1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


İnsanın təbiətlə qarşılıqlı təsiri: seyr və praktika



Yüklə 7,9 Mb.
səhifə15/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

İnsanın təbiətlə qarşılıqlı təsiri: seyr və praktika

Koqnitiv və praktiki biliklərin formalaşması və qarşılıqlı təsirlərini yalnız insanın yaranması və təbiətlə əks əlaqəsi kontekstində nəzərdən ke- çirmək olar. Bu məqsədlə homo sapiensin tarixi genezisinə nəzər salaraq insanın, xüsusən də onun şüurunun və özünüdərk prosesinin formalaşma- sında seyrin və praktik fəaliyyətin rolunu təhlil etmək lazım gəlir.


İnsan sadəcə təbiətin bir hissəsi olmadığından, təbiətlə insanın qar- şılıqlı təsirlərindən yalnız insanın təbiət hadisələri çərçivəsindən kənara çı- xaraq keyfiyyətcə yeni əlamətlər əldə etməsi kontekstində söhbət aparmaq mümkündür.
İnsan yalnız şüura və yaradıcı başlanğıca malik olması sayəsində tə- biətdən qismən ayrıla və ona qarşı dura bilmişdir. Onun təbiətə, bütövlük- də maddiyyata qarşı durması mənəviliyin bir növ rəmzi kimi çıxış edir. Bu mənada onun təhlili mühüm fəlsəfi əhəmiyyət kəsb edir. Bundan başqa, onların arasındakı qarşılıqlı təsirlərin strukturu və mexanizminin üzə çıxa- rılması, insanın təbiətlə qarşılıqlı təsirlərində vasitə rolunu oynayan keçid mühitinin təhlili də çox vacib məsələlərdən biridir.
Təəssüf ki, müasir fəlsəfi ədəbiyyatda insanın təbiətlə qarşılıqlı tə- sirləri problemi əsasən cəmiyyətin təbiətlə qarşılıqlı təsirləri problemi kon- tekstində araşdırılır. Problemin təhlilində çox vaxt ya vulqar antropolo- gizm, ya da vulqar sosiologizm üstünlük təşkil edir. Fərdi insan fəaliyyəti- nin bir çox aspektlərinin fəlsəfi təhlili aparılmamışdır (onlar əsasən psixo- loji ədəbiyyatda öz əksini tapmışdır).
Biz insanın ictimai münasibətlər kontekstində təbiətlə qarşılıqlı tə- sirlərinin, habelə fərdin idraki fəaliyyətinin başqa fərdlərin fəaliyyəti ilə, bütövlükdə hakim ictimai münasibətlərlə sıx bağlı olması fikri ilə mübahi- sə etmirik. V.J.Kelle yazır: “Geniş fəlsəfi mənada elmi biliyin sosiallığı in-

1
sanın gerçəkliyə idraki münasibətinin sosial vasitələnmiş olmasının nəti- cəsidir. Elmi bilik yalnız cəmiyyətdə mövcud olub işləyir, inkişaf edir, icti- mai mədəniyyətin bir elementini təşkil edir, onun tələbatını ödəyir. İnsanın dünyanı dərk etməsi mahiyyət etibarı ilə cəmiyyətin dünyanı dərk etməsi- dir”5 .

5
Bu və bütün sonrakı mülahizələrində V.J.Kelle diqqətini insanı əsa- sən təbii varlıq kimi, onun mənəvi qabiliyyətlərini isə yalnız onun cismin varlığının xassələri kimi nəzərdən keçirən “metafiziki antropoloji materia- lizm məntiqi olaraq bu qənaətə gəlirdilər ki, “idrakın subyekti yalnız mad- di varlıq olan, onu təbiəti qavramağa və dərk etməyə qadir edən hisslərə və zəkaya malik fərddir”2.
Fəaliyyət əslində ictimai xarakter daşısa da, insanın sosial mahiyyəti heç də onun bioloji, təbii başlanğıca malik olmasını istisna etmir. Bundan başqa, burada bizi maraqlandıran insanda təbii olanla sosial olanın nisbə- tindən daha çox mənəvi olanla təbii və sosial olanın nisbətidir. Bu, proble- min ən az öyrənilmiş sahəsidir.
Fərdi olanın sosial olanda “əridilməsi” nəticəsində fərdlə cəmiyyət arasındakı ziddiyyətləri xarakterizə edən bütöv bir sahə tədqiqatın predme- tindən kənarda qalmış olur. Bundan başqa, cəmiyyətlə təbiət arasında qar- şılıqlı təsirlərin qərarlaşması, fərdi olandan ictimai olana yüksəliş bütöv bir tarixi dövrü əhatə edir. Bunu nəzərə almadan idraki fəaliyyətlə dəyişdirici fəaliyyətin yaranması və diferensiasiyası prosesinin tam mənzərəsini ya- ratmaq mümkün deyil. (Çox vaxt biz cəmiyyətin insana münasibətdə nə isə kənar bir şey olduğunu unuduruq. Şüurlu varlıq kimi insan özünü tək təbi- ətdən deyil, bütövlükdə maddiyyatdan, o cümlədən obyektiv mövcud olan ictimai münasibətlərdən ayırır).
Eyni zamanda bu problemlə məşğul olan tədqiqatçılar bir qayda olaraq insanın təbiətlə qarşılıqlı təsirlərinin nəticələrinin təhlilindən uzağa getmirlər. Halbuki, bir çox problemlərə, xüsusən də koqnitiv və praktiki biliklərin genezisi probleminə işıq salmaq üçün “insan-təbiət”, “cəmiyyət- təbiət”, “insan-cəmiyyət-təbiət” sistemləri çərçivəsində qarşılıqlı təsirlərin strukturunu təhlil etmək lazım gəlir. Bu sistemləri təhlil edərkən onların qeyri-reflektiv olduqlarını və bu səbəbdən də əlavə parametrlərin meydana gəldiyini nəzərə almaq lazımdır. N.N.Moiseyev yazır: “Bütün ictimai, is- tehsal, sosial orqanizmlər qeyri-reflektiv orqanizmlərdir. “Bioloji” halqala- rı olan hər bir texniki idarəetmə sistemi də qeyri-reflektiv sistemlər sırası- na aiddir. Bu gün elm onların təhlili və layihələşdirmə üsullarını verməli-
1
dir”.5 N.N.Moiseyevin fikirlərinə görə, qeyri-reflektiv sistemlərin təhlilin-

5
də yalnız sosial deyil, həm də insanı biososial varlıq kimi xarakterizə edən bioloji parametrləri də nəzərə almaq lazımdır. “İctimai sistemlərin fərd, qrup, sosial-iqtisadi təşkilatlar kimi ayrı-ayrı halqalarının öz məqsədlərinin olması faktının lazımınca qiymətləndirilməməsi planlaşdırma və idarəetmə sisteminin səmərəliliyini aşağı sala bilər. Bu məqsədlər (arzular, meyllər) obyektiv olmaqla cəmiyyətin bütün elementlərinə məxsusdır; onlar insanın təkamül və tərbiyə prosesində formalaşan xassələri ilə şərtlənir...” 2
İnsanın bioloji, təbii başlanğıcı ilə bilavasitə bağlı olan məhz bütün sosial münasibətlərin əsasında duran maddi tələbatdır. Buna görə də insan- la təbiətin məqsədyönlü qarşılıqlı təsirləri prosesində insanın fərdi tələbat- ları və təkamül etməkdə olan bioloji (psixi) imkanları üstünlük təşkil et- mişdi. Cəmiyyətlə təbiətin qarşılıqlı təsirləri insanla təbiətin məqsədyönlü qarşılıqlı təsirlərinin qərarlaşmasında yalnız növbəti bir mərhələ olmuşdur. Bu prosesin insanın hələ subyekt kəsb etmədiyi ilk pilləsini isə insanın biopsixoloji xüsusiyyətlərini nəzərə almadan izah etmək mümkün deyil.
Problemi daha ətraflı təhlil etmək üçün bütövlükdə insanla təbiətin (sonralar isə cəmiyyətlə təbiətin) müəyyən zaman kəsiyində qarşılıqlı təsiri prosesini aşağıdakı iki prosesə ayrımaq lazımdır: təbiətin insana təsiri və insanın təbiətə təsiri. Təbiət hadisələrindən fərqli olaraq sosial hadisələrdə, o cümlədən insanın şüurlu bir fenomen kimi iştirakı ilə baş verən istənilən başqa bir prosesdə təsir və əks-təsir yalnız böyük zaman intervalı hüdudla- rında determinasiya olunur, yəni oların bir-biri ilə qarşılıqlı əlaqələri təsi- rin göstərildiyi anda üzə çıxmır. Buna görə də sosial proseslərdə hər bir tə- rəfin hər bir zaman kəsiyində təsirini ayrıca araşdırmaq lazımdır.
Nəzərdən keçirdiyimiz halda təbiətin insana təsiri duyğu orqanları vasitəsilə baş verir və müvafiq hissi obrazların yaranması ilə başa çatır. Öz növbəsində bu hissi obraz artıq fəaliyyətdə olan dinamik informasiya sisteminə qoşularaq idrak prosesinin tərkib hissəsinə çevrilir. Odur ki, əks əlaqə bütövlükdə insanın maddi aləminin durumu ilə, bu obrazın idrak prosesinin tendensiyaları ilə vasitələnir.
Burada çox vacib bir məqama diqqət yetirmək lazımdır: inikasla, obyektiv gerçəkliyin insana təsir prosesinin istiqaməti ilə sonrakı idrak prosesinin istiqaməti bir-biri ilə üst-üstə düşmür. İnsanın təbiətə, bütövlük- də obyektiv gerçəkliyə əks-təsiri yalnız müəyyən müddətdən sonra – insan artıq daha yüksək mənəvi, informasiya-idraki səviyyəyə çatdıqda – baş ve- rir. Məsələyə bu cür yanaşdıqda daha bir məqamı nəzərə almaq lazım gəlir. Təfəkkürün, ali idrak fəaliyyətinin subyekti insandırsa, təbiətin insana təsi- rinin, o cümlədən, informasiya təsirinin subyekti təbiətdir. Xarici mühitin verdiyi informasiya insanı onun iradəsindən asılı olmayaraq dəyişir, mənə- viliyin yeni səviyyəsinə yüksəldir. Bu məqamda insan obyekt rolunda çıxış etmiş olur. Belə olduqda insanı subyekt kimi nəzərdən keçirən ənənəvi ya- naşmaya dəyişikliklər gətirmək lazım gəlir. Bu, bir növ anlaşmazlığa səbəb ola bilir. Lakin məsələyə tarixi yanaşdıqda anlaşmazlıqlara əsas qalmır. Bunun üçün insanın tarixəqədərki dövrünə qayıtmaq lazımdır. Hələ insanın yaradıcı, şüurlu fəaliyyətin subyekti kimi çıxış etmədiyi dövrdə də təbiət ona təsir göstərirdi (duyğu orqanları vasitəsilə). İnikas materiyanın xassəsi olduğundan, ali heyvanlar eynilə insandakı kimi duyğu orqanlarına malik olduğundan inikasın ali formasını inikas prosesinin tarixi inkişafından ayırmaq düzgün olmazdı. İnikasın bütün səviyyələrində mərkəzi kom- ponent (xarici təsirin əks olunduğu predmet) obyekt rolunda çıxış edir. Subyekt rolunda isə təsirin mənbəyi, maddi mühit (bizim mövzu baxımın- dan – təbiət, obyektiv gerçəklik) çıxış edir. İnikasın hər bir ali formasının, keyfiyyətcə daha inkişaf etmiş mərkəzin yaranmasının səbəbləri, bir tərəf- dən, mühitin təsiri olmuşdusa, digər tərəfdən, əks təsir prosesində müxtəlif struktur səviyyələrinin getdikcə daha çox iştirak etməsi olmuşdur. Əks
təsirin nizamlanmış şəkildə vasitələnməsi inikasıns ali əviyyəsinin əlaməti
və şərti kimi çıxış edir. Deməli, xarici amillərlə yanaşı, mərkəzi kompo- nentin xarici mühitin, təbiətin təsiri altında açıqlanan daxili hərəkətverici qüvvələri də nəzərə alınmalıdır. Məsələyə bu cür yanaşdıqda təfəkkür in-sanla təbiətin qarşılıqlı təsirləri kontekstindrəinəkvsastəitsəi lənmə siste-mi kimi çıxış etmiş olur. Passiv inikasla təfəkkür vasitəsilə əks təsirin ak- tivləşdirilməsi prosesinin nisbəti probleminin bu cür qoyuluşu hərtərəfli və dərin təhlil tələb edir ki, bu da tədqiqatımızın vəzifələrindən kənara çıxır. Bundan başqa, bu problem hələ ki, lazımi fəlsəfi təhlili aparılmayan başqa səviyyələrdə və başqa formalarda da təzahür edir. Bu kimi problemlərə kitablardan, başqa insanlardan və s. informasiyanın əldə edilməsini aid et- mək olar. Burada informasiyanı qəbul edən insan təsirin obyekti kimi çıxş edir, subyekt rolunu isə müəllim, başqa alim, alimlər birliyi, kitab müəllif- ləri oynayır. Hər bir halın incəliklərinə varmadan, subyekt-obyekt münasi- bətlərinin ümumi struktura malik olduğunu vurğulamaqla kifayətlənmək istərdik. Lakin əsas məsələ ətraf mühitin və digər bilik mənbələrinin insana təsiri prosedurunun gerçəklikdə yer almış daha mürəkkəb proseslərin hissəsi kimi nəzərdən keçirilməsidir.
Təbiətin insana təsiri (passiv inikas) tarixən ilkin olmaqla insanla tə- biətin qarşılıqlı münasibətlərinin sonrakı mürəkkəbləşmə (vasitələnmə) prosesində səhnədən getmədi: o, mühüm komponentlərdən biri kimi yeni struktura qatıldı. Tamamilə yeni bir təsirin – insan təsirinin meydana gəl- məsi və bütün istiqamətlərdə insanın fəallığının artması ilə əlaqədar insan- la təbiətin qarşılıqlı təsirlərinin strukturundakı bu ilkin element kölgədə qalmış, tədqiqatçıların nəzərindən qaçmışdır.
“Spesifik insan fəaliyyəti” insanın xarici aləmə vasitələnmiş təsiri-
dir. Mahiyyət etibarı il,ə əbu vvəlki təsirin nəticələrinə, insanın aldığı in-
formasiyaya əsaslanan əks təsirdir. Buna görə də insan fəaliyyətinin spesi- fikliyinə hələ ki, toxunmadan, inikas prosesinin xarakterinə bir daha qayıt- maq lazım gəlir. Artıq şüurluluq statusunu əldə etmiş insan təbiətin in- formasiya təsirinin passiv obyekti olaraq qalmadığından insanın fəallığını nəzərə almaqla bu hadisənin strukturunun açıqlanmasına ehtiyac yaranır.
Bu fəallıq nədə özünü biruzə verir? İnsanın artıq nail olduğu mənəvi səviyyəsi onda xaricdən daxil olan informasiyaya maraq oyadır. İnsanın formalaşması prosesi bununla müşayiət olunur ki, o, inikasın passiv obyek- tindən, bir tərəfdən, xarici mühitin informasiya təsirinə seçkili münasibət bəsləyən, hətta onu tənzimləməyə çalışan aktiv obyektinə, digər tərəfdən
də xarici mühitə əks təsir göstəreəkntsuby ə çevrilir.
Deməli, insanın fəallığının artması ilə əlaqədar insan-təbiət sistemi keyfiyyətcə yeni bir pilləyə keçir. Buna görə də onu aşağıdakı iki müstəvi- də nəzərdən keçirmək lazımdır: xarici mühitin informasiya təsiri prosesin- də insanın təşəbbüskar və tənzimləyici kimi iştirakı və insanın xarici mühi-
tə əks təsiri, şüurlu dəyişydyirici fəali əti. Bu, xarici mühitə fəal münasi-
bətdir. Lakin insanın fəallığının daha bir aspekti var ki, bu da daxilə yönə- lən refleksiya prosesidir. İnsanın xarici aləmlə, ictimai və təbii mühitlə rəngarəng qarşılıqlı əlaqələri olsa da, o, özinkişafda olan nisbi qapalı bir sistemə çevrilir. Xaricdən alınan informasiya ya yad bir hadisə kimi passiv yaddaşda qalır, ya da səmərəli mənəvi zəminə düşərək sanki canlanır, idrak prosesinin üzvü elementinə çevrilir, refleksiv şüur sisteminə daxil olur.
Biz insan ilə təbiətin qarşılıqlı təsirindən danışarkən hansı isə kon- kret bir insanın hansı isə konkret bir təbiət guşəsi ilə qarşılıqlı münasibətini nəzərdə tutmuruq. Bu qarşılıqlı münasibətin məkanı və zamanı bəşər tari- xinə və ictimai praktikanın bütün coğrafi məkanına uyğun olaraq genişlən-
dirilir və beləliklnə bəştüəriyy əti təmsil edən ümumiləşmiş insan və
müşahidəyə, seyrə ictimai praktikaya cəlb edilmiş təbiət nəzərdə tutulur. Və bu zaman təsir və əks-təsir aktlarının müntəzəm surətdə yenidən bərpa olunması və hər dəfə artıq yeni səviyyədə bərpa olunması nəzərə alınır. Təsir və əks-təsir qüvvələrinin qiymətcə bərabər, istiqamətcə əks olmaları barədə məşhur Nyuton qanunu burada əlbəttə çox spesifik bir şəkildə özü- nü göstərir. Belə ki, təbiət hadisələrinin təsirinə məruz qalmış və ya sadəcə təbiətin müşahidəsindən təsirlənmiş insan dübarə təbiətə əks təsir göstər- məsə də, müəyyən bir müddət ərzində bu təsiri həzm etdikdən sonra tə- biətlə növbəti görüşündə artıq onun “cavabını qaytarır”. Başqa sözlə, növ- bəti görüşdə insan fərqli bir mövqedən çıxış edir. Amma bu fərqli mövqe ona təbiətdən daha çox təsirlənməyə, daha çox öyrənməyə imkan açır. İn-
sanın təbiəti, mühiti öyrəsnəməsi əsa n hissi təcrübə vasitəsi ilə həyata ke-
çir. Məhz hissi təcrübə empirik elmi fəaliyyətin əsasını təşkil edir. Sxemdə hissi təcrübə ilə praktikanın şərti işarələnməsi təbiətdən insana və insandan təbiətə oxlarla öz əksini tapmışdır. Təfəkkürün istiqaməti isə onlara per- pendikulyar olmaqla insanla təbiət arasında yox, məhz insanın öz iç alə- mində gedən bir proses kimi əksini tapmışdır.
İkinci qarşılıqlı təsir aktında insanın daha yüksək məqamda olması anlaşılandır. Amma bəs təbiətin daha yüksək pillədə təsviri nə deməkdir? Yəni insanın təsiri ilə dəyişdirilmiş, “təkmilləşdirilmiş” bir təbiətmi nəzər- də tutulur, yoxsa insan idrakı üçün bu dəfə təbiətin daha fərqli bir modeli-
nin predmetmə çevril əsimi? İstənilən halda qarşılıqlı təsirə girən təbiət da-

5
ha əvvəlki təbiət deyil və biz onun yeni halını daha yüksək məqam kimi dəyərləndiririk. Və bizcə bu yüksəliş ictimai praktikada dəyişdirilmiş, in- san həyatına uyğunlaşdırılmış, texnogenləşmiş, “ikinci təbiət” statusu qa- zanmış bir məqam yox, məhz fikrimizdə tməkill əşmiş bir məqamı ifadə edir. Hissi təcrübə və praktika prosesində qazanılmış biliklərlə yanaşı, in- sanın təbiət haqqında obrazlı və simvolik təsəvvürləri də formalaşır. Ma- raqlıdır ki, islamın dünyaya münasibətində də bu cəhətlərə xüsusi diqqət yetirilir. M. Saiful İslam yazır: “İslama görə, təbiət özü öz mənalarına görəoxunmalı və anlaşılmalı olan simvollardan ibarətdir.” 1 Bu məqamda təbiət həm elmi idrak, həm də bədii təfəkkür üçün “açılmış olur”.
Elmin vəzifəsi öyrənmək, dərk etməkdir. İdrak isə çox vaxt nəyi isə kənar olanı, obyektiv olanı əks etdirmək (inikas), mənimsəmək kimi başa düşülür. Lakin mənimsəmək və sadəcə əks etdirmək fərqli anlamlardır.
Əks etdirilən – surəti alınan, şəkli çəkiləan, mhüaqqınd əyyən təsəvvür,

2
hətta bilik yaranan şey bizim üçün yad olaraq qala da bilər. Mənimsəmək isə həm də «mən»ə daxil etməkdir. Yəni əvvəl kənar olan, xarici dünyaya daxil olan bir şey idrak sayəsində bizim daxili dünyamıza qatılır, mənimsə- nilir, «mən»ləşir. Hegel yazır: “İşin mahiyyəti onun öz məqsədi ilə deyil, həyata keçməsi ilə tamamlanır; həqiqi bütöv olan nəticə yox, həyatakeçmə prosesi ilə birlikdə nəticədir.”5
Beləliklə, idrak prosesi iki fərqli anlamda başa düşülür. Elmi idrakın nəticələri – biliklər bizim intellektual dünyamıza, dünyanın elmi mənzərə- sinə daxil olsa da, «mən»ə daxil olmur. Elmi yaradıcılıq prosesinin nəticə- sində alınan yeni biliklər «mən»ə daxil olmasa da, bu prosesin özü «mən»- ləşmədən, insanın iç dünyasından, könül aləminin qaranlıqlarından keçir.
Əgər biz insan-təbiət münasibətlərinin ilk tarixi mərhələsinə sin- kretik bir proses kimi baxsaq, təbiətin elmi səviyyədə mənimsənilməsi mü- əyyən inkişaf mərhələsində bu prosesdən nisbi müstəqil ayrılma, divergensiya kimi götürülə bilər.

3
İnsan ilə təbiət arasındakı qarşılıqlı təsirdə tərəflərdən biri (insan) öz intellektual səviyyəsinə görə və deməli, həm də təsir imkanlarına görə müntəzəm surətdə inkişaf etdiyindən bu qarşılıqlı təsirin xarakteri də za- man-zaman dəyişmişdir. İnsan təbiəti öyrəndikcə və onunla təbiət arasında elm və texnologiyadan ibarət bir aralıq vasitə formalaşır. Təbiətin əqli mə- nimsənilməsi onun praktik səviyyədə mənimsənilməsinə gətirib çıxarır. Con Bernal yazır: “Təbiətşünaslığın inkişaf səviyyəsi bütövlükdə cəmiyyə- tin inkişaf səviyyəsini müəyyənləşdirməyə kömək edir; həm də təkcə elmi kəşflərin tətbiqi sayəsində iqtisadiyyatda baş verən dəyişikliklərə görə yox, habelə yeni elmi nəzəriyyələrin fikrin ümumi dayaqlarına olan təsirinə görə”.5
Min illər ərzində zehni fəaliyyət sinkretik şəkildə həyata keçmişdir. Burada nəinki elmi düşüncə, hətta hər hansı fərqli düşüncə forması da xalis şəkildə mövcud olmamışdır. İnsan bir tərəfdən özünü təbiətin bir hissəsi kimi təsəvvür etməklə yanaşı, digər tərəfdən, özünü təbiətdən ayırmağa başlamış və özü ilə təbiət arasında münasibətin müxtəlif modifikasiyaları yaranmışdır.
İnsanın təbiətlə qarşılıqlı təsirdə yeni mərhələyə qədəm qoyması, tə- biətə instinktiv münasibətdən fərqli olaraq şüurlu münasibət bəsləməsi bu- na gətirib çıxarır ki, artıq o özünü və özü kimiləri təbiətdən ayırır. Əgər da- ha qədim dövrlərdə insan özünü təbiətdən ayırmadığı kimi, daxil olduğu qəbilənin digər üzvlərindən də ayırmırdısa, indi (biliyin fəaliyyətdən ayrıl- dığı, şüurlu insanın formalaşdığı dövrdə) daha artıq özü kimiləri də təbiət- dən ayırmaqla onlara xüsusi münasibət bəsləyir. Tədricən insanlar arasında İnsan-Təbiət münasibətlərindən fərqli olan xüsusi münasibət əmələ gəlir. Beləliklə, insanın bir insan kimi formalaşması, onun sosial mahiyyət kəsb etməsi İnsan-Təbiət münasibətlərinə İnsan-İnsan münasibətlərinin də əlavə olunması ilə müşayiət olunur. Bu hadisənin əsasında bir tərəfdən şüurlu insanın rasional düşüncə potensialının reallaşdırılması, digər tərəfdən də istehsal prosesi, fərdi istehsaldan ictimai istehsala keçid dayanır.

5
Təbiətin öz ahəngi var, amma bu ahəng sanki təsadüflər toplusu ki- midir. Yekun tarazlıq sanki xaotik bir hərəkətin tarazlığıdır. Amma bu xaosun, izotrop mühitin içərisində tədricən üstün bir istiqamət formalaşır. Təbiətdəki varlıqlardan birinin – insanın əlahiddə bir qabiliyyətə malik ol- duğu üçün çıxır: o, düşünə bilir. Və bu ağıl hesabına insan təbiətin digər ünsürlərinə nisbətən bir üstünlük əldə edir. Bu proses sanki bir status-kvo vəziyyətindən başlanan və tədricən güclənən, artan bir proses tərəfindən pozulur. Buna çox vaxt rasionallaşma deyirlər. Təsadüfi deyil ki, Maks Veber rasionallaşmaya ümumdünya – tarixi bir proses kimi, yaxud tərsinə, tarixi prosesin bir tendensiyası kimi baxır. 1 Baxılan halda rasionallaşma özü də fərdidən ictimaiyə keçidin bir ünsürü kimi ortaya çıxır.

5
Bu keçidin mexanizmini dəqiq təsəvvür edə bilmək üçün İnsan–Tə- biət münasibətlərinin daha ətraflı təhlilini verməyə çalışaq. İnsan–Təbiət qarşılıqlı münasibəti əslində Təbiət–İnsan və İnsan–Təbiət münasibətləri- nin dialektik vəhdətindən ibarətdir. Nə qədər ki, hər bir fərd təbiətlə əsa- sən təklikdə qarşılıqlı təsirdə olurdu, təbiətin insana təsiri insanın əks- təsirinə nisbətən qat-qat əhəmiyyətli idi. Lakin elə ki, istehsal prosesində insanlar məqsədli fəaliyyətə başlayırlar və onların fəaliyyəti bir fərd miq- yasından kənara çıxır, ictimai miqyas alır, onların təbiətə əks-təsir göstər- mək imkanları da getdikcə artır. İnsan–Təbiət münasibəti fərdi prosesdən ictimai prosesə çevrildiyindən və o, İnsan–İnsan münasibətini də özündə ehtiva etdiyindən, biz də bundan sonrakı dövr üçün İnsan–Təbiət qarşılıqlı təsirindən yox, Cəmiyyət–Təbiət qarşılıqlı təsirindən danışacağıq.
Bilik və fəaliyyətin, habelə sonrakı mərhələdə elmin və texniki tə- rəqqinin mənşəyini və hərəkətverici qüvvələrini ən ümumi şəkildə aşkara çıxarmaq üçün ilk yaxınlaşmada istər təbiətin, istərsə də cəmiyyətin struk- turunu və buradan irəli gələn xüsusiyyətləri nəzərə almamağa çalışacağıq.
Təbiətin müəyyən üstün istiqamətdə inkişafına səbəb olan qarşılıqlı təsir onun cəmiyyətlə əlaqəsidir. Bu əlaqə tərəflərdən birinin – cəmiyyət tərəfinin fəal olması ilə fərqlənir. Cəmiyyət tərəfinin şüurluluğu nəticəsin- də dəyişilmələr içərisində müəyyən istiqamət üstünlük təşkil edir. Buna görə də Cəmiyyət–Təbiət qarşılıqlı təsiri nəticəsində meydana çıxan inki- şafa gələcəkdə şərti olaraq istiqamətlənmiş inkişaf deyəcəyik.
İstiqamətlənmiş inkişaf təsirə məruz qalan tərəflərin: cəmiyyət və tə- biətin ayrıca tam şəklində inkişafının dialektik məcmuyu kimi yalnız in- sanların, cəmiyyətin mövcudluğu dövründə fəaliyyət göstərir. Qeyd edək ki, istiqamətlənmiş inkişafın kəmiyyət xarakteristikaları (riyazi qanununa- uyğunluğu) və bu inkişafın xüsusi halı olan cəmiyyət və təbiətin bir tam kimi inkişaf xüsusiyyətləri hələ indiyədək yetərincə öyrənilməyib. Xaos-dan nizamlı həirnəkətə keçid ən parlaq nümunələrindən biri olmasına bax-mayaraq, bu proses sinergetika tədqiqatçılarının diqqətindən kənarda qalıb. Ümumi dialektik inkişaf müntəzəm və təcilsiz olduğu halda, istiqa- mətlənmiş inkişaf təcilli xarakter daşıyır, yəni inkişaf sürəti getdikcə artır.
Bəs bu inkişafın təcilli olmasına səbəb nədir?
Təbiət ona məqsədəuyğtun əsir göstərən cəmiyyət tərəfinin inkişa- fına uyğun olaraq hər mərhələdə daha böyük dəyişiklik keçirir. Şüurluluğu və kortəbiiliyi ilə fərqlənmələrinə baxmayaraq, cəmiyyət və təbiət qarşılıq- lı təsirdə müəyyən mənada eynihüquqlu tərəflər kimi iştirak edirlər. Əslin- də yalnız cəmiyyət tərəfi məqsədli istiqamətlənmiş təsir göstərə bilir və bununla da fəal tərəf kimi çıxış edir. Lakin bu heç də o demək deyil ki, tə- biətin kortəbii təsiri istiqamətlənmiş inkişafda rol oynamır. Əksinə, xarici aləmin kortəbii təsirləri olmadan insan və cəmiyyət nə yarana, nə də məq- sədli təsir göstərə bilərdi. Hər bir tərəf təsir edərkən deyil, təsirə məruz qa- larkən inkişaf keçirir. Deməli, istiqamətlənmiş inkişaf prosesində həm cə- miyyət, həm də təbiət təsirləri nəticə etibarilə ekvivalent rol oynayır, cə- miyyət təsiri təbiətin və əksinə, təbiət təsiri cəmiyyətin inkişafına səbəb
olur. Tərəflərin inkişaf səviyyəsinin yüksəlməsi qarşılıqlvı təsir qüv əsinin
artmasına gətirir ki, istiqamətlənmiş inkişafın təcilli xarakteri bununla izah olunur.
Təsirlərin bu cür ekvivalentliyi ilə əlaqədar hər iki tərəfdə inkişafın əsas göstəriciləri də uyğun (simmetrik) olur; cəmiyyətin inkişaf səviyyəsi onun xarici aləmə təsir göstərmə dərəcəsi ilə, təbiətin inkişaf səviyyəsi isə
onun cyəmy i ətə təsir göstərmə dərəcəsi ilə müəyyənləşir.
Qeyd edək ki, hər iki təsir ekvivalent nəticələr doğursa da, qarşılıqlı təsir prosesində tərəflərin özlərinin oynadıqları rol tamamilə fərqlidir. Mə- sələn, təbiət istiqamətli təsir göstərmək qabiliyyətinə məlik deyil. Cəmiy- yətin inkişaf səviyyəsinin təbiət təsirləri ilə müəyyənləşməsi isə yalnız cə- miyyət tərəfinin öz şüurluluğu sayəsində mümkün olur. İstiqamətlənmiş inkişafın xarakterini öyrənərkən cəmiyyət və təbiət tərəflərini bir-birindən tam təcrid olunmuş yox, biri digəri ilə dialektik vəhdətdə olan iki sistem
kimi götürmək lazımdıro. lUaryağqucn əmiyyət tərəfinin şüurluluğu sayə-
sində meydana çıxan istiqamətli inkişaf vahid baxımdan – ictimai tərəqqi kim öyrənilir. Buna baxmayaraq, cəmiyyət və təbiət keyfiyyətcə fərqli tə- rəflər olduğu kimi, onların inkişaf səviyyələri də müxtəlif amillərlə müəy- yənləşir. Lakin əksər hallarda təbiətin inkişaf səviyyəsini müəyyənləşdirən bir sıra amillər, məsələn, istehsal vasitələri cəmiyyətin xarici aləmə təsir göstərmə dərəcəsi və beləliklə də, onun inkişaf səviyyəsi kimi götürülür. Bu cür yanaşma adətən ona görə mümkün olur ki, hər iki tərəfin istiqamətli inkişafı eyni qarşılıqlı təsirdə təzahür etdiyindən tərəflərin keçirdiyi dəyi- şilmələr və inkişaf səviyyələri həmişə bir-birinə uyğun gəlir. Ancaq müasir dövrdə elm-texnika-istehsal əlaqələrinin dəqiqləşdirilməsinə, bunun üçün isə cəmiyyət və təbiət səviyyələrinin müəyyənedici amillərinin fərqləndi- rilməsinə böyük ehtiyac duyulur.
Təbiətin inkişaf səviyyəsini təyin edən amilləri dəqiq seçə bilmək üçün əvvəlcə cəmiyyət və təbiət səviyyələrinin uyğun gəlmədiyi iki kənar hal təsəvvür edək və bu hallar üçün istiqamətlənmiş inkişafın xarakterini müəyyənləşdirməyə çalışaq.

  1. Fərz edək ki, müasir səviyyəyədək inkişaf etmiş cəmiyyət heç bir istiqamətli dəyişilmə keçirməmiş olan təbiət hissəsinə (ilkin təbiət, “vəhşi” təbiət) köçürülmüşdür. Belə olduqda həyata keçməsi yalnız mürəkkəb qur- ğularda – daha yüksək təbiət səviyyəsindüəmmkün olan v ə yalnız bu hal- da fayda verən biliklər istifadəsiz qalır, nəsillərin əvəz olunması və yad- dançıxarma nəticəsində tamamilə itirilir. Özünə tətbiq yolu tapan biliklər isə yeni formada möhkəmlənir və məhz onun tətbiqi uyğun təbiət his- sələrinə sürətli təkan verir. Adi şəraitdə – cəmiyyət tərəfinin də təbiətə mü- vafiq səviyyədə olduğu halda təbiətin müasir inkişaf səviyyəsinə yüksəl- məsi üçün milyon illərlə vaxt sərf olunmuşdusa da, baxdığımız şəraitdə bunun üçün bir neçə yüz il kifayət edə bilər.

Cəmiyyət səviyyəsi isə zaman keçdikcə aşağı düşür və nəhayət, tə- biət səviyyəsi ilə uyğunluq yarandıqdan sonra hər iki tərəf eyni qanunauy- ğunluqla inkişaf etməyə başlayır. Biz ona görə bu qənaətə gəlirik ki, təbiə- tin inkişaf səviyyəsi onun cəmiyyətə təsir göstərmə dərəcəsinə müvafiqdir və bu səviyyə aşağı olduğundan cəmiyyətə edilən təsir zəifdir və onun əv- vəlki səviyyəsinin saxlanması üçün kifayət deyil.

  1. Fərz edək ki, cəmiyyət hələ ilkin yaranma dövründə iküənasmir səviyyəli təbiət hissəsinə köçürülmüşdür. Formal baxımdan yanaşdıqda bu halda cəmiyyət tərəfinin təsiri zəif, təbiət tərəfinin təsiri nisbətən güclü olduğundan inkişafda uyğunluq yarananadək təbiət səviyyəsi enməli, cə- miyyət səviyyəsi isə adi şəraitdəkinə nisbətən sürətlə inkişaf etməlidir. La-

kin məqsətdyönlü əsirin subyekti cəmiyyət tərəfi olduğundan və bilik sə-
viyyəsi mövcud texniki qurğuları işə salmağa imkan vermədiyindən bu halda böyük inkişaf impulsu yaranmaya da bilər və tarix sadəcə təkrar olu- nar. Mövcud olan qurğular sıradan çıxar və neçə min illərdən sonra yenidən ixtira edilməli olar.
Araşdırdığımız hallar real həyatda eyni ilə baş verməsə də, xeyli fərqli, lakin prinsipcə buna uyğun hadisələr tez-tez baş verir. Amerika kəşf olunduqdan sonra sürətli inkişaf keçirdi ki, bu da geri qalmış təbiət hissəsi- nə xeyli yüksək səviyyədə inkişaf etmiş insan qruplarının təsiri nəticəsi idi. Lakin bu hadisə yuxarıda araşdırdığımız haldan, məsələn, onunla fərqlənir ki, buraya köçmüş insan qrupları əvvəlki təbiət hissəsi ilə də (Avropa) əlaqədə ola bildiklərindən onların səviyyəsi azalmamış, əksinə, artmışdır.
Zəif inkişaf etmiş ölkədən ixtisaslaşmağa göndərilən nümayəndələr qısa müddətdə böyük təkamül keçirirlər ki, buna da səbəb, bir tərəfdən, daha çox inkişaf etmiş təbiət hissəsinin, digər tərəfdən və başlıca olaraq müvafiq səviyyəli insanların təsiridir.
Göründüyü kimi, bizim təklif etdiyimiz modeldə istehsal vasitələri, müxtəlif texniki qurğular və s. heç də cəmiyyətin yox, uyğun təbiət hissəsinin, ikinci təbiətin inkişaf səviyyəsini əks etdirir.
Əlaqədə olduğumuz təbiət hissəsinin keçirdiyi istiqamətli inkişaf aşağıdakı konkret dəyişilmələri əhatə edir:

    1. Təbii mövcudluğun istiqamətli inkişafı, yaxud başqa sözlə – coğ- rafi mühitin insan mənafeyinə uyğun dəyişdirilməsi.

Buraya kanallar çəkilməsi, çayların axarının dəyişdirilməsi, süni göllər, yollar, meşələr salınması, dağların partladılması və cəmiyyət tərə- findən həyata keçirilən digər bu tipli dəyişilmələr aiddir.

    1. Əvvəllər təbiətdə təsadüf olunmayan və cəmiyyətin məqsədyönlü fəaliyyəti sayəsində yaradılmış cisim və hadisələr – qurğular.

Belə cisim və hadisələri iki əsas qrupa bölmək mümkündür:

  1. Bilavasitə istifadə olunan istehsal məhsulları. Buraya müxtəlif is- tehlak şeyləri, insanlara bilavasitə xidmət edən maşınlar (avtomobil, təyyarə, gəmi və s.), mənzil və s. aiddir.

  2. Bilavasitə insanın həyat tərzini müəyyənləşdirən amillərin inki- şafına yönəlmiş məqsədəuyğun fəaliyyətin bütün hazırlıq mərhələlərində vasitəoryonlauynaun qur ğular. Buraya istehsal alətləri, praktik əhəmiy- yətli (təbiətdə imkan şəklində mövcud olan enerjilərdən istifadə üçün – müxtəlif mənbəli elektrik stansiyaları və s.) və tədqiqat xarakterli (labora- toriyalar, rəsədxanalar, müxtəlif sürətləndiricilər və s.) texniki qurğular, kənd təsərrüfatı maşınları və s. aiddir.

    1. İnsan zövqünün ödənilməsinə müvafiq dəyişilmələr.

Buraya incəsənaətinnövblir sır əri (arxitektura, heykəltəraşlıq, rəsm
əsərləri, musiqi alətləri və s.), cəmiyyət tərəfindən salınmış bağlar, çəmən- liklər, fəvvarələr və s. aiddir.


Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə