki, təbiət və ictimai elmlərin bir-birilə əlaqələri güclənir. Digər tərəfdən onların praktika ilə, insanın və cəmiyyətin mənafeləri ilə əlaqələri möhkəmlənir. Dünya elminin nümayəndələri texniki və humanitar elmlərin üzvi surətdə yaxmiaşması zərurətini başa"*" düşürlər. Onlar insanm və cəmiyyətin inkişafı, ümumi mədəni yüksəliş naminə əməkdaşlığı artırırlar. Müasir dövrdə elm hansı obyekti tədqiq etməsindən asılı olmayaraq bu obyektlə bağlı olan insan fəaliyyətini mütləq nəzərə almalıdır. İnsan amilinə diqqət yetirmək kosmik və biosfer proseslərinin tədqiqində, biotexnologiyada, kom- pyuterləşmədə və mühəndis layihələndirmə işlərində birinci dərəcəli əhəmiyyət alır. Yaşadığımız zəmanənin mürəkkəbliyi, bütöv bir tam kimi inkişaf edən dünyada regional və qlobal səpkilərin çulğaşması, ictimai həyatın müxtəlif tərəfləri arasında vəhdətin möhkəmlənməsi və sair təkidlə tələb edir ki, elmin dəyər funksiyasının rolu artırılsın, onun humanist etik səpkisi durmadan gücləndirilsin. Müasir təbiətşünaslıq elmləri, birinci növbədə nəzəri fizika, molekulyar biologiya, gen mühəndisliyi, təbabət elmləri o dərəcədə yüksək inkişaf etmişdir ki, onların nailiyyətlərindən istifadə olunmasında humanist və etik normalara əməl olunmalıdır. Əks halda nəinki təkcə mədəniyyətin ayrılmaz ünsürü kimi elmin tənəzzülü labüd olar, həm də bəşəriyyətin və insan cəmiyyətinin gələcək həyatı ciddi təhlükə altına almar. Öz məzmunu və mahiyyətinə görə elmin etikasının norma və tələbləri ümumbəşəri əxlaq normalarının spesifik fəaliyyət sahəsi olan elmdə konkret təcəssümü deməkdir. Başqa sözlə deyilsə, burada oğurluq etməmək, yalan danışmamaq, xeyirxahlıq göstərmək, şərdən uzaq olmaq, ədalətli olmaq, borc və məsuliyyət hissi və sair ümumi əxlaq normaları müəyyən spesifikliklə təzahür edir. Məsələn, oğurluğu qadağan edən ümumbəşəri əxlaq norması elmi fəaliyyət sahəsində plagiatı və köçürməni, başqasının fikirlərini öz nailiyyəti kimi təqdim etməyi yolverilməz hesab edir. Yaxud da doğruçul olmaq, yalan danışmamaq tələbi elmdə tədqiqatların obyektiv nəticələrini olduğu kimi ifadə etməyin zəruriliyini, eksperiment və müşahidə materiallarının süni, məqsədyönlü saxtalaşdırmağın qeyri-mümkünlüyünü göstərir. Lakin elmin etikasının məzmunu təkcə müxtəlif v£>'-"4 ^ə normalar ilə məhdudlaşdırır. Burada məhz elmi fəaliyyət ür«“ səciyyəvi dəyərlərə əməl olunması əsas yeri tutur. Belə dəyərlərdən on mühümü həqiqəti aşkar etmək üçün daim təmənnasız axtarış aparmaq və or« əldə etdikdən sonra üzərində təkid etməkdir. Vaxtilə Aristotel tərəfindən •=?oyllmiş "Platon mənim dostumdur, lakin həqiqət mənim üçün daha əzizdir" fikri indi həmişəkindən daha aktual səslənir. Bu fikrin dərin mənası ondan ibarətdir ki, elmi araşdırmalar apararkən tədqiqatçı nəyəsə özünün şəxsən rəğ*®f nifi"ət bəslədiyini, yaxud başqalarının rəylərini və keçici amilləri -^t olmalıdır. Bəşər fikri tarixində dövrün bütün amansızlıqlarına sinə gər^'^lər və hətta elmi həqiqəti danmaqdansa, ölməyi üstün tutanlar az olmamışdır- l.Nəsimi, C.Bruno, Q.Qaliley və onlarca digər mütəfəkkirlər ən ağır sınaqlar və əzablara məruz qalsalar da öz əqidəsinə xəyanət etməmişlər. Elniin etikası heç də hər bir tədqiqatın nəticələrinin mütləq həqiqi olmasını təİəb etmir. O, bunu nəzərdə tutur ki, tədqiqat nəticəsində alınmış bilik yanlış da ola bilər. Buna görə də etik normalar tələb edir ki, alınmış nəticə yeni bilik olsun, köhnə müddəaları təkrarlamasın. Digər bir şərt onım əsaslandırılmış olmasıdır (məntiqi və eksperimental cəhətdən). Bu tələblərin yerinə yetirilməsi üstündə məsuliyyət bilavasitə tədqiqatçının özünün üzərinə düşür. Buna görə də o, öyrəndiyi sahəyə dərindən bələd olmalı, çap olunmuş əsərlərində özünün yeniliklərini ondan əvvəlki alimlərin müddəalarından dəqiq və qəti ayırmağı bacarmalıdır. O, həm də əldə etdiyi nəticələrin hansı sübut və dəlillərə əsaslandığım göstərməlidir. Üçündü bir tərəfdən tədqiqatçı əldə etmiş olduğu nəticələrin başqaları tərəfindən müstəqil və qərəzsiz yoxlanılmasına imkan verən yollar haqqında da ətraflı məlumat vennəlidir. Biologiya, genetika və tibb elmləri insan və onun orqanizmi ilə sıx bağlı olduğu üçün o.aiarda etik normalarm qorunub saxlanılması daha zəruri hal ahr. Bioloji idrakda baş verən heyrətamiz kəşflər insan orqanizminə, onun ömrünə və irsiyyət mexanizminə güciü dəyişdirici təsir göstərmək iqtidarındadır. Buna görə də eiə etmək lazımdır ki, insan geninə süni yollarla təsir edilməsi onun təbii əsaslanna ziyan vumıasm, yalnız fayda gətirsin. Hazırda evgenika (insanın irsiyyət mexanizmini yaxşılaşdırmaq məqsədilə ona edilən təsiri öyrənən elm) elmi genotiplərin seleksiyası yolu ilə çox böyük əqli və fiziki imkanlara malik nəsil yaradılması problemlərini tədqiq edir. Əgər bu yolda qazanılan nailiyyətlərdən antietik məqsədlər üçün istifadə olunarsa, o, çox böyük bədbəxtliklərə gətirib çıxarar. Tarixdə bu qəbildən olan cəhdlər artıq irqçilər və Hitler faşizmi tərəfindən göstərilmişdir. Müasir təbabət sağlamlığın qorunması, müxtəlif xəstəliklərin aradan qaldırılması sahəsində böyük uğurlar əldə etməkdədir. Son dövrlərdə bədənin müxtəlif orqanlarının transplantasiyası (köçünnə yolu ilə dəyişilməsi) geniş yayılmışdır. Bununla əlaqədar həkimlər belə suallar qarşısında qalırlar; bədənin müxtəlif hissələrinin və orqanlarının başqa orqanizmə köçürülməsi hansı həddədək məqbul sayılmalıdır? Ümumij-^yətlə köçürməyə etik cəhətdən haqq qazandırmaq olaran? Köçürülən orqanlan başqa orqanizmlərdən çıxararkən sui-istifadə hal- lannın qarşısını necə almaq olar? Bu suallara düzgün cavablar verərkən təbabətin misilsiz uğurları ilə ümumbəşəri etik normaları əlaqədə götürmək son dərəcə zəruridir. İnsan beyninin öyrənilməsi müasir elmin uğui'la inkişaf edən, lakin ən mürəkkəb sahələrindən biridir. Beynin fəaliyyəti insanda bioloji və sosial tərəflərin nisbətinin müəyyənləşdirilməsi, onun intellektual inkişafı, şüur və psixi- kasmın fəallaşdıniması ilə bilavasitə bağlıdır. Lakin elm bu məsələlərin həllinə nə qədər çox girişirsə, müdaxilənin humanist-etik hədlərinin gözlənilməsi də bir 0 qədər vacib olur. Təsadüfi deyildir ki, bir çox alimlər beynin fəaliyyətinə süni gücləndirici təsirin (kimyəvi stimulyatorlar, elektrik vasitəsilə təsir) mümkünlüyünü qəbul etsələr də, onun törədə biləcəyi təhlükəli nəticələrdən çox ehtiyat edirlər. Məsələn P.Anoxin göstərir ki, əgər nə vaxtsa beynin intellektual qabiliyyətləri kimya laboratoriyalarmın məhsulu olarsa, onda tamamilə mümkündür ki, insanın beynində gələcəkdə heç vaxt qarşısı alınmayacaq dəyişikliklər baş versin. Süni intellekt yaratmaq məqsədi ilə neyrofızioloji proseslərin kibemetik modelləşdirilməsi öz-özlüyündə çox geniş və misilsiz inıkanlar açır. Bununla yanaşı ondan sui-istifadə olunarsa zəkanın mənfi istiqamətdə dəyişməsi labüddür. Müasir elmin inkişafında etik səpkinin rolunun artmasını ayrı-ayrı elm sahələri ilə etikanın qovwşuğunda yeni müstəqil elm sahələrinin yaranması nümunəsində də yəqin ^tmək olar. Hazırda belə elmlərdən olan tibbi etika və bioetika uğurla fəaliyyət göstərməkdədir. Yuxarıda deyilənlər sübut edir ki, müasir elmin sosial-etik və humanist istiqaməti güclənməkdədir. Səciyyəvi cəhət burasındadır ki, həmin istiqamət əwəllərdəkindən fərqli olaraq quru və mücərrəd xarakter daşımır. Onun əhatə etdiyi problemlər bəşəriyyətin real praktiki vəzifəsinə, həyati tələbatına çevrilir. Bəzən belə fikir söylənilir ki, elm gerçəklik haqqında obyektiv bilik verir. Onda xeyir və şər baxımından qiymətləndirmə yoxdur. Doğrudur, elm ilə əxlaq (etika) tam eyni deyildir. Onlar arasında müəyyən fərqlər və hətta ziddiyyətlilik də vardır. Lakin buna əsasən elmin tam "etik neytral" olduğunu iddia etmək doğru olmazdı. Bu, elmin insana xidmət etməyə yönələn mahiyyətinə məhəl qoymamaqdır. Elmin etik nonnalarına riayət olunması işində dünya alimlərinin genişlənməkdə olan müxtəlif birlik və hərəkatları çox mühüm rol oynayır. Bu hərəkatlar elmin inkişafı ilə bağlı etik və hüquqi normaların, məcəllə və razılaş- malarm tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirirlər. Elmin etikanın noımalarım əks etdirən kodeks və mətnlərə misal olaraq 1977-ci ildə insan orqanizmində tibbi eksperimentlərin aparılmasmm on əxlaqi, etik və hüquqi normaları əhatə edən Nümberq kodeksini. i£>4p ou ıwo 4ƏOUİ edilmiş Beynəlxalq tibbi etika kodeksi, Ümumd»^.y^ ^ibb Assosiasiyasının və Beynəlxalq Tibbi Elmi Təşkilatlar Şurasımn etikaya dair müxtəlif dövrlərdə nəşr etdirdiyi sənədləri oiuı. Lakin elmin etik normaları gənc təd qiqatçılara da*’" onların müəllimləri və sələfləri tərəfindən ötürülür. və sosioloji ədəbiyyatda elmin normaların yığcam şəkildə i%də etməL təşəbbüsləri də özünü göstərir. Bu baxımdan ingilis filosofu R. Merton tərəfindən verilmiş təsnifat diqqəti cəlb edir. O, göstərmişdir ki, elmi normalar aşağıdakı dörd əsas dəyər üzərində qurulur; onlann birincisi universalizm adlanır. Bu o deməkdir ki, elmin öyrətdiyi təbiət hadisələri hər yerdə eyni cür baş verir. Buna görə də elmi müddəaların həqiqiliyi, onların sahibinin yaşından, cinsindən, irqindən, nüfuzundan və elmi dərəcəsindən asılı olmayaraq qiymətləndirilməlidir. Universalizm tələbi bunu ifadə edir ki, görkəmli və böyük təcrübəyə malik olan alimin irəli sürdüyü nəticələr də cavan tədqiqatçının nailiyyətləri kimi ciddi surətdə yoxlanılmalı və onlara tənqidi münasibət bəslənilməlidir. İkinci, ümumilik prinsipidir. Bu prinsip onu göstərir ki, elmi bilik və yeniliklər təkcə onlann müəlliflərinin deyil, bütövlükdə cəmiyyətin sərvəti olmalıdır. Yəni onlardan hamı sərbəst surətdə istifadə edə bilməlidir. Bu mənada elmi bilik, onun müəllifinin inhisarında olmamalıdır. Elmi tədqiqatların nəticələri əlbəttə onun müəllifinin nüfuzunu ifadə edir. Lakin nəşr olunduqdan sonra onlar geniş kütlənin tənqidi mühakiməsinə və istifadəsinə verilir. Üçüncü təmənnasızlıq prinsipidir. Adından göründüyü kimi o, tədqiqatçının həqiqət axtarışını yeganə məqsəd hesab edir. Bu işdə hər hansı bir təmənnanın, şəxsi mənfəətin və ya şöhrətin güdülməsinə yol verilmir. Əlbəttə belə başa düşülməməlidir ki, elm xadimi məccani fəaliyyət göstərməli, heç bir qonarar almamalıdır. Söhbət ondan gedir ki, bu sonuncular əsas məqsəd olmamalıdır. Nəhayət, axırıncı tələb mütəşəkkil skeptisizm adlanır. Bu o deməkdir ki, hər bir alim əvvəla öz həmkarlarının elmi xidmətlərini düzgün qiymətləndirməlidir. Digər tərəfdən onlara verdiyi qiyməti gizli saxlamamalı, geniş kütləyə bəyan etməlidir. Əgər elmi işdə başqalarının əsərlərindən melumatlar gətirilirsə, onda onların doğruluğu yoxlanılmalıdır. Başqalanna isnad etməklə göstərilən dəqiq olmayan məlumatlar tədqiqatçını məsuliyyətdən azad etmir. Deməli, elmi fəaliyyətdə tədqiqatçı özündən əvvəlki alimlərin irəli sürdüyü müddəalara kor-koranə inanmamalı (bu müddəaların müəlliflərinin nə dərəcədə böyük elmi nüfuz sahibi olm.asmdan asılı olmayaraq), onları təfəkkür süzgəcindən keçinnəlidir. Nəhayət bu prinsip həm də onu göstərir ki, əgər müəyyən vaxt keçdikdən sonra irəli sürülən müddəalar yalana çıxarsa və ya özünü doğrultmazsa, onda müəllif onlardan imtina etmək cəsarətinə malik olmalıdır. Qeyd edək ki, elmin etik normalannı pozmaq hər şeydən əvvəl onun müəllifi üçün arzuolunmaz nəticələr törədir. Belə ki, bu şəxs öz həmkarları arasında hörmətdən düşür, heç kim onunla hesablaşmır və əməkdaşlıq etmək istəmir. Beləliklə de o, çox güclü mənəvi zərbəyə məruz qalır. Lakin elmin etik tələblərinin pozulması kütləvi xarakter daşıdıqda, onun törətdiyi inkari nəticələr daha böyük olur. Belə hallar spesifik fəaliyyətin növü olan elmin inkişafını ciddi təhlükə altına alır, elmin tərəqqisinə mane olur. Elmin etikasından danışarkən etik relyavitizm və etik nihilizm baxışlarına da diqqət yetirilməlidir. Göstərilməlidir ki, hər iki baxış bəşəriyyət üçün böyük təhlükədir. Birinci baxış elmin obyektivliyini inkar edərək, onu yalnız etik prinsiplərə müncər etmək məqsədi güdür. Bu xətt elmin inkişafına ciddi əngəl törədir. Eynilə də etik nihilizm, yəni elmdə heç bir etik normaya ehtiyac olma- dığmı iddia edən baxış əsassızdır. Bu mövqe başqa şəkildə ifi-at ssiyentizm baxışları adı altında yeridilir. Hələ vaxtilə Sokrat əsil müdrikliklə, elmi biliklərə malik olmaqla həqiqi xeyirxahlığın (əxlaqın) bir-birindən ayrılmaz olduğunu göstərmişdi. Kant da nəzəri təfəkkürün hüdudlarını ayırmağa cəhd göstərərkən, onu əxlaqi prinsiplə (qəti imperativlə) tamamlamağın zəruriliyini irəli sürmüşdü. Müasir şəraitdə elmi kəşfləri etik baxımdan qiymətləndirmək işində buraxılan səhvlərin bəşəriyyət üçün nə dərəcədə ağır fəsadlar törətdiyini Xirosima və Naqasaki hadisələrindən görmək olar. Hazırda əxlaqi, etik problemlər elm üçün kənardan gətirilən tələblər deyilir. Onlar üzvi şəkildə elmin inkişafı prosesinə qovuşmaqdadır. Bu isə o deməkdir ki, onlarsız elmin gələcəyi yoxdur. Qeyd etməliyik ki, elmin etikası, idrakın etikası özü-özlüyündə elmi tədqiqatlar licün mötəbər kompas rolunu oynaya bilmir. Onlar sözün geniş mənasında hələ də elmin hərtərəfli kodeksi demək deyildir. Belə ki, elmin və idrakın etikası mövcud cəmiyyətin sosial, siyasi, iqtisadi və ideoloji amilləri və dəyərləri ilə sıx bağlı olub, onlarla şərtlənir. İdrakın etikası həm də buna görə tam müstəqil dəyər, bütün başqa dəyərlərin ölçüsü ola bilməz ki, elmin gedişində əldə edilən obyektiv həqiqətin özü xeyli dərəcədə nisbi xarakter daşıyır. Buradan aydın olur ki, müasir elmin qarşısında duran çoxlu və mürəkkəb problemlərin təkcə idrakın etik prinsiplərindən çıxış etməklə həlli qeyri-mümkündür. Bunun üçün həmin problemləri geniş kontekstdə, yəni cəmiyyətin idealı və etikası ilə əlaqədə götürmək lazımdır. Deyilənlər idrakın etikasının sosial əhəmiyyət sferasını müəyyən edir. Elmi fəaliyyət insanların əxlaq davranışına, mənəviyyatına çox böyük təsir göstərir. Lakin 0, mütləq məna kəsb etmir, çünki ümumi humanist istiqamətə azad və hərtərəfli inkişaf etmiş insanın yetişdirilməsi prosesinə tabe vəziyyətdə çıxış edir. Qərbin böyük mütəfəkkirlərindən olan A.Şveytser göstərirdi ki, etika hər bir canlı üçün sonsuz dərəcədə məsuliyyət deməkdir, insan həyatına münasibətdə isə məsuliyyət hissi daha yüksəyə qalxır. "Mədəni adamın idealı hər cür şəraitdə özünün əsl insanlığını qoruyub saxlayan insan idealından başqa bir şey deyildir".' Buna görə elmin gələcək inkişafı təkcə onun nəzəriyyə və metodologiyasının təkmilləşdirilməsi ilə məhdudlaşmır. Bu işdə elmin insana münasibətinin dəyişilməsi də son dərəcə zəruridir. Bu sonuncu isə eim-etlka-huma- niznı arasındakı münasibətlərin dialektik vəhdətinə və qarşılıqlı təsirinin təmin olunmasına əsaslanır. Beləliklə, elmin humanist oriyentasiyası onun öz gələcəyi və bütövlükdə mədəniyyətin gələcəyi üçün möhkəm təməl yaradır. Həm də nəzərdə tutulmalıdır ki, humanizm anlayışı daha geniş məzmuna malikdir. O, təkcə elm ilə əlaqəli deyildir. Bu baxımdan da insanın və bəşəriyyətin həyatında, gələcəyin humanist mədəniyyətinin yaradılmasında elmin rolunu mütləqləşdinuək doğru olmazdı. Eynilə də bu prosesdə elmin əhəmiyyətini lazımi dərəcədə qiymətləndirməmək yolverilməzdir. Hazırda elmin və bütün bəşər mədəniyyətinin oxlaqi, humanist əsasları məsələsi getdikcə artmaqda olan rol oynayır. Bu rol gələcəkdə də özünü göstərəcəkdir. Əks halda mədəniyyətin və bütövlükdə bəşəriyyətin mənəvi və cismani (fiziki) tənəzzülü labüddür. Etik normalar elmi fəaliyyətin büb« tərəflərini əhatə edir. Onlara həm tədqiqatlann hazırlanması və aparılmasında, həm də onun nəticələrinin çap olunmasında və aparılan elmi diskussiyalarda riayət olunmalıdır.


  1. Yüklə 7,9 Mb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə